♥в™ЎAyTaDj HəSəNzAdƏв™Ў♥
Mənim ən sevdiyim geyimlərim bunlardır. 1-ci koftanı tez-tez geyinirəm, çünkü çox sevirem. 2-ni isə bir qohumumuzun toyuna geyinmişdim. 3-nü isə çox az geyinmişəm. Və sonuncu ayaqqabı - onu da bir çox toylara geyinmişəm.
Ləman_
Bu ayaqqabını mağazada gördüm, bəyəndim, aldım, hələ ki geyinməmişəm, bunun alınmağı çox maraqlı oldu, hər geyinəndə yadıma düşəcək.
PƏRVANƏ ƏLİYEVA.....
Qarderobumda çox sevdiyim, böyük həvəslə pul xərclədiyim paltarlarım, çantalarım, ayaqqabılarım var. Bunların içində isə ən çox sevdiyim və mənim üçün dəyərlisi bir klaçdır, hansı ki o qədər çox istəyirəm onu. Bir də 2 cüt ayaqqabı. Onlardan biri yay ayaqqabısıdır. Bunları daha çox istəyirəm.
Aydan Əsgərli (ZEHRA KENIZI)
Bu mənim ən sevimli paltarımdır. Xalam qızının toyuna görə evimizin yanındakı mağazadan almışam. Amma qiyməti sirr olaraq qalsın.
kamile
Bu paltarı bacımın toyunda geyinmişəm deyə mənim üçün dəyərlidir, qarderobumda xüsusi yeri var.
heyat gozeldi
Bu donumu 35 manata yeni almışam, çox sevdiyim paltarımdır. Hələ ki, yalnız bir dəfə universitetə geyinmişəm. Sadə olduğu üçün çox sevirəm donumu.
AYSUN MEMMEDOVA
Bu paltarımı çox sevirəm, çünkü 4 il bundan əvvəl qaynatamla qaynanam mağazaları gəzdikdə qaynatam bu paltarı görüb çox bəyənib. Qaynanama deyib: "Al bu paltarı qızım üçün". Qaynanam da deyib ki, "Ay can, bu axı qızın üçün çox böyukdür, sənin qızın arıqdır".
Qaynatam da deyib ki, "Böyük qızım üçün dedim, yəni Aysun üçün". Axır bu paltarı aldırıb mənimçün.
♥Aynişka Gülüm♥
Əslində qarderobumda sevdiyim geyimlərim çoxdur, amma bu paltarımı ən son almışam deyə daha çox sevirəm, sevərək almışam, sevərək də geyinirəm. Ayaqqabımı da ziyafət geyimləriylə geyinirəm, çoxdan almışam, amma hələ də sevərək geyinirəm.
NiCaT_NiLuFeR
Qara paltarımı uzağı 1 il olar ki, almışam. Bu paltarımı dayım qızının toyuna və nişanına geyinmişdim, 40 manata almışdım. Paltara baxan kimi fikirləşmədən geyinib baxmaq istədim.
Qırmızı paltarımı da təzə almışam, dayım qızının toyuna geyinmişdim. Paltarımı 45 manata almışam. Bu paltar da əvvəl baxanda xoşuma gəlməmişdi, amma geyinəndən sonra dedim ki, bu paltar mənim olmalıdır.Qara ayaqqabı, qızılı sırğa və qolbaq ilə dəst etmişdim. Hər iki paltarım da mənə yaraşır və istəyərək almışam.
вќ¤Xəyalə Diləkвќ¤(Ələkbərova)
Mənim bu ayaqqabım ən rahat ayaqqabımdır. Şalvarla, şortla və ətəklə əla görünür. Belə rahat ayaqqabıları hamınıza tövsiyə edirəm. Necədir, bəyəndinizmi?
Qızlar hamınız sağlıqla geyinin, həmişə toylarda... Təşəkkür edirəm hər birinizə...