Qadin.NET / "Kaş ki..." deyən Qadın.Netlilər

"Kaş ki..." deyən Qadın.Netlilər

"Kaş ki..." deyən Qadın.Netlilər

VF_Coshqun

Ən çox "Kaş ki, atama doyunca ata deyə biləydim" demişəm, çünki mən 2.5 yaşım olanda rəhmətə gedib. Bir də "Kaş ki, əsəbləşəndə bacılarıma kobud sözlər deməyəydim" demişəm. Mən əsəbləşəndə qarşımdakının əsəblərinə toxunan sözləri xüsusilə seçib deyirəm, amma sonra çox peşman oluram. Neyləyim, beləyəm də...

Fira

Həyatda çox vaxtı "kaş ki" demişəm. Həmişə öz-özümə deyirəm: "Kaş ki mətkəb oxuyardım, kaş ki elədiyim heç bir səhvi eləməzdim". Allah heç kəsə peşmançılıq hissi ilə "kaş ki" deməyi qismət eləməsin.

"Kaş ki..." deyən Qadın.Netlilər

PƏRVANƏ ƏLİYEVA......

Hamının həyatında olduğu kimi mənim də həyatımda "kaş ki"lər çox olub. Amma bu günə kimi məni ən çox yandıran bir "kaş ki" olub. Atamın vəziyyəti pisləşəndə yanındaydım. Atamın beyninə qan sızmışdı. Üzündəki dəyişiklik məni dəli edirdi. Üzünə baxdıqca ürəyim qan ağlayırdı. Təcili yardım onu aparanda heç ağlıma da gəlməzdi ki, bu, atamla sonuncu görüşüm olacaq. Bir saatdan sonra atamı evə gətirdilər. Atamın üzünü açıb sonuncu dəfə üzünə baxmaq istədim ki, onun o gözəl nurlu üzünü həmişə gördüyüm kimi görüb yadımda saxlayım. Amma mənə imkan vermədilər. O gündən 7 il ötür. Mən bu 7 ildə özüm-özümə "Kaş ki atamın üzünü açıb baxaydım, axırıncı dəfə üzündən öpəydim, heç kimə əhəmiyyət vermiyəydim" deyirəm. Bu gün də atamın siması gözümün önündə çox pis halda yadımda qalıb. Kaş ki onun üzünə baxaydım. Bilmirəm, bəlkə də kimsə məni qınayacaq ki, düz demirəm. Amma başqa cür düşünə bilmirəm.

Yasemen

Məncə, bu həyatda kaş ki deməyən insan yoxdur, hər kəs bir dəfə də olsun bu sözü həyatının ən pis məqamında işlətmişdir. Mən də bu sözu son zamanlar çox işlətməyə başlamışam desəm, heç də yalan demiş olmaram. Keçən il dekabr ayının 30-da mənə çox yaxın olan bir insanı itirdim, bu, mənim üçün gözlənilməz, ani bir itki olmuşdu. İşin qəribəsi budur ki, o insanın ölümü mənə vəfatından 5 ay əvvəl yuxu vasitəsilə məlum olmuşdu. Bu yuxuya məhəl qoymamışdım, çünki onun heç bir xəstəliyi yox idi. Bu gün və hər zaman deyəcəyim yeganə sözüm budur ki, "Kaş ki yuxum heç düz çıxmasaydı və mən o yuxunu heç görməyəydim"...

"Kaş ki..." deyən Qadın.Netlilər

Aytac Mammedova

Həyatımda yaşadığım hər günümdən ləzzət almışam, hər açılan günümə şükür etmişəm. Sevdiklərimdən ayrı qalmamışam, yoxluq və aclıq nədir bilməmişəm, sevdiyimlə ailə qurmuşam. Heç nəyə görə peşman olmamışam, inşAllah da olmaram. Şükür ki, iki balam var, xoşbəxtəm. Yəni heç vaxt kaş ki, sözünü işlətməmişəm, kaş ki deyərək geriyə dönmək arzusunda olmamışam. İnşAllah kaş ki, sözünü heç vaxt dilimə gətirmərəm. 

Gulum

Xəbərin ilk hissəsini oxuduqda baxdım ki, "kaş ki" deyənlərin çoxu gənclərdir və demək olar ki, "kaş ki"lər eynidir. Əlbəttə, bu yaxşı haldır ki, təhsil qızlarımız üçün önəm kəsb edir. Amma insan yaşa dolduqca sanki həyatda hər şeylə barışaraq "kaş ki"ləri yaddan belə çıxarır. Bilmirəm, şəxsən məndə belədir ki, həyatda hər olana şükür edib kaş ki deməkdən vaz keçirəm. Təbii ki gündəlik həyatımızda xırda "kaş ki"lər bol olur. Məsələn, hətta elə olur ki, bir işi çatdırmadıqda belə özümdən aıslı olmadan "Kaş ki kompüterin qarşısından bir az tez dursaydım" deyirəm. Lakin dərindən dediyim "kaş ki"lər həmişə mənə daxili əzab verir: Kaş ki uşaqlıq edib valideynlərimi az incitsəydim, səbirli və sakit olub övladlarımı kiçik yaşlarında az tənbeh etsəydim, kaş ki oğlanlarıma bir bacı da dünyaya gətirsəydim". Yenə də həyatda olanlara və olmayanlara şükür olsun. Məndən bu qədər... Əziz Qadın.Netlilər, arzu edirəm ki, həyatda "kaş ki"ləriniz az olsun.

 Elena

Deyirəm, kaş ki arzularımı yerinə yetirə biləydim. Məsələn, ən böyük arzum ali məktəbdə oxumaq idi. Amma qismət olmadı. İndi də ailəliyəm və oxuya bilmərəm. Kaş ki yoldaşım arzumu həyata keçirməyimə icazə verəydi. Amma bilirəm ki, mənim bu arzum elə arzu kimi qalacaq və həmişə kaş ki oxuyardım deyəcəyəm.

"Kaş ki..." deyən Qadın.Netlilər

Narın

Hər insan həyatında bir dəfə də olsun nə üçünsə kaş ki, deyir. Mən də kaş ki deyənlərdənəm, amma həyatımda dərin bir iz buraxacaq kaş ki olmayıb bu günə qədər, Şükür Allahın məsləhətinə.

Fatma xanım

Həyatda kaş ki dediyim anlar çox olub, ən çox da ali təhsil almadığıma görə həmişə kaş ki deyirəm. Bir də kaş ki sevdiyim insanların bilərəkdən və bilməyərəkdən qəlblərinə dəyməyəydim.

♥а®ђ♥ JAKO♥а®ђ♥

Kaş ki dediyim günlərim çox olmayıb şükür, amma kaş ki təhsilimi özümün seçmə şansım olaydı. İstədiyim fakultə psixologiya idi, indi isə fakultəm isə ingilis dilidir. Amma çox da peşman deyiləm.

heyat gozeldi

Kaş ki erkən yaşda sevməsəydim, əlimdə olaydı, universiteti bitirdikdən sonra sevərdim.

18 mart 2014
GO BACK