Parvina İbrahimova
Bu mənim sevimli tısbağamdır. Ən sevdiyim əşyamdır. Altında təkəri də var. İki qatlayanda güllə kimi gedir. Bunun üstündə arada qızımla dalaşırıq. Bu oyuncağı ən pis vaxtımda almışdım. Heç kefim yox idi. Mağazaya kofe almağa getmişdim, bunu gördüm. O qədər şirin, gülməli görünürdü ki, başladım oynatmağa. Sonra gördüm ki, qəribə baxırlar, dedim evdə davam edərəm. O gün bu gündür (iki il olur) yanımdan ayırmıram. Adı Rizvandır. Belə...
zehra
Mənim ən sevimli əşyam gəlinlik ayaqqabımdır. Yeddi ildir ki, gəlinlik ayaqqabımı saxlayıram. Ancaq bircə dəfə toyumda geyinmişəm. Bu ayaqqabını internetdən bəyənmişdim. Həyat yoldaşım ayaqqabını çox əziyyətlə axtarıb tapmışdı. Odur ki, gəlinlik ayaqqabım mənim ən dəyərli əşyalarımdan birincisidir.
Ibrahimova Gulya
Mənim ən dəyərli hədiyyələrim çoxdur, amma onların içərisində dəyərli olanı mənim canımdan çox sevdiyim nişanlımın ad günümdə hədiyyə etdiyi boyunbağıdır. Ən əsas da bu kolyedə Allahın adının və Ayətəl-Kürsünün olması mənə xoş təsir bağışlayır. Bir başqa dəyərli hədiyyəm isə əlbəttə ki, atamın mənə diplom hədiyyəsi olan telefonumdur, mənim üçün planşeti əvəz edir. Bu hədiyyələrin hər ikisini də bu il aldığım üçün sizlərlə bunları bölüşmək istədim.
♥¤в™Ўв™§♣AyTaDj HəSəNzAdƏ♣♧♡¤♥
Mənim ən dəyərli hədiyyəm əvvəlcə ailəm, sonra da bacımın və qardaşımın övladlarıdır. Gördüyünüz tək qızıl boyunbağını məndən böyük qardaşım doğum günümə almışdı, amma Rusiyada olduğu üçün doğum günümdə verə bilmədi, qardaşımın toyunda verdi. Gördüyünüz o biri dəsti də - sırğayla üzüyü doğum günümdə xalam hədiyyə etmişdi. O biri boyunbağı da gəlnimizin, üzük də böyük qardaşımın hədiyyəsidir.
SELENA
Hamının sevdiyi və dəyər verdiyi əşyası var. Onlardan bəziləri bizi keçmişə aparır, ötən illər canlanır gözümüzün qabağında. Onlardan biri də şəkildəki sırğamdır. Bəlkə də çox sadədir, başqaları üçün o qədər də gözəl görünməyəcək, amma mənim üçün çox dəyərlidir. Həmişə də mənimlədir. Çünki atamın ilk hədiyyəsidir, hələ uşaq olarkən almışdı, böyüdükcə daha çox sevdim sırğamı.
Nigar
Mənim üçün dəyərli olan əşyaların birini sizə təqdim edirəm. Bu, valideynlərimin mənə yubileyimdə bağışladıqları brilyant qaşlı, romb formalı üzükdür. Bu əşya mənə ona görə dəyərli deyil ki, onun qaşı brilyantdır, ona görə dəyərlidir ki, onu mənim validenlərim illər öncə halal qazancları ilə mənim adıma alıb saxlayıblar. Mücrümdəki qızılların içində bu üzük mənə o biri qızıllardan daha əhəmiyyətlidir və həmişə də belə olacaq...
Zumrud Nurullayeva
Hər bir insan kimi mənim də dəyərli əşyam vardır, əslinə qalsa, hər bir əşyamızın öz tarixçəsi, anlamı var. Amma bu 2 məktub mənim üçün həddən artıq əzizdir, bunları mənim Allahdan sonra ən çox istədiyim babam illər öncə yazıb, 7 ildir məndədir. Qaldı dəyərinə - səbəbi budur ki, bunu yazan insan həyatdan köçüb Hər hansı bir əşyamı itirsəm, yenisi onu unutdura bilər, amma bu məktubları əsla! Evdə də necə saxladığımı, sevdiyimi hamı bilir.
Cute angel
Mənim bütün əşyalarım çox dəyərlidir. Ən çox dəyər verdiyim də bu suvenirimdir, onun dəyəri mənim üçün çox böyükdür. Onu mənə çox sevdiyim birisi almışdı, onun mənə ilk hədiyyəsidir. Özü yanımda olmasa da, bunu ömrümün sonuna qədər saxlayacağam. Kaş özü də yanımda olaydı.
SEVDA B
Əvvəllər həyatımdakı hər bir əşya mənim üçün dəyərli idi. Ta ki nişanlımla tanış olub nişanım olana qədər. Ondan sonra bir-birimizə aldığımız bu üzüklərin bizim həyatımızda çox önəmli yeri oldu. Ona görə də mənim üçün bu nişan üzüyüm həyatımın ən dəyərli əşyasıdır. Nişanlımı çox sevirəm və üzüklərimizi də ikimiz birlikdə seçib almışdıq. Onun mənə aldığı bu üzük sevgimizin ilk rəmzidir və buna görə də mənim üçün çox dəyərlidir...
ARiEL_ViViAN(SaMiRə)
Mənim də dəyərli əşyam həddindən artıq çoxdur. Şəkillərini çəkib yerləşdirsəm, saytda yer olmaz Mənim üçün dəyərli olan iki əşyamın şəklini bölüşmək istədim sizlərlə. Birinci əşyam heç vaxt yanımdan ayırmadığım mənim sevimli telefonumdur. İkinci dəyərli əşyam isə nişanlımın ilk maaşından mənə aldığı kulondur. Ona görə mənim üçün çox dəyərlidir...