Qadin.NET / Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)

Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)

Qadın.Netlilərin həyatda qorxduqları və  qorxmadıqları (5)
Щ‚Щ„ШЁ Ro-Xe-Sa Щ‚Щ„
Mən həyatda tək Allahdan qorxuram. Ondan başqa qorxduğum bir şey yoxdur, qalan hər sey bizim öz düşüncələrimizdir. Çünki hər şey Allahın yazdığı yazı ilə olur. Düzdür əzizlərimi, yaxın insanlarımı, sevdiklərimi itirməkdən çox qorxuram. Allah uzaq etsin bunları məndən. Həyatda çətinliklər olmasa həyatın marağı olmaz, sadəcə bu çətinliklərə sinə gərmək lazım. İnsan oğlunun bu dünyada bacarmadığı, gücü çatmadığı heç nə yoxdur. Hər insanın ömrü, yaşadığı həyat, yazılmış bir kitabdır, bizlər də bu kitabı hər gün, hər saat varaqla-varaqlaya, oxuya-oxuya həyat kitabının sonuna dogru gedirik. Allahıma çox şükürlər olsun, həyatda xoşbəxt olmaq üçün lazım bildiklərini verib mənə. Şükürlər olsun! Allah hamını pənahında saxlasın, bizlər də bunların içərisində Amin. 
Ayka S
O qədər düşündürücü xəbərdir ki, hər insan həyatı boyu heç vaxt pis şeylərlə üzləşmək istəmir. Həyatda ən çox qorxduğum bilərək, ya da bilməyərək edilən günahlardır. Allahdan həmişə istəmişəm ki, məni doğru yola yonəltsin. Bir də həmişə valideyinlərim və ailəm Allah uzaq etsin, onları itirmək ya da onlarsız bir həyat məni çox qorxudur. Allaha sığınıram, ona yalvarıram, maldır, mülkdür- hər şey gəldi gedərdir, əsas Rəbbim bizi dərd-qəmdən uzaq etsin. Həm də nə  üçün darıxmıram səbrim əvvəl yox idi, indi isə şükür olsun var, səbirlə Allaha inamla hər şeyin yaxşı olacağına əminəm, ümidim, inancim o qədərdir ki, inanıram ki, heç vaxt həyatın mətnliyi mənə qalib gələ bilməyəcək. Bir Allah məni və hamını şərdən qorusun, ən pis dözülməz məncə bu olar. Sonda isə həyatdır da, yaşayırıq, kimi pis, kimi yaxşı, amma heç vaxt hər şey dörd-dördlük olmur təki Rəbbim bizləri xəstəlikdən uzaq etsin, Amin. 
aydan əsgərli
Mən həyatda ancaq Allahdan qorxuram, bir də Allahdan qorxmayandan da qorxuram, çünki onlar hər şey edə bilər... Amma həyatda ikiüzlü insanlardan qorxmuram, çünki onlar yaltaq və qorxaq olur, ona görə də heç kimə heç nə edə bilmirlər qorxudan. Həyatda bir şeydən qorxuram ki, o da ölümdür. Düzdür, ölüm bizə Allahın hədiyyəsidir, amma ölümdən qorxuram, çünki hesab verəcəyəm, bilmirəm necə olacaq, amma ondan çox qorxuram, ölümü fikirləşəndə ağlayıram, arada ölümü fikirləşəndə öz ölümümə  görə ağlayıram... Bir də ondan qorxuram ki, mənim sevdiyim insanlar məndən uzaqlaşar, mənim başıma elə hadisə gəlib, mənim ən yaxın dostum məni başqa birisiylə əvəz etdi, o mənim ən yaxın rəfiqəm idi və məni atdığına görə onunla 5 ay danışmadım, axırda yenə də dost olduq, amma mən əvvəlki kimi deyiləm. 
Ayten
Təbii ki, bu həyatda hər birimizin qorxduğu və qorxmadığı şeylər var, eləcə də mənim. Bu həyatda ən qorxduğum Allahdır. Allahımdan çox qorxuram. Ondan qorxuram ki, Allahımın qarşısında cavab verə bilməməkdən qorxuram. Bir övlad kimi, bir bacı kimi, bir həyat yoldaşı kimi, bir gəlin kimi, ən əsası da bir bəndə kimi yaşadığım bu həyatda etdiyim günahların cavablarını verə bilməməkdən qorxuram. 
Amma bunlarla yanaşı bu həyatdan qorxmuram da, çünki bütün sevdiklərim yanımdadır, onları çox sevirəm, onlar da məni. Sevdiklərim yanımda olduqca bu həyatdan qorxmuram. Tanrımın göndərdiyi bütün gözəllikləri yaşayıram.
Qadın.Netlilərin həyatda qorxduqları və  qorxmadıqları (5)
dombish.
Məncə həyat qorxulu deyil. Həyat həmişə olduğu kimi davam edir. Həyatda insanlara qorxulu anları yaşadan elə insanların özüdür.
Mənim həyatda çox qorxduqun anlardan biri valideyinlərimi itirməkdir. İnşaAllah bu qorxunu uca tanrım mənə yaşatmaz. Hətta bu qorxum ağlıma gəldikdə belə gözlərim yaşarır. Allah bütün valideyinlərimizə kömək olsun canlarını sağ və ömürlərini uzun etsin Amin. 

Fatih Harbiye

Həyatın hər bir anı mənimçün qorxuludur. Ən çox nədən qorxmuşamsa başıma o gəlib. Atamın ölümü, anamın məni evdən qovduğu gün. Bu həyatda ən çox qorxduğum da ailəmin olmamağı idi. O da oldu. İndi isə ən çox həyatdan qorxduğum şey oğluma və yoldaşıma bir şey olmağıdı. Allah onları mənə çox görməsin, Amin!
Bu dünyada tək ümidim inandığım Allahdır. Allahıma inanaraq, dua edərək, həyata tutunmağı öyrənirəm. Yanımda tək və yeganə insan yoldaşımdır. Ona inanıram və güvənirəm. Göydə Allahım, yərdə yoldaşımla oğlumdur məni yaşadan.
Mademoiselle
Qorxu - Tanrı, ölüm və cəhənnəm qorxusuna bərabərdir. Bu qısa ömürdə bizi qorxudacaq o qədər misal var ki... Məsələn, birinin evinə qonaq getdiyimiz gün bilirik ki, ən qısa zamanda oranı tərk etməliyik. Və o kiçik çarxdan o qədər gözəl istifadə etməyə çalışırıq, qonaq olduğumuzu bilib gəldiyimiz yerə geri qayıtdığımızda özümüzlə əvəzolunmaz xatirələri aparaq deyə. Dünya böyük bir supermarketdir- istədiyini səbətinə yığ, amma unutma ki, sonda aldığın hər şeyin hesabını ödəməli olacaqsan. Mən Dinara, qorxularımın siyahısına ilk olaraq bu yazıda sərf etdiyim ilk cumlə daxildir. İkinci- sevdiklırim və can sağlığım... Onlar dənizə getdiyimizdə suyun dibindən ovucumuza almağa calışdığımız qum təkdirlər. Dənizdə də dalğa qorxumuz var elə deyilmi? Qorxularımıza qalib gəlməyə çalışmadığımız zaman ayağımız burxular və o əlimizdə bərk-bərk tutduğumuzu da o dalğa suyun dibinə geri göndərər. Olduğum kimi görünə və davrana bilməmək təlaşı olur bəzən, amma şükur ki, bu qorxuya rast gəlməmişəm. Mühitimiz qorxunc olub. Rəhmətlik babamın bir məsəli vardı: "Ölüdən qorxma, diridən qorx."  Yaşadığımız dövr bu məsəli təsdiqləyir. Həyatda qorxmadığım isə qorxularımla üzləşməkdir və təbii ki, yaşamaq!
Aysun Memmedova
Həyatdan qorxuram, həyat çox amansızdir. Ölümdən qorxuram. Ölməkdən deyil, bu canı veribsə əlbəttə bir gün alacaq Allah. Sevdiyim insanları vaxtsız itirməkdən qorxuram. Ailəmi itirməkdən çox qorxuram. Hər zaman çətin sınaqlarla qarşı-qarşıya qalmışam və bu sınaqlardan yalnız mənə göz yaşı qalıb, yenidən göz yaşı axıtmaqdan qorxuram. Ən əsası şeytana aldanmaqdan qorxuram, qorxuram nə vaxtsa Allahın qarşısında imtahandan üzü ağ çıxa bilərəmmi... Həyatdan qorxmuram, öncə Allahımı, dinimi, Peyğmbərimi (s.ə.v), kitabımı, kəlmeyi şəhadətimi tanıyıram.
Xedice 033
Həyatdan qorxuram... Çünki bir çox səbəbim var. Ölümdən qorxmuram, amma nə vaxtsa olsəm Allah dərgahında olan günahlarımdan qorxuram, çünki qorxuram ki, birdən Allah qarşısında öz insani borcumu yerinə yetirmədən ölərəm. Allahdan qorxuram... Kimisə bu həyatda bilməyərəkdən incitməkdən qorxuram... Bilirəm, bu canı bizə Allah verib və verdiyi canı da bir gün gələcək alacaq, amma inşaAllah o gün mənim əməllərimin saleh olduğu bir gün olar. Bu həyata mən nağıl kimi baxıram, hər bir nağılın sonluğu yaxşı qurtarır...
Həyatda ölməkdən qorxmuram, çünki can verən Allahdır, alan da odur, həyatda unudulmaqdan qorxmuram, çünki elə insanların əhatəsində yasayıram məni heç vaxt unutmazlar. Həyatda Allahdan başqa heç  bir şeydən  qorxmuram.
nura84.
Qızların yazısını oxudum, gördüm ki, əksəriyyəti mənim kimi qəfil ölümdən, qəfil xəbərdən qorxur. Bəli, mən də həyatda qəfil itkilərdən qorxuram. Hətta anamın telefonundan gün ərzində 3-cü, 4-cü zəng gələndə səksənirəm. Telefona cavabım: "Həə maaa, nə olub?" olur. Bir də sağlamlığımı itirib kiməsə möhtac olmaqdan qorxuram. Allah heç kimi kimsəyə möhtac etməsin. Təki canımız sağlam olsun. Hərdən fikirləşirəm ki, Allah göstərməsin tək qalsam, uşaqlarıma, özümə baxacaq gücüm var. Öz  ayaqlarımın üstündə durmaqdan, həmisə irəliyə getməkdən, riskdən, yenilikdən, çətinlikdən qorxmuram.
7 noyabr 2013
GO BACK