Qadin.NET / Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)

Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)

Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
Titi
İnsan bütün həyatı boyunca bir çox qorxulu və həyəcanlı anlar yaşayır. Ani qorxular müəyyən müddət sonra yaddan çıxır, lakin insanı bütün ömrü boyu narahat edən qorxular da olur. Mənim ən böyük qorxum ailə üzvlərimdən kimisə itirməkdir, əsas da anamı. Ona nə isə olmasını heç istəmirəm. Anam xəstələnəndə belə dua edirəm ki, kaş o xəstəlik mənə keçsin ancaq anam sağalsın, onun dərdi mənə gəlsin ancaq o, dərd çəkməsin. Allah bütün valideynləri qorusun. Allah dərgahına üzüağ, alnıaçıq çıxa bilməməkdən qorxuram, imanımın azalacağından, cəhənnəm atəşindən qorxuram. Daha sonra kiminsə qəlbinə dəyməkdən çox qorxuram. Kiminsə məndən incidiyini eşidəndə özümü çox pis hiss edirəm, üzr istəməkdən də çəkinən deyiləm - hətta haqlı olsam da. Çox qəribə olsa da, zamanın tez keçəcəyindən qorxuram. Elə hiss var ki, içimdə zaman tez keçir, lakin mən istədiklərimi hələ də xoşbəxt edə bilmirəm. Sanki mənə vaxt qoyulub və edəcəklərimi o vaxt çərçivəsinə sığışdıra bilmirəm. Həyatda qorxmadıqlarıma gəldikdə isə bunu demək bir az çətindir. Amma onu bilirəm ki, kiminləsə üz-üzə gəlməkdən qorxmuram, çalışıram özüm haqsızlıq etməyim və bu baxımdan haqqımı tələb etməkdən də qorxmuram. Bəzən insanları həyatın çətinlikləri qorxudur, lakin çox şükürlər olsun Allah mənə o çətinliklərə dözməyə güc, qüvvət, iradə və səbr verib. İstədiyim hər bir şeyə Allahın yardımı ilə çətinliklə də olsa çatıram. Bu baxımdan atdığım hər addımda Allahın mənə kömək olacağına çox inanıram və dualarımda həmişə mənə doğru yol göstərməyini istəyirəm. Ona görə də qarşılaşdığım və qarşılaşacağım çətinliklərdən qorxmuram. Məncə, bu qədər bəsdir. Allahımdan hər bir kəsə yalnız sevinc, sevgi və xoşbəxtliklə dolu günlər arzulayıram. Həyat sizləri qorxuyla sınağa çəkməsin və qorxu sizlərə ulduzlar qədər uzaq olsun...
Ramile Husna
Həyatdan qorxduğum çox şey var. Əlbəttə ki, ilk öncə Allah qorxusu var içimdə. Amma söhbət həyatdan qorxmaqdan gedir. İlk öncə ağlımı itirməkdən qorxuram, yəni bunu dəli olmaq mənasında demirəm yəni hansısa bir ağılsız bir hərəkətə görə əlimdən çıxacaqlardan qorxuram. Anam, atam, qardaşlarım, evladlarım, həyat yoldaşım, bütün bu insanların həmişə həyatımda olmasını istəyirəm. Düzdür həyatımda böyük itki olmayıb inşaAllah ki, heç vaxt da olmaz, amma uşaq ikən hardasa 2-ci sinifdə oxuyanda babam rəhmətə getmişdi,  o an ölümün nə olduğunu bilmirdim. Amma əmim qızlarının babamı bir daha görməyəciyik dediyi an ayaqlarımı hiss etməməşdim. Uşaq olsam da böyük stress keçirmişdim. İndi hərdən nənələrimi bir də babam qalıb, onu görməyə gedəndə onları da 10- 15 il ərzində itirəcəyəm deyə çox qorxuram. İnanın ki, bəlkə heç kim öz nənə babasını mənim kimi sevə bilməz. Yanlarına gedən kimi nənələrimi o qədər öpürəm ki, onlar bəsdir desinlər sonra əl çəkirəm. Çox danışdım deyəsən çox yazmaq istəmirəm. Çox yazanda yazını oxuyan olmur ona görə də oxuyun dəfələrlə oxuyun.
Günel Əsədova
Həyat qəribədir. Gözlənilməz anlarla doludur. Yaxşı, yaman. Və bütün bunları idarə edən var: Uca Allahımız. Mən Allahdan qorxuram. Onun qəzəbinə gəlməkdən qorxuram. Hər addımda, onun xoşuna gəlməyəcəkləri etməkdən qorxuram. Başqa bir şeydən qorxmuram. Çünki Allahdan başqa yer üzərində nə varsa heç biri mənimçün qorxulu deyil, çünki o uca Yaradana sıgınmışam. Həmişə ondan kömək diləyirəm. Allah hamımızın köməyində olsun! Amin!
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
MAYA EL
Həyatdan həm qoruxaram həmdə qorxmuram. Həyatdan ona görə qorxuram, çünki həyat sürprizlərlə doludur, nə vaxt nə olacağını bilmirik. Həyatdan qorxmuram çünki hər zaman Allaha sığınıram. Ey həyat sən nə qəribəsən, həqiqətəndə həyat çox qəribədir...
Nə yaxın qonşu olduq bu dünyada, 
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?…

Sən ay kimi baxdın mənə, 
Sən gün kimi baxdın mənə, 
Gözlərinin qarasıyla 
Güldü ömrümun baxdı mənə…

Aylar keçir, illər keçir, axın olur, 
Yadlar gəlir doğma olur, yaxın olur. 
Məhəbbətlə ötən ömür, yağıl olur,
Ey həyat, sən nə qəribəsən?

Bu ilqarı yaşatdıq canımızda,
Gənclik eşqi qaynadı qanımızda.
Qohum oldu atamız, anamız da,
Ey həyat, sən nə qəribəsən?...
Gulum
Həmişə Qadin.Netlilər haqqında yazı yazanda çox çalışıram ki, qısa yazım, amma nədənsə alınmır. Qadın.Netlilərin xəbərlərini hansı mövzudan asılı olmayaraq sanki onların bir hesabat yazıb bizlərə təqdim etdiklərini fikirləşirəm. Həyatda qorxub qorxmadıqlarımı düşünəndə qorxduqlarım daha çoxmuş kimi gəlir mənə. Bəzən dərdləşdiyim yaxınlarımın mənə qururla "Sən güclü qadınsan" deməsi bir az mənə təsəlli gətirir. Lakin mən bilmirəm nədəndirsə, uşaqlıqdan çox şeydən qorxaraq böyumüşəm. Əvvəlcə qaranlıqdan,  yuksəklikdən, hətta bəzi insanlardan olan fobiyalarım məni həyatdan qorxmağa məcbur edib. Hərdən kiminsə "itirməkdən qorxuram" deməsi əvvəllər mənə qəribə gəlirdi. Lakin 5-6 il bundan öncə cavan baldızımı faciəli şəkildə itirəndə yoldaşımın keçirtdiyi sarsıntı sanki mənə bu qorxuları dərindən dərk elətdirdi. Bizdən getdikdən düz saat yarim sonra onun qəzaya düşməsi "hər anın öz hökmü var" kəlməsini təsdiqlədi. Həyatda ən çox qorxduğum kiminsə qəlbini qırmaqdır. Doğmalarımdan mənim kiməsə və kiminsə mənə olan etibarini inamın itirmək daha qorxuludur. Hər gün Allahıma dua edirəm ki, "Ya Rəbbim, Sən övladlarımın ürəyindən Allah xofunu, qorxusunu eskik etmə". Tez-tez Allahımın qarşısında etiraflar etməyim həyatdan olan qorxularımı azaldan yeganə bir şeydir. Rəbbim həyatda heç kimi tək qoymasin. Tək qalmaqdan çox qorxuram. Bəlkə də qızlarımız oxuyanda "Bu nə qorxaq qadındır" deyəcəklər, amma mən sadəcə olduğumu etiraf etdim. Qorxmadıqlarımı fikirləşəndə yazmağa bir söz tapmadım, bəlkə də var yadıma düşmür. Əgər kimisə yazdıqlarımla yordumsa bağışlasın.
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
NARİN YILMAZ
Həyatda ən çox qorxduğum şey valideynlərimi itirmək idi. Hər zaman düşünəndə ki, kiminsə atası və ya anası rəhmətə gedib içimdə dəhşətli dərəcədə qorxu yaranırdı. Amma qismətin önünə hec kim keçə bilmir. 9 il bundan öncə atamın amansız bir xəstəliyə tutulduğunu öyrəndik, dünyam başıma yıxıldı sanki. Hər zaman ölümsüz deyə düşündüyüm atam çox çəkmədi ki, dünyasını dəyişdi və atamı itirdim. Allahın yazdığı qismət deyib bununla barışdım desəm yalan olar, çünki dilim desə də qəlbim heç vaxt bunu qəbul eləmir. Allah hər kəsi sevdiyi insanlara bagışlasın, dunyadan köçən sevdiklərimizədə qəni-qəni rəhmət eləsin. Bu qədər. Artıq dünyada qorxduğum tək şey yalqızlıqdır, İnsaAllah Allah qorxduğumu başıma gətirməz.
Sonay Quluzadə
Həyatdan qorxuram, sorğu-sual olunacağım o gündən elə qorxuram ki, kaş ki bir ağac olaydım, kaş ki bir daş olaydım və s. fikirləşirəm. Amma sorğu-sual olunmayım. Qorxuram ki, o gün deyilə ki, layiqli qul olmamısan, qorxuram ki, o gün deyilə ki, yaxşı övlad olmamısan, qorxuram ki, o gün məlum ola ki, yaxşı həyat yoldaşı olmamışam, qorxuram ki, o gün məlum ola ki, nümunəvi ana olmamışam, qorxuram ki, həmin gün qızım sinəmdən itələyə ki, mənim anam deyilsən. Məhv olaram mən. Havalanacaq qədər qorxuram. Verilənləri lazımınca dəyərləndirməməkdən, mənəviyyatımı itirməkdən çox qorxuram, şeytana aldanmaqdan qorxuram.
Həyatda maddiyyatla bağlı problemlərdən qorxmuram, heç bir fiziki-mənəvi zərbədən qorxmuram, çünki sığındığım Allahım var. Bir sözlə, Allahdan başqa kimsədən qorxmuram.
Yasemen
Ölümdən yox mən həyatdan qorxuram, çünki həyat süprizlərlə doludur, hər an nə olacağını biz bilmirik. Sadəcə yaşayırıq. Həyatın sabah bizə nə gətirəcəyini gözləyirik. İnsan bir dəfə yalanla qarşılaşdıqdan sonra həyatın sadəcə yalandan ibarət olduğunu yaxşı anlayır. Mən həyatdan yox, əslində bu dünyada pis insanlardan, yalanlardan və xəyanətdən qorxuram. Qısacası mənim qorxum bu həyatda sevdiklərimin məni incitməsindəndir. Bu həyatda bir tək ölümdən qorxmaq lazım deyil, o da bəlkə də bu həyatda ölüm acısını yaşadığıma görədir. Bir qadın üçün övladını itirməkdən pis nə ola bilər. Axı üzünü heç görmədiyim ilk körpəmi itirdim mən. O körpəmdən sonra da neçə övladım olursa-olsun o, mənim ilkim olaraq qalacaq (Yenə də ana olmağa hazırlaşıram, inşallah bu övladımı qucağıma almaq nəsib olar mənə). Bunlara baxmayaraq, mən yenə də Allaha şükür etməyi bacarıram, bu da hamısı Allahımın mənə göstərdiyi mərhəmət sayəsindədir.
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (4-cü hissə)
İbrahimova Gulya
Ən asan həyat - ölmək, ən çətini isə yaşamaqdır. Həyatdan sevdiklərimi, ən yaxınlarımı - anamı, atamı, bacımı, nişanlımı məndən alar deyə çox qorxuram. İndiki halımda bu qorxu məni heç rahat buraxmır.  Ağlıma pis fikirlər gəlir, bəlkə nişanlımı bir də görə bilmədim (əsgər olduğu üçün). Bütün günü dua edirəm ona görə.  Allah bütün əsgərləri sağ-salamat öz yaxınlarına qovuşdursun, Amin. Bu həyatda tək qalmaq qorxusu, hətta belə bir şeyin nə vaxtsa ola biləcəyini düşünmək belə sözlərlə demək olmur, amma çox ağır gəlir... Şeytanın tələsinə düşüb imanımın zəifləməsindən qorxuram, kiminsə xətrinə dəyməkdən, kiminsə ahını almaqdan qorxuram... Həyatda qorxmadığım tək bir şey risk eləməkdir, risk eləməyi xoşlayıram. Deyilənə görə həyatın sonu kədərli, ortası işə yaramayan, əvvəli isə gülməlidir. Amma məncə hər şey insandan asılıdır. Qorxularımızı yenib həyatımızın ortasını da işə yarayan və çox şən edə bilərik, axırı isə ... onu dəyişmək olmur.
Parvina İbrahimova
Bu cür silsilə xəbərlər bizə-bir birimizi tanımağa şərait yaradır. Mənim üçün şəxsən böyük maraq nöqtəsidir. Mənim hər zaman qorxduğum iki şey olub: biri qocalmaq, biri isə sevdiklərimi itirmək. Bir neçə il bu qorxu ilə yaşadım. Az qala hər gün qorxu, hər gün həyəcan yaşıyırdım. Bir də gördüm ki nə az nə çox 3-4 ilim hədər olub. Olanlar olub olmayanlar da naməlum qalır yenə. Yəni mənim heç bir rolum yoxdur özümü incitməkdən savayı. Düşündüm ki hər şeyi verən Allahdır, hər şeyin sahibi odur. Verdiyi kimi almağına da şükr etmək lazımdır. Qocalmağı isə vallah səmimi desəm düşünməməyə çalışıram. Bilmirəm hər yaşın öz gözəlliyi varmı, mən həmişə cavan qalmaq istəyərəm. İnşaAllah o biri dünyada hər kəs eyni yaşda olacaq qocalmayacaq deyirlər. Artıq yaşımı önəmsəmirəm. Əsas olan axirətimizi qazanmaqdır. İndi tək qorxum Rəbbimin sevmədiyi bir bəndə olmaqdır. Şəhadətsiz ölməkdir. Allah qorusun. Allahımdan başqa heç nədən və heç kəsdən qorxmuram. Hər şeyin şərrindən Ona sığınıram.
(Ardı var)
29 oktyabr 2013
GO BACK