Qadin.NET / "Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)

"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)

 

"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)

YEGiŞ

Həyatdan qorxum yoxdur desəm, yalan olar. Qorxuram, kimsələr tərəfdən əzilməkdən, eyni zamanda, həm də qorxmuram ki, buna nail olan ola bilər. Qorxuram unudulmaqdan. Çünki xatırlanmaq yaşamaq qədər gözəldirsə, unudulmaq ölüm qədər acıdır mənə. Qorxuram əzizlərimi, doğmalarımı itirməkdən, anidən fikrimə girir, çıxmır qorxular. Allah mənə nə yazıbsa, onu da çiyinlərimdə hər zaman daşımağa hazıram. Çünki Yaradan belə məsləhət bilir.
Qorxmuram ölümdən, qorxmuram pisliklərdən. O pisdirsə, mən niyə yaxşılığımdan qalmalıyam?! Devizim budur. Hər zaman haqq yolunu tapır, deyərək-düşünən birisiyəm.
GulenaY
Həyatdan heç bir qorxum yoxdur, hər çətinliyə sinə gələrək yaşımın üstünə yaş gəlir. Daim mübarizədə olan insanam, ona gorə qorxum yoxdur. Sadəcə qorxduğum anlar var, məsələn, dogmalarımla, əzizlərimlə bağlı anlar ki, o səsi eşitməyə qorxuram. Ailəmin bir gün kimlərsə tərəfindən parçlanmasına qorxurdum, amma buna cəhd etmək istəyənlərin də qarşısını aldım, demək bacardım. Qardaşım əsgərlikdədir, canım qardaşım, o mənim havamdır, suyumdur, nəfəsimdir, ürəyimdir, həyatımda incitmədiyim yeganə kişi-qardaşımdır, dostumdur, dayağımdır..Mən nə qədər həyatda varam, qardaşım üçün narahat olacağam, qorxacağam. Əsgərlikdədir, ürəyim parçalnır hər gün, dualar edirəm ki, Allah onu pis insanların ətrafından uzaq eləsin...Bircə bu yay gəlsəydi, o da gələrdi...Harda olur olsun onun üçün narahat oluram, lap bizə qonaq gələndə də, gecə 3 dəfə durub baxıram, görüm rahat yatırmı, üstün örtübmü, yastığı rahatdırmı. Bir babam da var, o da şəkərdi, onun adı hər gələndə mən kövrəlirəm. Bütün qohumlar, tanışlar bilir ki, mən babama necə bağlı insanam, qocaldığını görürəm, hər görəndə gizli ağlamamaq mümkün deyil. Onu o evsiz təsəvvür edə bilmirəm. Bəlkə də həkimlər desə ki, ona sağlam ürək lazımdır, sağlam orqan lazımdır, gözümü yummadan verərdim. Ona bir şey olacaq deyə qorxuram. Əlbəttə, bir də valideynlərim və yoldaşım adicə xəstələnəndə, hər gün yola çıxanda belə onlar üçün qorxu, narahatçılığım olur... Bu haqda geniş danışmaq istəmirəm. Qorxu ilə yaşamaq bəlkə də hərdən nələrinsə qədrini bilməyə gətirib çıxardır, daha da sahiblənməyə gətirib çıxarır, düzgünlüyə gətirib çıxardır... Nə bilim, Allah hər birimizə mənəvi rahatlıq versin.
SELENA
Mən ən çox Allahdan qorxuram. Məncə, Allah qorxusu hamıda olmalıdır. Sonra gəlir axirət qorxusu. Ölümdən heç vaxt qorxmamışam. Bircə qorxmuşam ki, ölüm məni ailəmdən ayırar, ailəmdən ayrılmaq istəmirəm. Ailəmi itirməkdən də çox qorxuram. Bəzən deyirlər ki, yaxşı düşün, yaxşı olar, amma mən hər şey haqqında yaxşı düşündüyüm bir vaxtda atamı itirdim. Ümidlə sağalacağını və düzələcəyini düşündüyüm zamanda oldu.
Bir də hesab günü var. Hesab günündə hər şey bilinəcək. Günahlarımız, savablarımız bilinəcək. Vay o gündən ki, günahlarımız savablarımızdan ağır olar, çox olar. Bunu düşünmək belə çətindir, ağırdır. Allah bağışlasın bütün günahlarımızı. Amin.
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
в–“в–’в–‘Yağmur в–‘в–’в–“в–єа®ђ
Həyatdan qorxuram çünki:
Şikayətim var deyə, bir yazıya başlasam günlərcə bitirə bilmərəm bu yazını, ancaq bir şey yazmağa deyil, bu şikayətlərə baxıb hələ də şükr etməyi öyrətdiyi üçün həyata minnətdaram!!!
Allahımıza çətin anımızda üz tutmayaq. Heç zaman qəlbində Allah sevgisi, dilində dua olan şəxslər darda qalmaz.
Ən çox qorxduğum şey, doğmalarımızın vaxtsız itkisidir, Allah heç bir kimsəyə bu acını yaşatmasın, eyni zamanda da mənə...
Ulker.Agamali
Həyatdan qorxuram, çünki gəncəm, çox səhvlərim olub, amma hələ onları düzəltməmişəm. Həyatdan qorxuram, çünki Allahımdan qorxuram, səhvlərimi bağışlarmı, onun hüzuruna gedincə bir müsəlman kimi bütün vəzifələrimi yerinə yetirməyə ömrüm çatacaqmı?Həyatdan qorxuram, çünki 2 balam var, onlara gözəl gələcək qurmağa ömrüm yetəcəkmi? Bəli, həyatdan ilk qorxum, ömrümün nə qədər olmasından xəbərsiz olmağımdır. Ona görə də, hər günü sonuncu kimi yaşamağı bacarmaq lazımdır. Digər qorxular-həyatın imtahanlarıdır, bunlardan hamı keçməlidir....Yaşadıqca, həyatın çəhrayı rəngdə olmadığını anlayırıq, çətinliklərə sinə gələ-gələ güclənirik, həyəta daha bərk tutunuruq, yaşamaq-yaşamaq-yaşamaq istəyirik!
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
SəRRaS
Mənim həyatda qorxmadıqlarımdan çox, qorxduqlarım var. Amma Allahım alnımıza nə yazıbsa, onuda yaşayırıq, Allahdan gələn dərd də, kədər də xeyirliyədir. Deməli belə, həyatda heç qorxmadığım şey var, o da ölümdür, amma ölümdən sonra olanlardan hədsiz qorxuram, verə biləməyəcəyim cavablar, günahlarım, qırdığım qəlblər... Həyatda qorxuram, yaxınlarımı itirməkdən, hər zaman Allahıma dua edirəm ki, mənim canımı onlardan tez al, yaşaya bilmərəm yoxsa. Qorxuram, kimisə incitməkdən, qəlb qırmaqdan, böyüklərə bilmədən də olsa hörmətsizlik etməkdən, çünki onda pis oluram. Həyatda çarəsiz, yalnız qalmaqdan qorxuram. Həyatdan qorxmuram, çünki məni hər şeydən çox sevən, hər pis günümdə arxamda duran atam var, ailəm var, canından çox sevən yoldaşım var..Gözəl Rəbbim hamını qorusun, bizlər də içində.
creativka
Həyatda heç nədən, heç kimdən qorxmuram, çünki bilirəm ki, Allahım hər zaman məni qoruyur. Həyatda ölümdən, unudulmaqdan qorxmuram, çünki bilirəm ki, Allah qarşıma çıxartdığı insanları müəyyən məqsədlər üçün çıxardır, onlar mənim imtahanım olur, onların sayəsində həyatı daha dərindən dərk edirəm-insanları tanıyıram. Həyatdan qorxmuram, çünki bilirəm ki, həyatda batmayacağam, özümü müdafiə etmək üçün ağlım, savadım var. Həyatda tək qalmaqdan qorxmuram, çünki, min oğula dəyəcək qızım var, o qızım ki, mən onunla nəfəs alıram. Həyatımın ən çarəsiz anında gəldi, ən çətin anlarımda yanımda oldu. Həyatda kasıb olmaqdan qorxmuram, çünki bilirəm ki, milyonlara dəyəcək qızım və ailəm var.
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
Nuray
Qorxuya gəldikdə, heç nədən qorxmaq lazım deyil, Allah nə buyurubsa, o da olacaq, qorxduğum anlar olmayıb, amma əzablı anlarım çox olub və mən də həmişəki kimi Allahımdan mənə səbr vəməyi istəmişəm. Şükürlər olsun ki, o Uca Rəbbimə məni heç vaxt naümüd qoymayıb, indi şükürlər olsun ki, keçdiyim bu çətin illərim geridə qaldı. Yaxınlarını itirənlərə də, səbr diləyirəm, o da Allahın bir əmridir. Bizlər də bir gün gəlib, bir gün də gedəcəyik və buna hər an hazır olmalıyıq, əziz bacılarım
mira-kerim
Həyat bəzən qorxulu gəlir mənə, çətin gəlir... Amma düşünürəm ki, başımızın üzərində Allah var, o zaman heç nədən qorxmuram. Bu həyatdır, hər şeyə hazırlıqlı olmalıyıq və heç nədən qorxmamalıyıq.
Rzayeva Guler
Mənim həyatda ən böyük qorxum, anamı və yoldaşımı itirməkdir, çünki bəzən öz-özümə fikirləşirəm ki, yoldaşım həyatda olmasa mənim üçün həyatın heç bir mənası qalmaz, onun öldüyünü görməkdənsə, özüm ölüm. Çünki mən, anam və yoldaşımla nəfəs alıram, bu 2 il ərzində sevdiklərimi itirmişəm-dayım cavan yaşında rəhmətə getdi, nənəm öldü, sonra da dünyada çox sevdiyim, onu hər zaman fikirləşdiyim qardaşımın qızı-gözümün qabağında öldü, ən çox məni yaralıyan, 3 yaşlı Nurayımın ölümü oldu, bu ölümlər arxa-arxaya olduğu üçün indi həyatda ən çox sevdiyim anamı və yoldasımı itirməkdən çox qorxuram, qalan şeylərdən elə də qorxmuram. 
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
17 oktyabr 2013
GO BACK