Qadin.NET / "Qadın.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (2)

"Qadın.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (2)

 

Ruhəngiz

Təriş bacım, mənə də xəbərində yer ayırdığın üçün sənə təşəkkürümü bildirirəm. Çox maraqlı və maraqlı olduğu qədər də düşündürücü mövzu seçmisən. Həyat çox mürəkkəbdir. Bu həyatı insan Yaradanını unutmamaq şərtilə yaşamalıdır. Həyat bizə bəzən sevincli, bəzən də kədərli anlar yaşadır. Mən 18 yaşımda başıma gələn hadisələri bir daha yaşamaq istəməzdim. Çünki ata-anamı avtomobil qəzasında itirməklə sanki dünyam söndü...Həyatdan məhz belə hadisələrə görə qorxuram. İndi mənə əziz olan ailəmi çox istəyirəm. Həyatdan ona görə də qorxmuram ki, çünki Elhamdulillah namazımda, duamdayam. Allahıma sığınmışam. Allahıma baş əyib, onun buyurduqlarına əməl etdikcə həyatdan da qorxmursan. Allah hamımıza can sağlığı, həyatın çətin sınaqlarından layiqincə, alnıaçıq çıxmağı nəsib etsin. Amin.
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
Həyatdan qorxmuram, çünki güclüyəm, iradəliyəm. Şükürlər olsun ki, həyat mənə istədiklərimi verib, əslində həyat yox, Allahım verib. Çünki ondan istəmişəm, o çıxardıb qarşıma. Həyatda sevdiklərmi itirməkdən qorxuram, başda da anamı. Arada təəssüf edirəm, deyirəm o olmasa nə edərik biz, tez gedib onu qucaqlayıram. Sonra isə nişanlımı itirməkdən qorxuram, elə bilirəm həyat onu alacaq mənim əlimdən. Sonra əlimi açıb Allahıma minlərcə şükür edirəm. Məncə həyatan qorxmaq lazım deyil, qəlbində Allah sevgisi, Allah qorxusu varsa həyatan qorxmaq lazım deyil.....Bu qədər. Bacı, çox sağ ol xəbərində mənə də yer ayırdığın üçün give_ros
Seli
Mən həyatda maddi varlıqlarımı deyil, mənəvi varlıqlarımı itirməkdən qorxuram. Ən əsas Allaha zidd olan əməlləri etməyə məcbur qalmaqdan, valideynlərimin, qohumlarımın gözündən düşməkdən, bu yaşıma qədər qazandığım hörmətimi, insanlarin mənə olan və mənim də onlara olan güvən hissini itirməkdən qorxuram. Hər kəsin həyatda bir missiyası, yaşamaq üçün nəsə bir amalı var. Mənim də həyatımda ən dəyər verdiyim amal təmiz adla, alnıaçıq yaçamaqdır. Şükürlər olsun ki, bu yaşıma qədər ailəmi, atamı, evləndiyimiz müddətdən yoldaşımın başını aşağı salacaq bir səhvim olmayıb. Bununla qürur duyuram. Səhvləri olan insanları da mühakimə etməkdən qorxuram, çünki ataların gözəl bir məsəli var: Heç vaxt "heç vaxt" demə! Bundan başqa sevdiklərimi itirməkdən yaman qorxuram, ən əsası ailəmi və yoldaşımı itirmək qorxusu dünyadakı ən böyük qorxumdur. Həyatda itirməkdən qorxmadıqlarım isə..hə, tapdım, ətrafımda olan xəbis, qəlbiqara insanların hamısını bir gündə həyatımdan çıxmaqlarından əsla qorxmaram və peşman da olmaram. 
Hacət-i Vuslat
Mən həyatdan qorxuram...
Ən böyük qorxum, İman zəifliyindən ölüm anında şeytana aldanmaqdır, çox qorxuram bundan...
Rəbbimi sevmək Lütfunu itirmək; Əməllərimin boşa getmək; Onun əmanətlərinə xəyanət etmək; Zamanımı faydasız elmlərə sərf etmək; Ona layiq evlad yetişdirməmək; İnsanlar qarşısında borcumu yerinə yetirməmək; Yaradanın qurtuluşumuz üçün verdiyi cüzi iradədən istifadə etməmək; Onu layiqincə sevməmək; Ona qul ola bilməmək; Dünyanı sevmək; Şeytanın Allahla aldatmasına aldanmak; Naşükür olmaq təhlükələri olduğu üçün həyatdan qorxuram.
Mən həyatdan qorxmuram...
Nə olur olsun, əminəm, nə qədər ki, ürəkdə qətrə qədər Allah sevgisi var-qurtuluş şansı var...
Belə düşündürücü xəbərdə iştirak etmək təklifi üçün təşəkkür edirəm.
Sevinc M
Bəli, həyatdan qorxuram, çünki bizə hər an nə yaşadacağı bilinmir. Həyatdan qorxuram, çünki bu həyat sürprizlərlə doludur, kiminə yaxşı, kiminə isə pis. Bu həyatdan qorxuram, çünki hər an bizdən nəyi alacağını bilmək olmur və yaxud da nələr verəcəyini. Bəli, bizə hərdən gözəl şeylər də verir, ancaq birdən o gözəllikdən elə bir çiçək qopardır ki, geridə qalan bütün çiçəklər quruyur...Elə buna görə də həyatdan qorxuram..
Dəniz84
Deməli belə, həyatdan qorxuram, çünki bu həyat bizə bir sınaq, bir imtahandır. Qorxuram ki, bu imtahandan üzüağ, alnıaçıq çıxa bilmərəm. Qorxuram ki, bilmədən kiminsə xətrinə dəyərəm, qəlbini sındıraram. Ən çox qorxduğum, kiməsə bilmədən haqsızlıq edərəm. Qorxuram övladlarımı yaxşı, xeyirxah bir insan kimi tərbiyyə edə bilməməkdən, qorxuram onları vətənə xeyirli bir insan kimi yetişdirə bilməməkdən. Ancaq buna çox çalışıram. Onları İslamın, Əhli beytin buyurduğu yolla getmələrini istiqamətləndirməməkdən qorxuram. Allahdan hər zaman bu qorxduqlarımı yaşamamaqda kömək diləyirəm. Qorxmuram, çünki ətrafımda məni sevən, məni hər zaman başa düşən, dar günümdə arxa-dayağım olan insanlar var. Ailəm və çox sevdiyim yoldaşım. Allahıma onu mənim qarşıma çıxardığı üçün həmişə şükr edirəm. Gözəl övladlarım var. Ən əsası Allahım mənə ağıl verdiyi üçün bu həyatdan qorxmuram. Ağıllı insan həyatın hər üzünə sinə gələr. 
Xəbərində mənə də yer verdiyin üçün minnətdaram. Sənə burda və həyatda həmişə uğurlar arzu edirəm.
MikaMiluS
Həyatdan qorxmuram, çünki məni tək sevdiklərim incidə bilər. Qorxmuram, çünki həyat o qorxu qədər dəyərli deyil.
Həyatdan qorxuram, çünki... Düzünü deyim ki, nə qədər düşünsəm də bu sualın cavabını özümdə, öz içimdə tapa bilmədim. Çünki qorxmuram həyatdan, məna görmürəm bunda.
Ümumiyyətlə, həyat adlı bir şey olduguna belə inanmıram.
Ümumi dildə həyat deyirik, amma hər kəsin həyatı fərqli oldugu kimi, bu söz də hər kəsə görə başqa bir məna daşıya bilər. 
Yaşadigim bu dünyada bir qorxum var. O da, sevdiklərimi itirib, tək qalmaqdır.
DJ BIBIXANIM
Bacım, həyatımda ən böyük qorxularım, atamın vaxtsız ölümü və bu azmış kimi 11 yaşlı qardaşımın qəfil dünyasını dəyişməsi olub. O vaxtlardan bu günümə kimi dərd-qəm mənim oldu, mən danışanda elə billirlər məndən xoşbəxti yoxdur, amma əslində belə deyil. Güvəndiyim və inandığım yoldaşımdır, bəzən deyirlər e ərinə çox sirrini açma, axırda başına vurar. Mən heç vaxt belə düşünməmişəm, mən həmişə demişəm ki, yoldaşım mənə həm ana, həm bacı, həm qardaş, həm ata olur. Oğlumuz dünyaya gəldi, mənim xəbərim olmadan oğlumuza rəhmətlik qaqaşımın adını verib və anama deyib itirdiyin oğlunun yerin verməsə də, az da olsa sənə kömək olar. Anam o gündən toylara, bayramlara getdi, indi mənim Məhərrəmimlə nəfəs alır. Bu da məni xoşbəxt edir ki, anamı ayaq üstə saxlayan nəsə var. Anamı itirməkdən çox qorxuram. Şükür Allaha hər şeyim var. Vardı, dövlətdi, amma heç biri mənim gözümdə yoxdu, sadəcə ailəm..Səmimiyyət mənim üçün ən vacibidir, bu saytda hamı çox yaxşıdır, səmimi insanlar var. Mən həmişə səmimi olmuşam, nəyim var, nəyim yox hamsını soruşurlar yazıram, üstünə nəsə qoyub yazmamışam. Üzüm həmişə gülsə də, qəlbimin dərinliyində həmişə ağlayıram. Həyatda istəmərəm ki, çoxusunun qorxusu ailəsini itirmək olsun. Allah heç kəsə belə ağrını, acını yaşatmasın. Amin.
Ləman_
Salam. Bacım, əvvəla xəbərində mənə də yer ayırdığın üçün çox sağol. Həyatda başıma gələcək bütün bəlalardan çox qorxuram, həyatda ən qorxduğum iş başıma gəlib. Atamın qəfil vəfatı məni bu fani həyatda daha da qorxaq edib, indi hər zaman yaxınlarımı itirməkdən çox qorxuram, adi telefonuma gələn tanımadığım zəngdən də qorxuram. Ən böyük qorxum isə bu dünyada günah işləməkdir. Həyatdan qorxum, axirətdə Allahımın hüzuruna günahlarla çıxmağımdır, həyatda hər şeydən çox qorxuram, yaşadıqca başımıza nələr gələcək bilmirəm. Bütün çətinliklərdən Allahıma sığınıram...
6 oktyabr 2013
GO BACK