Qadin.NET / Sevgi ilə əmrə tabe olan Qadın.Net xanımları

Sevgi ilə əmrə tabe olan Qadın.Net xanımları

Sevgi ilə əmrə tabe olan Qadın.Net xanımları
Əraf 26/ "Ey Adəm Щђövladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik. Əlbəttə təqva libası daha yaxşıdır." Bunlar Allahın  ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.
Allah (c.c.) Əhzab 59-da, Nur 31-də isə qadınlara Щђörtünmə verir, Əraf 26-da isə buyurur ki, təqva geyimi daha xeyirlidir. Qadınlar örtünməsə də olar, təki təqvalı olsunlar yetərmi? Nəfslərinin ucbatından belə anlayanlar da var. Həqiqət nədir? Niyə Rəbbimiz təqva əlbisəsini daha üstün tutur? Nədir təqva? Təqva, Allahın əmrlərinə itaət edib, haramlarından qaçınmaqdır. Yəni, örtünmə əmrini yerinə yetirib təqvalı olmamaq mümkündür. Amma təqvalı olub Щђörtünməmək mümükün deyilBelə bir xəbəri hazırlamaqda səbəb, gЩђözəl saytımızın hicaba keçmək istəyən, lakin çəkinən, tərəddüd edən xanınlarımız oldu. Xatırladım ki, bir zaman mən də onlar kimi idim və yolda bir hicablı xanım gЩђörəndə içimdən bir səs deyirdi ki, get, soruş gЩђör necə atdı bu addımı? Çətin olmadı ki? Geyimlərini hardan alır?.. Mənim və bu xəbərdə iştirak edən hər bir xanımın məqsədi, hicabın vacibliyini anlayıb, bunu arzu edib, tam hazır olmayan bacılarımıza dəstək olmaqdır. İslam qardaşlıq, birlik dinidir, bir-birimizə dəstək olmaq adına Allah rizası üçün xəbərdə iştirak edən hər kəsə təşəkkür edirəm! İnşaAllah, heç olmasa bircə nəfər də faydalanacaq (amma ümid edirəm ki, daha çox xanıma faydası olar Allahın izni ilə).
Mən heç vaxt açıq-saçıq geyinməyi, diqqət mərkəzində olmağı xoşlamamışam, daim gЩђözlərdən qaçmışam. Bilirdim ki, nə zamansa hicab əmrini yerinə yetirəcəyəm. Çünki içim, təbiətim bu idi. Amma bunu anlayandan hicaba keçənə qədər uzun illər keçdi. İlk olaraq anam və məndən kiçik olan bacım keçdi hicaba. Onlar ən çətini üstələndilər. Çünki ailəmizdə hicablı heç kim yox idi. Kifayət qədər "müasir" deyilən qohum-əqrəbalarımız var idi. Sonra mən də qoçaqlaşdım, amma nişanlım yaxşı baxmırdı, ailə qurandan sonra da həvəsdən salırdı, bir tərəfdən də ev, uşaq-daim sonralara atılan bir arzu olaraq qalırdı ürəyimdə hicab. Boynuma alıram ki, çox cahil idim, hətta hicaba keçəndə belə cahilliklə keçdim. Artıq hicablı xanımların sayı artıb, gЩђözəl geyimlər tapmaq daha rahatdır düşüncəsi ilə keçdim hicaba. Halbuki, sonralar anladım ki, belə olmamalı idi. Evimdə olan nə vardısa onunla qane olub sevgi ilə əmrə tabe olmalı idim. Mən tədricən keçdim Щђörtünməyə (ümumiyyətcə ani dəyişiklikləri sevmirəm, hər şey planlı, hazırlıqlı olanda rahat oluram). Demək olar ki, bir il Щђöncədən geyimlərimi hazırlamağa başladım. Yeni geyimlərimi klassik, geniş, əlvan olmayan, uzun qol və.s alırdım və çalışırdım artıq dar, açıq qollu geyimlər geyinməyim. Yoldaşımın yaxın qohumlarından rəhmətə gedən var idi, məclislərdə də bildiyiniz kimi adətən xanımlar başlarını Щђörtürlər. Mən də bu bəhanə ilə həvəslə başımı bağlayırdım. Məclis bitib yır-yığış başlayanda hər kəs başını açanda, mən açmırdım. Məndən soruşanlara da "Hicaba keçməyə hazırlaşıram, qoy Щђöyrəşim" deyirdim. Qaşlarını çatıb tərs-tərs baxanlar da, "Hələ tezdir" deyənlər də olurdu, "A, nə yaxşı" deyənlər də. Belə-belə nəhayət tam olaraq keçdim hicaba.
Valideyni, həyat yoldaşı hicaba razı olmayan xanımlara belə bir məsləhətim var:
-Əgər, siz həqiqətən də ürəkdən, sevgi ilə Щђörtünmək əmrinə tabe olmaq istəyirsinizsə, siz də geyimlərinizdən başlayın. "Örtünmək istəyirəm, amma yoldaşım (valideynim) izn vermir." deyib, açıq qollu, dar şalvar geyinən, saçlarını rəngləyib, açıb-tЩђökən, üzünə diqqət çəkəcək qədər bər-bəzək vuran xanıma inanmaq çətindir. Qəlbdən istəyən, başını Щђörtmək icazəsi yoxdursa, heç olmasa digər geyimlərinə fikir versin. Zorla valideyniniz və ya yoldaşınız qısa qollu paltar, və ya dar şalvar geyindirməyəcək ki sizə. Alanda genişini alın, incə parçadan geyinməyin (xanımın alt geyimini naməhrəmə gЩђöstərməsini gЩђörəndə "Ya Səbir!" deyib zorla Щђözümü saxlayıram ki, yaxınlaşıb nə isə deməyim), sinənizi bağlayın, çox xahiş edirəm ey gЩђözəl xanımlarımız, qollarınızın altını gЩђöstərməyin kişilərə. Ey yaşlı-başlı analarımız, bacılarımız, sizlərə də səslənirəm ki, dar şalvar, ətək geyib ayıb yerlərinizi nümayiş etdirməyin, geyimin darlığından bədəninizin qat-qat ətlərini gЩђörmək o qədər ikrah edici gЩђörünür ki... Gözəl bədəniniz də olsa ərtafı da günaha batırırsız-etməyin belə. İslam adı altında birləşən əziz xanımlar! Axı, biz həm də azərbaycanlıyıq! Xalqımızın qədim geyimlərinə fikir verin, nə qədər abırlı, həyalı, xanımlıq rəmzi geyimlərimiz var. Bir halda ki, bədəninin ayıb yerlərini açmaq "pis" qadının geyimidir, Allah xatirinə, İslam xatirinə, insanlıq xatirinə, yaxınlarınızın xatirinə, sizdən Щђöyrənən evladlar xatirinə mümkün qədər cəlb edici və açıq geyinməkdən çəkinin! Baş Щђörtüsündən başqa digər geyimlərinizə fikir versəniz, Allah da sizin əlinizdən gələni etdiyinizi gЩђörəcək, istəyinizin dildən deyil, qəlbdən gəldiyini gЩђörəcək. Yaradan heç kimi gücünün yetdiyindən artığı ilə sorğulana bilməz. Əgər, sizin qismətinizə hicaba izn verməyən sərhəd yazıbsa, deməli sizdən niyə Щђörtünmədin soruşmaz. Amma, siz də bunu bəhanə etməyin əziz xanımlar, imkan daxilində Щђörtülü geyinməyə çalışın. Zaman gələcək, yaxınınız gЩђörəcək ki, sizi hicabdan ayıran bircə addım qalıb, o da başınızı Щђörtmək. İnanıram, çarəsiz qalıb nəhayət izn verəcək. Allahın izni ilə hər biriniz sevgi ilə əmrə tabe olmağın ləzzətini duyarsınız əziz xanımlar!
Sevgi ilə əmrə tabe olan Qadın.Net xanımları
Nuriyye
Namaza cəmi bir neçə gün idi başlamışdım. Güzgünün qarşısında dayanıb namaz qılmaq üçün hicab bağlayırdım. Öz-özümə “hicab vacibdir ki, (Quranı oturub kamil oxumamışdım) namazda hicab bağlayıram, bəs sonra niyə açıram? Hələ ağlıma bir atalar sözü də gəldi “Tülkü həccə gedir”, namazda başını ört, çölə çıxanda yenə də cahiləm. Bu günə kimi başım açıq olub, istədiyim kimi geyinmişəm, məni kim dəyərləndirib və yaxud kim mükafatlandırıb?” düşünərək daha başımı açmayacağıma qərar verdim. Əlhəmdulillah, o gündən mən də hicablandım, evdə heç bir maneə ilə qarşılaşmadım, amma kənardan bəzi sözlər eşitdim. Kim nə deyir desin, Allah hər şeyi bilir deyə heç kimə fikir vermədim. Hicablanandan sonra özümü daha xoşbəxt, daha sərbəst, daha güclü, bir sözlə daha rahat hiss etdim. Hicablandım, çünki
1. Allahdan qorxdum.
2. Allahın əmrini yerinə yetirdim. 
3. Allaha təslim oldum.
4. Allaha bağlı oldum.
5. Dəyərli oldum.
6. Allahı xatırlayıb, Allahı xatırladım.
7. Bəndəçilik vəzifəmi yerinə yetirdim.
8. Rəbbimin razılığını qazandım.
9. İnsanların deyil, Rəbbimin gözündə xüsusi oldum. Hicablandım, çünki Haqq belə istədi.
ALLAHI SEVEN
Mən hicaba keçməyi çox istəyirdim. Amma lənətə gəlmiş şeytan mənə vəsvəsə edirdi. Fikirləşirdim ki, bağlanaram, sonra açaram. Bağlanaram saxlaya bilmərəm, günaha bataram. Bu fikirlər mənim 3 ilimi boşuna apardı. 3 il harama da girdim, günaha da batdım, necə? Haram o dəmək deyil ki, nəyisə haram yolla qazanasan, yada ki, haram yeyəsən.  Yox, mən harama öz geyimlərimlə, açıq-saçıq geyinənlərə baxmaqla batdım. Allah bağışlayandır, tövbələri qəbul edəndir. İnşallah məni də bağışlayarMənim hicaba keçməyimi danışsam, bəlkə də mənə gülərsiniz. Hicaba necə keçdim? Dar şalvarda, şalvarın üstünü biraz örtəcək olan koftada. O vaxt həmin kofta mənim üçün uzun bir paltar kimi görsənirdi. Həmin günü bacımla getdik mənə ilk aldığımız gen şalvar, dizdən olan manto oldu. Və mən həmin butikdən əynimə yapışmayan paltarlarla çıxdım. Baş örtüyümü də dəyişdim. Mənim hicablanmağıma ən çox sevinən anam oldu. Anamın təbrikindən sonra mənə ilk sözü- "şükür sən də abırlı geyinərmişsən" oldu. Məni qınayanlar da oldu, mənə cahil kimi baxanlar da oldu, mənə bu nədir özünü mollalığa qoymusan, aç, at deyənlər də oldu. Amma şükürlər olsun ki, mən o cür fikirlərin təsiri altına düşmədim. İndi çoxlarının mənə olan sualı budur-Sən istidən bişmirsən? Deyirəm cəhənnəmin odundan isti olmayacaq ki. Hicab mənim ayətimdir, hicab mənim kimliyimdir, hicab mənim qürurumdur, hicab mənim naməhrəmə qarşı qalxanımdır. Allah mənə Fatimeyi Zəhra hicabı nəsib etsin inşallah.
Ayten
Mən artıq 5 ildir namaz qılıram. Namazı rəhmətlik nənəm öyrədib mənə. Mən həmişə deyərdim ki, ay Allah 25 yaşım tez olsun hicaba keçim. 2010-cu ilin məhərrəmlik ayı idi. Yoldaşımın bibisi qızıgildə İmam məclisi vardı. Çox dini söhbətlər, hədislər danışıldı və İmamın 7-si isə bizdə məclis olacaqdı, yəni 4 gün sonra. O günü səbirsizliklə gözləyirdim. Nəhayət o gün gəldi və heç kimin gözləmədiyi bir addım atdım-hicabımı bağladım və məclisə gəldim hamı təəcübləndi. Amma sağ olsun yoldaşım və ailəm yanımda oldu. Anamgil isə qarşımda durdu. Anam, xalalarım hamısı hicabıma qarşı çıxdı, səbir etdim heç nə demədim. O əsnada qardaşım və yoldaşım cox dəstək oldu mənə. Çox şükür Allahıma artıq 4 il olacaq ki, hicablıyam. Hicabın insana verdiyi mənəvi, ruhi rahatlığı heç cür izah edə bilmərəm, bunu ancaq yaşayıb bilmək lazımdır. Hicaba girmək istəyən, ancaq qorxan bacılarımıza demək istəyirəm ki, qorxmayın, bacılar. Hicab mənim həyatımda çox yol açdı, ən əsası yoldaşım da namaza gəldi. İndi o artıq məndən də çox dinə bağlıdır. Allah qorxusu ürəyində olan bir insan bu həyatın çox işlərindən çəkinir. Sonra dayım qızı namaza başladı, dayım gəlini hicaba keçdi. Yoldaşımın işi ilə əlaqəli çox iş yoldaşlarıyla görüşürdük, əvvələr məni özlərindən uzaqlaşdıracaqlarını düşünürdüm, tam əksi oldu, hər biri çox gözəl qarşıladılar, indi iş yoldaşları arasında hicaba keçmək istəyənlər də var. Hicabın mənə gətirdiyi gözəllikləri günlərlə danışsam bitməz. Nə uzadım bacılar, hər birinizə tez bir zamanda hicaba keçib, o gözəl duyğunu dadmağınızı diləyirəm. Məndən bu qədər. Sonda isə adınızı bilmədiyim üçün yenə sizə bacı deyərək səslənirəm, təşəkkür edirəm belə bir yazı hazırladığınız üçün, sağ olun!
Sonay Quluzade
Hicaba keçməyim Allahın mənə ən böyük lütfüdür. Nə ailəmdə hicablı olub, nə tanıdığım insanlar içərisində hicablı birisi olmayıb. Tələbə olanda bizim kirayədə qaldığımız evin başqa otağında hicablı bir xanım yaşayırdı. Hər ikisi İslam təhsili alırdı, elə orda tanış olub evlənmişdilər. O, hərdən hicabın vacibliyindən danışırdı, o vaxtlar namaz qılırdım, amma hicab heç beynimə də girmirdi, Allah qəlbimi bağlamışdı. Ondan illər keçdi, hicaba elə bir tələbat yarandı ki içimdə, əvvəl-əvvəl şalvarlarımı ləğv elədim, uzun ətəklərə keçdim, rəngli, çəkici paltarlardan imtina etdim, amma bir gün düşündüm ki, bu sıxıntı ilə yaşamaq olmaz. Yoldaşımla getdim, tünd bənövşəyi-qara qarışıq rəngli bir şal (ömrümün axırına qədər mənimlə olacaq o şal Allahın iznilə) aldım. Amma yoldaşım hələ də inanmırdı ki, keçəcəm. Razılığını istədim, vermədi. Dirəndim, dedim, bilirsən ki, dediyimi edəcəm, heç olmasa dilindən “Allah xeyir versin” çıxsın. Dedi: “Heç vaxt deməyəcəm, işdən çıxaracaqlar, gələcəklə bağlı planların alt-üst olacaq”. Dedim: “Allah istəməsə, heç kim məni çıxara bilməz, çıxarsalar, deməli, Allah belə məsləhət bilib, ac deyilik ki, evdə oturub uşaqlarla məşğul olacağam, gələcək isə bəlkə heç olmadı”. Amma elə hicaba keçdiyim gün günorta mesajla “Allah xeyirli eləsin” dedi. 3 sentyabr 2012-ci ildə səhər işə hicablı gəldim, bütün bina şokda idi, mən ilk hicablı qadın idim, görən-görən “Nə yaxşı keçdin, qorxmadın ki, işdən çıxaracaqlar? Mən də istəyirəm, amma qorxuram ki, çıxaralar”. Amma Allaha həmd olsun, heç gözün üstə qaşın var deyən olmadı. Hələ bir gün pilləkənları çıxanda gözlərimə inanmadım, bir işçi hicaba keçmişdi. Necə uça-uça otağa gəlişdimsə. 6 ay sonra bir başqa xanım da hicaba keçdi. 
Ailəm necə qarşıladı? Hələ də içimdə bir ağrı var, hələ də onu düşünəndə doluram-boşalıram, yenə ağladım, Lalə, camaatın içində. Bir ay heç nə demədim, elə deyirdilər ki, “Maşınınız da var, doluşun, gəlin”. Xoş qarşılamayacaqlarını bildiyim üçün getmirdim, min bəhanə gətirirdim. Axırı bacıma dedim ki, “Sən onlara de”. Anamın reaksiyasını bilirdim deyə, istəmirdim ki, özüm deyəm, sonra da cavabdan üzülüm. Qurban bayramı günü anama deyiblər. Qərara alınmışdı ki, bir də rayona ayaq basmasın! Həmin bayramı özünüz təsəvvür edin. Neynəmişdim ki, əxlaqsız bir hərəkət etməmişdim ki, mən Allahın əmrinə itaət eləmişdim. Yaxşı ki, yoldaşım vəziyyətimi gördü, “Qorxma, həmişə yanındayam”. Artıq ailəmlə münasibət normaldı, əvvəl-əvvəl küskün danışdılar, sonra dəvət elədilər, əməliyyatdan sonra lap barışdılar. Bu hədisi diqqətlə oxuyun, xahiş edirəm, əziz xanımlar!
“Kim insanları hirsləndirmə bahasına Allahın razılığını axtararsa, Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə bahasına insanların razılığını axtararsa, Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər.” (Tirmizi)
Aynur Ağayeva
Deməli, belə mən namaz qılmağa təzə başlayanda hicaba keçməyi çox istədim, çünki mənim fikrimcə, namaz qılıb hicab geyməmək düzgün olmazdı. İnstitutda oxuduğum üçün anam da hicab geyinməyimə icazə verməmişdi ki, sənə çətin olar, icazə verməzlər və s. Ancaq hicab geyinməməyimə əsas səbəb kimi mən imanımın zəifliyini görürəm, çünki əgər imanım güclü olsaydı və həmçinin indiki hicabla bağlı əldə etdiyim bilik olsaydı, düşünürəm nə institut, nə anam, nə də ki, başqa səbəblər mənə mane olardı. Mən hicab geyinməyimlə qürur duyuram, çünki mən hicabımla naməhrəm kişilərin nəzərindən, baxışlarından uzağam, mən hicabla həm öz iffətimi qoruyuram, həm də kişilərin özünü. Düşünün əgər qadın açıq geyinməsə, o diqqət mərkəzində olarmı? Yox, açıq geyinən xanım həm özü günah qazanır, həm də başqalarını günah qazanmağa şərait yaradır. Cəmiyyətdə belə fikir var ki, hicab qadının azadlığını əlindən alır, yox bacım, İslam qədər qadına dəyər verən ikinci bir din yoxdur, əgər qadın evdən çıxarkən yoldaşı da onun yanında gedırsə ki, o məhrəmsiz bayıra çıxmasın, fitnə olmasın, bu o deməkdir ki, o həyat yoldaşı sizə dəyər verir, sizin azadlığınızı məhdudlaşdırmır. Onlar sənə deyirlər, günəş yandırır, sən isə örtükdəsən. Sən onlara layiq olan cavabı ver:-Cəhənnəm alovu daha yandırıcı, daha dəhşətlidir. Biz sadəcə bızdən nə qədər uzaqlıqda olan günəşin istisinə dözə bilmiriksə, onda de görüm bacım, cəhənnəm oduna necə dözəcəyik. Xülasə, hicaba gec keçdiyim üçün Allahdan bağışlanma diləyirəm, çünki bunun vacib olduğunu bilə-bilə, Allahın əmri olduğunu bilə-bilə bunu etmədım, hamıya da Allahın Qurandakı hıcabla bağlı ayələri (sən bunları mutləq qeyd edərsən, bacı) haqqında düşünməyə çağırıram, çünki bu ayələr açıq aşkar dəlildir. Ümüd edirəm faydalı olar.
Hayat Mamedova
Bir çox xanımlar kimi mən də tərəddüd edirdim hicaba keçim, keçməyim deyə. Namaz qılırdım, amma hicab bağlamırdım, qorxurdum sonra açaram və ya sıxılaram deyə. Bir çox bəhanələr gətirirdim, ən başlıcası Rusiyada yaşamağım və hamilə olmağım idi. Öz-özümə deyirdim ki, balam dünyaya gəlsin sonra bağlanaram. Bir gecə yuxuda gördüm ki, leysan yağış yağır və yağış damlasının düşdüyü hər yerdə gül bitir. Yuxuda deyirəm ay Allah 12-ci İmamimiz Sahibəz-Zaman gəlir, mən də tez yaylıq götürüb başımı bağlayıram. Səhər yuxum haqqında düşünəndə sadəcə yuxudu deyib keçdim. 2-ci gecə təkrarən eyni yuxunu gördüm, yuxudan öz ağlamağımın səsinə durdum. 3-cü gecə yenə eyni yuxum təkrarlandi. Bu səfər anladım ki, bu Allahın mənə işarətidir. 2 gün sonra da Ramazan ayı başlayırdı. Beləcə yoldaşıma yuxumu danışdım və hicaba keçdim. Qarşı çıxanlar da oldu, qəribə baxanlar da, ama heç kimə fikir vermədim, çünki mənim üçün Allah əmr etdiyi vacibdir. Yayda istiyə dözə bilmərəm, indi hicab bağlayanlara pis baxırlar, indi tezdi sonra bağlanaram, hələ hazır deyiləm və s. bəhanələrlə hicab bağlamayanlara üz tutub deyirəm ki, Cəhənnəmin istisi yayın istisindən çox, indi deyil sonra bağlayaram yox, çünki heç kim bilmir nə qədər ömrü var. Əcəl 5 dəqiqədən sonra da gələ bilər, hicaba pis baxırlar deyənlərə-hər kəs öz əməllərinin cavabını verəcək qiyamətdə, Allahın hüzurunda filankəs pis baxırdı, ona görə bağlanmadım deyə bəhanən olmayacaq. Unutmayaq ki, müsəlman üçün bu dünya sadəcə bir imtahandır, əsl həyat öldükdən sonra başlayır. Bu dünyada əlimizdə olan hər şey Allahdandir amma o dünya da isə bu dünyadaki əməllərimizin hesabı olaraq kimisinə Cənnət, kiminəsə Cəhənnəm nəsib olacaq. Nə qədər gec deyil, Allahın kitabı Quran əxlaqı ilə yaşayaq. Hicab biz müsəlman qadınlarına Xanim Fatimeyi-Zehranın yadigarıdır. Allah razı olsun sizdən. İnşallah, Allah bizlərə bu dünyada əməli saleh bəndələrindən edər, amin!
muslim woman (şirinlər:))
Mən hələ məktəbdə oxuyanda hamıya deyirdim ki, mən evlənəndən sonra hicab bağlayacam. Təbii ki, onda əsl hicabın nə olduğunu bilmirdim. İki-üç il keçdi, 2006-cı ilin oktyabr ayında hicaba keçdim. Yenə də örtünmənin tam anlamını dərk etmirdim. Bəzən saçları ütülənmiş, gözəl sırğalı qızları görəndə fikrim qarışırdı. Sonra isə məni lağa qoydular, mən də şeytana uyub 7 aydan sonra hicabımı açdım. 2010-cu ilin iyul ayında, Allahın izni ilə, ömrümün sonuna qədər örtünməyə qərar verdim. Yoldaşım telefonda dinlə bağlı söhbəti dinləyirdi. Danışana acığım tutdu, çünki hələ də onun dedikləri ilə razı deyiləm. Amma bir söz dedi ki, bu mənim yenidən hicablanmağıma səbəb oldu. "Müsəlman qadın beləmi olmalıdır? Müsəlman qadın digərlərindən seçilməlidir". Allaha verdiyi hər nemət üçün çox şükür, çox şükür ki, mən yenidən doğrunu tapa bildim, avqust ayında hicablandım. Artıq nəinki birinin saçında, sırğasında gözüm qalsın, onları görəndə deyirəm mən necə də kor olmuşam. Geyimlərimi də çalışıram ki, kamil hicab olmasa da ona uyğun olsun. Mənim hicabım mənim müsəlman olduğumun göstəricisidir. Mən bir müddət Çində yaşamışam. Yad ölkədəyəm və o ölkədə yenə başqa bir ölkədən olan müsəlman biri məni görür (qadın) əlini uzadaraq mənimlə salamlaşır. Yolda getdiyim zaman bir çinli başını əyərək mənə salam verir, onda bilirəm ki, o da müsəlmandı. Fikrimi çatdıra bildimmi bilmirəm, o an həmin insan sənə doğma gəlir. Bəlkə adi gələ bilər, amma mənə çox təsir etmişdi. Mənim hicabım mənim qoruyucumdur. Artıq çox insanda həya qalmayıb, uşağı yanında gedən analara belə iyrənc gözlərlə süzüb, söz atırlar. Mənim hicabım məni bu iyrənclikdən qoruyur. Əmr dedikdə məcburiyyət ağla gəlir. Əmrə sevgiylə tabe olmaq məcburiyyəti aradan qaldırır.
Ramile Memmedova
Salam, Qadın.Net xanımları. Artıq 6 ildir ki, hicabdayam çox şükür. Mənim hicaba keçmə hekayəm biraz qəribə olub. Ailə qurduqdan 2 il sonra hicaba keçmişəm, atamla anam heç razı deyildilər, hətta anam dedi ki, hicaba keçsən gəlmə ümumiyyətlə bizə, nə isə, qaynatama dedilər olmadi, yəni fikrimdən dönmədim, nənəmi qatdılar işə yenə olmadı. Nənəmlə danışdım dedim ki, "Nənə illərdir çarşabdasan heç olmasa sən mənə tərəf ol" nənəm nə cavab versə yaxşıdır "ay bala, mən sənin yaşında olsaydım-eh, bu dəqiqə elə qəşəng şalvarlar, elə qəşəng qısa köynəklər var ki, hamısına həsrətlə baxıram, saçlarım da tökülüb artıq, sən yaşda olsaydım saçımı gündə bir rəngə boyayardım, qısa kəsərdim", mən də dedim ki, "sağ ol, nənə, nə yaxşı ki, bu dövrdə yaşamamısan, yoxsa..." Müəllimim demişkən əl qərəz. Nə isə, bir ara sakit dayandım, bu söhbəti açmadım, amma özümə hicablı geyimlər, çoxlu yaylıqlar almışdım, münasib vaxt axtarırdımki hicaba keçim, amma heç kimin də qəlbini qırmayım. Böyük qardaşım əsgərlikdən gəlmişdi, mən də fürsətdən istifadə edib yığıncaga hicabımı bağlayıb getmişdim. Hamı sevinirdi deyə bir az sakit qəbul etdilər. Bütün qohumlar da o gündən hicabda gördülər məni. Şükür olsun ki, bu 6 ildə bir dəfə də hicabda olduğuma peşman olmamışam. İstiləri də normal keçirirəm hicabda. Heç nəyi bəhanə gətirmək lazım deyil, nə bilim iş tapmaram, anam, atam razı qalmaz, mənə isti olar. Bunlar hamısı şeytanın hiylələridir. Hər şeydən vacib Allahın səndən razı olmasıdır. İşləməsən də olar, isti ola deyirsənsə, 3 ay yaydır, sonra qalan aylar normaldır. İnşallah bizim hicab hekayələrimizi oxuyandan sonra heç olamsa, ən azından 1 qızın belə hicaba keçməsi hamımızın sevincinə səbəb olar, savabı sənə çatır, Hacət-i Vuslat bacım.

 

Sevka Asadova
Salamun Aleykum, gözəl bacılarım. Mən bu gün hicaba keçməyimdən yazacam. Öncədən onu qeyd edim ki, 9 yaşımdan anamın dəstəyi nəticəsində namaz qılmağa başlamışam. Şükür edirəm ki, Allah mənə vaxtında namaza başlamağı nəsib etdi. Namaz məndə çox müsbət dəyişiklik etdi. Həqiqətən də menim həmişə doğru yola doğru addımlamağıma kömək edirdi. Çünki Allah Təala Quranda buyurur : Щ€ЩЋШЈЩЋЩ‚ЩђЩЉЩ…ЩЏЩ€Ш§ Ш§Щ„ШµЩЋЩ‘Щ„ЩЋШ§Ш©ЩЋ Щ€ЩЋШўШЄЩЏЩ€Ш§ Ш§Щ„ШІЩЋЩ‘ЩѓЩЋШ§Ш©ЩЋ Щ€ЩЋШ§Ш±Щ’ЩѓЩЋШ№ЩЏЩ€Ш§ Щ…ЩЋШ№ЩЋ Ш§Щ„Ш±ЩЋЩ‘Ш§ЩѓЩђШ№ЩђЩЉЩ†ЩЋ (Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!) Bəqərə 43/
Şükür ki, Allah Təala mənə vacib əmrlərindən biri olan hicabı da nəsib etdi. Amma hicabı 17 yaşımdan bağlayıram. Ш¶ necə anam hicaba keçdi, üstündən 4-5 il keçəndən sonra da mən. Onu deyim ki, bu işdə anam məni məcbur etmədi. Bilirsiz də, 16-17 yaş dЩђövrləri qızların daha gЩђözə gəlimli vaxtlarıdır. Hiss edirdim ki, ətrafdakı naməhrəmlərin baxışları məni narahat edir, çox sıxılırdım. Yol gedəndə hicablı qızlar gЩђörəndə elə içimdə istək yaranırdı ki. Sonra başladım hicab haqqında kitablar oxumağa, Allahın bunu nə üçün vacib əmr olduğunu öyrəndim. Öyrəndim ki, mən bu yaşıma kimi hicabsız olub, saçlarım, zinət yerləri-qolum, ayaqlarım, bunları gizlətməkdənsə, əksinə etmişəm.
MЩђЩђömin qadınlara de ki, gЩђЩђözlərini haram buyurulan yeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya Щђrtülü saxlasınlar); Щђöz-ЩђЩђözlüyündə gЩђЩђörünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) gЩђЩђöstərməsinlər, baş Щђörtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri gЩђЩђrünməsin), zinət yerlərini ərlərindən, yaxud Щђöz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud Щђöz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud Щђöz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud Щђöz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına gЩђЩђöstərməsinlər, gizlətdikləri bəzək şeylərini (xalxallarını) gЩђЩђöstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mЩђЩђöminlər! Hamınız Allaha tЩђЩђövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) Nur 31.
Və nəhayət həmin gün gəlib çıxdı. O zaman mən kollecin 2-ci kursunda təhsil alırdım. Hicaba keçəndən sonra sevinənlərlə yanaşı, mənim bu əməlimə mız qoyanlar da az olmadı. Elə gЩђötürək öz müəllimələrimi: “Niyə indidən bağlanırsan, qocalmısan məgər? Qız uşağısan, indidən bürünürsən?“ deyərək təsir etməyə başlayırdılar. Namazlarımda isə Allaha dua bu idi ki:“ Rəbbim, mənə güc ver, hicabım və namazımdan bərk yapışım”. Əgər günlərin birində mənə oxuduğum universitetdə hicabımla təhsilim arasında seçim etməyi desələr, mən hicabımı seçərəm. Çünki Allahin razılığı mənim üçün daha Щђönəmlidir. İndi orta məktəblərdə hicablı şagirdləri təhsildən məhrum edirlər, təbii ki, buna münasibətim pisdir. Axı niyə soyunmağı mədəniyyət, Щђörtünməyi isə geridə qalmışlıq kimi dəyərləndirir bu xalq?! Hər kəsin azad sЩђöz demək, azad geyinmək hüququ var. Cəmiyyətimizdə bəzi cinsi azlıqlar (bir neçə gün bundan qabaq bu aksiya haqqında xəbər portallarının birindən oxumuşdum) kimi uzdən iraqlar istədiyi kimi aksiyalar keçirir. Amma hicab aksiyası keçirənlər və aksiya iştirakçıları nə üçün həbs olunur? Təbii ki, bu haqsızlıqları Allah gЩђörür, Allah səbirlidir, gec-tez bu haqsızlıqlar yerdə qalmayacaq inşallah. Yazımın sonunda hicaba keçməyə hazırlaşan bacılarıma məsləhətim, heç nədən qorxmayın, ürəkli olun və səbr edin. Çünki Allah Qurani-Kərimdə buyurur:
Bəqərə 2/ İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş gЩђЩђörənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə gЩђörərlər. 
ШҐЩђЩ†ЩЋЩ‘ Ш§Щ„ЩЋЩ‘Ш°ЩђЩЉЩ†ЩЋ ШўЩ…ЩЋЩ†ЩЏЩ€Ш§ Щ€ЩЋШ§Щ„ЩЋЩ‘Ш°ЩђЩЉЩ†ЩЋ Щ‡ЩЋШ§ШЇЩЏЩ€Ш§ Щ€ЩЋШ§Щ„Щ†ЩЋЩ‘ШµЩЋШ§Ш±ЩЋЩ‰Щ° Щ€ЩЋШ§Щ„ШµЩЋЩ‘Ш§ШЁЩђШ¦ЩђЩЉЩ†ЩЋ Щ…ЩЋЩ†Щ’ ШўЩ…ЩЋЩ†ЩЋ ШЁЩђШ§Щ„Щ„ЩЋЩ‘Щ‡Щђ Щ€ЩЋШ§Щ„Щ’ЩЉЩЋЩ€Щ’Щ…Щђ Ш§Щ„Щ’ШўШ®ЩђШ±Щђ Щ€ЩЋШ№ЩЋЩ…ЩђЩ„ЩЋ ШµЩЋШ§Щ„ЩђШ­Щ‹Ш§ ЩЃЩЋЩ„ЩЋЩ‡ЩЏЩ…Щ’ ШЈЩЋШ¬Щ’Ш±ЩЏЩ‡ЩЏЩ…Щ’ Ш№ЩђЩ†Щ’ШЇЩЋ Ш±ЩЋШЁЩђЩ‘Щ‡ЩђЩ…Щ’ Щ€ЩЋЩ„ЩЋШ§ Ш®ЩЋЩ€Щ’ЩЃЩЊ Ш№ЩЋЩ„ЩЋЩЉЩ’Щ‡ЩђЩ…Щ’ Щ€ЩЋЩ„ЩЋШ§ Щ‡ЩЏЩ…Щ’ ЩЉЩЋШ­Щ’ШІЩЋЩ†ЩЏЩ€Щ†ЩЋ
P.S. Xəbəri hazırlayanda, Allah adına edilən xeyir əməli, nəfsin istəyi kimi (yəni gЩђöstəriş üçün, hicabları ilə Щђöyünmək üçün) anlayanların olması ehtimalını da düşündüm (çünki ilk dəfə deyil, Allah adına atılan addımı gЩђöstəriş kimi yozanlar var, bu da onların təbiətindən irəli gəlir-insan özü necədirsə, ətrafı da elə görür, gЩђözəl qəlb sahibi, gЩђözəl gЩђörər!), bunu xəbərdə iştirak edən xanımlardan da xatırladanlar oldu. Amma heç nəyə baxmayaraq, Allaha sığınaraq xəbəri hazırladıq. Bir daha hər birinizə təşəkkür edirəm, əziz bacılarım!
Sevgi ilə əmrə tabe olan Qadın.Net xanımları
7 oktyabr 2013
GO BACK