Qadin.NET / Qadın.Netlilərin tərcümeyi-halı (3)

Qadın.Netlilərin tərcümeyi-halı (3)

Qadın.Netlilərin tərcümeyi-halı (3)

Gulshen_q

Tərcümeyi-hal deyincə işə qəbul olduğum günləri xatırladım. İlk dəfə o zaman yazmışdım tərcümeyi-halımı smile Yəni düz 14 il əvvəl.. Elə orda yazdığım cümlələrlə də başlayım. Adımı bilirsiz. Soyadım Qaraşova. Atamın adı Çingiz. 1978-ci il dekabrın 16-da Sumqayıt şəhərində doğuldum. Anamın dediyinə görə həkimlərin dediyi vaxtdan təxminən iki həftə əvvəl dünyaya gəlmişəm. Bəlkə də anamın həmin gün keçirdiyi həyəcanın təsiri olaraq onun bətnində daha dayana bilməmiş, onun göz yaşlarını silməyə tələsmişəm. Yox, o çəkdiyi əziyyətdən ağlamırdı. Sadəcə kinoteatrda ("Kosmos") baxdığı növbəti hind filminin ("Qisas yanğısı") təsirindən çox ağlamışdı. O qədər ağladı ki, axırda sancıları tutdu və xəstəxanaya aparmalı oldular. Və mən dünyaya gəldim. Hind filminin təsirindən dünyaya gəlişi tezləşən balaca qız böyüyəndə bəlkə də bir az da səbəbdən daha çox romantik (romantikadan daha çoxsa xəyalpərvər) oldumocking Anam uşaq bağçasında tərbiyəçi işləsə də oranı heç sevmirdim. Bacı-qardaşımdan fərqli olaraq demək olar bağçaya getmədim. Uşaqlıq illərim kəndimizdə keçdi. Füzuli rayonunda. Nənə-babanın ilk nəvəsi, ata-ananın ilk övladı olaraq ərköyün böyüdüm. Amma həddi də aşmadım. Məktəb yaşına çatdıqda şəhərə, valideynlərimin yanına gəldim. Balaca kənd qızı olaraq gəldim həm də. Kənddə azad böyüyən qızcığaz şəhərdə, nənəm demişkən "qutu" kimi evə sığışa bilmirdi. Üstəgəl valideynlərin qadağaları. Əslində qadağa az idi. Heç vaxt "Olmaz!" sözü eşitməyən qız üçün çox görünürdü. 1985-ci ildə birinci sinfə qəbul oldum. 1995-ci ildə orta məktəbi bitirdim. Həmin il BDU-nun tarix fakültəsinə qəbul oldum. Bir neçə il sonra da universiteti bitirib müəllim kimi fəaliyyətə başladım. Öz ixtisasım müəllimlikdən başqa həm də tarixçidir. Bu qədər.. Hə, onu da qeyd edim ki, mən son zamanlarda feminist olmuşam. Feminist deyərkən əsla bunu "kişi düşməni" mənasında anlamayın haa.)) Bu haqda daha ətraflı növbəti köşə yazımda da bəhs edəcəm.

P.S. Sevməyi hər kəs bacarır. Amma hər kəs göstərə bilmir. Mən göstərə bilməyənlərdənəm. Hər birinizi çox sevirəm. Bunu hiss etdirə bilməsəm də...

BEST OF ALL....

Bacı, xəbərini gördüm. winked Hədsiz gözəl ideyadır. Olar mən də 2 kəlmə nəsə yazım? Əvvəlcə xəbərinə özümü məcbur yerləşdirdiyim üçün özümə təşəkkür edirəm, bu darıxdırıcı həyatı oxuduğuncün de sənə təşəkkür edirəmloveYegişim, adım Lalədir. 1988-ci il oktyabrın 6-da Bakıda Semaşko adına xəstəxananın N saylı palatasında, səhər saat 6-da dünyaya göz açmişam. Bibilərim mənim gəlişimə "qız oldu" deyə üzülsə də, atam çox sevinib deyilənə görə smile Nənəm səhər dan yeri söküləndə açan lalələrdən ilhamlanaraq adımı Lalə qoyub. Bir qardaşım var. Çox xoşbəxt uşaqlıq keçirmişəm. 2-3 yaş çoxlarının yadına dumanlı gəlsə də mənim bugünkü kimi yadımdadır hər şey... 3 yaşımda oxumaq, yazmaq, vurma cədvəli filan hər şeyi bilirdim. Valideynlərim özləri de bilmədən evdə "akademik" yetişdirirmişlər (zarafat edirəm, elə düşünmək nə həddimə?). 1995-ci ildə Qaracuxur qəsəbəsindəki C. Rəhimov adına orta məktəbin 1-ci sinfinə sevə-sevə getmişəm. Əvvələr müəlimlər məni danışdıranda utanıdım cavab verməyə. Müəllimə anama dedi ki, uşağı evdə danışdırın utancaqlığı keçsin, sual verirəm, cavab vermir. Evdə mənə danışmağı nətər öyrətdilərsə 11-ci sinfə qədər davranışdan 2 aldım, hə, yadımdan çıxmışdı axı-7-ci sinifdə qəsəbəmizdəki 104 saylı məktəbə transfer oldum, oranı bitirdim lol Məktəbimi deyişməyimə səbəb atamın da o məktəbin məzunu olması idi. Kecmişə, xatirələrə bağlı insanam dəyə, mənə çox xoş idi atamın oxuduğu məktəbdə oxumaq, onun əyləşdiyi partada əyləşmək... 2006-ci ildə məktəbi qırmızı diplomla bitirib BDU-nun jurnalistika fakultəsinə daxil oldum. Tələbə ikən bir sıra reklam çarxlarını, dublyajları səsləndirdim-qısası simamı görməsəniz də, səsimi mutləqdir ki, əksəriyyətiniz tanıyırsınız kanalların demək olar ki, əksəriyyətində qısa müddətli də olsa çalışdım, ömrümdə izlər qoyacaq gözəl günlər yaşadım... 2009-cu ildə ailə qurdum, təhsil davam etsə də sevimli peşəmdən uzaqlaşdım. 2010-cu ilin 12 iyulunda cempionatın sonuncu günündə oğlum Ümid dunyaya gəldi, 2012-ci ilin 29 martında paxlavanın, şəkərburanın "sroku" bitən dönəmlərdə isə qızım Banu həyatıma qonaq gəldibiggrin Hazırda və məncə ömürlük sevdiyim peşədən uzaq düşsəm də, dünyanın ən gözəl peşəsinin sahibiyəm əslində... Anayam....

Dəniz84

Yegişim, mənə də bu xəbərində yer verdiyin üçün minnətdaramgive_rosMən 1984-cü ilin ən gözəl fəslində, təbiətin yenicə oyanan vaxtı, gülün bülbülü, bülbülün gülü çağıran vaxtı may ayının 21-də dünyaya gəlmişəm. Atam mühəndis, anam evdar xanımdır. İki qardaşım var. Onların yanında mən də oğlan kimi böyümüşəm. 1990-cı ildə məktəbə getmişəm. Dərslərimdə həmişə əla olmuşam. Mənə artıq söz deyilməyini sevmədiyim üçün həmişə dərslərimi yaxşı oxumuşam ki, valideynlərim danlamasın məni. Ancaq nə olsun ki, 2000-ci ildə məktəbi bitirdim, səhhətimlə əlaqədar heç sənəd də verə bilmədim. Elə 2004-cü ilin may ayının 21-də anadan olduğum gün nişanlandım. Sevdiyim insanla. 3 ay sonra avqustun 21-i ailə qurdum. Bu 21-lər yaman rol oynayır mənim həyatımda.mocking Yoxsa o dünyaya da 21-köçəcəm, bilmirəm. no  Allah bizə 3 gözəl övlad nəsib edib. Vətən üçün 3 əsgər böyüdürük. Bu qədər.

GÜLÇİN

Mən, Məmmədova (Allahverdiyeva) Gülçin, 1988-ci il yanvar ayının 4-də Lənkəran rayonunda hərbçi ailəsində dünyaya gəlmişəm. Atam hərbçi, anamsa müəllimədir. Məndən 1 yaş böyük qardaşım var. 1992-1993-cü illərdə bağçaya getmişəm. 1-ci sinifə 1994-cü ildə Lənkəran rayonunun 4 saylı orta məktəbində getmişəm. Daha sonra atamın işiylə bağlı başqa yerlərdə təhsil almışam. Məktəbi Xudat şəhərində bitirmişəm. Məktəbi bitirdikdən sonra ailə həyatı qurdum, o şəxs də hərbçidir. Necə deyərlər bu yaşıma kimi hərbçi ailəsində yaşayıram. İki övladım var - bir qız, bir oğlan. Heç bir yerdə işləmirəm, günümün çoxunu da burda sizlərlə, mənə doğma olan Qadın.Net ailəsiylə keçirirəmlove

Asi

Salam, əziz Qadın.Net əhli. Əvvəlcə, Yegiş, xəbərə məni də dəvət etdiyin üçün çox sağ ol. Ailədə 5 nəfərik-atam, anam, məndən 4 yaş kiçik qardaşım və 1 yaş böyük bacım var. 2010-cu ildə bitirmişəm məktəbi. 24.08.2013-cü tarixdə ise ailə qurmuşam. Bəzi səbəblərdən köçmək hələ qalıb, İnsAllah, qismət girl_ang Yəqin ki, sənin xəbərin çıxanda burda olmayacam, çox gözəl mövzudur, bir-birimizi daha yaxından tanıyırıq, çox sag ol, Yegiş. Ailəm mənim hər şeyimdir. İbtidai sinif məllimliyini qutarmışam. Xasiyyətimə gəlincə, kapriz yetərincə var, əsəblərim isə hər zaman oyaqdır. Kin saxlamıram. Amma özümdə sevmədiyim yeganə xasiyyət-özümü düşünə bilmirəm recourse Deməyin ki, bu yaxşı haldır, heç də elə deyil və bir də dərdləşməyi bacarmıram. Bilmirəm niyə, amma bəzən buna çox ehdiyacım olur, danışıb heç kəsi üzmək istəmədiyimdəndir bəlkə. Qəlb qırmağı, küsülü qalmağı heç sevmirəm. Zarafatı, deyib gülməyi sevirəm. Məndən bu qədər - Ülviyyə.

Farida-Asadova

Yegiş, xəbərinə məni də dəvət etdiyin üçün, çox sağ ol. Mən, 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. 1993-cü ilədək məktəbəqədər təhsil müəssisənə getmişəm, 1993 cü ildə Sumqayıt şəhər 28 saylı orta məktəbə qəbul olunmuşam. 2004-cü il Əziz Əliyev adina Sumqayit şəhər tibb məktəbinin müalicə işi fakultəsinə daxil olmuşam. Buranı seçməkdə məqsədim yalnız və yalnız ağ xalata vurğunluğum olub. Oxuduğum illər ərzində bir müddət Şəbəkə biznesi ilə məşğul olmuşam. 2008-ci il soyuq noyabr ayında ailə qurmuşam. Hazırda ailəmizə yeni nəfəs gətirən körpə balamız var. Həyatda özümü uğurlu insan hesab edirəm. Ən əsası nə istədiyimi bilən və məqsədliyəm. Allahdan həmişə mənə və sevdiklərimə xeyirli olanını nəsib etməyini diləmişəm. Məncə, məni yetərincə tanıdınızkiss

Gulum

Yegişim, bəlkə də bu xəbərin çıxmasaydı yazmağa cəsarətim çatmazdı. Belə ki, mənim elə də geniş tərcümeyi-halım yoxdur. 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam, özümdən 8-10 yaş büyük iki qardaşım var. Mən məktəbə gedəndə artıq onlar Rusiyada ali təhsil alırdılar, ona görə də həmişə qardaşlarımçün çox darıxmışam. 40 yaşımın olmasına baxmayaraq, onlar indi də mənə uşaq kimi baxırlar. Mənim dünyaya gəlməyimi ən çox atam istəyib, anasının adını yaşatmaq üçün. Lakin anam o vaxtki şəraitin çətinliyinə görə istəmirmiş, elə ona görə də 7 ayıq olmuşam. Xəyallardan uzaq, reallığa inanan, şən və nikbin bir qız olmuşam. Gülüm-bu tam adım olmasa da, atam həmişə məni belə çağırıb. 1980-ci ildə 1-ci sinifə getmişəm, ilk məlliməm anam olub. Yeqin ele ona görədir ki, indiyə qədər də münasibətimiz ana-qız münasibətindən daha çox muəllim-şagird münasibətinə bənzəyir. Məktəbi bitirib texnikoma daxil olmuşam və 2 il daş karxanasının kontorunda mühasib işləmişəm və eyni zamanda 17 yaşında ailə də qurmuşam. Ali təhsil alan iki tələbə oğlanlarım var. Həyat yoldaşım zabitdir və məndən ferqli olaraq cox romantik duygulara malik, şair qelbli bir insandır. Həyatı çox sevirəm və insanları həmişə müsbət tərəfdən tanımağa çalışıram, özumdə ən çox dəyər verdiyim isə qürurum və aldığım tərbiyədir.

ULduz

Mən, Bayramova Ulduz Telman qızı, 14.10.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Amma əslimiz Qərbi Azərbaycandandır. Ailədə 5 nəfərik. Atam, anam, məndən sonra iki bacım. Üçümüz də ailəliyik. Evin böyüyü mənəm. 1995-ci ildə Sumqayıt şəhərində 28 saylı məktəbə 1-ci sinifə getmişəm. Heyiflər olsun ki, tez ailə qurduğumçün ali təhsil ala bilmədim. 2005-ci ildə (17 yaş) noyabrın 15-də ailə qurdum. 2006-cı il oktyabrın 25-də oğlum Cavid, 2009-cu il oktyabrın 24-də isə qızım Aişə dünyaya gəldi. İndi oğlum 2-ci sinifdə oxuyur, qızım isə bağçaya gedir. Özüm işləmirəm. Uşaqlarımla məşğul oluram. Boş vaxtlarımda isə sevimli saytım olan Qadın.Netdə oluram. Nə yaxşı ki, varsınız.

Mahira

Mən, Mahirə Həsənquliyeva (Mirzəyeva köhnə soyadım) Akif qızı. 26.05.1989-cu il Bakı şəhərində ailənin 2-ci və ən sevimli övladı olaraq dünyaya göz açdım. 1996-cı ildə Ramanada 1-ci sinifə getdim və 2 məktəb dəyişərək nəhayət Bakıxanov qəsəbəsində qərar tutdum. 2007-ci ildə Maliyyə Iqtisad Kollecinə daxil oldum. 2010-cu ildə oranı qırmızı diplomla bitirdim. Ailədə 2 uşaq olmuşuq, qardaşım və mən. Qardaşımın 27-i yaşi var, hələ ki evlənməyib (maniken axtarır, özü də nə istəyir bilmirlol). Öz şəxsi biznesi var. Və ən nəhayət 2009-cu ildə sevib-seçdiyim insanla ailə qurmuşam, hələ ki, indiki ailə tərkibim 2 nəfərdən ibarətdir, inşAllah ailə fərdlərinin sayının artması və geniş ailə olmağı Rəbbim nəsib edər. Amin! girl_ang Çox sağ ol, mənə də yer ayırdığın üçüngive_rosMəndən bu qədər.

в™Ў вњ°PrINcESsAв™Ў вњ°Samirвќ¤

Mən, Könül 1996-cı il aprelin 16-da Bakı şəhəri Xəzər rayonunda anadan olmuşam. 6 yaşımda birinci sinfə daxil olmuşam, 2002-ci ildə. Aillədə 4 nəfərdən ibarətik-mama, ata, qaqaş, bir də mən. winked Məktəbi bu il bitirmişəm, 2013-cü ilin məzunuyam. Gələcəkdə psixologiyanı bitirmək istərəm. İnşAllah. Mənlik bu qədər, Yegişair_kiss

Ardı var...

1 oktyabr 2013
GO BACK