Qadin.NET / Qadin.Netlilərin tərcümeyi-halı (2)

Qadin.Netlilərin tərcümeyi-halı (2)

creativka

Mən-İbrahimova Zəriş Zahid qizi, əvvəlki soyadım Quliyeva idi o getdi smile creativka-nız. 1989-cu il, iyulun 23-u Sumqayıt şəhərində anadan olmuşam. 1996-ci ilde 1-ci sinfə getmişəm, 2007-ci ildə orta məktəbi bitirmişəm. 1-ci il instituta qəbul olmadım, 11-ci sinifdə keçirilən monitorinqlər məni o qədər stressə salmışdı ki.. 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun (Sumqayıt filialı)İbtidai Təhsilin Pedaqogika ve Metodikası (İTPM) qəbul oldum. Məktədə də, institutda da oxuyan olmuşam. 2008-ci ildə 1-ci kursda nişanlanmışam, 2012-ci ilin avqustun 27-si ailə qurmuşam, bu yaxınlarda toyumuzun 1ili oldu. 2013-cü ilin iyunun 21-i Nərgizimiz dünyaya göz açdı. Çox gözəl ailəm var, çox xoşbəxtəm. Ailəmdə məndən başqa atam, anam və qardaşım var. Atam, anam, qardaşım, hətta yoldaşım da ali təhsilli mühəndisdi. Aralarında göz muncuğu varsa o da mənəm biggrin  Ümumiyyətlə, ziyalı ailəyik, oxumaq bizim ailədə 1-ci işdi.

kristen_

Mən, Aliyə Həsənbəyli, 20 yaşındayam. Memarlıq və İnşaat universitetinə 2011-ci ildə daxil olmuşam. Hal-hazırda isə İngiltərənin Kent universitetində təhsilimi davam etdirirəm. Gələcəkdə peşəkar memar olmaq qabaqcıl məqsədimdir!
Qardaşım və ya bacım yoxdur. Atam, anam və sadəcə mən. Hal-hazırda ailəliyəm. Ailə qurduqdan sonra İngiltərəyə köçmüşəm yoldaşımla. Ana olmağa hazırlaşıram, Allah hər kəsə nəsib eləsin girl_ang  2 aydan sonra oğlum dünyaya gələcək. Bu görüşü inanılmaz şəfqətlə gözləyirəm!
Özüm haqqımda artıq nə deyə bilərəm?! Bu qədər... give_hea

Ayka Nəcəf

Yegiş bacı, bütün xəbərlərində sənə uğurlar arzu edirəm. Xəbərlərin davamlı və sənə bol uğur gətirənlərdən olsun. Bu xəbərin də daxil olmaqla. Keçək əsas məsələyə. İlk öncə özümü belə təqdim edim ki, mən, Nəcəfova Aydəniz, 1988-ci ilin 23 sentyabında, Bakıxanov qəsəbəsində, doğum evlərinin birində dünyaya gəlmişəm. Atam Cəlilabadlı olduğu üçün uşaqlığım rayonda keçib smile 1994-cü ildə Cəlilabadda orta məktəbin 1-ci sinfinə getmişəm. 1996-cı ildə isə Bakıya köçdüyümüz üçün məktəbin 3-cü sinfini Bakının Maştağa qəsəbəsindəki N. Nərimanov adina məktəbdə davam etmişəm. Və, elə bu məktəbi də 2005-ci ildə yaxşı qiymətlərlə bitirdim. Qismət olmadığı üçün universitetə qəbul ola bilmədim məktəbi bitirdiyim ildə recourse  Sonrakı illərdə anamı itirdiyimə görə həvəsdən düşdüm və elmdən uzaqlaşdım. 2010-cu ilin may ayında nişanlandım və həmin ilin 23 oktyabrında ailə qurdum. Yoldaşımın təkidi ilə hazırlaşdım və bu il Bakı Sosial Pedaqoji kollecə daxil oldum. Yəni, bildiyiniz kimi yenicə tələbə adını aldım. Çox şükür Allaha ki, mənim həyatımın bu cür axarlarla getməsi Uca Rəbbimizin mənə yazdığı qismət olub. Çox şükür ki, xoşbəxt ailəm var. Və hal-hazırda Cəfərova Aydənizəm, çünki ailə qurandan sonra yoldaşımın soyadını götürmüşəm. Ailəmiz elə də geniş deyil. Yusif adlı bir qardaşım var. Bu günlərdə də onun toyuna hazırlaşıram. Bütün subaylara qismət olsun. Bütün qardaşı subay bacılara qismət olsun. Amin girl_ang Bu qədər. Məncə mən yetərincə özümü tanıda bildim

İndi hal-hazırda elə Bakının Maştağa qəsəbəsində qalıram.

Fidan

Mən Fidan Bağıyeva, 1996-cı il iyulun 27-də Bakıda dünyaya gəlmişəm. Yasamallıyam. 17 yaşım var. Allahıma çox şükürlər olsun ki, 9 yaşımdan namaz qılıb, oruc tutub, Quran oxuyub, hicab bağlayıram girl_ang Ailəmiz 4 nəfərdən ibarətdir: atam, anam, qardaşım və mən. Bizi dinə Allah izni və köməyi ilə atam gətirib, dini savada yiyələndirib. Anam əvvəllər mübahasib olub, 20 ilin mühasibi idi, amma sonra hicabına görə işdən azad etdilər. Qardaşım məndən 4 yaş böyükdür. Bu il kollecə verməli oldum, verdim və daxil oldum smile Məndən bu qədər. Yeganə bacı, xəbərində mənə də yer verdiyinə görə çox sağ ol love

Pervane

Əvvəla Yegiş, sən çox sağ ol ki, məni unutmamısan kiss Deməli, 1979-cu il 21 martda, Lerik rayonunda anadan olmuşam. Ailədə 6 nəfər-atam, anam, bacım, iki qardaşım və mən olmuşuq. Allaha şükürlər olsun ki normal ailəmiz, normal həyatımız olub. Sıxıntı, əzab-əziyyət görmədən yaşamışıq. Mehriban ətrafımız (qohumlarımız) var. 1996-cı ildə 11-ci sinfi bitirdim, tarixdən 0 bal toplayaraq ali məktəbə qəbul olmadım. Atam məni pedaqoji texnikuma göndərdi və 1997-ci ilin oktyabrın 3-də ailə məktəbinə yola saldı smile

Oktyabrın 3-də gəlin köçdüm. Yoldaşım hərbçiydi deyə ayın 10-da qayıtdı iş yerinə, mənsə qaldım evdə. 4-5 aydan bir gəlirdi evə. Beləcə 2 il yola verdik. Nəhayət ki, 1999-cu il oktyabrın 26-da yoldaşım hərbdən bir dəfəlik qurtarıb gəldi evə. 2000-ci ilin 9 iyulunda böyük oğlum Əli, 2001-ci ilin 1 dekabrında kiçik oğlum Əlvan dünyaya gəldilər. 2003-cü ildən də Lökbatan qəsəbəsində yaşayırıq. Əli 8-ci sinifə, Əlvan isə 5-ci sinifə gedəcək, inşAllah. Allaha şükürlər olsun ki səmimi və xoşbəxt ailəmiz var. İşləmək istəyirəm, amma yoldaşım qoymur.

Sevinc M

Mən, Sevinc Mustafayeva, 22 yaşım var. Zaqatala şəhərində doğulub boya-başa çatmışam. Ailə həyatı qurduqdan sonra Bakıda yaşayıram, artıq 6 ildir. İki övlad anasıyam, böyüyü qız, kiçiyi isə oğlan. İşləmirəm, daha doğrusu övladlarım körpə olduğu işləyə bilmirəm. Sözün düzü, heç o qədər də marağında deyiləm. Həyatımı ailəmə, övladlarıma və məni həqiqətən də sevən ərimə həsr etmişəm. Və bundan da çox şadam. Belə gözəl, xoşbəxt ailəm olduğu üçün özümü çox xoşbəxt hiss edirəm dance Boş vaxtlarımı ailəmlə keçirirəm, bundan da çox zövq alıram. İmkan tapanda isə Qadin.Net-ə baş çəkirəm. Bu da belə...mən, Sevinc M.

SEVDA B

Salam, adım Sevdadır. Men, 1993-cü il mart ayının 8-de Zaqatala şəhərində anadan olmuşam. İlk məktəb həyatına 1999-cu ildə başlamışam və 2010-ci ildə orta məktəbi bitirmişəm. Özüm sakit xarakterdə insanam. Gəzməyi, ailəmlə vaxt keçirməyi çox sevirəm. Əsas da, bu həyatda çox istədiyim bacım və onun iki dəcəl balasıyla məşğul olmağı daha çox sevirəm. Bizim ailəmiz dörd nəfərdən ibarətdir. İki bacıyıq. Mən ailəmi, əsas da, birdənə bacımı çox istəyirəm. Əgər bu həyatda sizi sevən bacınız varsa, deməli həmişə xoşbəxt olacaqsız smile Düzünü desəm bacım yanımızda deyil, ailə həyatı quraraq Bakı şəhərində yaşayır. Amma yaxınımda olmağını həmişə istəmişəm. Bir də ki burda mənim bacımı tanıyanlar olar, adını deyim də, Sevinc M, mənim biricik bacımdır blum Hə, qayıdaq özümə, mən, məktəbi bitirdikdən sonra iki ilə yaxın bir müddət gözəllik salonunda işləmişəm. İşimi həmişə sevərək və həvəslə eləyirdim. Amma sonra işdən çıxmalı oldum. Daha doğrusu, nişanlım işləməyimi istəmədi. Mən keçən il mart ayının 8-də nişanlanmışam və o gündən sonra çox xoşbəxtəm. Çünki nişanlımı çox sevirəm love O, mənim həyatımdır. Bu il toy eləmək qismətimiz olmadı, amma gələn ilin bu vaxtları toyuma hazırlaşacam. İnşAllah. İndidən çox həyəcanlanıram....Belə indilərdə işləmirəm, amma, bəlkə gələcəkdə nişanlım icazə versə, sənətimi davam etdirərəm. Mənim günümün çoxu evdə keçir. Ev həyatını sevirəm. Yeməyi, şirniyatları özüm öz əllərimlə bişirirəm. Heç vaxt da tənbəllik eləmirəm. Bilmədiklərimi də öyrənməyə hər zaman hazıram, çünki bilməmək ayıb deyil, öyrənməmək ayıbdı. Nə isə, Qadin.Net oxucuları, məncə bu qədər bəsdir, çünki çox da özümdən danışmağı sevmirəm, yenə də bu gün sizinlə paylaşdım. İndidən hər kəsə təşəkkürlər.

Monica_Bellucci

Adım İnci Abbasovadır. 1983-cü il 24 iyunda anadan olmuşam. 30 yaşım var. Ailədə 3 uşağıq. İki qız, bir oğlan. 1-ci sinfə 1989-cu ildə getmişəm. 2000-ci ildə 77 saylı orta məktəbi bitirmişəm. 2004-cü ildə Azərbaycan Dillər Universitetindən məzun olmuşam. 2005-ci ildə ailə qurmuşam. Hal-hazırda Bakıda yaşayıram, amma əslən Qərbi Azərbaycanlıyam. Evliyəm, iki övladım var.

Xedice 033

1987-ci ildə Lənkəran şəhərində anadan olmuşam, evin tək qızı olmuşam. Məndən kiçik qardaşım da var. Evin tək qızı olduğum üçün hər istədiyimə nail olmuşam, amma ərköyün böyüməmişəm smile Sonra biz uşaq olanda atamın işinə görə Sumqayıt şəhərinə koçmüşük. 1995-ci ildə 1-ci sinifə getmişəm, dərslərimdə fəal şagird olmuşam. Ən böyük arzum məktəbi bitirib instituta qəbul olmaq istəyirdim. Gəlecəyin müəlliməsi olmaq idi arzum, necə deyərlər, arzum urəyimde qaldı. Mənim də elcilərim çox idi, atam da deyirdi hələ uşaqdı vermirdi. Və, nəhayət 2005-ci ildə mən hələ 11-ci sinifdə oxuyurdum, mənə yenə elçi çıxdı, məktəbi qurtarmağıma 2 ay qalmışdı. Elə bil atamın dilini, ağzını bağladılar, atam mənim hərimi verdi. 2 aya məktəb qurtardı. Mənim toyumu Sumqayıtda etdilər, yoldaşıımın toyu Lənkəranda oldu. Məni Lənkərana gəlin köcürtdülər və mən anadan olduğum şəhərə gəlin gəldim girl_ten Artıq 8 ildi ki, aile həyatı qurmuşam, evdar xanımam, 2 övladım var. 1 qiz, 1 oğlum var, çox xösbəxtəm. Allahım mənə dünyanın ən böyük neməti olan övladlarımı verib, məni başa düşən, hər an qayğıma qalan həyat yoldaşi verib. Bu il inşAllah oğlumu 1-ci, qızımı isə 2-ci sinifə göndərəcəm və onu da deyim ki, qızımı da özüm kimi etməyəcəm, onu əvvəl oxudacağam. Qoy anasının ürəyində qalmış arzusunu oyerinə yetirsin girl_ten Amma çox xoşbəxtəm, Allah yoldaşımı heç zaman başımın üstündən əksik etməsin. Allah bütün subayları xosbəxt etsin, heç vaxt peşman olmasınlar və ən əsası, Allah he bir evi uşaqsız etməsin, uşaqsız evin hec bir ləzzəti olmur. Mənlik bu qədər.

♥♥♥DJ Elena♥♥♥

Mən, Paşazadə Güldəstə Fazil qızı. 1994-cü il oktyabrn 11-də Bakida anadan olmuşam. Ailədə 4 nəfərik. Bir qardaşım var. 2001-ci ildə Beyləqan rayon, Yeni Mil qəsəbəsində 1-ci sinfə getmişəm. 2002-ci ildə birinci sinfi bitirəndən sonra qardaşımın kiçik toyu oldu. Toydan 2 gün sonra babam bizi evdən qovdu, biz nədən olduğunu bilmədik recourse Yaralı qardaşım və biz gecə məcburən evdən çıxdıq. Bir qohumun evinə sığındıq, ondan bir neçə ay sonra Beyləqan rayonunda atam ev aldı və hər şey yaxşı oldu deyərkən, elə hər şey ondan sonra başladı. Qonşuda dəli oğlan varıydı, bizi heç rahat qoymurdu evimizdə yaşayaq. Bizi evdən çıxartmaq istiyirdi. Ora köçəndə Beyləqan rayon 5 nömrəli Elşən Nəsirov adına orta məktəbə getdim. 9-cu sinifə qədər orda oxudum. Dərslərimdə yaxşı idim, sonra oğlan bizi daha tez- tez narahat etməyə başladı. Evdən çölə çıxmağa belə qorxurduq no Ancaq atam evdə olanda çıxırdıq. Məktəbə gedirdik, evə qayıdanda qorxa-qorxa gəlirdik. Onu yolda görəndə bilmirdik ki, necə evə gedək. Çünki bir dəfə qardaşımı məktəbdə gəlib vurmuşdu. Mənim ad günümdə gəldi evimizin pəncərələrin yumruğuyla qırdı və o gündən mənim qorxu dolu günlərim başladı. O gündən artıq gecə otaqdan-otağa belə keçə bilmirəm. Qaranlığa qarşı fobiyam var. Ondan bir neçə il yaxşı kimi oldu. Daha əvvəlki kimi bizi narahat etmirdi, taa ki 2010-cu ilin iyununa qədər. İyunun 23-çü atamın ad günü idi və dayım uşaqları bizdəydi. Yemək yeyildi, oturub televizora baxırdıq. Dayım oğlu oturmuşdu, bir anda ev başımıza uçdu dedik. Evimiz 2 mərtəbəliydi. Birinci, əlində bıçaqla gəlib, görüb ki, qapı örtülüdü. Sonra bıçağı qapının ağzına atıb düşüb aşağı. Yekə bir daş götürüb evin pəncərəsinə vurub. Evin bütün pəncərələri qırıldı. Sonra atamla dalaşdı. Polisə verdi atam onu. Onda ev tikdirirdik. O hadisənin səhərisi biz təzə evə köçdük. Təzə ev deyəndə; evin pəncərəsinin şüşəsi, pataloku, hec sıvağı da yox idi. Biz köçdüyümüz günün gecəsi yagış yağmağa başladı, şimşək çaxırdı və bu hadisədən sonra yat, yata bilirsən. Ondan sonra Şükürlər olsun ki, hər şey yaxşı oldu. Onda mən çox özümə bağlanmışdım. 10-cu sinfi 1 nömrəli orta məktəbdə davam etdirdim. Ali təhsil almaq çox böyük arzum idi. Amma olmadı. Arzum arzu olaraq da qaldı. İndi də çox heyfslənirəm ali təhsil almadığım üçün. 10-cu sinfi bitirəndə, öz istəyimlə ailə həyatı qurdum. 2011-ci il oktyabrın 11-də evləndik. Şükür, yoldaşım və onun ailəsi çox yaxşı insanlardır. Artıq oktyabrda evliliyimizin 2 ili tamam olacaq. Hələ ki, övladım yoxdu. Hal-hazırda Sumqayıtda yaşayırıq. Bu hadisədən belə nəticə çıxartdım ki, nə olursa olsun bizim ailəmiz dağılmadı və mən, sözün əsl mənasında cox xoşbəxtəm ki, belə gözəl ailəm var. Allah hər birimizin ailəsini qorusun. Amin girl_ang Bacım, mənə xəbərində yer ayırdığın üçün çox sağ ol give_ros Həyatında ugurların bol olsun.

Ardı var...

23 sentyabr 2013
GO BACK