Qadin.NET / Qadin.Netlilərlə səyahət(Son)

Qadin.Netlilərlə səyahət(Son)

 

Qadin.Netlilərlə səyahət(Son)

humay

Səyahətə çxarkən yeni yerləri görub,yeni insanlarla tanış olursan.İsmayıllıda,Ağsuda,Xaçmazda olmuşam.Ən böyük arzum Azərbaycanı qarış-qarış gəzməkdir,məncə  bura dünyanın hər yerindən gözəldir.Sonra isə Türkiyənin Mardin şəhərində olmaq istəyərdim.O şəhər mənə çox maraqlı və əsrarəngiz gəlir.Bu mənim arzumdu.

Rozalina 

İlk öncə onu qeyd etmək istərdim ki, gəzməyi çox sevirəm.Ölkə xaricində Rusiyada olmuşam, Moskva və Voronej şəhərində, atam orda işləyir, keçə yay ad gününü qeyd etməyə getmişdik .Azərbaycanda isə, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Quba, Xacmazda olmuşam. Şəki isə öz yerində, yay aylarının təxminən 1-2 ayı orda keçir, nənələrimin yanında, sağ olsunlar üzümə yaxşı baxırlar.Bir müddət əvvəl Nabrandan gəmişəm, Yeriniz məlum)Xarici ölkələrdən isə ən çox, Fransa, İtaliya, Dubay-Ərəb ölkələri, Türkiyəni görmək istərdim, İnşAllah hər kəsin arzularını gerçək olar.

 

 

Yağmur damlası 

Səyahət dedikdə, çox insanın nədənsə ağlına ilk xaricə getmək düşür.Mən belə düşünmürəm.Mənim üçün yaşadığım yerdən azca da uzaqlaşsam bu mənim üçün səyahət olur.Hələ uşaqlıqdan Azərbaycanın bəzi rayonlarını gəzmişəm, hər rayonda da nə isə kəşf edərdim özüm üçün,(yəni fərqlilik).Sonra ailə qurub Rusiyaya gəldim.Burda da bəzi şəhərlərdə olmuşam,2 dəfə xaricdə olmuşam.Bəzən düşünürəm ki,səyahət insanı yaşadığı mühitdən ayırıb cənnətə salır,neçə gün olsa da insan rahatlıq tapır.Səyahətin  insana hərtərəfli xeyri var,dünya görüşü də elə məhz bununla bağlıdır,hədər deməyiblər ki,çox gəzən çox bilər.Sevirəm səyahəti. Allah ömür versin,budcəmizə bərəkət versin, bu şəhərləri gəzmək istəyirəm:Venesiya,Misir,Dubay,London,İtaliya,Yunanıstan.

Allah hər birimizi arzularımıza qovuşdursun!

Ayniska gulum

Mən Azərbaycandan kənara çıxmamışam,yəni heç bir xarici ölkəyə getməmisəm.Getmək şansım olsaydı Londona,Parisə,Venetsiyaya getmək istərdim.Amma əvvəl öz vətənimizin gözəl,maraqlı yerlərini gəzmək istəyərəm. Gəncədə, Şamaxıda, Sumqayıtda, Fizulidə, Beyləqanda, bir çox yerlərdə olmuşam. Lənkərana, Qubaya, Qəbələyə,Şəkiyə getmək istərdim.Səyahət etməyi sevirəm, xususən də yayda.İnsallah uşaqlar böyüsun, səyahətlərə daha çox vaxt ayırarıq.Allah hamımıza ölməzdən öncə görmək istədiyimiz yerləri gəzməyi nəsib etsin!

 

 

Aysun Məmmədova

Mənim İsraildə yaşamağıma baxmayaraq elə də çox yerdə olmamışam. Burada ancaq Ölu dənizdə olmuşam.Vətənimizin Göyçay rayonunda  olmuşam. Ucarda, bir də Astarada- isti suda olmuşam. Vətənimin bütün rayonlarında olmaq istərdim.İnşAllah.

Ай Сель

Səyahət etməyi çox sevirəm.Qubada,Lerikdə,Nabranda,Ağsuda olmuşam.Doymuram gəzməkdən, hər gün aparsalar hər gün gedərəm) Xaricdə olmamışam. Turkiyədə,Parisdə,İtaliyada olmaq ən böyük arzularımdan biridir.İnşAllah qismət olar oralara gedib cixmaq. 

 


End_of_Love

Çox yerde olmuşam.Azərbaycanın çox bölgərini gəzmişəm-Lənkaran, Lerik, Yardımlı, Masallı, Şəki ,Qəbələ ,Astara ,Zaqatala ,Qax, İsmayıllı ,Şamaxı, Agsu, Göycay, İmişli, Gəncə .Olduğum xarici ölkələr isə-Türkiyə, Gürcüstan, Rusiya və Ukraynada olmuşam .Gəzməyi çox xoşlayıram, yeni yerlər görmək, mədəniyyətlərini öyrənmək istəyirəm.Olmaq istədiyim şəhərlər isə Milan ,Braziliya ,Parisdə olmaq istərdim.

 Aydan Ələsgərli 

 Çox yerlərdə olmamışam.Daha doğrusu gəzməyi o qədər də çox sevmirəm.Amma ki,ən boyük arzum Məkkəni görməkdi.Oranı görmək mənim üçün bütün yerləri gəzib dolaşmaq deməkdi.İnsallah Allah oranı görmək nəsib edər mənə.Amin!

Fira

İlk öncə onu deyə biliərəm ki, səyahəti çox sevirəm .Özum Rusiyada yaşadığım üçün Rusiyanın bir şox bölgələrində olmuşam.Öz vətənimin hər bir yerini gəzmək istiyirəm.Ən çox da Qəbələ və Şəkini. Ən çox görmək istədyim ölkələr isə Yunanıstan və Latviyadır.

İnsAllah mənə də qismət olar gedib görmək.

 

 

в™Ў вњ°PrINcESsAв™Ў вњ°

 Azərbaycanin bəzi bölgələrində olmuşam.Şəkidə, Qəbələdə, Ağsuda ,İsmayıllıda ,Oğuzda ,Salyanda ,Astarada,Lənkəranda, Masallıda.Ən çox bəyəndiyim bölgələr Şəki və Qəbələdi.Mən özüm Şəkidənəm.Demək olar ki, hər yay ordayam.Düzdü doymaq olmur oranın havasına.Xüsusilə də halvasına.Getdiyimizdə işlə əlaqədar olaraq, tez gelmək məcburiyyətində qalırıq.Qəbələ də çox gözəl yerdi, əsas da "Yeddi gözəl" şəlaləsi.Heç bir xarici ölkədə olmamışam .Görmək istədiyim yerlər Fransa ,Latviya, İngiltərə ,Ərəbistan  və s. Hal- hazırda olmaq istədiyim şəhər Moskvadı.Bəzi səbəbləri var, ona görə orda olmaq istiyərəm indi.Allah hər kəsin arzusunda olduğu yerləri görməyi qismət eləsin, mənə də içində.Amin! 

 

13 avqust 2013
GO BACK