AYKA
Azərbaycanımdan başqa heç bir olkədə olmamışam, amma rayonlarında olmuşam. Məsələn, Gədəbəydə, Qubada, Nabranda, Qusarda, Xızıda, Şamaxıda, Zaqatalada, Şirvanda çox olmuşam və Sabirabadda. Olmaq istədiyim ölkələr ən çox Türkiyə və Parisdi. Rayonlara gəlincə Azərbaycanın bütün rayonlarında olmaq istərəm, ən çox da marağımı çəkən Naxçıvan və işğal altında olan rayonlarımızdır ki hansı ki Qarabağ, Şuşa, Xocavənd, Xankəndi və.s kimi rayonlarda Alllahımız nəsib edər inşAllah olarıq, Amin! O günlər olsun ki Azərbaycan bayrağını Qarabağda dalğalandıraq inşAllah!!! Bir çox yerdə olmaq istəyirəm, inşAllah da üzü o tərəfə olaram, hələ qarşımızda çox il var..
cute angel
Azərbaycandan başqa ölkədə olmamışam, öz vətənimizin gəzməli yerləri hamısından gözəldi. Rayonlardan ən çox Mingəçevir və Yevlaxda olmuşam, amma bütün rayonlarda olmaq istərdim. Başqa ölkəyə gəldikdə Məkkə və Mədinədə olmağı daha çox istərdim, inşAllah arzusunda olan hər kəsə qismət olar.
deniz ilhan
Mən səyahət etməyi çox xoşlayıram. Azərbaycanın bəzi yerlərini gəzmişəm. Gəncədə bir neçə dəfə olmuşam. Gədəbəy, Cəlilabad, Qəbələ və Oğuzda olmuşam. Xaricə gedə bilsəm ən çox görmək istədiyim yer Türkiyədi. Həmçinin Ərəbistanda olmaq istərdim. Məkkə və Mədinəni görmək ən böyük arzumdu. Allah hər kəsə qismət etsin.
Sun
Xarici ölkələrdən hələki bir Rusiyanın Moskva, Saratov şəhərlərində olmuşam. Öz vətənimizdə isə Gəncə, Qəbələ, İsmayıllı və Şəkidə olmuşam. Ən gözəl səyahətim İsmayıllının İvanovka kəndində olub. Orda ailəmlə çox gözəl istirahət etmişəm. Xatirələrim çoxdur. Qəbələdə isə yediyim üçqulaq hələdə yadımdan çıxmır. Reseptini Qadin.Net-də tapdım bir dəfə, mamamla köməkli bişirdim, amma ordakı kimi olmadı. :( Bir də Qəbələ aşı - o da tamam ayrı dadda olur. Gələcəkdə ən çox Türkiyədə və Amerikanın Nyu York şəhərində olmaq istəyirəm inşAllah. Ən böyük arzum isə Məkkə və Mədinədə olmaqdı. Xəbərdə yer ayırdığın üçün təşəkkür edirəm.
Sevinc M
Doğma yurdumuzun təbiətinin gözəllikləri bütün dünyanı valeh edir. Biz istər təbiət, istər mədəniyyət, istərsə də milli mentalitet cəhətdən çox zəngin bir dövlətdə yaşayırıq. Mən də bu gözəllikləri gəzməkdən doymuram, gəzdikcə də daha çox zövq alıram. Mən vətənimizin ən gözəl guşələrindən biri olan, dağlar qoynunda yerləşən Zaqatalada doğulub boya-başa çatmışam və hər yerini qarış-qarış gəzmişəm. Bununla yanaşı Balakəndə, Qaxda, Qəbələdə, Nabranda, Beyləqanda olmuşam. İndi də Allah qismət eləsə Lerik rayonuna getməyi planlaşdırıram.
M_KoRoLeVa
İstirahətimin çoxu vətənimin gözəl bölgələrində keçib. Amma deyəsən bu il istirahət qismət olmayacaq. Keçən il istirahətim əsasən dənizdə keçdi. Başıma o qədər də xoş hadisələr gəlmədi. Çimərkən dərinə getdim, insanlardan ayrıldım. Ayağım yerdən üzüldü, fırlandım, suda batırdım əməllicə, 2-3 dəqiqə görən olmadı, dənizdə də 1 dəqiqə dəyərlidi belə anlarda. Axırı nəysə, biri gördü, kömək çağırdılar, evdə deməmişəm hələ bunu. Avqustun sonunda Pirquluya, ordan da Şəkiyə getdim, çox əla günlər keçirdim. Şəki camaatı çox şirindir. Xaricdə Moskvada olmuşam, xalam qızıgildə 2 ay qaldım. Gəzdirdilər çoxlu, xoş xatirələrlə qayıtdım. Kimlər istirahətə gedəcəksə, xoş istirahətlər diləyirəm.
Ellada Babayeva
Mən bir Qubada olmuşam. Bir daha getmək istərdim. Azərbaycanmızın hər bir bölgəsində olmaq istəyirəm. İnşAllah arzum ürəyimdə qalmaz.
alisa1971
Səyahət.... Heç bilmirəm səyahəti sevirəm, ya sevmirəm. "Ətrafımda bir gözəllik vardı, sanki kitablardan oxuduğum cənnəti xatırladırdı. Çox gözəl yer idi. Necə olub ki, indiyədək mən bura gəlməmişəm, həyatımda gör nələri itirmişəm. Gəzə-gəzə göy çəmənlikdə otururam, lalələr lalə yanaqları ilə mənə baxaraq gülümsəyirdi, sanki bizdən gözəli varmı deyə soruşurdu. Bir xeyli bu gözəl lalələrə tamaşa etdikdən sonra yuxarıdan axıb gələn dağ çayının səsi məni yerimdən qalxmağa məcbur etdi. Çayın şaqraq səsi məni öz yanına çağırırdı, mən burdayam, gəl mənə tamaşa et, sanki hay-küy qoparırdı, tez çayın axdığı yerə getdim. Ay aman, çay nə qədər şəffaf, dumduru idi. Tez əllərimi suya salıb ovcumu su ilə doldurdum, üzümə, gözümə vurub, bu sərin suyun təravətini hiss etməyə, duymağa çalışdım. Hələ suyun dibində görünən daşları demirəm, sanki rəngbərəng muncuqlara bənzəyirdi, suyun dibinə tökülmüşdü. Elə bil hansısa zəngin öz ləl-cəvahiratından imtina etmiş bütün gözəl zinətlərini bir torbaya yığıb bu çayın içinə tökmüşdü. Daşları daha da parlaq edən həm də suyun şəffaflığı idi. Bir az yuxarıda isə sıx meşəlik görünürdü. Meşəlikdə oxuyan quşların cəh-cəhi, çayların həzin şırıltısı, lalələrin gözəlliyi mənə bir anlıq zövq verdi.Ah, nə gözəllikdir, mənə bəxş etdin İlahi. Birdən mənə elə gəldi ki, hardansa gözümə işıq düşdü, hə səhər açılırdı, deyəsən. Yuxulu gözlərimi açdım, özümü çarpayımda gördüm. Qalxmaq vaxtıdır, yoxsa işə gecikərəm". Gözəl Princessam, məni bağışla. Mən nəinki dünyanın, heç vətənimin də heç bir rayonunda olmamışam. Yaşadığım rayonun da gəzməli-görməli yerlərində olmamışam. Yazdıqlarım isə sadəcə bir röya idi, yuxu...
BELLA
Mən Almaniyada yaşadığım üçün elə Almaniyanın bir neçə şəhərlərində olmuşam. Köln, Dortmund, Düsseldorf, Wuppertal və.s şəhərlərində olmuşam. Hər şəhərin də özünə görə gözəlliyi, yeri var mənim üçün. Başqa Azərbaycan, İspaniya, İtaliya, Türkiyə, Misir və s. yerlərdə olmaq istəyərdim. O qədər gözəl yerlər var ki saymaqla bitməz. Mənə də yer verdiyin üçün çox sağ ol.
creativka
Səyahət eləməyi çox sevirəm. İsmayıllı, Qəbələ, Şəki, Ağsu - bu rayonlarımızda olmuşam. Biləcəridən o tərəfə də çıxmışam. Yəni Rusiyaya da gedib çıxmışam. Avqustda ailə qurdum, oktyabrın 31-i heç yadımdan çıxmır yoldaşımla qatara minib Samaraya getməyimiz, Rusiyanın bir çox kənd və qəsəbələrindən keçdik. Ən böyük arzum isə Türkiyənin İstanbul şəhərində olmaqdı, inşAllah Allahın iznilə ölmərəm, o günü də görərəm.