Qadin.NET / Qadin.Netlilərlə səyahət (1-ci hissə)

Qadin.Netlilərlə səyahət (1-ci hissə)

Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Fatma xanım
Öz vətənimin çox yerində olmuşam. Xarici ölkələrdən Türkiyədə, Ukraynada, Rusiyada olmuşam. İndi isə Naxçıvanı görmək istəyirəm. Orda bir yer var ora getmək istərdim.
Louis Vuitton 
Vətənimizin çox bölgəsində olmuşam. Qəbələ, İsmayıllı, Şamaxı, Şəki, Ağstafa - artırmaq olar bu siyahını. Hər bölgə özünəxas adəti ilə, qonaqpərvərliyi ilə  yaddaşımda qalıb. Qəbələdə daddığım "Üçqulaq paxlava", Şəkidəki "bamiyə"nin dadı hələ də damağımdadır. İlk öncə getmək istədiyim yer qalan bölgələrimizdir. Xüsusən də cənub bölgəsi və Naxçıvanda olmağı daha çox istərdim. Bunları ancaq bir şeyə qurban verə bilərəm, o da işğal altında olan Qarabaöımızın geri qaytarılmasıdır. Əgər seçim qarşısında qalsam görmək isdəyim bölgələri bu arzuma qurban verməyə hazıram...Çoxunuz bilirsiniz artıq, mən Vətənimi hədsiz sevirəm, əvvəl onun hər qarışını gəzib, sonra Madriddə olmağı istərdim  smile
 Leman_
Azərbaycandan başqa heç bir ölkədə olmamışam. Rayonlara gəldikdə isə Qəbələ, Qax, Zaqatala, Göyçay, Şamaxı- bu rayonlarda olmuşam. Çox gözəl rayonlardır. Ölkələrdən Ərəbistanda olmaq istərdim. Hz.Peyğəmbərmiz ( s.a.a.s) gəzdiyi torpaqları görmək istərdim. Başqa yerlərdə də olmaq istərdim. Amma ən əsası Məkkə və Mədinədir ki, Allah hər kəsə oraları görməyi qismət etsin. O cümlədən də bizlərə. Amin! 
 YEGANE 

Sevə-sevə vaz keçilməz hazırlığım məhz Qax rayonumuza olub. Getdiyim, gəzdiyim yerlər də hər zaman hansısa bir işlə bağlı olub. Sırf arzu olaraq getməmışəm. Amma buna baxmayaraq Azərbaycanımızın demək olar ki, cənub bölgəsindən başqa (Cəlilabad rayonunu çıxmaq şərtilə) hər bir rayonlarında olmuşam. Gürcüstanda, Naxcıvanda, Tovuzda, Şəmkirdə, İsmayıllıda, Qəbələdə, Şəkidə, Zaqatalada, Gəncədə, Mingəcevirdə, Şamaxıda, Qubada və bir çox rayonlarımızda olmuşam. Son olaraq isə 16 yaşımda Ukraynada, Sverdlovskda olmuşam. 

Qadin.Netlilərlə səyahət (1-ci hissə)

Lamiye

Mən də olmuşam bəzi yerlərdə. Məsələn: Tovuzda, Gəncədə, Astarada. Getmək istədiyim yerlər çoxdu. Qubada daha çox olmaq istəyirəm. Ölkələrdən isə Türkiyə ilə Almaniyada olmaq istiyərəm. İnşallah oraları da gəzib,  görmək qismət olar.
mira-amar
Mən demək olar ki, Naxçıvanın (yəni yaşadığım yerin) hər qarışını gəzmişəm. Amma təbii ki, Azərbaycanımız Naxçıvanla bitmir. Azərbaycanın digər rayonlarında olmamışam. Ən çox Şəki-Zaqatala, Quba-Xaçmaz-Qusar, bu zonaları görmək istəyərəm. Əlbəttə ki, Qarabağ da başda olmaq şərti ilə. Xaricə gələndə isə, o qədər də həvəsim yoxdu. Amma Yunanstan və İtaliya ən çox diqqətimi çəkən ölkələr arasındadır. Türkiyəyə də getmək istərdim. Bu yaxınlarda fikirləşirəm ora getməyi. Amma Yunanstan və İtaliya bir az çətin olar. 
Asi
Mən Masallıdan başqa heç yerdə olmamışam. Bir dəfə Lənkəranda olmuşam. Onda da toya getmişdim. Bir gün qalıb gəldim. Qubada, Şəkidə bir də Naxçıvanda olmaq istərdim. Qışda Quba maraqlı və qəşəng olur. Əsasən də dağları. Şəkidə həm ləhcələri xoşuma gəlir, həm də Şəki xan sarıyında olmaq istərdim. Naxçıvana yalnız gəzməyə getmək istərdim. Ən çox olmaq istədiyim yerlər bunlardır.
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
 Fidan
Ümumiyyətlə, Azərbaycandan kənara çıxmamışam. Olduğum bir-iki dənə rayonlar var. O da ki, səhər getmişik, axşam gəlmişik. Amma bir dəfə Bərdəyə getmişdim. Anamın xalası orda yaşıyırdı və halı çox pis idi. Baş çəkməyə getmişdik. Düz bir həftə orda qaldıq. Onu deyim ki, o bir həftə də Bakım üçun və Yasamalım üçün çox darıxdım. Özümü orda qərib hiss elədim. Halbuki Azərbaycandan kənara çıxmamışdım. Mənim yaşım az olduğu üçün gələcəkdə haralara gedəcəyimi deyə bilmərəm. Amma getmək istədiyim ölkələr siyahısında İran və Səudiyyə Ərəbistanı var. Amma coğrafiyaya həvəsim böyük olduğu üçün, bütün dünyanı səyahətə çıxmağı çox istiyirəm. Allahımın bizlərçün müvəqqəti yaratdığı gözəl yerləri görmək üçün. Belə gözəl yerləri gördükcə və eşitdikcə bir daha əmin oluram ki, görün Cənnət necədir.
 Ayan
Azərbaycanın hər bir guşəsində olmaq istərəm. Amma olduğum yerlər- Masallı, Quba, Yardımlı, Mingəçevir. Xarici ölkələrdə olmamışam. Amma olmaq istərdim. Əsasən də Türkiyədə və Amerikada. Həmin ölkələr mənim diqqətimi daha çox çəkir. Əhalisinin yaşayış tərzləri mənə çox maraqlı gəlir. İnşAllah həmin ölkələri görmək nəsib olar mənə.
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
PERVANE ELIYEVA .......
Əslində çox həvəskar deyiləm ki, hansısa bir ölkəni gəzim, dolaşım. Rayonlarımızın əksəriyyətində olub, yaxşı istirahət etmişəm. Qəbələdə, Qubada, Qusarda, İsmayıllıda, Şamaxıda, Neftçalada, Ucarda, Goranboyda, Dəvəçidə-Qalaaltıda, Gəncədə  olmuşam. Vətəndən lap uzağa isə qismət olsa Kiyevə hazırlaşıram ailəmlə. Amma ən çox gedib görmək istədiyim yer isə Tbilisidi. Bilmirəm niyə. Amma ora çox getmək istəyirəm. Əgər qismət olsa öz maşınımızla getmək istəyirik. Allah kimin nə arzusu varsa nəsibi etsin. Allah hər kəsə imkan yetirsin arzu etdikləri ölkələrimi deyim, şəhərlərimi deyim kim hara getmək istəyirsə gedib görsünlər.
Lalə Hacət-i Vuslat
33 yaşım olmasına baxmayaraq, çox az səyahət etmişəm. Deyim ki, imkanım olsa gəzərəm-yox."Evim, dörd divarım, hüzurum!"- düşünənlərdənəm çünki,nə zamansa səyahət imkanım da olsa,yalnız Rəbbimin dinini yaymaq üçün olar. İlk dəfə 12 yaşımda Lənkəranda toyda olmuşam. Sonra 14-15 yaşımda İrakda Kərbəla ziyarətində və İranda İmam Rza(ə) ziyarətində olmuşam. Bu səyahətimdən peşmanlığım ondadır ki, zamansız, hazırlıqsız getdim. Dərsdən evə gəldim. Atam dedi:" Səhər ananla yola çıxırsız"- sürpriz etmişdi bizə. Amma, belə ziyarətə hazırlıqlı getmək lazımdır. Çünki, cismim getsə də, içim burda qaldı. Bu yaxınlarda Lerikin Kəlvəz kəndində oldum. Çox gözəl təbiəti var. Dağ havası, bulaq suyu, hər şeyi təbii... Arzum isə (dünyaya aid ən böyük istəyim) - Məkkədə Həcc ziyarətində olmaq və Mədinədə Peyğəmbərimiz (s.a.a.s) in qəbrini ziyarət etməkdir. Əlimdə olsa çox şeydən keçərəm bunun üçün...
13 iyul 2013
GO BACK