Qadin.NET / Yaşamağa yardım edən həyat devizim (2)

Yaşamağa yardım edən həyat devizim (2)

Yaşamağa yardım edən həyat devizim (2)
BEST OF ALL 
  Məktəb vaxtı əgər yadınızdadırsa, dəftərlərimizin üz qabığına ad, soyad və oxuduğumuz sinfi yazardıq. Mən ora həmişə bu sözləri yazardım: o şey ki ədalətlidir, o heç vaxt qanuna yaxın düşmür... Bilmirəm niyə ,amma bu devizlə yaşamışam məktəbi bitirənədək. Məzun olmağa az qalmış həyatımda elə bir dönüş oldu ki, yaşadıqlarıma baxış prizmam dəyişdi. Anladım ki, insanların hissləri ilə oynamağa ƏSLA haqqım yoxmuş. Bu dünyada məndən başqaları da varmış və onları anlamaq zorundaymışam... Tələbəliyim, qısa sürən iş həyatım, ailə qurmaq və övladlarıma sahib olmaq dönəmim (hər şey üçün sonsuz Həmd və səna olsun Rəbbiimə) bu düşüncəylə keçdi. Bir gün həyatıma heç gözləmədiyim halda bir "qonaq" gəldi və o gündən ta bu yazını yazana qədər ondan nələrisə öyrənirəm. ALLAH ondan hər iki dünyada razı olsun, onu bu dünyadaykən qorusun və axirətdə öz dostlarından qərar versin. Amin! O "qonağı" tanıyandan sonra anladım ki, bu günə qədər yaşadığım heç bir şeyin əhəmiyyəti yoxmuş. Devizim də, yaşamım da, düşüncələrim də, hətta beynim də hər hüceyrəsinə qədər dəyişdi, Həmd olsun. O bəlkə də bütün bunların fərqində deyil, lakin mənim indi başqa amalım var. Hər an özümə bunları deyirəm: Lalə, sənə hər kəsə verilməyən bir şans verildi, müsəlman olaraq dünyaya gəldin. Bundan daha böyük xoşbəxtlik ola bilməz. İndi yalnız Dinin lazımsız daşıyıcısı olaraq yox,əsl müsəlman olaraq ölmək uğrunda çalış. Ruhunu əsla şeytana satma! ALLAH bu yolda yardımçım olsun, məni tək qoymasın....Amin. girl_ang 
kristen_ 
Ümumiyyətlə birdən tək olanda adama qəribə bir fikirlər gəlir axı... Məndə lap çox, çox olur axır zamanlar. Məsələn, otururam düşünürəm ki, bu dəqiqə oturmuşam, amma bu vaxtımı daha səmərəli də keçirə bilərəm. Ya da sevdiklərimlə. Onlara zəng eləmək, danışmaq, necə olduqlarını öyrənmək. Belə gözəl həyat yalnız bir dəfə verilir. Bir şans olaraq. Bəzən fikirləşirəm, Allah məni ağac, quş ya da hər hansı bir canlı şəklində də yarada bilərdi. Mənə necə dəyər verdisə insan olaraq yaratdı. Məni dünyalar qədər sevən ata, ana verdi... Allah bütün valideynlərə uzun uzun ömürlər versin, mənim atam mənim üçün başqa cür insandır. Deyərdim dünyada heç kim olmasa, heç nə olmasa bir atam bir mən olsaydım heç şikayətlənməzdim.smile Uşaqlığımdan bu günümə və bu günümdən sabahıma ilkim və sonumdur o. O başqa cür hədiyyə, mükafatdır Allahdan mənə. Başqa cür sevgidir ona olan məhəbbətim...love
Bir sözlə bu həyatda yaşadığım üçün və sevdiklərimə sahib olduğum üçün bunları mənə verənə çox şükür olsun deyirəm.
O ki qaldı həyat devizimə və ya statusuma, imzamda yazmışam və stimul versin deyə deyil, həqiqətən belə olduğu üçün mənim həyat şüarım: "Bir gün başımın aşağı əyildiyini görsən, bil ki başım yıxılan birini qaldırmaq üçün əyilib! Əks halda mənim başım əsla əyilməz!" 
Sumeyya Ummu Ali
Mənim həyat devizim :"Bu günə Şükür, sabaha Əlhəmdulillah". Hər zaman bunu özümə deyirəm. Yəni ki bu deviz ürəyimə bir hüzur gətirir. Bu gün qarşılaşdığım hər bir sevinc və kədərimə şükür edirəm. Sabahı isə Allahın izni ilə şükürlə qarşılamağ üçün Əlhəmdülillah deyirəm.smile 
Fatime.M
Yaşamağa yardım edən həyat devizim... Əslində mənim buna tək cavabım var: Ailəm. Ailəm məni yaşadan varlığımdı. Hərdən evdən kənarda qalmalı olanda çox az müddətlik belə olsa, 1-2 saatlıq belə olsa özümü yalnız hiss edirəm. Bəzən düşünürəm ki, görəsən mən ailə quranda necə yaşayacam, necə nəfəs alacam qardaşlarımdam, ata-anamdan ayrı... Əlbəttə ki, insanı həyatda yaşamasına səbəb həm də onun imanı, dinidir. Buna görə də zaman-zaman insanları birləşdirmək, bir yerə toplamaq üçün dindən istifadə olunub. Doğru din insanları doğru yola, gözəl arzulara aparır. Arzular insanın gələcəyi üçün yol cızır və ona addımlamağa səbəblər verir. İnsanın hər zaman yaşamaq üçün səbəbləri olur. Hər zaman yaşamaq üçün səbəblərininzin olması diləyi ilə...love 
Yaşamağa yardım edən həyat devizim (2)
Sonay Quluzade
Əvvəllər bir həyat devizim vardı: “Yalnız irəliyə addımla”. Uğur uğuru gətirirdi. Bəlkə də oxuyanlara qəribə gələcək, heç nə həyat devizimi həyata keçirməyə mane ola bilməzdi, yolu gedirdimsə, qarşıma su gölməçəsi çıxırdısa (mən rayonda böyümüşəm, belə şeylər təbii hal idi və çox da rastlanırdı), yolumdan dönmürdüm, uşaq vaxtı tən ortasından keçirdim, böyüyəndə atlanıb keçirdim, o düşüncə ilə ki, “Yəni bir yağış gölməçəsimi məni yolumdan döndərəcək?”. Əldə etdiklərimə baxdıqca, bir fikir formalaşmışdı məndə: “Mən qalibiyyət üçün yaranmışam”, fikirləşirdim ki, “Hamısını beynimə yeritdiyim həyat devizimlə əldə etmişəm” o vaxta qədər ki, cahil idim. Bir də ayıldım ki, axı mən kiməm? Allah vermək istəməsəydi, əldə edə bilərdimmi? Əsla. Mən Allahımı tək yaradıcı kimi gec tapmışam, ona görə də indi bircə devizim var: “Əvvəlki həyatına rəğmən elə bir həyat yaşamalısan ki, axirətin xeyirli olsun”.  girl_ang

Ayka Nəcəf
Əzizim, Lalə xanım. İlk övbədə sənə təşəkkürümü bildirirəm. İstədiyim və arzu etdiyim mövzulardan birinə fikirimi bildirməyi istəmisən, böyük məmuniyyətlə fikirlərimi yazacam. "Yaşamağa yardim edən həyat devizim"... Əslində mənim həyat devizim gözəllikdir. Amma yaşamağa yardim edən həyat devizim isə indi qardaşım və yoldaşımdı. Bəlkə də 6-7 il öncə bu sualı mənə versəydilər, heç bir kəlmə deməzdim. İndi isə cavabım var. Məhz nəyə görə qardaşım və yoldaşım!? Ona görə ki, bilənlər bilir, artıq mən  6 il olar ki, anamı itirmişəm. Çox çətindi anasiz olmaq həyatda, hələ qiz uşağğ üçün daha çətin. 19 yaşım vardı. Anama ehtiyacim olan vaxt onu itirdim. İnsanin sanki qolu-qanadi qırılır həyatda. Anam rəhmətə getməmişdən 2 gün öncə mənə demişdi ki,"qardaşını sənə tapşırıram, ona analıq edərsən." Sanki mənə son vəsiyyəti idi. Pis olmuşdum o sözündən anamın ki, mənim nə yaşım var qardaşıma analıq edim, həm də sən bizim yanımızdasan. Mənə dedi ki, "bilmək olmaz sabaha çıxaram ya yox." Bəlkə də inanmayacaqsız bunları yazanda ağlayıram. Çünki o şeyləri yaşamışam. Həyatimda o zamanlar yaşamağa yardım edən anamın sözü ilə qardaşım oldu. Qardaşıma görə yaşamaq və bir-birimizə təsəlli olmaq oldu həyatımız. Sonra yoldaşımla nişanlanıb, ailə qurduq. O da mənə həyatda yaşamağa bir kömək oldu  sanki. Yoldaşim da 6 yaşında anasini itirmişdi deyə ailə qurandan sonra onunla da yaşamağa təsəlli yaratdıq. İndi çox şükür həyat öz axarıyla gedir. Qardaşım nişanlıdı, toyu olacaq. Onu xoşbəxt görmək mənə dünyalari verir. Əlimdən gəldiyi qədərilə anamin yerin verməsəm də qardaşıma analıq edirəm. Özü də belə deyir. Bütün çətin günündə, xoş günündə yanında olmağa çalışıram. Bu iki insan mənim həyatdaki yaşama səbəbimdi, yaşamağa yardim edən həyat devizimdi. love 
Muslim Women
Çox şükür ki, elə bir hadisə olmayıb ki həyatdan küsüm. Elə hadisələr olub ki, həyatın müvəqqəti olduğunu dərk etmişəm. Məncə bir şeyi bilmək ayrıdı ,dərk etmək ayrı. Vaxtı ilə mənim də xəyal quran vaxtlarım olub smile, amma o xəyallar yox olub gedib. Əvvəllər bunu özümə dərd edirdim. İndi vecimə də deyil. Artıq şükür etməli olduğum sahib olduqlarımın fərqindəyəm və şükür etmək mənə köməkdi, çünki bunların fərqində olanda bədbinlik uzaq olur insandan. Ən önəmlisi Allahı sevməkdi. O qədər sevmək ki başına gələn hadisə səni kədərləndirməsin. Allah heç kimə ağır dərd verməsin. Ən önəmlisi Allahın sevdiyi bəndələrindən olmaq və can sağlığıdı. Yaşamağa yardım edən həyat devizim budu. smile 
Yaşamağa yardım edən həyat devizim (2)

totuwun mamasi
Yaşamağa yardım edən həyat devizim... Əslində çox düşündürdü bu məni. Əslində həyat yaşadıqca gözəlləşir, həyatın şirinini də dadırıq, acısını da. Və beləliklə pis günü görüb, yaxşı günümüzün qədrini bilirik, pis günümüzdə də, yaxşı günümüzdə də şükür etməliyik ALLAHA, yaşam devizimizi də islam üzərində qursaq, bu yaşadığımız fani həyatımızda da, axirətimizdə də bizim üçün ALLAHİN iznilə hər şey yaxşı olacaq. Yaşam devizim, hər günümə şükür etmək, etdiyim səhvlərimi başa düşüb, bir daha tekrarlamamaq, düzdü bir neçə dəfə təkrarladıqdan sonra dünyaya gətirdiyim oğlumun qayğısını çəkmək və onun üçün gələcək qurmaq - bu mənim borcumdur, ata-anamın borcunu ödəmək, düzdü nə qədər çalışsaq da bu borcun tam öhdəsindən gələ bilmərik. smile Yoldaşımı hər cəhətdən razı salmağa çalışmaq, qohumlarıma, qonşularıma və ümumiyyətlə bütün müsəlman insanlara, qocalara, körpələrə kömək və qayğı göstərmək... Deyərsiz ki, bu lap ideal insandı ki, özünü tərif edir, xeyr, əsla belə deyil, bunları etməyə can atıram və bütün insanlar kimi mənim də çox günahım var. Sonda Lalə bacıma dərin minnətdarlığımı bildirirəm, bu cür ideya hər kəsin fikrinə gələ bilməz.

Deniz84

Mənim yaşamaq devizim deyəndə ki, hər bir insan bu dünyada kimin üçünsə yaşayır. Allah bizə bu həyatı bəxş edib. Hər bir insan bir cür sürüb gedir bu dünyanı. Mənim devizim köməyə möhtac olan hər kəsə kömək etməkdir bacardığım qədər. Bu məndən asılı deyil, bu ürəyimdən gəlir. Heç yadımdan çıxmır, bir gün işdən gəlirdim avtobus dayanacağında avtobusa insanlar daxil olmağa başladı. Sonda bir yaşlı qadın minmək istəyəndə şoferin köməkçisi: "Tez bağla, qapını bağla", deyə qışqırdı. Şofer də qapını bağlayanda qadına dəydi. Bu mənə çox pis təsir etdi. Şoferə yaxınlaşdım, avtobusu saxlatdım. Qadını avtobusa daxil olmağa yardım etdim və gediş haqqını verdim. Şoferə belə dedim: "Ayıb olsun! Bir gün siz də qocalacaqsız." Elədiyin yaxşılığı demək çirkinlikdir. Həyatda ən böyük devizim haqsızlıqla mübarizədir. Haqsızlığa dözə bilmirəm. Kim olursa olsun haqsızlığa qarşı həmişə mübarizə aparıram. Bir də uşaqlarımı bu həyatda əzilməməyi öyrətməkdir devizim. Onlara savad vermək, xeyirxah insan olmağı öyrətməkdir məqsədim. Çünki savadlı və xeyirxah insanlara Allah həmişə kömək edir. Nə isə sonda həyat devizim - haqq yolundan dönməmək, savad və elm, və xeyirxahlıq. Lalə, gözəl bacım mənim xəbərində mənə yer ayırdığın üçün çox sağ ol. kiss Əslində həyat devzimin tamamilə dinə bağlanmağın çox istərdim, amma təssüf ki, hələ buna tamamilə nail olmamışam. Əsl islam, əsl müsəlman kimi yaşamaq ən böyük arzumdur. Allahım cümləmizin arzularını çin etsin. Allahım bizi özündən başqa heç bir quluna möhtac etməsin. Hər bir günümüzə görə Uca Allahıma şükürlər olsun, amin.

NAR çiçəyi

İlk növbədə onu deyim ki, xəbərin adı məni çox cəlb etdi. Hər bir insanın həyatda sözün əsl mənasınada yaşamağı üçün “Yaşamağa yardım edən həyat devizi” olduğunu düşünürəm. Mənə gəldikdə isə bəli mənim də "Yaşamağa yardım edən həyat devizim" var. Bu devizimdə ailəmin çox önəmli yeri var. O sözsüzdür. Amma məni daha çox yaşadan isə hər kəsi olduğu kimi qəbul edib Yaradanımın yaratdığı üçün sevməkdir. Ətrafımda olan hər canlıya bu sevgimi paylaşmağa çalışıram. Düzdür bu sevgi hər zaman müsbət qarşılanmasa da qəlbləri bilənin bunu bildiyini bildiyim üçün daha çox sevinirəm...

24 iyun 2013
GO BACK