Shoko
Qadin.Netlə bağlı sonsuz xatirələrim var. Mən hər kəsdən fərqli olaraq xatirələrimdən yox, istifadəçilərdən yazmaq istəyirəm. Məzəli, duzlu, qafiyəsiz şerləri ilə məhşur olan Weyla. Manıs mahnılarının mahir ifaçısı vefa_n. Saytdan küsüb gedən və bir daha qayıtmayan Yekta... Hər zaman neqativ düşüncələri, iynəli sözləri olan saytın təzə gəlini ToRmEnTo. Mətbəxdəki bacarıqları ilə hamını heyran qoyan Pərvanə (Niyar). Öz çəkdiyi şəkilləri ilə fotoqraflıq həvəsi ilə dolub daşan Nazuletta. Heç bir resepti tutuzdura bilməyən, reseptlərin genetikasını dəyişən Rəvanə. Saytımızın sarışın gözəli Ceyhunə. Hər zaman küsməyi ilə hər kəsdən fərqlənən Məryəm. Sumqayıt mafiyası Fatma xala, Zeriş, Bahar 88. Diplomatlığı ilə düzgün şərhəri ilə seçilən ağız cailimiz bakuji. Radiodakı gözəl musiqiləri ile saytın dj-i Musi123... Zarafatları ilə heç kəsdən geri qalmayan Leyla huseynova.
KEMALE MEMMEDOVA
Məni xəbərinə dəvət etdiyinə görə sağ ol. Təxminən bir ilə yaxındı ki, burdayam. Bura mənə o qədər doğma olub ki, qoysalar gecə də burda olaram. Qızlarımızın bəziləri ilə yaxından tanış olmuşam, görüntülü danışırıq. Özümə maraqlı dostlar tapmışam. Mənim Qadin.netdə ən maraqlı günüm Ad günüm olub, bir də bu yaxında avatarımı təzələyəndə o qədər mesaj aldım ki, hamı avatarımın gülməli olduğunu deyirdi. Bəziləri isə nənənin burda nə işi var deyə soruşurdular. Hə, bir də ən maraqlı günüm Akif bəyə sizin burda nə işiniz var dediyim gün olub, mənim üçün Akif bəyin burda nəçi olduğunu bilmədiyim ücün sonra bilib utanmışdım. Qadin.Neti o qədər sevirəm ki, çalışıram hamıyla dil tapım. Ləmanın bişirdiyi şirniyyatları qoyub heç hara gedən deyiləm burdan. Allah hamınızı burda daimi etsin, məni sizinlə birgə. Mən sizləri çox sevirəm.
J e a l o u s y
Qadin.Net mənim virtual aləmə daxil olduğum ilk saytdır deyə bilərəm. Yəni ilk dəfə burada qeydiyyatdan keçmişəm.İ lk Yekta adlı istifadəçi mənə ismarıc göndərdi. Mənə "saytımıza xoş gəlmisiniz" dedi. Əvvəl xəbər göndərmək çətin oldu mənim üçün. Ceylan xanım mənə bu işdə kömək etdi sağ olsun. En sevindiyim an ilk dəfə xəbərimin çıxması və ilk statusu almağım olub. Artıq 2 ilə yaxındır ki burdayam. Çoxlu dost qazanmışam. Hamınızı çox sevirəm. Nə yaxşı ki varsan Qadin.Net!
Məryəm.
Xoş xatirələr çox olub. Təzə-təzə xəbərlərim çıxanda, status alanda çox sevinirdim. Köhnə qızlar xəbərlərə maraqlı gülməli şərhlər yazırdılar, o şərhləri oxuyub nə qədər gülürdüm, qızlar bir-biriləri ilə zarafatlaşırdılar. Qadin.Net gülməli, maraqlı, zarafatcıl və s. olada həmin günüm əla olurdu. Əvvəl Qadin.Net çox yaxşı idi . Bu sayta gəlmək üçün ürəyim çıxırdı, ürəyim burda qalırdı...
revane
Mənə də xəbərində yer verdiyinə sevindim. Çox sağ ol. Mən Qadin.Netlə nəfəs alıram desəm yanılmaram. Bu saytı mənə bir rəfiqəm göstərdi və qeydiyyatdan keçdim. Burda ən sevimli günum ad günüm oldu,hamı təbrik edirdi.Hətta ailəmdən öncə burda aldım təbrikləri qızlardan. Vaxt tapdıqca gəlirəm, çox vaxtım olmur, amma gecə də olsa gəlirəm. Ən cox Ləmanın reseptləri olanda, bir də ki Qadin.Netli qızlardan xəbərlər olanda sevinirəm. Istərəm ki yaddan çıxmayım, mən Qadin.Neti çox sevirəm. Çalışıram ki, xəbər yollamağı da öyrənim, qismət inşAllah. Sənə də xəbərində uğurlar, Yeqiş.
RLS_SONSUZ SEVGI
Mən ilk gün bura gələndə əsəbi idim, onlaynda psixoloqun yazısını gördüm, başladım buna şəxsidə yazmağa, bu qayıtdı ki mənə telefon nömrəni ver, ətraflı sual-cavab edim, nömrəmin olmadığını dedim, skaypı soruşdu, dedim var, bibim qızı gəldi dedi ki, kimdi o, dedim qızdı, birdə baxdım aaa, bu oğlan imiş, gülüşdük sonra daha ona yazmadım. Qadin.Net dedikdə elə bütün burda tanış olub realda rəfiüə olduğum bacılarla tanışılığım yadıma düsür. Bu saytdan öncə hər hansı bir nəsə bişirəndə kulinariya kitabını vərəqləyirdim, indi isə Qadin.Net sayəsində ürəyimdən keçən şirniyyatın və ya başqa bişəcək bir yeməyin adını vurub resepti alıram.
Günəş
Sayta ilk dəfə öz əsl adımla girmirdim. Keçən il dekabr ayı idi, o zaman şərh yazıb QN alırdıq, sonradan QN lağv olundu, mən pis oldum buna, amma sonradan xəbər hazırlayıb QN alacayıq əziyyətimizə görə dedilər, buna cox sevindim. Çünki əziyyətimin bəhrəsini görəcəkdim. İlk xəbərimi hazırladım öz adımla - Mamedova Leyla xəbərdə adım elə qaldı. Xəbərimi görəndə yerə-göyə sığmırdım ki, mənim xəbərim çıxıb, hamı bəyənib, bu mənim saytla bağlı ən xoş xatirəmdi deyərdim. Sonra adımı dəyişib Günəş qoydum və başqa bir xəbər hazırladım, yenə xəbərim çıxdı bu dəfə Günəş adıyla. Mənə bu adların belə qalması çox xoşdu. Ən çox burda sevindiyim ad günümdə aldığım hədiyyələr oldu. Səhər durub sayta girdim və çoxlu təbrik gördüm və o qədər sevindim ki, hətta göz yaşlarıma hakim ola bilmədim. Mən bu qədər sevgini, hörməti qısa zaman ərzində qazandığıma çox sevindim. Hamınızı çox sevirəm, əziz Qadin.Netlilər.
GulenaY
Demək Qadin.Netlə bağlı xatirlərim elə də çox deyil, mən kimlərəsə xoş getsin deyə və ya adım hansısa xəbərdə yazılsın deyə basıb bağlayanlardan deyiləm, ona görə də mənə ilk xəbərdə təklif gəlsə də mən bunu son xəbərdə dəyərləndirməyi düşündüm. Cünki dedim bəlkə son xəbərə kimi bu saytda xatirə kimi nə isə olar. Amma elə bir şey olmadı. Son sözü həmişə dahilər deyir, mən də sonda demək istədim. Bu saytda xoş xatirəm yoxdu, nə yazım bilmirəm. Burda hesablasan 10-15 nəfərdən xoşum gəlir, yəni hardasa 70 faiz səmimiyyətlərinə inanıram, qalan heç kimlə aram yoxdu, əgər munasibəti geniş insan deyiləmsə kimlərlə nələrlə xoş xatirəm olsun?Birinci dəfə xəbərim çıxanda və ilk xəbərlə günün müəllifi olanda sevinmişdim, amma belə dəhşət yox. Bu saytda ən çox rəy rekordu mənim yazdığım ssenaridə olub. 1152 rəy. Bir də bir şey yazım, demək Pervane Eliyeva səhifəmə qonaq gəlmişdi, şəkillər yerləşdirmişdi, mən də onun səhifəsinə qonaq getdim, şəkil yerləşdirmək istədim. Elə komputerdən bir şekil secdim, amma şəkli görməmiş yüklədim Pərvanə xanımın səhifəsinə və çıxdım, amma baxmadan, yəni tələsərək etdim deyə gördüm yüklənir tez yəni səhifəyə keçdim. Təzədən saytı fırlandım getdim görəm nə yükləmişəm, dedim yəqin gül və ya geyim tort şəkli filandır. Baxdım gördüm bıyy yoldaşımın babasının qəbrinin şəklidir, təsəvvür edin qəbirdən kişi şəkli baxır. Oyyy nə qədər güldüm və Pervane Eliyevaya yazıb səhv yükləndiyini dedim. O da məni başa düşdü, o özü də təəccüblənmişdi və bunu hər kəsə danışdım öz yaxınlarıma hər kəs mənim kimi gülərək qarşılayıb, yadımda bu qalıb, buna da xatirə demək olmaz. Nə isə, yazıda yer aldığım üçün Yeganə, sağ ol, borcun idi mənə söz vermək. Hər adam gözü ilə mənim yazımı oxuyub korlamasın Sağ olun, sağlam olun!
chr
Əvvəla sizə xəbərinizdə mənə yer ayırdığınıza görə sonsuz minnətdarlığımı bildirirəm. Artıq 4 aydır ki saytda qeydiyyatdan keçmişəm, amma mənə elə gəlir ki bu dünən olub. Əslində qeydiyyatdan keçməyim təsadüf nəticəsində olub. Salat resepti axtararkən qarşıma çıxdı, hər mövzuda xəbərlərin olduğunu gördüm maraqlı gəldi və o gündən hər gün sayta girirəm, şərh yazıram, baxmayaraq ki indi imtahanlarım var, amma yenə sayta hər gün girirəm, çünki vaxtım maraqlı keçir, rəfiqələrim var, bir-birimizə maraqlı, gülməli şəkillər göndəririk. Hərdən o qədər başım qarışır ki, bir də baxıram ki neçə saatdı burdayam, dərslərim qalıb, bir neçə dəfə çayı qoymuşam qaynamağa, unutmuşam, bir də baxıb görmüşəm ki suyun yarısı qalıb. Burda hamı bir-birinə qarşı xoş münasibət göstərir, həmçinin mənə də, buna görə hamıya təşəkkür..
totuwun mamasi
Mənim Qadin.Netlə ilk tanışlığım xalam qızının sayəsində olub, ilk Qadin.Net səhifəsini açdığımdan mənə doğmalaşdı bu sayt və o vaxtlar evimizdə yoxuydu internet, nə vaxt xalamgilə gedirdim, tez əlimə komputeri götürüb Qadin.Netə daxil olurdum, xalam qızı mənə deyirdi ki, səni Qadin.Netlə tanış edəndən bizə tez-tez gəlirsən, hə, beləliklə Qadin.Netə səyahətim qohumlarımgildə davam edirdi, bacımgildə bir neçə dəfə qeydiyyatdan keçmişəm, gec-gec daxil olduğumçün yadımdan çıxıb, aradan müəyyən vaxt keçdikdən sonra Allahın köməkliyi ilə evimizdə də internet oldu, artıq bir ildən çoxdur ki, evimdə rahat-rahat yuxulayana qədər əyləşirəm Qadin.Net qarşısında. Mənim ayrılmaz hissəmə çevrilib Qadin.Net, bir gün yox e, yarım saat Qadin.Netə daxil olmasam elə bilirəm nəsə çatmır məndə, necə də sevmiyəsən axı bu cür saytı, həm sevinirsən, həm Ləmanın dadlı tariflərindən faydalanırsan, həm Gülenayın serialını oxuyub gülürsən (amma mən yoxam o serialda), həm dostlarımızın bizimlə paylaşdıqları dərdlərinə şərik çıxırıq, bildiyimiz duaları paylaşırıq. Bu saytı yaradanlara öz minnətdarlığımı bildirirəm, çox sağ olun, əsas da mənim kimi ailəli xanımlarımız üçün daha da əlverişlidir, çünki (məlum məsələdi ki, evimizin bəyi icazə vermir ki, əks cinsin sakinləri olan saytlara daxil olaq, burda ele bir məsələ yoxdu, amma onu da deyim ki axır vaxtlar bəylər də var burda, men onlardan artıq dərəcədə xahiş edirem məni narahat edib mənim həvəsdən düşüb saytdan getməyimə səbəb olmasınlar.
♥в“›в“ћв“Ґв“”♥ⓂⒺⓇⓎⒺⓂ ♥в“›в“ћв“Ґв“”♥
Yegane
Qadin.Net - xatirələr məkanı... Demək olar ki həyatımda bir çox sevgilərə yol açdı. Həqiqətən də virtualda olsa doğma olan dostlar, sevincinə sevinib, kədərinə can yandıran bacılar, maraqlı mövzular, bilməyib öyrəndiyimiz mətbəx sirləri qazandırdı mənə Qadin.Net! 2011-ci ildən qeydiyyatdan keçməyimə baxmayaraq burda şəxsi icmarıclardan, dostluqlardan başım cıxmırdı deyə bir o qədər bağlılığım yox idi. İndisə bir növ xəstəsinə cevrilmişəm, evdə olmayanda da telefonla çətin də olsa baş cəkməliyəm. İlk dəfə Fatma xanımdan ismarıc aldıqda sən Aminin mamasısan deməsi məndə maraq oyatdı (baxmayaraq Fatma xanımla biz 19 il qonşu olmuşuq), amma burda bir-birimizin varlığından xəbərsiz olmuşuq. Sonra canım bacım İlaydaynan tanışlığım, daha sonra yerlim Afət bacım, Nazlı bacım, Ayka S, Pərişlər, İskom, Fidan, SəRRas mənim həyatıma bir yenilik gətirdi. Heç doğmalarımdan belə xəbərsiz qalanda, onlardan xəbərsiz qala bilmirəm. Bütün bunlar mənim saytla, həyatla bağlı xoş xatirələrimdir. İlk xəbərim çıxanda 4 gün dalbadal günün müəllifi olmağım, çoxlu təbriklər ad günümdə, gözəl hədiyyələr - hər biri xoş xatirədir. İndisə həvəslə gələn ay Qax rayonuna istirahətə gedəcəyəm və fikrimiz var orda Afət xanımla, Nazlıyla, Gümüş90 görüş keçirək, bax bu mənim üçün ən xoş xatirələr sırasına yazılacaq! Sonda xəbərimin ərsəyə gəlməsində əməyi kecən redaktorlara, xüsusən Madama, xəbərimdə iştirak edən bütün xanımlara, oxuyub şərh yazan, bəyənib-bəyənməyən iştirakçıların hər birinə sonsuz minnətdarlığımı bildirirəm. Yaxşı ki sizi tanıdım! Bunun üçün Qadin.Netə borcluyam!
Son!