Qadin.NET / Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)

Əziz xanımlarımız. Bu xəbərimin növbəti 4-cü, son hissəsidir. Ümid edirəm bu xəbərimi də digər xəbərlərim və bu xəbərimin növbəti hissələri kimi sevə-sevə oxuyarsız. Hər birinizə təşəkkür edirəm. Bu xəbərimdə sevərək fikirlərini yazıb mənə göndərən istifadəçilərə çox sağ ol deyirəm. Allah hamınızdan razı olsun, canlarım mənim.

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Unique Woman (Yaqut)
  Mən ən çox şirniyyatı sevirəm, bişirməkdən də çox zövq alıram. Tortlardan Admiral tortunu, şəkərburanı, qoz peçenyesini daha çox sevirəm.  Yeməklərdən də yarpaq dolmasını, plovu, ləvəngi cücəni, badımcan yeməklərini, dovğanı, tərəvəz salatlarını və s. çox sevirəm. Allah Təala hamının süfrəsin bol eləsin, Amin! Mənə də söz verdiyiniz üçün sizə təşəkkür edirəm. girl_smi
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
SELENA  (Nəzarətçi)
   Bütün yeməkləri və şirniyyatları çox sevirəm. Amma ən çox Azərbaycan mətbəxinin və mədəniyyətinin vurğunuyam. Milli mətbəximizin təamlarını sevməyən insan yəqin ki, yoxdur. Milli yeməklərimiz və şirniyyatlarımız özünəməxsus dadı ilə hər tərəfdə tanınır. Bizim evdə də ən çox milli yeməklərə üstünlük verilir. Hər cür naz-neməti yaradan Allaha sonsuz şükürlər olsun. Uğurlar!love
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
GÜLÇİN (İstifadəçi)
    Hər kəsin sevdiyi yemək və sevdiyi şirniyyatı vardır. Mənim də ağız dadıma uyğun sevdiyim təamlar var. Uşaqlığımdan makaronu, vermeşili çox xoşlayıram. Özü də çörəklə yeyirəm. Ən çox sevdiyim və bezmədiyim yemək kartof qızartması, "üç bacı" dolmasıdır. İçərisində ən çox pomidoru bəyənirəm. Evdə anam həmişə bu "üç bacı" dolmasını bişirəndə hər kəs bilirdi ki, pomidorları mən yeyəcəm. lol Sevdiyim şirniyyata gəldikdə isə hər gün şirniyyat yeyirəm, doymuram. Tez-tez özüm tort, piroqlar, keks bişirirəm. Uşaqlarım da mənə oxşayıb, şirniyyatdan vaz keçmirlər. İnanın evdə tort varsa həmin gün yeyiləcək, sabaha qalması mümkün deyil. Onu da deyim ki, kokoslu şirniyyatları çox xoşlayıram. Evdəkilər bunu bilir, hər zaman kokos tərkibli şirniyyatlar alırlar.mocking
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Ayka S (İstifadəçi)
Hər bir qadin kimi mənim də əl səliqəm var. Hər gün internetdən maraqlı şirniyyat, xörək, salat reseptləri götürüb ailəm üçün bişirirəm. Ən çox sevdiyim yemək də yarpaq dolması, döşəmə plov, pizza, kotletdir. Salatlardan  isə  paytaxt salatı, mimoza, bir də ki bibərli salatdır. Şirniyyatı, kremli tortları çox sevirəm. Ordubadımın qayqanağını çox-çox  sevirəm. Dovğa, qatıq, aşa - bölgəmin yeməklərinə söz olmaz. Təklifin üçün çox sağ ol, canım.
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Rəvanə (İstifadəçi)
Mənə xəbərində yer verdiyinə sevindim. Çox sağ ol.
Mənim ən çox sevdiyim yemək yox, yeməklər deyərdim, bütün dolma növləridir. Həmişə də  evdə yeməyi mən bişirirəm. Tərifləmək olmasın, yeznələrimin xoşu gəlir bişirdiyim yeməklərdən. Deyilənə görə əlimin duzu var. Anamın mənə öyrətdiyi nə varsa mən də qızıma öyrədəcəm inşaAllah. Başıma gələn maraqlı əhvalat da odur ki, mən 8-ci sinifdə oxuyurdum və dərsdən gələndən sonra şam yeməyini mən bişirəcəkdim. Anam işdə idi. Mən yeməyə kələm dolması bükmək üçün bütün ərzaqları masaya qoydum və dolmanı büküb qurtardım. Bişməyə qoydum. Üzərinin tomatına qədər əlavə etdim. Axşam hamı bəh-bəhlə süfrəyə oturdu. Yeməyə birinci atam başladı. Baxışlarında bir qəribəlik gördüm. Dolmani kim bişirib soruşanda dedim ki, mən. Gülməyə başladı. Mən tez bir dolma götürüb yeməyə başlayanda gülməkdən özümü saxlaya bilmirdim. Dolmaya duz əvəzinə çay sodasi qatmışdım və o gün hamını ac qoydum evdə. lol Ondan sonra yemək bişirəndə daha da diqqətli olurdum. Birdə balıq yeməklərini bişirmək ürəyimcə olur. Xəşəm, kütüm, sazan bizim yeməklərin  bəzəyidir. Hər cür ləvəngiləri hazırlaya bilirəm.
Şirniyyatlara gəldikdə isə mənim qədər şirniyyat yeyən yoxdu. Bişirməyi bacarıram, amma çox da həvəsim yoxdu. Hərdən bir istifadəçimiz Ləmanin bişirdiklərinə baxıb mən də edirem.Ən çox tortları sevirəm. Özü də uşaq şəkilli tortlar üçün ürəyim gedir. Şirniyyat deyəndə bir də ən çox istədiyim şirni Şəki halvasıdır ki, ancaq Şəkidən gəlsə yeyərəm. Kim mənə Şəki halvasi gətirər görəsən?! biggrin ALLAH hamının ruzi-bərəkətini bol etsin, kimsə neynim deməsin. Allah səndən də razı olsun, əziz bacım.
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Miss lady-89 (İstifadəçi)
Ilk öncə xəbərində mənə yer ayırdığın üçün sənə öz təşəkkürümü bildirirəm. Qaldı ki, sevdiyim yeməklərə, demək olar ki, yeməklə çox da aram yoxdu. Elə gün olur gün ərzində 1 dəfə yemək yeyirəm. Buna baxmayaraq yeməklərin içində kələm dolmasını, yayda isə bizim ailədə 3 baci kimi tanınan pomidor, badımcan, bibər dolmasını sevirəm. Şirniyyatlarla da bir o qədər aram yoxdu. scratch_ Özüm bişirməyi xoşlayıram, amma yeməyi yox. Şirniyyatlardan profiterol və ekleri çox xoşlayıram. Nə qədər yesəm də doymaram. 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)

 ToRmEnTo (Sapfir)

Mən yeməyi çox iştahla yeyirəm. Amma elə də iştahlı biri deyiləm. Gec-gec acıram. Hər şeylə doyuram. Bəzən acanda ürəyim istəyən yemək olmasa, pendir çörək, pomidor, çörək yeyib doyuram. Elə də yemək seçmirəm. Çalışıram hər yeməyi yeyim. Ət yeməklərini sevmirəm, amma küftədən başqa hamısını yeyirəm. Əsasən tərəvəz yeməklərini daha çox xoşlayıram. Amma gündə 3 dəfə də yesəm bezməyəcəyim yemək balıq yeməkləridi. Balığın hər növünü sevirəm. nyam Amma təzə balıq olmasa yemərəm. Beynimə balıq düşəndə hər kəs səfərbər olur ki, Aysel balıq istəyir, bu gecə yatmayacaq.  Biz Kür qırağı zonadan olduğumuz üçün balıq biz tərəflərin ən sevimli heyvanıdı. Şirniyyatlardan isə xüsusi sevdiyim bir növ yoxdu. Nə bişirsəm bir az yeyərəm vəssalam. Alınma şirniyyat isə qətiyyən yemirəm. Təkcə kinderin şirniyyatlarını alıb yeyirəm, birdə rafaello. mocking Mətbəxə çox az yaşlarımdan maraq göstərməyə başlamışam. Ona görə də indi istər xəmir işləri olsun, istər yeməklər olsun, istərsə də şirniyyatlar olsun, hər şeyi bacarıram (tərifləmək olmasın). Düzdü bişirdikcə, öyrəndikcə dadlı alınmayan, yanan, quruyan, çiy qalan yeməklərim də olub, hələ də olur bəzən.  Allah ruzimizi bol eləsin, verdiklərinə də hər zaman şükür etməyi bacaraq.

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Məmmədli (İstifadəçi)
Mən düşünürəm ki, ən dadlı yeməklər məhz bizim xörəklərimizdir. Düzdü yeməkləri çox yağlı edirik, amma yeməsən olmur. Dolça bürcündən olduğumdan yeməkləri çox sevirəm. Ən çox xoşladığım yeməklər  aş, badımcan dolması, lülə kababdı. Sevdiyim şorba isə lobya (Naxçıvan) şorbasıdır.
Şirniyyatlara gəlincə isə mənim üçün fərqi yoxdu. Əsas odur ki, kremli olsun. Sevdiyim tort Napoleondur.
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Məryəm (Sapfir)
Sevdiyim yeməklər çox deyil, çünki çox yeməklərin dadlarına baxmamışam... Pomidor-yumurtanı çox sevirəm, kababı, bütün dolmaları sevirəm, amma badımcan çıxmaq şərtilə. Göbələk, lobya, düşbərə, mərcimək, düyü sıyığı və balıqdan hazırlanmış yeməkləri də sevirəm. Dadına baxa bilmədiyim yeməkləri də sevirəm... Şirniyyatları elə də çox sevmirəm. Qadin.Netdə görüb bişirdiyim keksləri bəyənmişəm. 
 Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Yeganə Nusalova (İstifadəçi)
Əvvəlcə onu deyə bilərəm ki, Azərbaycanın hər bir şəhərinin, rayonunun, kəndinin özünə görə dadlı yeməkləri var .Mən özüm Azərbaycanın gözəl yerlərindən olan Zaqatala qızıyam. Və öz yerimin, bölgəmin yeməklərini çox sevirəm. Əsasən də xəmir yeməkləri burda daha çox bişirildiyinə görə sürhüllü, ətingirs, cint və bu kimi xəmir yeməklərini, amma qaxac edilmiş, qurudulmuş ətlə təbii ki çox sevirəm. Orda sonra qozlu, gicitkanli xəmir yeməyi də çox gözəl olur. Qozlu boranı qutabinən isə məncə dadına söz ola bilməz. Bu qutabi yeməkdən ötrü gərək Zaqatalaya gedəsən,ya da zaqataladan kimsə hazirlasin.
şirniyyatlardan Napoleon tortunu, keksləri, piroqları və bamiyəni çox sevirəm.
Salatlardan da demək olar ki, hamısını sevirəm və hazırlaya bilirəm. 
Demək olar ki, yeməkləri sevdiyim qədərilə hazırlamağiıda sevirəm. Maraqli reseptlər qarşıma çixan kimi onları hazırlamaq istəyirəm. Yemək və ya şirniyyat hazırlamaqda tənbəl deyiləm. İstədiyimi bişirirəm, sevə-sevə də yeyirəm.
Məncə bu barədə sən daha çox bilirsən ki, bişirdiyim yeməkləri necə bəh-bəhlə yeyirsən. biggrin 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Əziz xanımlarımız, evinizdən ruziniz, süfrənizdən yeməkləriniz əskik olmasın. Allah hamının süfrəsini dolu etsin. Amin. 
13 iyun 2013
GO BACK