Qadin.NET / Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

RLS_SONSUZ SEVGI

Biz bir-birimizi çox sevirdik, lakin valideynlərim mənim hələ uşaq olduğumu və ali məktəbə qəbul olunmağımı istədiklərini deyirdilər. Mənim anamla atamın 22 il övladları olmayıb və onlar məni tanımadıqları, bilmədikləri ailəyə gəlin vermək istəmirdilər. 2 gün gecə-gündüz ağladım. Çox kədərləndiyimi gördülər və nəhayət, "Hə" dedilər. Rəşid mənə təkqaş üzük aldı, "Hə"dən sonrakı ilk görüşümüzdə verdi, amma daha sonra qaynanam el adəti ilə bir dəbli, üzəri briliant qaşlı üzük aldı. Razılıq alanda isə sadə bir üzük taxdılar. Mən üzüyümdən demək olar ki, istifadə etmirəm, geyimimə uyğun olsa taxıram, olmasa gümüşlə əvəz edirəm. Xoşbəxtəm, mən heç onu sevərkən onun hansı imkana sahib olduğunu bilmirdim, onu "O" olduğu üçün sevdim. Hər kəsə də belə sevgi arzu edirəm. love
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

GunelYusifzade

Hər bir qızın həyatında nişan və toy günü çox önəmli olur. Mənim də nişanımda yadımda qalan hadisə olmuşdu. Oğlan adamları gəlmişdilər, amma bizi şadlıq evinə aparacaq maşın yox idi. Xalamın oğluna tapşırmışdıq, bəzi şeyləri o həll edirdi, amma hazır olmağımıza baxmayaraq, o hələ də maşın tapmamışdı. Son anda bir dostunu tapıb gətirmişdi. Onda mən çox pis olmuşdum. Allah heç kəsi belə vəziyyətə salmasın. girl_ang

ibiwova vefa

Mən o zamanlar rayonda yaşayırdım. Nişanım da orada olub. Mənə nişan mərasimini mağarda keçirmək maraqlı gəlirdi. Nişanda biz yoldaşımla danışmırdıq. Gülü mənə verəndə gec aldım, sonra nişan mərasimi keçirilən yerə getdik. Musiqi müşayiəti ilə üzükləri taxdıq, qonaqlar oynadılar, tort kəsdik, rəqs etdik. Biz bir-birimizi sevib evlənməmişdik, sadəcə, qohum olduğumuz üçün razılıq oldu və nişanda eləcə əl-ələ tutduq. Nişanın sonunda əllərimi necə bərk tutduğunu hiss etdim. Bu, mənim xoşuma gəldi, mən də onun əlindən bərk tutdum. O zamandan bu yana heç buraxmadıq əlimizi. Nişanda mənə telefon alıb gətirmişdi, onunla danışırdıq. Nişanlanmağı hər bir qıza arzu edirəm.
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

ℂ⋆Mubariz Ve Menℂ⋆

Mənim nişanım 26.01.2013-cü il tarixində olub. 14.11.2012-ci ildə "hə" verilib. Həmin günü "hə" üzüyü gətirmişdilər, rəhmətlik qaynanamın (Allah ölənlərinizə rəhmət eləsin) üzüyü idi. Nişanlım evin sonbeşiyi olduğu üçün həmin üzüyü mənə verdilər. Çox gözəl bir gün idi. Tanımadığım bir insanla nişanlandım, bu, mənə qəribə gəlirdi, amma indi şükür Allaha, hər şey yolunda gedir. Çox xoşbəxtəm, maşAllah. Demək olar ki, mənim iki nişan üzüyüm var. Biri bu şəkildəki, biri də nazik üzükdür. Nişan marəsimi təmtəraqlı olub. Allah valideynlərimizə cansağlığı versin, onlar bizim ürəyimizdə nə arzumuz var, yerinə yetirsinlər. Amin... Bu, mənim uşaqlıq arzum idi. İnşAllah saytdakı subay qızlarımıza da qismət olsun, biz də onların nişan xatirələrini oxuyub üzüklərinə baxaq. good
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

R.G.AL-SU

Mənim üzüyümü baldızım nişanlımla birgə alıb. Zəng edib barmağımın ölçüsünü soruşanda həyəcandan "Bilmirəm" dedim. lol Anamdan soruşub almışdılar. Səhəri gün rayona gəldilər və 2007-ci il, aprelin 29-da üzük barmağıma taxıldı. Artıq 6 ildir ürəyimdə dərin sevgi və hörmətlə o üzüyün daşıyıcısıyam. Allah bütün subaylara saf sevgi rəmzi olan nişan üzüyü qismət etsin. Xəbərində yer ayırdığın üçün də sənə təşəkkür edirəm, Samirə bacım. 
 

Unique гѓ„Woman

Mən əvvəldən heç xəyal etməmişdim ki, nişan üzüyüm necə olacaq. Hər şey ani oldu, sonradan vaxt keçdikcə başa düşürsən ki, nişanlılıq insanın həyatında ən gözəl anlardan biridir. Bu üzüyə baxanda ən gözəl xatirələrim yadıma düşür. love Qızıllarımın hamısını yoldaşım özü alıb mənə, buna görə də mənə daha da əzizdir (amma qızıl hərisi deyiləm biggrin). Üzüyü almağa yoldaşım, mən, bir də bacım getdik. Əslində başqa üzüyü seçmişdim, elə buna oxşar idi. Barmağımın ölçüsü olmadığından sifariş verdilər, sonra yoldaşım gedib götürmüşdü. Gətirəndə bir az fərqli olduğunu gördüm, heç nə demədim, elə bunu da bəyəndim. Nişan üzüyümü toyum olan il taxmışam, çoxdandır taxmıram. Həm barmağıma çox iridir, həm dəhər yerə ilişir. Nişan üzüyü əslində sadə dairə formasında olmalıdır deyirlər, əbədi sabitliyi bildirir. Allah arzusunda olan oğlanlara, qızlara qismət etsin inşALLAH. AMİN!
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son) 

Gümüş

Mənim nişanım "Min bir gecə" şadlıq evində keçirilib və çox maraqlı olmuşdü. Bütün subay qızlarımıza ən azından mənim nişanım qədər gözəl nişan günü arzulayıram. İnsan ömründə bir dəfə nişanlanır, bu günü dolu-dolu yaşamağınızı diləyirəm. 
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son) 

Seva

Hər bir qızın səbirsizliklə, həyəcanla, xəyalında min cür gözəlliklərlə bəzədiyi gündür nişan günü. Biz bir-birimizi sevib ailə qurmuşuq. Üzüklərimizi nişanlımla özümüz seçdik, buna 1 ay vaxt sərf etdik. Mən evin ilki olduğum üçün ilk xeyir işin də evdə olmağını məsləhət gördü valideynlərim, mən də razılaşdım. 04.08.2010-cu ilin isti yay günü idi, bizə çatmağa az qalmış baldızım zəng etdi: "Necəsən? Nişanın gəlir, həyəcanlısanmı?" Lap dəli oldum. lol  Ən maraqlı hadisə oğlan evi qapıdan girəndə musiqi mərkəzində əvvəlcədən hazırlayıb hazır qoyduğum mahnı oldu. Əslində ürəyimdə tutduğum mahnını sonraya saxladım, onların gəlişinə aid sözləri olan mahnı qoymuşdum. Amma nə illah etdiksə mahnı oxumadı, onlar qapıdan içəri girəndə mənim ürəyimdə tutduğum mahnı səsləndi. biggrin Allahın işi idi yəqin, çox qəribə hadisə idi. Allah hər şeyin ürəyimcə olmağını istədi, ona görə belə oldu. Bir az pis olduğum məqam isə çox utancaq olduğundan yoldaşımın stolun başında məni rahat buraxmaması oldu: "Biz niyə burda oturmuşuq, gərək o biri otaqda biz cavanlar ayrı oturardıq" deməsi məni bikeflədirdi. Ən ürəyimcə olan an isə "Oynaya bilmirəm, oynamayacam" deyən yoldaşımın nişanımızda bizə aid mahnıyla məni oynatması oldu, sevgisi hər hərəkətindən bəlli idi. Allah hamıya sevgi dolu ömür bəxş etsin, bütün qızlarımıza nəsib olsun.
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

First Lady

Mən nişanımda o qədər həyəcanlı olmuşam ki, elə də çox şeyi xatırlamıram. Həyəcandan əlim-ayağım əsirdi. Qardaşımın adi sözü mənə pis təsir etdi, o qədər ağlamışdım ki, gözlərim qızarmışdı. Anam məni güclə sakitləşdirdi, dedi: "Niyə ağlayırsan, indi oğlan evi gələr, deyər yəqin nə isə olub ki bu qız ağlayır. Elə bilərlər səni güclə veririk". Bundan sonra birtəhər sakitləşdim. Geyinib hazırlaşırdım, bu dəfə isə kapron corabım qaçdı, yenə də həyəcandan ağlamaq tutdu məni. Qonşumuzun qızı mənə corab aldı. Tələsə-tələsə geyindim, vaxtında çatdırdım. Hamı gəlmişdi, içəri girəndə başım gicəlləndi, ömrümdə bu qədər həyəcan keçirməmişdim. Bizdə belə adət var - nişanda şokoladın yarısını gəlinə dişlətdirilər, yarısını da bəy üçün aparırlar. Mənə şokoladı verdilər, utandığımdan heç dişləmədim. Dişlərimi şokolada sürtdüm ki, guya mən də yedim. Sonra yoldaşım zəng vurub dedi: "Şokoladın hamısını yemisən, mənə heç saxlamamısan." Bütün xanımlara xoşbəxt olmağı arzulayıram. 
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son) 

seadet19

22.04.2013-cü il tarixində mənim nişanım oldu. Həmin gün çox həyəcanlı idim. Salonda saçımı istədiyim kimi düzəltməmişdilər, bir az ona görə kefim pozulmuşdu, amma çox da buna görə ürəyimi sıxmadım. Nəhayət, yemək yeyildi, şirniyyat süfrəsi açıldı, nişan mərasimi başladı. Nişanlım dostu ilə gəldi. Həyətimizdən içəri elə sərbəst girdi ki... Gülüb, danışıb, dostu arxada utana-utana gəlirmiş. Bizim qohumlar bəyi səhv salıblar, arxada gələni biliblər, deyiblər ki, "bəy özünü bu qədər sərbəst aparmaz". lol Nişanlım da görüb ki, dostunu bəy biliblər, tez deyib "Mənəm bəy, o deyil". İçəri daxil oldu, hamıyla salamlaşdı, gülü mənə verdi. Mən öz evimdə sıxılırdım, utanırdım, nişanlım isə birinci dəfə gəlməsinə baxmayaraq, çox sərbəst idi. Hamının sualına cavab verirdi. Maraqlısı da bu oldu ki, üzüklər taxılan zaman üzük qabından nişanlım öz üzüyünü götürdü, mən də öz üzüyümü, sonra baxdıq ki, səhv götürmüşük, təzədən dəyişdik biggrin Hələ tortu kəsəndə yerə də dağıtmışdıq kremi, beləcə, maraqlı hadisələrlə keçdi nişan mərasimim. 
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son) 

creativka

Yoldaşımla uşaqlıqdan bir yerdə böyümüşük, çünki qapı qonşuyuq. O vaxtdan bir evli kimi idik, gəliş-gedişimiz vardı. İndi də elədir. 2008-ci il noyabrın 23-də nişanımız oldu, 3 il 9 ay nişanlı qaldıq. Nişanlananda institutun 1-ci kursunda oxuyurdum, ondan olsa idi istəyərdi ki, nişanın səhərisi toy olsun, amma mən ali məktəbi qurtarmağımı gözlədim. Deyirlər ki, "Gözdən uzaq olan könüldən də iraq olar", amma bu, bizə aid deyil, məncə, sevgisinə şübhə edənlərə aiddir. 4 il müddətində bir-birimizdən uzaq olduq, amma sevgimiz cılızlaşmadı, daha da böyüdü. Nişanlanandan həyatımın hər anı mənim üçün maraqlı olub. 2012-ci il avqustun 27-də ailə qurduq. İnşAllah, gələn ayın axırı qızımız olacaq, maşAllah, çox xoşbəxtik. Allah arzulayanlara övlad nəsib eləsin, inşAllah olacaq, təki ürəkdən dua edin. Hamıya təməli möhkəm ailə arzulayıram, hər xırda şeyi şişirdib böyütməyin, bu, ailədə münasibətləri soyudur. 
Qadin.Netlilərin nişan xatirəsi-IV (Son) 

unknown

Nişanımız evdə oldu, həyətimizdə keçirdik, qonaqlarımız çox idi. Hər kəs kimi mən də həyəcanlı idim. Çox istəyirdim fərqli, maraqlı şəkillər çəkdirim, amma özümdən asılı olmadı, elə utandım ki... Sonra da peşman oldum. Şəkillərimiz çox oldu, amma mən istədiyim kimi qeyri-adi olmadı. İnşAllah, toyda həyata keçirərəm bu istəyimi. Mənə də xəbərində yer verdiyin üçün təşəkkür edirəm sənə. give_ros

RUM

Nişanımız 12.08.2008-ci ildə olub. Təqribi tanış olmuşdum yoldaşımla, sonra o, evlilik təklif etdi. Mən də sevinə-sevinə qəbul etdim və 24.08.2008-ci ildə ailə qurduq. Bir qızım var, mayın 24-də 4 yaşı olacaq, Allah hamıya qismət etsin. Çox sevirəm və sevilirəm. Ən əsası xoşbəxt ailəm, məni sevən yoldaşım var. Hər şıltaqlığıma dözən, səbir edən yoldaşımı çox sevirəm. Bütün qızlara saf sevgi arzulayıram. Allah hamının ailəsini xoşbəxt etsin, övladlarının xoş gününü göstərsin. Biz də onların içində. Amin... girl_ang

Qadin.Netlilərin nişan xatirəsi-IV (Son) 

ARiEL_ViViAN(SaMiRə)

Bu da mənim nişan üzüyümdür. Nişanlımla biz bir sinifdə oxumuşduq. Məktəbi bitirdikdən 2 il sonra - 2011-ci ilin may ayının 2-də "hə" verildi, mayın 5-də xətircəmlik oldu, "hə" veriləndən demək olar ki, bir il sonra - 2012-ci il aprel ayının 24-də nişanımız oldu. Nişan mərasimi evdə oldu, böyük nişan idi. Hər bir qız kimi mən də çox həyəcanlı idim. Maşınların siqnal səslərini eşidəndə əlim-ayağım əsirdi. Beləliklə, hər nişanda olduğu kimi üzüklər taxıldı, tort kəsildi, şəkillər çəkildi. Bir də onu deyim ki ,nişan günü küsülü idik, nişanlımla nişanda barışdıq winked  Allah hər bir subay qıza nişan gününü yaşamağı nəsib etsin. Amin inşAllah. girl_ang

Qadin.Netlilərin nişan xatirəsi-IV (Son)

SON...kiss

21 may 2013
GO BACK