Qadin.NET / Qadin.Netli qızların sevgi yolu (Son)

Qadin.Netli qızların sevgi yolu (Son)

Ayten

Mənim sevgi yolum bir az gülməli, bir az da maraqlıdır. Bir gün evdə uzanmışdım. Təsadüfən xalalarımın danışığına şahid oldum, nəsə bir oğlandan danışırdılar, yəni yoldaşımdan. Düzü fikir vermədim, amma sonra bildim iş ciddidi. Bu ərəfədə də qardaşım Bakıda kafedə işləyirdi, anam da onla gəlmişdi Bakıya, mənsə orda tək qalmışdım. Anam və qardaşım üçün çox darıxırdım. Həyətdə oturmuşdum, Bakıda qalan xalam mənə yaxınlaşıb dedi ki, gəl gedək sabah bizlə Bakıya. Düzü həm sevindim, bir az da təəccübləndim. Nə isə gəldik şəhərə. Bu vaxt da dayımın qaynanasının qırxı  idi, ora gəldik, anamgil də orda idi. Yoldaşım və ailəsi də. Nə isə, uzun sözün qısası, məni Bakıya gətirməkdə məqsəd yoldaşımla tanış etmək imiş. Mətbəxdə iş görəndə dayım qızı mənə yaxınlaşıb dedi ki, bu oğlan necədi? Dedim yaxşı, nə idi ki? Dedi bu oğlan məni istəyir. Səncə necə oğlandı? Dedim yaxşı, sən də istəyirsənsə "Hə" de. 10-15 dəqiqə keçməmişdi, gördüm hara gedirəm bu oğlan mənə baxır, ayağıma, başıma. Mən də dözmədim dayım qızını kənara çəkib dedim ki, bundan sənə ər olmaz, ay qız. Dedi nədi ki? Dedim bu səni istəyir, amma bayaqdan mənim dalımca düşüb. Bu an dayım qızından bir gülmək çıxdı gəl görəsən. Dedi ki, sənlə zarafat edirəm, o səni istəyir. Sadəcə sənin fikrini bilmək üçün elə dedim. Bir az güldük. Nə isə bir müddət sonra nişan, qız toyu, oğlan toyu oldu. Artıq o vaxtdan 5 il yarım keçir, çox xoşbəxtəm. Min şükür Allaha, hər şey yaxşıdı. İndi bircə arzumuz var ki, o da ailəmizin tam olmasıdır. O da qismət. Allaha duaçıyıq. Allah hər kəsi sevindirsin, biz də içində Amin. Məni keçmişə, o gözəl illərə qaytardığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. girl_smi

 

SELENA (Aliyə Aslan)

Dilimizin əzbəri sevgi... Deyilərkən, oxunarkən, eşidilərkən insanın içində titrəyiş yaradan bir kəlmə...
Uğrunda hətta ölümü gözə alıb, yeməyib, içməyib dərdini, acısını da şirini ilə eyni yaşadığımız bir dünya... Sevgi dünyası...
Sevgi həyatımızın bütün yaşlarında var, amma fərqli bir tərzdə özünü göstərər... Bu fərqliliyi görmək üçün onu duyğu olaraq həqiqi yaşamaq daha doğrudur. Sevgi o qədər müqəddəs bir duyğudur ki, mövcud olduğu zamandan bu günədək şəninə minlərlə şeirlər, nəğmələr qoşulmuş, əsərlər yazılmış, tablolar cızılmışdır... Hətta sənət və ədəbiyyatda deyil, fəlsəfədə də sevgidən danışılmışdır. Hansı tərəfdən nəzər salsan, sevgi elə sevgidir... Sevgini ölçüyə gətirmək heç vaxt mümkün deyil... Sevginin ölçüsü yoxdur, sevgi ümmandır, sevgi coşub daşan təlatümlü dənizdir... İnsanın həm güclü, həm zəif olduğu bir münasibətdir sevgi... Təklifsiz, qərarsız, qarşılıq görməsə belə yaşaya biləcək bir gücdür sevgi... Əllə tutula bilməyən, gözlə görülməyən bir gücdür sevgi... Həyatın bizə hazırladığı ən gözəl bir sürprizdir sevgi...
Əsl sevgi cəsarət istər, əsl sevgi ürək istər insandan. Ondan qorxub qaçandan sevgi gözləmə. Əsl sevgi mümkünsüz olandır. Sizi sevənə haqsızlıq etməyi əsla düşünməyin. Sevənin haqqı dəyər verilməməkmi? Kaş ki, heç kimin bənövşəsi qurumasın...
Bütün Qadin.Net-lilərə sevib-sevilməyi arzu edirəm. love

MAYA EL

Dəqiq deyə bilərəm mənim sevgi yolum olmayıb. Biz yaxın qohumuq, bir yerdə böyümüşük. Mən rayonda, o kənddə olduğu üçün yay tətilində kəndə dincəlməyə gedirdik, onlarda böyümüşəm, amma heç vaxt yola getməmişik, itnən pişik kimi olmuşuq deyərdim. lol Onun məni sevməsini 1998-ci ildə bilmişəm bacısının toyunda və savaşmışam onunla. Bacısının toyundan sonra o Rusiyaya getdi, gedəndə də məndən onu gözləməyimi istədi. Mən əlbəttə ona yox dedim və onun gedişinə çox sevindim, dedim məni unudacaq. Hərdən zəng edəndə telefonla qohum kimi danışardıq, sevgi mövzusu açılanda mən dəstəyi yerə qoyardım. 2003-cü ildə evlənməyə gəlmişdi, mənə yenə sevdiyini bildirdi, yenə yox deyərək onu kor-peşman yola saldım. 2005-ci ildə yenidən gəldi, qohumlarda toy var idi. Mənə yenə evlənmək üçün gəldiyini bildirdi. Mən də "evlənirsən evlən amma mənimlə yox" dedim. O da mənə "sənə sabah sürprizim var" deyə bildirdi. Mən də qorxurdum, birdən qaçırdar deyə. Amma qardaşlarıma görə "bunu etməz" dedim. Nə isə səhərisi mənim yox deməyimə baxmayaraq qohum olduğumuza görə onlara hə deyildi və onun dediyi oldu. 2 il nişanlı qaldıq, amma heç vaxt onunla xoş danışmamışam. 2007-ci ildə toyumuz oldu. 1 ay qalıb bura gəldik. Onun dediyinə görə o məni 13 yaşımdan sevib, amma mən evləndikdən sonra onu sevməyə başladım, buna görə peşman deyiləm. Allahıma şükürlər olsun gözəl ailəm, məni dünyalar qədər sevən həyat yoldaşım və gözəl bir qızım var. Bütün qadınlarımıza qadın xoşbəxtliyi arzu edirəm. fellow

 

AY İŞIĞI

Mən yoldaşımla 2002-ci ildə orta məktəbdə 10-cu sinifdə tanış olmuşam. Mən 9 il başqa məktəbdə oxumuşam. Sonra evi dəyişməyimizlə əlaqədar köçdük. Və 10-cu sinfi yoldaşım oxuyan məktəbdə davam elədim. İndiki kimi yadımdadı, həmin vaxtı dərslər sentyabrın 1-i açılırdı. Ayın 1-i bazar gününə düşdü. 2-i bazar ertəsi idi. Mən təzə gələn qız - hamı mənə baxırdı. 10-cu sinifdə oxumağıma baxmayaraq uşaq kimi idim. Qısa cins sarafanlar geyinirdim həmişə. Zəng vuruldu, dərs başladı. 1-ci dərs qurtarmışdı. Tənəffüsdə çıxdıq qızlarla dəhlizə. Pəncərənin qabağında dayanmışdıq qızlarla. 2 oğlan keçirdi dəhlizdən, biri qabaqda biri isə onun dalınca gəlirdi. Qabaqda gedən mənim yoldaşım idi. Yoldaşım sarışın, hündürboy, simaca gözəldir. Bunu görəndə xoşum gəldi, sinif yoldaşım olan qıza dedim ki, bu nə qəşəng oğlandı. Elə bu sözü demişdim ki, arxadan gələn oğlan yoldaşımın dostu imiş, o eşitdi. Mən o sözü deyəndə yoldaşım bizim yanımızdan keçib getmişdi. Və beləcə 2-ci dərs başladı. Mən 1-ci partada otururdum. Müəlliməmiz ciddi bir xanım idi. Sinif sakitçilikdi, birdən qapı açıldı və yoldaşımla dostu qapının ağzında dayanıb mənə baxırlar. Bütün sinif də mənə baxır ki, nə baş verir? Bu zaman yoldaşımın dostu əli ilə məni göstərdi bu qızdı deyə. Dostu gedib xəbər vermişdi. Həmin günü utandığımdan başımı yuxarı qaldıra bilməmişdim. Həmin gündən arxamca gəldi-getdi. Düz 8 ay mən onu sınadım, axır ki inandım. Artıq 10 ildir ki tanışıq. Onu sevdiyim üçün çox xoşbəxtəm. Ailəmizdə hər şey qaydasındadır. 1 şey çatışmır, o da ki, körpə səsi...

xalilova munavvar

Mən xalamın baldızı oğluyla evliyəm. Təsadüfən xalamın baldızı bizi qızının toyuna dəvat etmişdi. Xalam-anam toya getmişdik. Mənim də 14-15 yaşım vardı. Yoldaşım məni toyda görən kimi öz-özlüyünda fikirləşib ki, bu qıza elçi göndərəcəm. Birdən məndən qabaq kimsə elçi gedər. Elə toydan 2 gün sonra olardı, mən də anamgilin kəndinə getmişdim. Qaynanam anama zəng vurub demişdi ki, oğlum toydan sonra məni evdə dinc qoymur. Anam da çaşıb qalmışdı ki, görən mənə nə aidiyyatı var ki, zəng vurub. Sonra da deyib oğlum sənin qızını görüb bəyənib. Deyir tez get, yoxsa gecikərik.biggrin Çünki tələsmək səbəbi o idi ki, bizim kənndə qızı tez nişanlayırlar. Elə də oldu. Elçi gəldilər, atamgil də verdilər. Yoldaşım nişanlanandan sonra mənə dedi ki (mən anamla 12-13 yaşım olanda qonaq getmişdim, o əsgərlikdən təzə gəlmişdi),  o vaxtdan səni göz altı elamişdim ki, bu qız böyüsün, yenə rastlaşsaq alaram. Bu da mənim yoldaşımla yolumuzun birləşdiyi haqda.

 

KEMALE MEMMEDOVA

Mənim də  sevdiyim insan olub. Amma o məndən 10 yaş  böyük olduğu üçün məni vermədilər. Mən başqası ilə ailə qurmalı oldum. Ata- anamın istəyi ilə. Mən ailə qurduqdan bir həftə sonra onu infarkt vurdu və dünyasını dəyişdi. Amma mənim ürəyimdə daim yaşayır. Məni bəyənən qaynatam olub. Atamla birlikdə neçə illər bir yerdə işləmişdilər, sonra əlaqələri kəsilmişdi. Təxminen 15 ildən sonra bizi böyük oğlunun toyuna çağırmağa gəlmişdi və məni həyətdə görüb bəyənib. Elçi gəldilər, anam qorxmadan "həri"mi verdi. Mən isə oğlanı 1 ildən sonra nigah günü gördüm, əvvəl bəyənmədim. Nişanlım isə mənim üçün "burnu böyük deyilmi?" demişdi anasına. İllər keçdikcə yoldaşımı çox sevdim. Onsuz bir günüm olmasın. Məni hər tərəfli başa düşən biridir. Mən hər kəs kimi qoluna girib gəzməyə toya getməmişəm nişanlı olanda, amma indi hara desəm aparır. Ailəcanlı, övladlarını sevən biri olduğu üçün Allahıma şükürlər edirəm. Mənim sevgim tükənməzdir. Allah hamıya sevdiyi insanla ailə qurmaq qismət etsin. Amin.


Asi

Nişanlımın bacısını 5 il idi ki, tanıyırdım. Neçə dəfə onlarda olmuşam (əmim oğlunun yoldaşıdır), amma onu görməmişdim. Birinci o görüb (bibim qızının toy kassetində), valideynlərini göndərib. Sonra mən də onu gördüm, ilk baxışdan sevgiyə inanırsınız bilmirəm, amma məndə elə oldu. Onu hər şeydən çox sevirəm, o da məni. Bir dəfə parkda oturmuşduq. Hardan ağlıma gəldi bilmirəm. Soruşdum: 

-Məni sevirsən?

-Niyə soruşursan?

-Cavab ver, dedim.

-Sevirəm. 

-Onda bir şeir də.

-Durub mahnı da oxuyum? lol

-Yox, şeir de, söylədim.

-Axşam zəng edib deyərəm.

 -Yox elə indi deməlisən. 

Amma iki sətir dedi.

-Qalanını telefonda bəlkə deyəcəm.

Bir təhər razılaşdım. Axşam oldu, gecə saat 1 olub hələ də zəng eləməyib. Əsəbləşdim, uzandım. Yatmışdım, gece saat 3 olardı, zəng gəldi. Dedi, qulaq as. 2 bənd şeir dedi, sonra sağollaşdıq. Səhər zəng elədim, dedim:

-Şeiri mesajla göndər.

- Neynirsən?, dedi.

-Heç, oxumaq istəyirəm. 

Sonra mən də razılığımı verdim və fevralda nişanlandıq. InşAllah avqustda evlənirik. Allahdan hər kəsə sevib-sevilməyi arzulayıram. girl_ang

 

Çiyələk 22

Sevdiyimlə 8 aydır tanışam. Səhv düşdüyüm adi telefon zənqi ilə tanış olduq. Hələ bir-birimizi görməmisdik, sehv yığdığımı deyib üzr istəyib, dəstəyi qoydum, axşam nömrəsindən zəng gəldi, güldüm, dedim "indi siz səhv yığdız? O da güldü, dedi yox, günortadan düşünürəm sizi narahat edim, ya yox, axır qərar verdim ki edəcəm, nə isə, danışdlq bir az. Sağollasdıq, gecə mesaj yazdı ki yatmamısız inşAllah, cavab yazdım ki, yox, amma düzü yuxudan ayılmışdım sms səsinə winked,yuxulu-yuxulu mesajlaşdıq, 3-cü mesajda konturum bitdi, cavab yazmadım, 5 dəqiqə keçdi, zənq etdi, xeyli danışdıq. Beləcə hər gün əlaqə qururduq, bir gün qonşu qızın toyuna hazırlaşırdım, o gün danışanda dedi görmək istəyirəm, dedim mən də axşam gəl saraya. Görməmişdik bir-birimizi. Nə isə axşam getdim toya. Dedi işdəyəm, toy bitəndə gələcəm,  toy da 2-ci mərtəbədə idi. Pilləkənlıri düşürdüm, bu da 1-ci mərtəbədə məni gözlüyürdü, necə həyəcanlandımsa yıxıldım pilləkanları qucaqladım. Bu da mənim ilk görüşüm.

Aqata

Biz eyni universitetdə oxuyurduq. Mən onu bir dəfə gördüm və çox xoşuma gəldi. Amma qətiyyən heç kimə bildirib eləmədim və onu bir də gözümlə belə axtarıb eləmədim. Amma necə olubsa mənim onu görməyimi o özü görüb və necəsə hiss edib bunu biggrin Ən əsası da odur ki, onun məndən qətiyyən xoşu gəlməyib niyəsə. Bir müddətdən sonra elə oldu ki onunla ünsiyyət qurmalı oldum. Eləcə də universitet uşaqlarının birlikdə olduğu bir internet şəbəkəsində də dostluq təklifi göndərdi və qəbul etdim. Beləcə az-çox ünsiyyət qurmağa başladıq. Məni yaxından gördüyü an mənə vurulubmuş və hər dəfə məni görəndə özünü itirirdi. Mənsə fikirləşirdim ki, bu oğlan dəlidi, nədi niyə həmişə məni görəndə birtəhər olurlolSonra isə elə oldu ki, söhbət əsnasında çaşaraq məni sevdiyini dedi. Əslində bunu heç planlaşdırmamışdı da. Mən də bu fürsəti əldən vermədim, təbii ki, bir az naz elədim və 2 ildən sonra elçi gəldilər. Deyəsən çox naz eləmişəmlol İndi nişanlıyıq. İlk görüşümüzə gecikmişdi. Düzdü bunu heç vaxt boynuna almır, amma soyuq havada onu gözlüyə-gözlüyə qalmışdım. Ona görə də o andan etibarən hər görüşümüzə gecikirəmyahoo Yazıq dad eliyireee, zəng eləyir ki niyə gecikirsən tez elə də, deyirəm ki, sən telefonda məni məşğul elədiyin üçün bir az da gecikirəmlol Allah ona səbr versin, çox çəkir yaziq əlimdən biggrin Və inşAllah ən uyğun və ən xeyirli bir zamanda da ailə həyatı qurarıq... Amin.

24 may 2013
GO BACK