Qadin.NET / Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

Əziz və dəyərli Qadın.Netlilər, xəbərimin birinci hissəsini oxudunuz. Ümid edirəm ki, ikinci hissəni də bəyənərsiz. Buyurun, oxuyun...

Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

BEST OF ALL

Ailəmlə, körpələrimlə bağlı arzuları nəzərə almasaq, 2 ən böyük arzum var - birinə çatmışam, həmd olsun. O birinə də İnşaallah ki, Rəbbim məni layiq bilsin... Nail olduğum arzum jurnalist olmaq idi, Allah arzumu gözümdə qoymadı. Hələ səbirsizliklə həyata keçməsini gözlədiyim arzum isə, İmam Hüseyn uğrunda şəhid olmaqdır... İnşaallah...

kristen_ а®ђ

 Güman etmirəm ki, kiminsə həyata keçməmiş olan heç olmasa bir arzusu olsun. Normal haldır. Ümidlərlə, nə zamansa həyata keçəcək olan arzularla yaşayırıq. Belə düşünəndə, uşaq vaxtı arzular daha çox olurmuş. Ya da daha bəsit, daha sadə. Böyüdükcə arzular da böyüyür, qəlizləşir....Həmişə istəmişəm hansısa okeanda olum (Şimal Buzlu xaric, çox soyuq olar ora, görməsəm də olar). Məsələn, Sakit okeanı canlı-canlı görmək istəmişəm. Bəlkə heç zaman həyata keçməyəcək (əminliklə demirəm, məndən hər şey çıxar), amma bu arzum mənim gözümdə heç zaman sönməyəcək. Uşaq vaxtı TV-də görürdüm okean necə təmiz, necə sükut dolu sahilə malikdir. Sonra daha çox canlı görməyi dilədim. Arzuladım....
Bəlkə okean arzum həyata keçməyəcək, amma yumruğum boyda olan ürəyimdə okean boyda olan böyük sevgim yer alacaq (alıb). 8 aydan sonra körpəm həyata göz açacaq. Allah şahidimdir, indi heç bir arzum onun sağlam və salamatlıqla dünyaya gəlməsindən önəmli deyil mənim üçün. Bu hissi hamıya arzu edirəm. Yaşayanlar bilər ki, 8 aydan sonrakı görüşün həyəcanı bir başqa olar. 
Sevdiklərim, atam, anam, qardaşım, həyat yoldaşım, körpəm və bütün əzizlərim hər zaman yanımda olsun, onların həsrəti ilə yaşamayım, bu mənə yetər. Elə bilərəm bütün arzularım həyata keçib. AMİN! Allahdan bütün qəlbimlə hər kəsə ona xeyir verəcək arzuların həyata keçməsini diləyirəm. İNŞALLAH!

Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

Yağmur damlası

 Arzudan arzu doğur, yoxdur sonu arzunun,

Bağlanmışdır məna dolu sehrinə hər kəs onun.
Həyat axır, qərar tutmur nə qışda,nə baharda,
O, axaraq dəyişdikcə, dəyişir arzular da...

İnsan çox qəribə məxluqdur. Dünyaya göz açır, bir müddət ömür sürür, təbiətin dəyişməz qanunu onu "Haqq" dünyasına göndərir. İnsan az ömür sürür, amma çox arzu ilə yaşayır. İnsanı həyatdakı digər canlılardan fərqləndirən cəhətlərdən biri, mən deyərdim ki, məhz arzulamaq, nəyin isə həsrətində olmaq, nə uğrunda isə mübarizə aparmaqdır. (əlbəttə, şüurlu surətdə)
Həyata keçən arzularım olub, sevincimdən həmin gün bütün dünya sanki mənim olub, lakin bir tərəfdən qəlbim sızıldayıb həyata keçməyən arzularım üçün. İndi artıq özüm üçün arzum yoxdur, bir tək diləyim Allahdan ailəmi, uşaqlarımı mənə çox görməsin. Onlar üçün yaşayır, onlar üçün arzular qururam. Lazım olsa onlar üçün də həyatımı qurban verməyə hazıram. Arzular şirindir, sonsuzdur, tükənməzdir. İstənilən yaş dövründə insan arzuyla yaşayır. İnsanın yaşam səbəbi məhz arzulamaq, mübarizə aparmaqdır.
Gözəl ürəklim mənim, xəbərinə məni də dəvət etdiyin üçün təşəkkürümü qəbul et. Sonunda hər kəsə arzum budur ki, arzularınız bitib tükənməsin, həyatın enişli-yoxuşlu yollarında əlinizdən tutub sizi büdrəməyə qoymasın!

Ruhəngiz

Hər bir insanın həyatı dərk etdiyi andan ürəyində sonsuz arzuları olur. Onlardan həyata keçəni də olur, keçməyəni də. Mənim də özümə görə arzularım olub. Həyata keçməyən arzum o olub ki, mən də istəyərdim ki, sevdiyim insanla ailə həyatı qurum, valideynlərim toyumu görsünlər, nəvələrini doyunca oynada bilsinlər. Yenə də şükr  olsun Allahıma, demək məsləhət belə imiş. Həyata keçən arzularım da əsas o olub ki, mən toyumdan 3 ay sonra ağır əməliyyata düşdüm. Allahdan heç kimə elə gün arzulamıram. Mənə dedilər ki, uşağın olmayacaq. Olsa da gərək illərlə müalicə alasan. Əlhəmdülillah, əməliyyatın 1 il 1 ayının tamamında oğlum oldu. Bir də həmişə Allahımdan oğul və qız payları istəmişəm. Yəni ata və ana. Yenə də çox şükür ki Allahım bu payları mənə qismət etdi. Allahımın möcüzələridir bunlar. Arzusunda olan bütün xanımlarımıza belə gözəl paylar arzulayıram.

Pervane

Yaxşı deyiblər: arzu-həyatdır, arzu-sabaha qoldur, qanaddır... Hə, biz də yaşayırıq arzuları qova-qova, bəzən çatırıq ona, bəzənsə qovalaya-qovalaya daha da uzaqlaşdırırıq. Mən biraz romantik insanam, ona görə də ilk gündən bu günə qədər arzularla yaşamışam. İlk və ən böyük arzum ali məktəbə qəbul olub ingilis dili müəlliməsi olmaq idi. Onunla yanaşı dərziliyi, pianino çalmağı öyrənmək istəyirdim (atam dedi, neynirsən onları, dərslərini oxu. Onlar ikinci dərəcəlidir). Ali məktəbə daxil ola bilmədim (tarixdən lap az yazmışdım). Atam məni texnikuma qoydu. Beləliklə ali məktəbə qəbul olmaq, müəllimə işləmək arzum daş olub qaldı ürəyimdə... Nə isə, yazdıqca kövrəlirəm. Keçək həyata keçən arzulara: Bir qadın kimi, ana kimi başqa nə arzum olubsa, Allahıma şükürlər olsun ki, demək olar 90%-i həyata keçib. Amma çox istəyirdim qızım olsun, şükür Allahın məsləhətinə, o arzum da hələ ki, qaldı ürəyimdə... İndi isə ən böyük və yeganə arzum-balalarımı hərtərəfli savadlı, sağlam və xoşbəxt görməkdir (biz də ər-arvad onlara baxıb sevinək). Bunun üçün əlimdən gələni edirəm. Allah bütün xanımlara övladlarının xoşbəxtliyini yaşatsın, gözü yolda olana da nəsib etsin İnşallah!.... SəRRaS, sən də çox sağ ol, canım. Bütün arzularına çatasan İnşaallah!

Ləman_

Əvvəla, mənim gözəl bacım çox sağ ol ki, bu xəbərdə mənə də yer ayırmısan. Allah səndən razı olsun, sənin də bütün arzuların çin olsun, Amin! Mənim ən böyük arzularım demək olar ki, həyata keçməyib. Ona görə də yaza bilmirəm. Hər şey üçün Allaha sonsuz borcluyam, deməli Allah belə məsləhət görüb. Elə duam var idi ki, əvvəl çox istəyirdim həyata keçsin, amma sonra o duanın həyata keçmədiyinə çox sevindim. Buna görə də Allaha sonsuz təşəkkür edirəm. İnşAllah mənimdə arzularım bir gün həyata keçər, Amin!

Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

Ayka Nəcəf

Mən ilk öncə, SəRRaS, sənə təşəkkür edirəm ki, mənə də xəbərində yer almağımı təklif etdin. Bu saytda ən çox sevdiyim insanlardan və dostlardan biri sənsən. Bilmirəm, bunu bilirsən ya yox. Nəyə görə maraq etsən, onu deyə bilərəm ki, ana olmaq istəyimiz ikimizdə də eynidir. Allah ikimizi də, elə hamını da xoşbəxt etsin. Allaha acıq getməsin, üsyan kimi demirəm, namaz qılan, dindar bir xanımam, amma mənim bu həyatda hələ ki ürəkdən istədiyim bir arzum yerinə yetməyib. İnşallah bundan sonra arzularım çin çıxar, Allahın köməkliyilə. Hələ ki 3 arzum var. Ən çox indi arzuladığım arzu odur ki ,ana olum. Bilirsən ki, universitetə hazırlaşıram, İnşallah qəbul olaram. Məşhəd ziyarətinə yoldaşımla getməyə hazırlaşıram, İnşallah qismət olar getmək. Əslində arzudan arzu doğur. Bu arzularım da tezliklə çin çıxar və digər arzuları da arzulayarıq. Ancaq mən onu bilirəm ki, hər bir şey Allahdandır. Sidq ürəkdən istənilən hər bir şeyi Allahu-Təala gec-tez yerinə yetirir. Biraz səbr etmək lazımdır. Canım-gözüm, Allah sənin də dualarını qəbul etsin, istəklərin və arzuların çin çıxsın.(Aydəniz Nəcəf Cəfərova)

в™«в™«в™«DJ AyKaв™«в™«в™«

Hər insan arzuyla, xəyalla yaşayır. Xüsusilə mən hər an xəyal qururam. Şükür Allaha hər arzum həyata keçib, amma bir arzumdan başqa. Həyata keçməyən arzumdan başlayım. Mənim ən çox arzuladığım şey oxumaq olub. Dil-ədəbiyyat müəllimi olmaq istəmişdim hər zaman. Uşaqları çox sevdiyim üçün onlarla birlikdə həm öyrənmək, həm öyrətmək istəyirdim. İlk maaşımla anama, atama, qardaşlarıma hədiyyə almaq istəyirdim. Düzdür, hazırlaşdım. Amma, daxil ola bilmədim, balım az oldu. Doğrusu sevdikdən sonra havada uçurdum sanki. Oxumağa həvəsim qalmamışdı. İstədiyim fakültə üzrə oxuya bilməsəm də başqa peşə üzrə oxudum. Tibb bacısıyam mən. Həyata keçən arzularımdan başlayım indi də. Sevdiyim insana qovuşmaq, onunla xoşbəxt olmaq ən böyük arzum olub. Uşaqlıqdan belə olub. Hər zaman deyirdim ki, sevdiyim insana qovuşsam çox xoşbəxt olaram. O zamanlar hələ sevmirdim. Elə də oldu. Şükür Allaha sevdiyim insana çətinliklə də olsa qovuşdum. Çox xoşbəxtəm. İndi də ən böyük arzum körpəmin olmağıdır. Çox istəyirik ki, körpə balamız olsun. Həyat yoldaşım da çox istəyir uşağımız olsun. İnşallah, çox böyük bir ailə olarıq. Yeməyə heç nəyimiz olmasın, amma can deyib, can eşidək.  Arzular heç bitməz. Biri həyata keçdikdə, digər arzu barədə düşünürük artıq. Bir arzum var hal-hazırda, o da inşallah həyata keçər. Allah hər kəsə övlad nəsib etsin. Sənə də, gözəl bacım. Məni tezliklə xala elə.  Məni unutmayın bir də... Mən sizi heç unutmayacam çünki. Tezliklə qayıdacam...

Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

 

Utopya

Arzular tükənmir. Mənim də arzularım çoxdur. Çox şükür Allaha, əlimi açıb ürəkdən nə istəmişəmsə, demək olar ki, 90%-i reallaşıb. 5 yaşımdan ən böyük arzum məktəbi bitirən kimi işləmək idi. Ciddi və ofis işində işləmək və eyni zamanda institut oxumaq. Belə insanlara həsəd aparırdım. Ancaq ürəyimdə bir arzum qaldı. Yaxşı riyaziyyatçı ola bilmədim. Riyaziyyatçılar, informatiklər və mühəndislər mənim ən sevdiyim peşə sahibləridir. Riyaziyyatı qiyabi də olsa oxudum. Ancaq işimdə uğur qazandım. Qarşıma nə məqsəd qoyuramsa ona çatıram. İnşallah gələcəkdə çox pulum olsa riyazi kitabxana açmağı düşünürəm. Bir də şəxsi iş yeri açmağı düşünürəm. Allahın köməyi ilə bu da olar. Arzularım, ideyalarım çoxdur. Əsas da uşaqlar və riyazi təhsil üçün.

Realist (A-N)

İlk öncə təşəkkürümü bildirirəm. Arzular tükənmir, arzudan arzu yaranır. Hər insanın həyatda öz arzusu, öz məqsədi var. Ancaq mənə elə gəlir ki, bütün insanların bir ortaq arzusu var. Bunun adı can sağlığıdır. Çünki can sağlığı olmasa insanın həyat eşqi sönər. Deməli, arzunun əsas qaynağı can sağlığıdır. Özümü dərk edəndən bəri arzularla çağlayıram. Yeniyetmə dövrümün ilk arzusu ali təhsilə yiyələnmək idi. Allaha min şükür ki, reallaşdı. Ali təhsil almaqda əsas məqsədim yüksək savada, intellektə, dünya görüşünə yiyələnmək idi. Həyatda məqsədli biri olmağa çalışmışam, çalışıram da. Qarşıma çıxanla yox, kriteriyalarıma uyğun biri ilə ailə qurmağı diləyirdim. Min şükür bu da reallığa çevrildi. Kriteriya deyəndə var-dövləti əsla nəzərdə tutmuram. Düşüncə aspekti hər kəsdə bir deyil. Ona görə də mənə haqq verməyənlər də ola bilər. Ancaq mənim düşüncəmdə ailə qurduğum insanın mütləq ali təhsili olmalı idi. İmkanlı biri olmaq şərt deyil. Çünki səviyyəli, intellektli insanla fikir mübadiləsi aparmaq daha asandır. Təbii ki, bunu hər ali təhsilliyə şamil etmək doğru olmaz. Bir də ki, insan ailə həyatı qurduqdan sonra valideynlərinin qədrini daha yaxşı bilir. Arzum budur ki, ailəmin canı hər zaman sağlam olsun. Uşaqları hədsiz dərəcədə çox sevirəm. Allah məni öz körpəmlə mükafatlandırdı- yaxın zamanlarda dünyaya gələcək qızımla... Hal-hazırda bir böyük arzum var: Övladımı sağ-salamat dünyaya gətirmək və yoldaşımla birgə ona gözəl tərbiyə, təhsil verib, mömin bəndələr cərgəsinə daxil etmək...

Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları (2-ci hissə)

MikaMiluS

Arzum bu dünyanı sevməyim idi,
İnamım, ilhamım-ürəyim idi.
Arzum nəğmə dolu istəyim idi,
İndi bu istəyin özü qalıbdır!

Arzum yollarımda yenə çıraqdır,
Mənə həm yaxındır, həm də uzaqdır.
Arzum öz-özümlə yarışa çıxdı,

İndi arxasınca gözüm qalıbdır!

Hər birimizin arzularımız var və onlar da bizimlə günü-gündən böyüyür. Amma nədənsə arzularımız heç bitmir. Biri reallaşan kimi başqa birini istəyirik. Mənim lap uşaqlıqdan pianinoya çox böyük marağım vari idi (yəni hələ də var). Çox istəyirdim pianino çalmağı öyrənim recourse Amma bu arzum təəssüf ki, hələ də arzu olaraq qalır feel  Həyata keçən arzularım çox olub, bəlkə də yazsam çox uzun olar smile onlardan biri sevdiyim insana qovuşmaq idi  love Hər zaman Allahıma əldə etdiklərim və etmədiklərim üçün şükür edirəm.
Allah hər kəsin arzularını həyata keçirsin. İnşallah!

ARiEL_ViViAN(SaMiRə)

İlk öncə sənə təşəkkürlər mənə də xəbərində yer verdiyin üçün. Mən də bir Qadin.Netli kimi onu deyə bilərəm ki, çox şükür olsun Allaha, bu yaşıma kimi istədiyim ən xırda arzum belə yerinə yetib, dualarımı qəbul edənin və ailəmin sayəsində. Çox şükür! Həyata keçməyən tək arzum isə özümdən asılı oldu. Tibbdə oxumaq, ağ xalat geyinmək istəyərdim, həm də çox, amma qismət olmadı. Əsas odur indi oxuyuram və ixtisasımı da çox sevirəm. Bu qədər. Təşəkkürlər

4 may 2013
GO BACK