Louis Vuitton.
Sevgi...elə bir hiss, elə bir duyğudur ki, insan onsuz əsla yaşaya bilməz. Sevirik, bəyənirik, qərar veririk. Yanılırıq da, yarımızı tapırıq da, sevilirik, xoşbəxt oluruq, bəzən də tam əksi olur...Sevgi yolum elə də möhtəşəm olmayıb, uğrunda göz yaşı da tökməmişəm, amma qurbanlar vermişəm. Çox gənc idim, bəlkə də sevgini dərk edəcək bir yaşda deyildim. Ağılla sevəcək yaşda deyildim. Amma sevdim. Uzun çəkmədi, bu yolda evlənmək qərarı verildi və evləndik. Övladlarım var artıq, sevgim daha çox onlara tərəf istiqamətlənib deyərdim. Ümumiyyətlə:
Sevgi, taledir, tələdir!
Sevgi, düşüncədir!
Cənnətlə, cəhənnəmin arasında fasiləsiz hərəkət edən bir ömürlük qatardır!
Sevgi, iki tənha insanın bir-birinə toxunmağı, bir-birini qoruması və səni sevirəm deməsidir!
Sevgi, dərsdir! Ən böyük dərddir sevgi..
Sevgi, gecələri səhərədək gözləməkdir!
Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
Sevgi qəbul edə bilmə gücünü hiss etməkdir! Sevgi, səbrdir!
Hər toxunuşda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir!
Sevgi, səni sevirəm demədən sevməkdir!
Gəl, sevişək demədən sevişməkdir!
Sevgi, qarşındakını hiss etmək və baxışlarından nə dediyini duymaqdır!
Sevgi qorumaqdır, məsuliyyətdir, incəlikdir!...
Sevgi yolunuz açıq olsun, əziz qızlarımız!
dombish
Biz qohum olsaq da bir birimizi tanımırdıq. Məni ilk dəfə qaynanam görüb. Xalam qızının toyu idi (həyət toyu idi). Qaynanamgil (yoldaşımın xalaları da vardı) bilmirəm nədənsə həyətdə yox, evdə oturdular. Elə oldu ki, xalam onlara qulluq etməyi mənə tapşırdı. Məndə nəcə lazımdır qulluq etdim, amma axırda plov aparmalı idim, aşpazın yanına getdim, o da dedi ki get bir az sonra gəl, təzə qazan asmışam, bir az keçsin gəl apar. Dedim yaxşı, sonra oynamağa başım qarışdı, plov yaddan çıxdı. Sən demə qaynanam da oğlunu evləndirmək istəyir. Kimin qızı olduğumu soruşub elə toyda anama deyib. Mamam da deyib ki, hələ oğlum var. Toy diskində yoldaşıma göstəriblər və il keçdi, gün keçdi qaqaşımın toyu oldu, 1 ay sonra qaynanam zəng elədi ki, biz oğlanı da alıb gəlirik, qoy tanış olsunlar, İnşAllah yaxşı olar. Mama mənə deyəndə dedim yox, görüşmürəm. Nə isə gəldilər biz görüşdük, danışdıq, sonra danışıqlarımızı telefonla davam etdirdik, böyüklərin razılığı ilə elçilik oldu və 4-cü ayda toy etdik. Bu 3 ayda yoldaşımın işi ilə əlaqədar ancaq 4-5 dəfə görüşdük. Şükür, hər şey qaydasındadır. Allah xoşbəxtliyimizi, sevgimizi daimi etsin inşallah. Bütün xanımlarımıza xoşbəxtlik və sevgi dolu ailə arzulayıram. Məndən bu qədər...
LADY_SEVA
Mən həyat yoldaşımla kollecdə oxumuşuq və orda da tanış olmuşuq. Ikimizin də on səkkiz yaşı var idi və bir-birimizin ilk sevgisiyik. Dərs sentyabrın 15-də başladı, amma mən ayın 20-də getməli oldum. Kollecin xüsusi avtobusuna minəndə bu, avtobusdan düşürdü. Bu mənə yol verir, mən də buna. Nəhayət mindim, kollecə çatdıq pilləkənləri çıxanda mənə xəbər göndərdilər ki, sənə vurulublar. Çalışırdı mənə ürəyini açsın. Amma bacarmırdı və ilk məktubunu yazdı. Ilk məktubu oxumaq həyəcanlı olur, oxuyanlar bilər. Üç ay romantik günlərimiz oldu. Və o əsgər getdi. Onsuz hər günüm pis keçirdi.
Hətta kollecə də getmirdim. Nəhayət əsgərlik bitdi. Mənə zəng elədi ki, gəlirəm. Ilahi onu görəndə necə ağladım. Bir ildən sonra nişanlandıq. Və bir il üç ay keçdi ailə həyatı qurduq. İki gözəl övladımız var. Arada küsüb barışırıq. Bunun da öz ləzzəti var.
GulenaY
Qış ayı idi. Axşam vaxtı idi. Dayım işdən gəlib ordan-burdan söhbət etdik, xalam da burda idi. Birdən dayım dedi işimizdə bir oğlan var, həm də yaxın dostuq, özünə qız axtarır. Mənə deyir ki, sizin nəsildə məsləhət bildiyin bir qız varsa ailə qurmaq istəyirəm. Sadəcə bilim ki, ağıllı və tərbiyəli biridir. Dayım da bunu danışandan sonra üzümə baxıb nənəmlə dedilər ki, bəlkə elə Gülənay, sən olasan bu qız. Mən də çox əsəbləşdim, dayım da dedi zarafat edirəm gedib deməyəcəm ki, mənim bacım qızı var, gəl al. Bu bir zarafatdır da. Amma xalam dedi oğlanın şəkli var, görək nə tipdədir. Dayım adını, soyadını dedi, mənim telefonum ilə girib facebookda ad-soyadını yazıb tapdıq və hamı baxdı, amma mən sadəcə hamı istədiyi üçün bunu elədim. O vaxt ağlımda heç nə yox idi. Bu hadisə düz bir il yarım bundan qabaq olub. Sonra bir neçə gün keçdi evimizə gələndə, nə isə məndə maraq yarandı, dedim bir bu oğlana özüm də baxım. Şəklinə baxdım. Amma nədənsə bu oğlanın şəkli məni özünə çəkirdi. Arabir daxil olub baxırdım :) Bir ay keçdi, mən universitetdə oturmuşdum, hava soyuq idi. Məndə də dayımın qızı üçün hədiyyə var idi. Gedib onu verəcəkdim dayıma. Zəng elədi ki, 15dəqiqəyə universitetdəyəm, zəng edəcəm çıx ,ver. 15 dəqiqə keçdi, zəng gəldi, mən universitetin həyətinə çıxana kimi nə isə ürəyimdə bir həyəcan var idi. İnanın elə bil hiss etmişdim. Gəldim qapının arxa tərəfindən baxanda gördüm ki, dayım bir maşından düşdü. Mən də qapıdan çölə çıxdım, dayımla kənarda söhbətləşib görüşüb, hədiyyəni verib, qayıdıb içəri girdim. Heç demə dayım həmən o evlənmək istəyən oğlanla təsadüf gəlib, o da maşının içindən məni görüb bəyənib. Sonra da dayımdan soruşub ki, kim idi o qız? Dayım da deyib bacım qızı. Bir neçə ay keçdi, aprel ayında mənə deyildi ki, bax belə bir oğlan var, xaricdə təhsil alıb, evin balaca oğludur, çox yaxşı ailədir. İşi də var. Nə isə tərifnamə. Bunu da mənə nənəm zəng eləyib dedi, ay da elə bil dünya başıma yıxıldı. Etiraz etmədim. Amma həmin o görüş günü gələnə kimi həyacanlı, fikirli, qəmli idim. Deyirdim istəmirəm, bəlkə xoşuma gəlmədi, bəlkə yaxşı oğlan deyil. Dedilər tələsmə də görüşmək tanımaq üçündür, nə onun ailəsi biləcək, nə sənin qohum-əqraban, təkcə valideynlər. İyunun 2-si qəfildən zəng gəldi, görüşə getməli oldum. Oğlan bacısı ilə gələcəkdi, mən də dayımın yoldaşı ilə. Gedib ora çatanda ürəyimdə deyirdim xasiyyətindən nə danışsa mən əksini danışacam və beləliklə yox deyib gələcəm. Özümü yaxşı xasiyyətdə göstərməyəcəm. Amma dilim desə də dayımı düşünürdüm. Gəlib ora çatdıq, hətta bir az gözlətdim, dayım dedi bir az gec gəlin vaxtında gəlməyin. Gözləsinlər. Gəlib çatanda deyindim ki, mən mebeləm o mənə baxa? Dayım yoldaşı dedi ki, görüş olmalıdır ki, bəlkə ürəyinə yatdı. Hə, görüşdük. Bacısını görəndə dedim bu nə özündən razıdır. Amma başqa stol sifariş eləmişdi. Məni təkbətək o stola dəvət elədi, beləliklə suallar verdik bir-birimizə. Axırda nömrəmi istədi, naz etmək istədim. Çox da alınmadı, nəhayət verdim nömrəni. İyunun 4-dən mesajlaşmağa başladıq. İyulun 5-i qadınları ilə tanış olduq. İyulun 18-i 2012-ci ildə nişan oldu. Noyabrın 14-ü toy oldu və ata evindən ayrılıb gəldim ər evinə. Yəni biz tanış filan deyildik. İndi hər şey çox əladır. Sadəcə xaricdə yaşayan olublar deyə rus dillidirlər. Amma əslən öz rayonlumdur. Çox gözəl dindar insandır, məni hərtərəfli başa düşür. Qoymaz ki, ürəyimdə bir arzum istəyim qala, hamısını çalışır ki, həyata keçirsin və keçirir də. Min şükür yoldaşımdan, yaşadığım hər gözəl gündən Allahıma min şükür deyib razıyam. Hər bir qıza sevilib sonra sevməyi arzu edirəm.
Sevinc M
Əslində mənim yoldaşımla sevgi hekayəm olmayıb. Biz sevgimizi evləndikdən sonra yaşamağa başlamışıq. Çünki biz evlənəndə mən başqasını sevirdim. Amma mən bunlardan yox sevgi hekayəmdən, indi məni xoşbəxt edib, dar günümdə əlimdən tutan insandan danışacam. Düzdür, evləndiyimizdə onu sevməsəm də taleyim ele gətirdi ki, indi mən onu çox sevirəm. Bu il 5 illiyimizi əyləncə məkanlarının birində qeyd etdik. Mənim üçün o gecə çox dəyərli idi. Elə bil ki əynimdəki adi paltar yox, arzusunda olduğum gəlinliyim idi. O, mənə hamının qarşısında gözlərimə baxıb "Səni sevirəm və ömrümün sonunacan həyatımın tək qadını sən olacaqsan" dedi. Həmin an mən başa düşdüm ki sən demə mən onu düşündüyümdən daha çox sevirəmmiş. Allahıma şükürlər olsun ki, onu mənə bəxş edib. Və beləcə demək olar ki, bizim sevgi hekayəmiz o gündən başlayıb.
Pervane
Hər kəsdə olduğu kimi mənim də "sevgi yolum" mənimçün çox maraqlıdır. Deməli yoldaşım məndən 8 il böyükdür. Mən səkkizinci sinifdə oxuyanda o artıq "İcra hakimiyyəti"ndə işləyirdi (Atamla iş yoldaşı idi). Mən məktəbdə "Gənclər təşkilatının" üzvü idim və "Rayon Gənclər təşkilatı"ndan" bizimlə görüş keçirib tədbirlər hazırlamağa 5-6 cavan oğlan gələrdi, bu da onlarla gələrdi məktəbimizə. Sən demə o, məni sevib gəlirmiş, mənim də ki, xəbərim yox. Hər dəfə də ancaq ona mız qoyub gülərdim. Qızlarla öz aramızda ona "qızıl dişli oğlan" adını qoymuşdum (o vaxt qızıl dişlər yaman dəbdə idi). Hər gün məktəbə gedəndə onunla rastlaşardım, o işə gedərdi. Bir dəfə yenə gəlmişdilər məktəbimizə. Mən rəfiqəmlə qalmışdım həyətdə, guya məni tanıyırmış kimi ərk edib yaxınlaşdı bizə, başladı ordan-burdan danışmağa. Mənin əlimdə peçenye vardı, yeyirdik. Uzatdım ona, alın siz də yeyin. O dedi: "Elxan müəllim (atam) bilsə sənin peçenyelərini yemişəm, məni işdən qovar" ... Nə isə belə macəralarımız çox oldu. Mənə qəti hiss elətdirmədən 3 il məni məndən xəbərsiz sevdi və mən məktəbi bitirib texnikuma qəbul oldum. Təsadüfdən onun bacısıyla eyni qrupda oxuduq, hər şey də burda açıldı... Texnikumda "starosta" idim. İcra nümayəndəsi kimi gələrdi texnikuma, müəllimlərə deyərdi ki, gənclərlə görüş keçirməlidirlər, işlər görməlidirlər. Direktor da bizi çağırtdırardı, gedib görərdim yenə bu. Onda artıq bacısı demişdi bilirdim, onu görəndə nə hallara düşürdüm bir Allah bilir. İşdən iş çıxırdı. Tez-tez rastlaşdığımızdan rəfiqəm elə bilirdi həmən bu oğlan onu istəyir və mənə deyirdi: Hə yaxşı oğlandır, mənim də xoşum gəlir ondan. Ona deyə bilmirdim ki, məsələ başqa cürdür, sən bildiyin kimi deyil. Bu da mənə bir dərd oldu . Bir ildən sonra baldızım hər şeyi açıb rəfiqəmə danışdı və çox pis oldu. Sonra həmən qızı da yoldaşımın əmisi oğlu aldı. Mən çox şıltaq, ərköyün biriydim. Ona görə də ilk görüşümüz xüsusilə yadda qalan oldu... İndi də danışıb gülürük. Nəhayət 1997-ci il oktyabrın 3-də toyumuz oldu. Onu da deyim ki, gəlin köçdüyüm günə qədər onu heç sevmədim... Bəlkə buna görə də ALLAH mənə elə bir dərs verdi ki, sonra deyirdim "mənim onu sevdiyim qədər heç kim heç kimi sevmir". Hər günü 1 ilə bərabər olan 2 il ayrı qaldıq (heç bir cütlüyə bunu arzulamıram).Yoldaşım hərbidə idi. 4 aydan bir gəlib 10-15 gün qalıb qayıdardı. O vaxt indiki kimi telefon da yox idi (1997-1999). Çox çətinliklə danışardı. Allaha şükürlər olsun çox xoşbəxt ailəmiz, iki oğlumuz var. Bütün xanımlara özüm kimi sevib-sevilməyi arzulayıram. Çox sağ olun!
N.(SaTuOr)
Həyat yoldaşım uzaq qohumuzdur. Hətta qaynanama nənə, böyük qaynıma əmi demişəm. ən çox bu ikisini tanımışam. Yoldaşımı da balaca vaxtı görmüşəm, heç yadımda qalmayıb. 4-cü kursda oxuyurdum. Bir gün bibim zəng elədi ki, bəs filankəs səni görmək istəyir.(ailələrində məsləhət görüblər ki, bir mənimlə de tanış olsun). Daş atdım başımı tutdum, dedim o necə olur? O gün mən ona qız tərifləmişəm, indi də məni görmək istəyir.
Yox mən heç yerə gedən deyiləm. Yoldaşım da Rusiyadan gəlib ki, evlənsin. Böyük qaynım və yoldaşım əmimlə görüşüblər, əmim mənə zəng elədi və mən də əmimin telefonunda başqa qızı ona tərifləmişəm o da eşidib. Nə isə, bibim sonra zəng elədi ki, ay bala yaxşı qohum kimi gedək görüşək. Guya böyük qaynım da gələsi idi. Mən də ona görə razılaşdım. Bibimlə getdim, amma o tək gəlmişdi. Ancaq qohumlardan, ordan burdan bunlar söhbət elədilər,mən də qulaq asdım. Evə gəldim, mamaya dedim yox eyy menlik deyil, elə möhkəmdən, hayla-küylə danışandir ki, elə bil nəsə olub. Mamam dedi özün bilərsən. Aradan 10 gün keçdi, bir də bibim zəng elədi ki, indi tək görüşmək istəyir. Dedim, denən gəlməsin haa. Nə isə... nömrəmi bibim məndən xəbərsiz verib baldızıma. Səhərisi yoldaşım gəldi instituta zəng elədi, görüşdük, yenə mənə heç nə demədi. Onun da səhərisi sms yazdi ki, axşam valideyinlərim sizə gələcək. Şoka düşdüm, özüm bilmədim heç necə razılaşdım. Amma bunlardan əmimin xəbəri olmayıb. İndi mamam qorxusundan atama deyə bilmir ki, sabah qohumların qızına elçi gələcək. Bibim gəldi, özü dedi atama. Atam razilaşmadı ki, qızım hələ uşaqdır, oxuyur. Sonra bibim dedi: Nə uşaqdır, bəlkə bələyib qucağımıza alaq hə?. Bibim atamı yola gətirdi. Nə atam, nə mamam, nə də qardaşım görməmişdilər yoldaşımı. Ümimiyyətlə hamı maraqla nişani gözləyirdi. Oktyabrın 5-i 2008-ci ildə nişanımız olub, 23-ü toyumuz. Sonra da gəlmişm bura - Rusiyaya. Allahıma min şükür, xoşbəxtəm. Çünki ən əsası sevirəm ve sevilirəm. İki gözəl balamız var. Yoldaşım məndən 5 yaş böyükdür, bir- birimizi yaxşı başa düşürük və bir- birimizin fikrinə hörmətlə yanaşırıq. Bax belə, bu da mənim sevgi yolum. Allahım daima bizim ailəmizi, balalarımızı bəd-nəzərdən, pis gözlərdən qorusun. Amin! Allah bütün qızlarımıza sevib, sevilməyi nəsib etsin və sevgilərinin bəhrəsi olan övlad paylarını versin. Amin!
Yagmur.
Qaynatam tərəfindən seçilmişəm. Yoldaşım bəyənib, görüşüb anlaşdıq. Məhərrəm ayına 3 gün qaldığı üçün axşamı elçi gəldilər, səhəri üzük aldıq, biri gün nişanlandıq, 2 ay 2 həftə nişanlı qaldıq, toyumuz oldu, artıq 2 balam var. Yağmur və Oğuz. Bir sözlə ildırım sürətilə evləndik. Yoldaşımı sevgi ilə yox görünüşcə və məntiqlə seçdim, yəni həyatda nə istədiyimi bilən bir insan olduğum üçün axtardığım kriteriyaları onda tapdığım üçün hə dedim. Şükürlər olsun, peşman olmamışam. Ailəmlə fəxr edirəm.
Mən 2-ci kursda oxuyurdum. Dizayn proqramlarını öyrənirdim və bununla bağlı internetdə daim axtarışda idim. Nələrisə öyrənməyə çalışırdım. Mənim agentim açıq olurdu. Amma heç vaxt istifadə etmirdim. Yoldaşım mənə neçə dəfə yazmışdı dostluq göndərmişdi. Qəbul etməmişdim. Bir dəfə mənə öz saytını göndərdi. Bu da dizaynla bağlı sayt idi. Həmin sayta girdim, onun əl işlərini gördüm, çox bəyəndim, özüm ona yazdım. Ondan mənə də öyrətməyini xahiş etdim. Mənə bu barədə videodərsliklər göndərməyini xahiş etdim. Beləcə tanış olmağa başladıq. Yoldaşım hər şeyi mənə hətta ilk görüşümüzü belə sürpriz edib. Onun ən sevdiyim cəhəti hər şeyi qeyri-adi etməsidir. O, məndən 5 yaş böyükdür, işləyirdi. 2 ay görüşdük. Sonra həri üzüyü taxıldı. 6 ay hərili qaldıq, 6 ay nişanlı. Toyumuz da ürəyimcə oldu. Hər istədiyim şeyi aldılar. Hamiləliyim vaxtı da məni qiqqətsiz qoymurdu. İndi 1 oğlum var. 10 aylıqdır. Hələ də yoldaşım mənə ilk günki kimi diqqətlidir. Yoldaşım və oğlumla nəfəs alıram. Allaha çox şükür məni başa düşür. Həm dostum, həm sirdaşım, həm həyat yoldaşımdır. Allah hamıya gözəl ailə qismət eləsin. Bəzən internetdə tanışlığa inanmırlar, amma həyatda hər şey olur...
Nara 25
Mənim sevgim bir əsərdir. 4 ildə o qədər hadisə ilə üzləşdik ki... Arzu edirəm gözəl günlərimdən hamıya qismət olsun, nişanlımla yaşadığım pis günlərimi Allah heç kimə göstərməsin. Zaqatala rayonunda, institutda 3-cü kursda oxuyanda tanımışam. Bir gün telefonuma mms gəldi. Gördüm geniş halda özü haqqında məlumat yazıb və şəklini göndərib. Düzü heç vaxt belə (arxamca gəlmədən, zəng etmədən) birdən-birə mesaj gəlməyini görməmişdim. Qalstuklu oğlan gördüm, düzü inanmadım boş verdim. Həmin axşam o qədər xoş mesajlar yazdı, amma “sevirəm” yazmadı. Maraqlı gəlsə də, sevməyi fikirləşmədim. Çünki inanmırdım. Uşaqlıqdan yadımdadır ki, deyirdilər kim “sevirəm sözünü dilə gətirmirsə, o əsl sevəndir ”Amma yenə inanmadım. Axırda dəfələrlə mesajlarından sonra dost kimi görüşə razılıq verdim. İlk görüşüm çox yaddaqalan olub. Dondurma yeməyə getdik. (orda yalnız dondurma verirdilər). Birdən heç gözləmədiyimiz yerdən atası kafeyə daxil oldu.(mən tanımırdım atasını) Nişanlım ayağa qalxıb “ata, obed vaxtı nə əcəb dondurma yeməyə gəlmisən?” dedi. Qaynatam: ”çaşdım, başqa yerə getməliydim” (qaynatamın iş yerinə yaxın idi)
Mən də lap çaşıb qaldım, fikirləşdim bu boyda kafelər ola-ola niyə bura gəldi. Atası gördü oğlu qızla oturub, həmin dəqiqə kafedən çıxdı. Nişanlım rəng verib, rəng aldı. 2-ci görüşümüzdə ən yaxın qonşumuzla rastlaşdım. Yemək yediyim yerdə əsəblərim oynadı. Hətta o vaxtı nişanlımı hansısa qız zəng edib bezdirirdi, mən də deyirdim əşi tanış ol da, yazıq o boyda zəng edir. (Qısqanclıq etməmişəm). Belə-belə gördük bizi çoxu görür. Şəhərdən kənar çıxırdıq görüşməyə. 1il mən ona dost kimi davrandım, sonra “hə” dedim - anamgilə açıqlayandan sonra. Bir gün uşaqlıq edib sevgimizi sübut etdirmək üçün -gölməçə kimi yer var idi, yağış yağıb əməlli su dolmuşdu, onun qırağından yox, içindən keçməliydik. Mən praktikaya, nişanlım isə işə gedirdi səhər. Nələr dedi, mən keçmədim, o gözəl, ütülü, səliqəli kostyumda palçıqlı suyun içinə girib keçdi. Qış vaxtı, ayaq islansın necə olar sizcə? İndiyənə qədər o vaxt gözümün qarşısına gələndə daha da sevgim artır. Əvvəllər sevməsəm də, amma indi elə sevirəm, hətta daşa-divara da qısqanıram. Nişanlıyam, inşallah toyumuzu gözləyirik.
Sevib sevilmək gözəl hisslərdir, Arzu edirəm hər bir insana öz sevgisinə qovuşsun.