İrəm (İstifadəçi)
Mən Azərbaycanın Şimal bölgəsindən olan Xaçmaz rayonunda yaşayıram. Azərbaycanın qədim yaşayış mərkəzlərindən olan Xaçmaz 1930-cu ildə yaradılmışdır. Xaçmaz rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Şamur-Dəvəçi ovalağının bir hissəsi bu rayonun ərazisindədir. Xaçmaz Rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 suni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayon florasında itburnu, sarmaşıq, dazi otu, yaqi otu, ballı nanə və başqa dərman bitkiləri yetişir. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var. Burada Ovçular Cəmiyyəti fəaliyyət göstərir. "Gülalan gölü" qoruğu bu cəmiyyətin nəzdindədir. Azərbaycanda çox məşhur olan Nabran istirahət zonası Xaçmaz rayonu ərazisindədir. Burada turistlərin və yerli əhalinin rahatlıqla istirahət edəcəyi və hər rahatlığa uyğun şərait var. Bu gün Xaçmaz şəhəri xarici və yerli turistlərin sevimli məkanına çevrilib. Buna səbəb isə qədim binalarla yanaşı, abidə və kompilekslərin, park və xiyabanların çoxluğudur. Son illər geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri nəticəsində Xaçmaz sözün əsl mənasında dəyişib. Bənzərsizliyi ilə adamı heyran edən Qoşa qapılar, zövqlə inkişaf edilmiş yer altı keçid, tağlar, geniş parklar və yaşıllıq zolaqları bir- biri ilə harmoniya təşkil edir. Şəhərin simasına xüsusi yaraşıq gətirən obyektlər sırasına Mədəniyyət və istirahət parkını, fəvvarələri, Şah İsmayıl Xətainin, Koroğlunun və digər tarixi şəxsiyyətlərin abidələrini, Xaçmaz-Dərbənd Dostluğu abidə kompleksini qeyd etmək olar. Artıq 2013-cü il fevral ayının 19-dan etibarən bura Xaçmaz "Əfsanələr paytaxtı"adı verilib. Xaçmaz həqiqətən də çox gözəl və insanları da çox qonaqpərvərdir. Xaçmaz haqqında yazmaqla bitməz, gərək gəlib görəsiniz!
GulenaY(istifadeci)
Qarabağ və Qərbi Azərbaycan bölgəsində - bizim rayonun ləhcəsində çox maraqlı sözlər var. Məsələn: teyxa-bütöv, mağmın-avam insan, əlküt-bacarıqsız, şumşuruy-şimşək, incəvara-nə yaxşı ki, heylə-elə, maa-mənə, pencer-göyərti, kəmsər-düşük, ərəmşəmək-sözü tez tez deyib sırtılan, hoziki- əlini nəyə vurdu sındıran tökən insan, mədəni olmayan; xay-qanmaz, hər şeyi gec başa düşən; çələbi-seyid.
SELENA (Aliyə Aslan) (Firuzə)
Hər bölgənin özünəməxsus ləhcəsi çox gözəl, şirin və xoşdur. Bəzən oturub saatlarla dinləmək istəyirəm. Əslində özümüz bu gözəlliyin, şirinliyin heç fərqində deyilik. Bizim üçün bu adi danışıq olsa da başqaları üçün isə çox xoş səslənir…Mən Bakıda böyümüşəm. Mənim atam çox köhnə bakılılardan sayılır, çünki ulu babalarım Bakının Keşlə kəndində yaşayıblar. Elə biz də hal-hazırda Keşlədə yaşayırıq. Bizdə Bakı ləhcəsində ən çox nənəm və atam danışıb. Mənlə qardaşım isə həmişə ədəbi dildə danışmışıq. Amma bəzi sözləri nənəmin dilindən yazacağam. Məsələn, bizdə bəyəm sözünə bəgəm, şəkər tozuna pəsöy, ataya qədəş, dosta qərdeşim, anaya məmə, bədənə isə əndam deyiblər. İndiyə qədər yadımdadır bir dəfə nənəm yanındakı qadına demişdi ki, "ağəz bir o qıza bax, əndamı yansun eləəə. Amma öz aramızdü çox yaxçı qızdı aaa..." Lakin yaşadığım şəhərdən çox Azərbaycanımızın tarixi və cənnət məkanlarının vurğunu olmuşam. İstəyirəm hər kəndini, şəhərini gəzim, bu gözəlliklərin canlı şahidi olum. Hər çiçəyini qoxlayaraq, ətarımdakı xoş mənzəyə baxa-baxa, gülərüz insanların mehriban söhbətlərinin qonağı olum.
Serras (İstifadəçi)
Mən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindənəm. İnzibati cəhətdən Muxtar Respublika hazırda altı inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) bölünmüşdür: 4 şəhəri (Azərbaycan Respublikası tabeliyindəki Naxçıvan şəhəri, Naxçıvan Muxtar Respublikası tabeliyindəki Ordubad və Culfa şəhərləri, rayon tabeliyindəki Şərur şəhəri), 4 şəhər tipli qəsəbəsi (Babək, Şahbuz, Parağaçay, Heydərabad), 207 kəndi vardır bunları ona görə yazdım ki, yəni hər yerin tamam başqa ləhcəsi var. Mən yadıma düşənləri yazacam. Məsələn, biz Culfa şəhərindənik. Bizdə göyərtiyə-pencər, çölə-eşik; mən tam işlətməsəmdə deyilənə görə ən çox işlənən söz bizdə de da bəə sözüdür; qarğıdalıya-məkə; vəzəriyə-qodem; xlora-javel; paltara yəni dona-oyma; umumiyyətlə bizdə [e] səsindən çox [ə ] səsi işlənir. Sonra, Yayci kəndi var, orda idman ayaqqabısına-şəppi; evə-əv; cörəyə-əppək; küçəyə-çücə; pendirə-pənir; pula-pıl deyilir. Məsələn onlar gedək sözünə-gedəx; gələssən sözünə gəələəssən; ya da geedəəssəən deyirlər. Elə bizdə də bəzi adamlar deyil sözünə dəyir deyirlər. Sonra Babək rayonunun Nehrəm kəndi var, hansı ki orda çəngələ-cırıq qaşıq; kuftəyə-lüt dolma deyilir. Ordubadda ən çox işlənən day sözüdür. Bilmədiklərim də ola bilər, yadıma düşsə şərhlərdə yazaram. Ama bəziləri bizim ləhcəmizlə zarafat edir, bütün səmimiyyətimlə deyirəm ki, mənə çox xoşdur belə danışmaq. Hər yerdə daima fəxr etmişəm və edəcəm ki, mən Naxçıvanlıyam,ən önəmlisi isə Azərbaycanlıyam.
Nazlı(İstifadəçi)
Mən özüm Qaxdanam, Qax ləhcəsi isə artıq yadımdan çıxıb. Yardımlı rayonu ilə əlaqəm olduğundan orda eşitdiyim sözləri yazıram. Yardımlı Azərbaycanın həm gözəl, həm də gözdən uzaq guşələrindən biridir. Ləhcəsi, danışıqları da şirindir, fərqlidi. Orda eşitdiyim bəzi sözləri sizlərlə bölüşürəm: bələt-həyət qapısı, lümə-qısaboy, arba-bərabər, basarat-imkan, bısaga-qapının ağzı, benava-yazıq ,cınqır-qoz, ulum-uçurum, şıtxa-duzsuz, ban-çardag, pələmə-alaçıq, ker-yamac, gəyişmək-məsləhətləşmək, girdə-yumru, təlis-dəsmal, alu-gavalı, catu-ip, man-ayıb, gecəlatı-sübh tezdən, cillitmək-oğurlamaq, yalxu-tək və.s
Rojda(İstifadəçi)
Mən təmiz bakılıyam, əslim Digahdandır. Özüm şəhərdə qalanam, bizim kənddə kişilər salamlaşanda belə deyir: "Salam meleykim, qedeş, ne var ne yox?!" Qadınlarsa belə deyir: "Ağez necəsən?!" Bizim çadır toylarımız çox maraqlı olur. Toyda bişən salanpur yeməyi çox ləzzətli olur. Ümumiyyətlə Azərbaycanımın hər ləhçəsi gözəldir. Mən Bakılı olmağımla fəxr edirəm.
Ayka Nəcəf (İstifadəçi)
Mən Bakıda doğulmuşam. Amma atam Cəlilabadlıdır. Tam dəqiq Cəlilabadın Əliqasımlı kəndindən. Anam şəhər qızıdı, amma anamın əsli də Yardımlıdandır. Anam burda doğuldugu üçün şəhərli sayılır. Düzdür, burda doğulsam da uşaqlığım rayonda keçib. Cəlilabadın o dərəcədə də başa düşülməyən ləhcəsi yoxdur. Sadəcə biraz fərq var. Məsələn gəlirəm-gəliyəm, gedirəm-gediyəm, ay qiz-qiza...Yadimda qalan bunlardır. Bəlkə də uşaqlıqdan indiyə qədər rayonda qalsaydım çox sözləri yaza bilərdim. Sizə maraqlı bir şey deyim ki, indi hal-hazırda mən Bakının Maştağa qəsəbəsində qalıram. Buranın ləhcəsi var, özü də necə lazımdır. Hər halda Meyxanalardan bilirsiz. Məsələn, burda tısbağaya-dəşdəbəkul, yuyucu toza-ayna, çəyirtgəyə-atdanan, qardaşa-qərdeş, anaya-anə, qayçiya-qeyçi....Çalışıram mən belə danışmayım. Nə qədər burda qalsam da istər-istəməz ləhcəylə danışırsan. Ümidvaram maraqlı olar sizlərə.
Gümüş (İstifadəçi)
Mən Bakı şəhəri Abşeronun Digah kəndində yaşayıram. Əslində sırf Bakı ləhçəsində danışırıq. Məsələn: -di, şəkilçisinin yerinə -dü deyirik, mənimdi -mənimdü, ulduza- ıldız, nə üçün -nöşün, o qədər-oqqarta, rus-urus, həyətdə toy edəndə ona palatka yox, palatgə toyu deyirik. Ən məşhur sözümüz alə sözüdür.
Əziz xanımlar, bəylər! Hansı ləhcədə danışmağımızın fərqi yoxdur, əsas odur ki, öz ana dilimizdə- Azərbaycan dilində danışaq, öz dilimizi unutmayaq.