Məktəb illəri maraqlı idi. 2 məktəb 5 sinif dəyişmişəm. Bu baxımdan yenidən qayıtmaq istəməzdim məktəb illərinə. Axrıncı sinfim riyaziyyat təmaülü sinif idi. Düşünün bir sinifdə 23 oğlan 10 qız var. Oğlanlarımız həm savadlı idi, həm də davakar. Heç kim bacara bilmirdi sinifimiz ilə. Düşünün ki, sinifə heç kim bir ədəd şüar asa bilmirdi. Bir tək şüar vardı. Oda məktəb KVN-də udduğumuz, bizim sinif oğlanlarının iştirak etdiyi ad yazılan "kriminal" adlı şüar idi. Bir tək ədəbiyyat müəllimimiz vardı o, bacarırdı bizimlə. Yaşlı, tələbkar qadın idi. Hamı hörmət edirdi. Zəlzələ də olsa məktəbə səhər tezdən, vaxtında gələrdik. Dərsləri də həmişə 1-ci, 2-ci saat olurdu. Özündən sonra girən şagirdi də çıxardırdı sinifdən. Ona görə son zəng üçün əvvəldən yazdığım bu misranı da şerimə əlavə etdim.
Hər gün səkkizdə oluruq dərsdə.
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sözdə yoxdu ki bizdə,
Bəxtimiz açılsın gəlməsin dərsə..
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sözdə yoxdu ki bizdə,
Bəxtimiz açılsın gəlməsin dərsə..
Həmin müəllimə son zəngə az qalmış bizə “Məktəb illəri” adlı inşa yazdırdı. Kim məktəb illərini nəyə bənzədir yazsın dedi. Mənim üçün isə məktəb illəri bizə verilmiş təmiz dəftər kimidi. Ona görə şerimdə də məktəb illərini dəftərə bənzədərk qeyd etmişəm. Biz son zəngdə uşaqlara hədiyələrimizi verdik. Dj gətizdirdik məktəbin zalında dedik güldük oynadıq. Ancaq hamının gözündə kədər vardı. Daha sonra 10 gün məktəbdən yaxınlıqdakı parka qədər hər gün oğlanlı-qızlı ağlayaraq yürüş edirdik. Düzdü bəzilərində hazırlıqlarıma görə olmadım. Ancaq biz məktəbi bitirəndə direktorumuz əlini açıb göyə demişdi ki, nə yaxşı getdilər bular.
Hər gün səkkizdə oluruq dərsdə.
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sözdə yoxduki bizdə,
Bəxtimiz açılsın gəlməsin dərsə.
Deyərdik bunları, bir zaman bizdə.
Artıq bu sözləri deyə bilmirik,
Məktəb illərinə sağol deyirk.
Nə bilirdikki, illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
On bir il yaşayıb boy atdığımız.
Bu məktəb illəri sona yetəcək.
Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifdən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.
Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.
Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.
Son zəngə tələsmə demək istərdim
Ancaq zaman bizlər üçün yaman tələsir.
Oğlanlar kövrəlir, qızlar ağlayır,
Məktəb bizim üçün əlçatmaz qalır.
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sözdə yoxduki bizdə,
Bəxtimiz açılsın gəlməsin dərsə.
Deyərdik bunları, bir zaman bizdə.
Artıq bu sözləri deyə bilmirik,
Məktəb illərinə sağol deyirk.
Nə bilirdikki, illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
On bir il yaşayıb boy atdığımız.
Bu məktəb illəri sona yetəcək.
Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifdən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.
Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.
Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.
Son zəngə tələsmə demək istərdim
Ancaq zaman bizlər üçün yaman tələsir.
Oğlanlar kövrəlir, qızlar ağlayır,
Məktəb bizim üçün əlçatmaz qalır.
Xəyalə Murad
Son zəng hər bir məktəbli üçün, xüsusən də buraxılış sinifləri üçün çox əlamətdar gündür. O zaman "Son Zəng" 25 mayda qeyd edilirdi. Dillər Təmaülü (hümanitar) idik. Bizim sinifdə cəmi 18 nəfər şagird vardı. Lakin sinif nümayəndəsi olaraq görüləcək bir çox iş mənim öhdəmə düşmüşdü. Hətta yadımdadı Dil-ədəbiyyat müəlliməmiz (həftənin hər günü azı 90 dəqiqə onun dərsi olurdu deyə sinif rəhbəri qədər doğma idi) bizə məktəbdəki son inşamızı "Kövrək məktəb illərim" adında yazı yazmağımızı istədi. Bunun üçün cəmi 90 dəqiqə verdi. Mən də bir anlıq sola dönüb bütün sinif yoldaşlarımı nəzərdən keçirtdim və içimdən gəldiyi kimi inşamı yazdım. Nə əzbərləniş şerlər, nə əvvəlcədən hazırlanmış mətnlər, heç nə yox idi. Qarşımda yalnız inşa dəftərim və qələmim vardı. Həmin gündən iki gün sonra dil-ədəbiyyat müəlliməm sinif otağına girdi və məhz mənim inşa dəftərimi açıb bir iki cümlə oxudu. Bu cümlələri hal-hazırda xatırlamasam da müəlliməmin gözlərindəki yaşın parıltısından təsirlənib otaqdan çıxdım. 11 il ərzində müəllimədən icazə almadan sinif otağını tərk etdiyim ilk dərs idi. Dəhlizdə ağlayıb sakitləşdikdən sonra yenidən sinifə qayıtmışdım. Məktəbdə öhdəmdə olan çox iş vardı. Bu işi, o işi çatdırım deməklə birdə baxdım ki, vida günü yetişib. Birinci sinif şagirdlərinə hər birimiz hədiyyə olaraq yumuşaq ayı və növbəti il üçün istifadə edə biləcəkləri dəftər-qələm almışdıq.Onlar da bizə gül bağlamışdılar. Hansı ki, həmin gülləri sinif rəhbərimizə və müəllimlərimizə verdik. O gün fərqlənmə diplomumu da aldım. Bir növ sevincim kədərimə qarışdı.Kədər ona ki,sinifimiz parçalanır, qarşıdakı böyük məktəbə "həyat" məktəbinə ilk addımlarımızı atırdıq. Bizi bu "həyat" məktəbində hansı sınaqlar,hansı imtahanlar gözlədiyini bilmirdik, bilə də bilməzdik. Tədbirə anam da gəlmişdi.O anları heç zaman unutmuram.Çünki qeyri-ixtiyarı olaraq ona sarılıb ağlayırdım.Nə bilərdim ki,həmin video görüntü anamın canlı olaraq düşdüyü son görüntü olacaq. Tədbir bitər bitməz hər 5 buraxılış sinifi və sinif rəhbərləri məktəbin İdman zalına yollandıq. Məktəb içəridən qıfılla bağlandı və kənar kimsənin olmadığı bir mühitdə öz Son Zəng tədbirimizi keçirtdik.Rəqs edən,eşq elan edən,buraxılışından zövq alan,müəlliməsinə qısılıb ağlayan,rəfiqələri ilə pıçıldayan şagirdləri izlədim. Artıq axşam 8-də tədbirimiz başa çatdı.O gün o zalda hər birimiz müəlliməmizə söz verdik ki,qarşımızdakı həyata öz arzularımızı çin edərək yaşayacağıq. Ürək açan cəhəti də budur ki, hal-hazırda həmin 18 şagirdin azı 16-sı öz arzu etdiyi həyata sahibdir və nə olur olsun arzularının gerçəkləşməsi üçün alın təri sərf edirlər.
R.G.AL-SU
Məktəb illəri ömrümdə unudulmaz illər, xatirimə, yaddaşıma silinməz izlər qoyan illər. Hər anımda xatırladığım, soyuq daşlardan hörülmüş divarlardan gələn istilik. Ağsaqqal müəllimlər, ağbirçəkli müəllimələrimizin nəsihətləri, üzərimizdəki zəhməti, yad ailələrdən çıxmış müxtəlif uşaqlarla bacı-qardaş kimi münasibətimiz. Daha nələr,nələr.....Unutmaqmı olar o illəri? Unutmaq belə günahdır. Və o illərin Son çalınan Zəngi. Bizi ayrı salan, bir-birimizin üzünə həsrət qoyan və deyərdim ki, dünyanın ən zamansız, ən zalım -son ayrılıq zəngi. Hamımızı ayrı qoydu, ayrılıq -qəlbimiz qan ağladı, gözlərdən dayanmadan yaş süzüldü, o günün bitməsinin heç istəmədən ayrıldıq. Sanki dünən idi, amma artıq 10 ildir, belə 10 il. Bu il ilk yübileyimizdir- Son Zəngimizin. Qismət olsun çox istərdi 10 illiyimizdə yığışaq, az da olsa o illərə qayıdaq, hər günü həzin nəğmə, maraqlı nağılı xatırladan o günlərə geri dönək. Sinif yoldaşlarımdan üçü ilə burda əlaqə saxlayıram. Hamımız çox istəyirik yığışmağı. Bizim məktəb 11 illik olduğundan, 9-cu sinifdə bölündük, çünki digər kəndin iki 9 illik məktəblərinin məzunları tam təhsil üçün sinifimizə gəldilər. O qədər mehribanlaşmışdıq ki, sanki əvvəldən bir yerdə oxuyuruq. Bölünəndə bizim sinifə 15 qız düşdüyündən, bizlərə "Amazonkalar" deyirdilər. Xatırladacaq çox şey var, amma sonda onu demək istəyirəm ki, tələbəlik illərimin 4 ilini, məktəb illərimin 1 gününə dəyişərdim, təki 1 gün də olsa o illərə qayıdam, o qayğısız şagirdliyimi yaşayam.
Yağmur damlası
Son zəng dedikdə gözlərim önündə məktəb illəri canlandı. O illərin xatirəsi məni ağuşuna alıb uzaqlara apardı. İlk gündən tanımadığın uşaqlarla tanış olursan, az sonra doğmalaşırsan. Sonunda isə onlar artıq sənin həyatının bir parçasına çevrilir. Son zəngim maraqlı olub. Həmin gün bütün uşaqlarla şəhərdə o yer olmadı ki, ora kollektiv surətdə getməyək. Mayın 1-dən pul yığırdıq, sinifdə daxılımız vardı. Öz dilimizlə, öz ailəmizlə desək artıq "milyoner" idik. Həmin o pulla düz 3 gün gəzdik, doğma Bakımızı!
Uçan durna qatarı
Bu baharda dönəcək.
Ötən günlər dönəydi,
Durna qatarları tək...
Son zəng günündən mənə qalan xatirə isə 1-ci sinif şagirdinin mənə verdiyi hədiyyə, bir də mənə dediyi söz olub. Balaca oğlan uşağı idi. Yaxınlaşdı mənə 1 dəstə gül və 1 kitab bağışladı. Başını qaldırıb altdan yuxarı mənə baxdı və dedi: "Sən də mənim Son zəngimə gələrsən?" Gözlərim doldu, əyilib üzündən öpdüm və "mütləq gələcəyəm dedim". Amma taleh elə gətirdi ki, mən ailə qurub Bakıdan uzaqda yaşamalı oldum. Həmin uşaq 2011-ci ildə məzun oldu, amma mən gedə bilmədim. Verdiyim sözü tuta bilmədim. Hərdən yadıma düşür kövrəlirəm. Düşünürəm ki, görəsən məni gözlədi? Yadında qalmışdım?
SerRaS
2007-ci il məzunu olmuşam. Naxçıvanda məktəbi bitirmişəm. Son zəngə 2, 3 ay qala mən çox həyacan keçirmişəm. Çünki qarşıda məni böyük sınaq gözləyirdi. İmtahan verəcəkdim və bütün müəllimlərim, evdəkilər mənə inanırdı.Qorxurdum özümə görə yox, onları utandıracağım üçün. Nə isə son zəng günü gəldi, mən danışdım o günü. Bütün müəllimlərim həmişə deyirdilər ki, kaş sənin kimi tələbələrimiz çox olsun. Yadımda qalan hadisə isə dəhşət, çox ağladım. Bizim sinif qızları çox mehriban olmuşdu deyə müəlliməmizlə də yaxın olmuşduq. Tədbir qurtardı, sinifə getdik ayrılırdıq məktəbdən. Mən o qədər ağlamışdım ki, indi deyirəm niyə bu qədər ağladım. Evə gəldik, mən məzunumu asmışdım yuxarı. Anamgil mənə qonaqlıq verirdilər. Bütün müəllimlər gəlmişdi. Həm də dədəmin iş yoldaşları idi, yemək yeyirdilər. Mən də o tərəfdə idim. Birdən məni çağırdılar ki, gəl məzunun düşüb qatığın içinə. Maraqlısı isə odur ki, aylarca dədəmə, yəni sinif müəllimimə deyirdim ki, məzunumu yaz, yazmırdı. Axırı zornan məzunumu yazdı. Elə olmuşdu ki, düz dədəm yazan yeri qatığa düşmüşdü. Anam yudu və həmən yer tamam silindi. Nə qədər ağladım, dədəmə də dedim ki, "aha istəmirdin yazmaq buda belə oldu".
SEVİL
Mənim həyatımda yeganə gün idi ki, həm sevinir, həm də kədər hissi yaşayırdım. 11 il bir yerdə oxuduğum yoldaşlarımdan ayrı düşdüym üçün kədərlənirdim. Amma fikirləşirdim ki, artıq bu gündən müstəqil həyata qədəm qoyuram. Son zəngə 2 ay əvvəldən hazırlıq görmüşdük. O günü gəlib çatdı. Qızlar,oğlanlar hamımız bir yerə toplaşmışdıq. Tədbirdən əvvəl məktəb həyatımızda baş vermiş gülməli hadisələrimizdən danışdıq. Sonra məktəbə ilk qədəm qoyan birincilərimizi təbrik edib, hədiyyələrimizi verdikdən sonra, tədbirimiz başladı. Hamımız üzərimizə məzun yazılı qırmızı lent asmışdıq. Güldük, oynadıq, bir-birimizin məzunlarının üzərinə arzularımızı yazdıq. O günü çox ağlamışdım. Bu sətirləri yazarkən belə kədərlənirəm. Son zəngim yadıma düşəndə gülümsəyərək xatırladığım bir anım da, heç gözləmədiyim birinin mənə sevgi etirafı idi. 6 ildir ki, məktəbi qurtarmışam. Ehhh məktəb illəri, yenə o günlərə geri dönmək istərdim.
ARİEL_VİVİAN
Son zəng...Heç vaxt heç kimin yadından çıxarmayan, hər il son zəng günü xatırlanan günlərdən biridir. Mənim son zəngim hər kəsdə olduğu kimi yadda qalan olub. Ümumiyyətlə məktəb illərim yadda qalan olub. Yenə əlimə belə bir fürsət keçsə o illərə çooooox qayıtmaq istərdim. Son zəng günündən mənim üçün ən yadımda qalan hadisə isə Son zəng mahnısını oxumaq üçün qızlarla əlimizdə də göyərçin tutub dayanmışdıq cərgədə və o zaman göyərçin quşu sağ olsun əlimi buladı. Çaşıb qaldım, əzbər bildiyim mahnının sözləri yadımdan çıxdı. Hətta qızlara işarə elədim ki, ikinci misranı oxumasınlar. Çünki tək istəyim göyərçin quşunu uçurtmaq və tez gedib əlimi yumaq idi. Məktəb illərindən, son zəngdən çox şey yazmaq olar. Amma bacardığım qədər qısa yazmağa çalışdım.
PERVANE ELİYEVA.......
Mən Bakıdakı Nərimanov rayonunda yerləşən 93 saylı məktəbi bitirmişəm. Məktəbi bitirməyimdən 20 il keçir. O vaxt mən məktəbi bitirən dövürdə son zəng elə də təmtəraqlı qeyd olunmurdu. Sadə formada məktəbin həyətində qeyd etdik və ən gözəl yadda qalan da o idi ki, hamımız ağ önlüyünə, köynəyinə ürək sözlərimizi yazdıq. Bu günə kimi də o önlüyü saxlamışam. Sonra söz verdik ki, hər il mayın 25-də Nərimanov metrosunun yanında hamı 1 nəfər kimi görüşəcəyik. Birinci il görüşdük. Sonra bu günə kimi bir-birimizdən xəbərimiz yoxdu. Bir-iki uşağı çıxmaq şərtilə. Məlum məsələdi ki, hərənin ailəsi, uşağı,.. Nə bilim kövrəldim. O illərin yerini heç bir şey verməz!
AYTEN ALLAHVERDİYEVA
Mənim ən yadda qalan xatirəm o olub ki, göy rəngdə ətək geyinmişdik. Bu çox qısa və çox dar idi. Buna görə qardaşım mənlə dalaşdı. Son zəngimə gəlmədi. Mən də məktəbə gəlib qızlarla dalaşdım və çox ağladım. Buna görə də son zəngimi xatırlayanda çox pis oluram, amma axırı yaxşı qurtardı.
maniken AYAN...
Mənim son zəngim 5 il bundan qabaq olub. Çox gözəl hisslərdi. Bəziləri keçmişlərə qayıtmaq istəmir. Amma mən məktəb illərinə qayıtmaq istərdim. Yenidən sinif yoldaşlarrımı görmək, müəllimlərimi görmək istərdim. Hər il May ayı gələndə mən o günləri yaşayıram.
SELENA(Aliyə Aslan)
Məktəb illəri insan ömründən silinməyən xatirələrdir. Elə bir xatirədir ki, həyatının son saniyəsinə qədər səninlə birlikdə yaşayır. Xəyallarında canlandırırsan həmin anları. Bizim məktəbin böyük idman zalı var idi. Bütün tədbirlər orda keçirilirdi. Son zəng günü isə zalı başdan-başa şarlarla və gözəl yazılarla bəzəmişdilər. Mən həmin günü kollecdən icazə alıb gəlmişdim. Hamı məni görəndə çox sevindi. Elə mən də onlar üçün çox darıxmışdım. Çünki imtahan yaxınlaşdığı üçün bir ay idi başım dərslərə yaman qarışmışdı, onlarla görüşə bilməmişdim. Nə isə hər şey çox gözəl oldu. Bir-birinin ardınca gözəl səhnəciklər nümayiş olunurdu. Daha sonra ürək sözləri və şeirlər səsləndirildi. Tədbir bitdikdən sonra müəllimlərimizlə birlikdə sinif otağımıza qalxdıq. Sonuncu dəfə otağımıza və partalarımıza nəzər saldıq. O an ağlamamaq üçün özümü zorla saxladım. Bu əlamətdar gündə sinif yoldaşlarımla bir yerdə olduğum üçün sevinsəm də, digər tərəfdən çox kədərlənirdim. Düzdü onları yenə də görürəm. Hərdən vaxt tapanda danışırıq, amma heç nə məktəbdə parta arxasında oturduğumuz günlərin yerini vermir. Həmişə dərsimizi şən zarafatlarla başlayıb və yenə də elə bitirirdik. İndi hər dəfə məktəbin yanından keçəndə həmin günləri şirin bir yuxu kimi xatırlayıram.