Qadin.NET / Qadın.netlilərə gülək-2

Qadın.netlilərə gülək-2

  Qadın.netlilərə gülək-2

Eltun_Zahidoglu yayın istisində dostlarını yığıb "Zapı" ilə gedirlər dənizə.Yolda dostu deyir:

- Olar pəncərəni açım?

Eltun : Yox.

 Bir az keçir. Dostu bir daha soruşur:

- Olar pəncərəni açım?

Eltun:

- Yox.

Bir az da keçir. Dostu bir daha soruşur:

- Olar pəncərəni açım?

Eltun:

 Yox.

Dostu:

- Niyə?

 Eltun:

- Qoy qıraqdan baxanlar elə bilsinlər ki, kondisioner işləyir .

lol  

 lovable_madam həyat yoldaşına deyir:

- Mənə belə gəlir ki, bizim sürücünü qovmaq lazımdır.

 Kişi:

- Nə üçün?

lovable_madam:

- Dörd dəfədir ki, o mənim həyatımı ölümcül təhlükə altına qoyur.

 Kişi:

- Onda tələsməyək ,ona daha bir  şans verək.)))

blum

Insect666  əsgərlikdə dostuyla söhbət edir:

 -İstəyirəm əsgərlikdən qaçam.

 -Niyə ay Insect666 ? Evçün darıxmısan?

 -Yox ee, keçən il qohumumuz qaçmışdı, 3 il iş verdilər. Deyirəm mən də qaçsam, 3 il iş verərlər. O 3 il qurtarana qədər də yəqin hardasa özümə təzə iş taparam.

 

empathy  

Bir gün S.S.90...S A M I R... əlindəki son 500 dollarla qumar oynamağa qərar verir və Las Vegasa gedir. İnanılmaz bir bəxtlə tam 3 milyon dollar qazanar. Dərhal otel müdriyyətinin özünə hazırladığı kral otağına çıxır və arvadına zəng edir:

 - Həyatım, evdəsənmi?

 - Bəli, həyatım.

 - Yaxşı. Dərhal hazırlan o zaman. Tez çamadanını hazırla. Qumarxanada tam 3 milyon dollar qazandım.

 Qadın sevinclə qışqırır:

 - Ayyyy dəhşətsən!! Dərhal hazırlanıram... Yaxşı amma, hara? Parisə? Kariblərə? Acapulcoya? Cənubi Amerikaya?...

S.S.90...S A M I R  cavab verir:

 - Mənə dəxli yoxdur. Yalnız mən evə qayıdanda çoxdan getmiş ol.

 

sarcasti

Bir gün gəlinlər və qaynanalar səyahətə gedirlər. Qaynanalar başqa avtobusa, gəlinlər isə başqa avtobusa minirlər. Yolda qaynanalar olan avtobus qəzaya düşür və bütün qaynanalar ölür. Gəlinlər başlayır sevinməyə. Amma gəlinlərdən biri MikaMilus ağlayır.

Soruşurlar:

- Niyə ağlayırsan?

 MikaMilus:

 - Mənim qaynanam avtobusda deyildi.

 

Qadın.netlilərə gülək-2

 Bir gün  Louis Vuitton  qəbrstanlığın yanından keçəndə tak-tuk səslər eşidir. Çox qorxur, amma maraqdan ora tərəf gedir. Bir qadının çəkiclə qəbir daşına vurduğunu görür. Yaxınlaşıb deyir:

 -Ay xala, qorxutdun e məni. Nə edirsən?

 Qadın deyir:

 -Qorxma a bala, adımı səhv yazıblar, onu düzəldirdim. 

hang

Bir gün Səmədova yol ilə gedirmiş. Birdən bir molla uzaqdan onun çox qısa ətək geyindiyini görür və ona yaxınlaşınb deyir:

 - Ay bala, ay qızım, bu nə ətəkdi geyinmisən? İndi gedib anana deyərəm.

Səmədova:

 - Ay molla əmi, nolar anama demə. Bilsə ki, onun ətəyini geyinmişəm, məni öldürəcək .

biggrin   

Xəyalə Murad hər dəfə telefonla ən azı 2-3 saat danışırmış. Bir gün telefon zəng çalır və telefonu gotürüb bu dəfə yarım saat danışır. Həyat yoldaşı təəccüblə soruşur:

-Arvad, niyə belə tez danışıb qurtardın?

Xəyalə Murad deyir:

—Heç a kişi, səhv düşmüşdülər.

  

pardon

Creativka sevgilisi ilə parkda gəzirlər. Birdən qız oğlandan soruşur:

 - Nə fikirləşirsən, sevgilim?

 Oğlan romantik şəkildə cavab verir:

 - Sənin düşündüyünü düşünürəm, sevgilim...

 - Yooxxx.. Çaşarsan ha birdən... Elə şey eləsən, səsim batana qədər qışqıraram!!

  

Qadın.netlilərə gülək-2

Cəhənnəmdə Ləman qır qazanının içindəki ölüləri qaşıqla qarışdır. Birdən görür ki, çox yaraşıqlı bir oğlan qazanın içində qaynayır. Qaşığı saxlayıb oğlandan soruşur:

- Necə oldu ki, cəhənnəm qazanına düşdün?

Oğlan başlayır danışmağa ki, sevgilimə xəyanət etdim və s.  Ləman bir də qaşıgı götürüb qarışdıranda görür ki, qazanın dibindən zənci çıxır. Ləman hirslənib oğlana deyir:

-Köpəyin oğlu, sənə başım qarışdı, qazanın dibi də yandı..

diablo

 

 Elnarə vaqonda oturan bir  oğlandan soruşur:

 -Qaqaş, sən yaponsan?

 -Yox...

 Bir az keçir:

 -Qaqaş, yapon deyilsən?

 -Yox, deyiləm..

 Bir az keçir:

 -Qaqaş, sən yaponsan?

 Axırda qaqaş əsəbləşərək;

 -Həə yaponam!! Nolub ki?

 -Vallah, heç oxşamırsan.

 

love  

Teatrın qarderobunda paltolarını alarkən Fatma xanım kişiyə hirslə:

-A kişi, başın xarab olub, heç qarderobçuya da 2 manat verərlər?!

Kişi sakitcə;

-Ay arvad, dinmə görək, bax gör o mənə nə cür şuba verib.

mocking

 

Ardı var...

11 aprel 2013
GO BACK