Qadin.NET / Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

Pervane 

Əvvəla bu gözəl xəbərində yer aldığım üçün sənə çox-çox təşəkkür edirəm. O ki qaldı maraq dünyama, vallah bilmirəm nədən başlayım...Mənim hər şeyə marağım var. Gördüyüm hər hansı bir işi yüksək həvəs və maraqla edirəm. Odun yarmaqdan tutmuş qoyun soymağa, əkib-becərməkdən, tikib-toxumaqdan, üz-qaş almaqdan biş-düşə qədər... Hər şeyə marağım var və bacarıram da. Bircə marağım olmayan, heç sevmədiyim və bacarmadığım bir şey var o da ki, iynə vurmaq (baxmayaraq ki atam həkim, anam tibb bacısıdır).

Firuzə Çiçək

Kitab oxumağı çox sevirəm. Şəxsi kitabxana yaratmışam və günü-gündən dolur.  Atları və delfinləri çox sevirəm. Silahlara böyük marağım var. 

а®њUnique Womanа®њ

Mənim maraq dairəm: bütün heyvanlar mənə maraqlı gəlir, heç insan ayağı dəyməyən yerlərdə heyvanlar haqqına sənədli filmlərlə maraqlanıram, hansı heyvan öz balaları üçün necə yem axtarır, necə baxır balalarına mənə çox maraqlıdır. Kinolarla maraqlanıram, təzə hobbim Qadin.netə xəbər göndərməkdi, sevə-sevə bunu edirəm. smile Xarici musiqiləri, şəkil çəkməyi, təbiətdə, meşədə gəzməyi çox sevirəm. Bir də hobbim sabun yığmaqdı, ətirli sabunları yığıb saxlayıram. mocking

♥ Təranə в™Ў H ♥

Əvvəlcə xəbərinizdə mənə də yer ayırdığınız üçün təşəkkür edirəm. Maraq dairəm çoxdur. Əsas marağım kitab, jurnal oxumaqdır. Hobbim isə əl işləridir. Bijuteriya düzəktməkdir. Nə isə aldığımda bəzən ona düzəliş verib istifade edirəm. Düzəltdiklərimdən yaxınlarıma hədiyyə etdiyim də olub. Bu işdən zövq alıram. Arzularımdan biri də gələcəkdə öz əl işlərimdən ibarət bir butik açmaqdır, İnşAllah! Boş oturmağı heç xoşlamıram, nə iləsə məşğul olmalıyam. Şirniyyat və fərqli yemək bişirmək də maraq dümyama aiddir. Reseptləri isə Qadin.Net-dən asanlıqla tapa bilirəm. 

Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

Gümüş 

Mənə bu mövzuda yer verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Mən orta məktəbdə oxuyarkən bir böyük arzum vardı ki, dərzi və ya toxucu olum və bunun üçün məktəbi bitirdikdən sonra təhsil alım. Amma sən saydığını say gör, fələk nə sayır. Nə isə alınmadı. Evləndikdən sonra özümə dərziliyi və toxuculuğu özümə hobbi seçdim, indi onlarla məşğul olmasam özümü pis hiss edirəm. Əlimlə düzəltdiyim hər şeyi yığıb saxlayıram, heç kəsə vermirəm, elə bilirəm ki, cırıb atacaqlar. Mənim maraq dünyam da bax budur.

 

♥♥A.Ravana♥♥ 

Hobbim çoxdur. Hansını yazım bilmirəm. Ən böyük hobbim təbiətdə gəzməkdir, daha sonra balıqlarımdır. Təbii ki, akvarium balıqları. Çox sevirəm balıqları. Balıqlara baxdıqca mənim əsəblərim sakitləşir, bütün yorğunluğum çıxır. İstəyirəm oturum saatlarla balıqları seyr edim. Hər zaman gözəl balıq axtarışındayam. Bundan başqa kitab oxumağı və kağızdan müxtəlif fiqurlar hazırlamağı çox sevirəm. 

Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

Gozellik ilahesi

Maraq dairəm bir neçə kateqoriyanı özündə birləşdirir. Bunlardan ən önəmlisi ətirlərdir. Ətirlərin nə iyindən, nə də çoxluğundan heç doymuram. Onlar mənə xüsusi enerji və sevinc hissi bəxş edir. Sonra həyatın hər bir anını tarixiləşdirən şəkilləri çox sevirəm. Həm şəkil çəkdirmək, həm də şəkillərə baxmaq yorulmadan atdığım bir addımdır. Müdriklərin dəyərli nəsihətlərindən, gözəl kəlamlarından faydalanmağı böyük nailiyyət hesab edirəm. Həyatımın və maraq dairəmin mərkəzində olan Qadin.Netə xəbər yollamaqdan xüsusi zövq alıram və bu məsələ daim fikrimdədir, mənimlədir... 

Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

Utopya

Maraq dünyam o qədər genişdir ki, bilmirəm hardan, necə başlayım. Hal-hazırda maraq dünyamı əhatə edən əsas sahə uşaqların məntiqi inkişafı ilə bağlı məlumatlar toplamaq, maraqlı kitablar oxumaq və heç bir zaman əl çəkə bilmədiyim təsviri incəsənətdir. Yaradıcı insanlar daim maraq dairəmdə olub. Memarlardan tutmuş şairlərə qədər. Təbiətdə gəzərkən hər bir şey maraqlıdır mənə. Saatlarla qarışqadan tutmuş yarpaqların əsməyinə qədər hər şeyi izləyə bilərəm. Uşaqlıqdan bu günə qədər yarpaq, gül, kəpənək və sair qurudub kolleksiyalar edirdim. Saatlarla dənizdən yığdığım balıqqulaqlarından maraqlı əşyalar düzəldirəm. Evdə hər bir şeyi dəyərləndirməyi sevirəm. Əşyaları tikərək, yapışdıraraq görünüşünü dəyişirəm. Güllərə qulluq etməyi sevirəm. İndi isə beynimə balıq saxlamaq düşüb. Bu yaxınlarda akvarium alıb onu da saxlayacam. Bir də təbii bitkilərin və meyvə-tərəvəzlərin tərkibini və faydalarını öyrənməyi çox sevirəm. Bir sözlə gözümlə gördüyüm hər şeyi müşahidə edib öyrənməyi xoşlayıram. Mən hər zaman özümə məşğuliyyət tapacaq bir marağa sahibəm.

 

LADY_SEVA

Əslində mənim həyatım fərqliliklə seçilmir. Yəni hər səhər durub yoldaşımı işə yola salıram. Sonra uşaqlarla və ev işləriylə məşğul oluram. Əgər bütün vaxtı özümə sərf etsəydim bax bu başqa məsələ. Mən alış-veriş etmək üçün ölürəm. Əlacım olsa bütün mağazaları gəzərəm. Ondan əlavə hind kinolarını, qorxulu (ruh) kinoları sevirəm. Musiqisiz bir günüm olmasın, xarici musiqiləri çox sevirəm, əsas da Rihannanın mahnılarını. Bir də bilmirəm bu hobbi sayılır ya yox, mən nişanlıykən yoldaşımın 1 il 3 ay ərzində mənə yazdığı bütün smsləri dəftərə yazıb saxlamışdım. 

Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

KEMALE MEMMEDOVA

Mənim subay vaxtı hobbim yalnız kitab oxumaq idi, hətta gecə də yerimdə kitab oxuyurdum. Tarixi romanları çox sevirəm. Nizami Gəncəvinin "Xəmsə" poemasını, "Min bir gecə" nağıllarını, Fizulinin, Vaqifin, Vahidin və Şirazinin kitablarını çox sevirəm. İndi isə yalnız ailəm, Qadin.Net və bir də daimi işim tələbələrimə toxuculuq dərslərini keçirəm. Vaxtım olanda isə alış verişə çıxıram. 

Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)

 

Ardı var...

10 aprel 2013
GO BACK