Lale...(nəzarətçi)
Xəbər göndərməyimdə hər addım Sevinc yanımdadır deyə, doğrusu, başqa redaktorların işindən xəbərim yoxdur. Bəlkə də xəbərim olmadan nəsə kömək ediblər,ALLAH hamısından razı olsun.Ən çox öyrəndiyim evdarlıq mövzusundakı məlumatlardır.Bu sayt evimin bir otağıdır,səhifəni axşama qədər açıq qoyub işlərimi görürəm, burdan ayrılmaq çətindir . Qadin.Net-ə uğurlar,daim zirvələrdə görmək istəyirəm bu saytı. Fikrimcə, savadlı, ziyalı bir istifadəçi tapan kimi dəyərləndirmək lazımdır. Savadlı kadrlardan maksimum istifadə edilməlidir. İlk milli portal olaraq fotoqalereyalara yox,savadlı şəxslərə güvənmək lazımdır. Bəzi yenidənqurmalar olsa, saytımız 1 nömrəli olmanın möhürünü vuracaq. Müxtəlif evdarlıq müsabiqələri,ölkənin öndəgedən xanım xadimləri ilə virtual müsahibələr təşkil olunsun...
Xanim_Xatun
Mən bu sayta gələn gündən çox bəyənmişəm. Amma əvvəlcə qeydiyyatdan keçmədim..Ancaq mövzuları izləyirdim. Sonra qeydiyyatdan keçdim, Fatma xanım, Mexbube xanım mənə çox kömək olublar, Allah canlarına sağlıq versin...Bu saytdan çox şey öyrəndim..Hələ mətbəx haqda daha çox şeylər öyrənmişəm..Redaktorlardan şikayətim yoxdu. İndiyədək bir dəfə söhbət otağında incidilmişdim. Çox sağ olsun Ramil müəllim hər şeyi yoluna qoydu.Təbii ki mən haqsız idim. Bir iradım odur ki kaş ki Qadın.netimiz əvvəlki versiyada olardı. Bir anlıq belə qayıtmaq istərdim..İndi isə heç nədən narazı deyiləm. Sadəcə öyrəşməyə çalışıram..Yeni istifadəçilərimiz, bacarıqlı xanımlarımız var. Onların xəbərlərini oxuyub yeni nələrisə öyrənirəm. Ümumilikdə bu saytı yaradanlara sonsuz təşəkkürlərimi bildirirəm. Lovable_madam, xəbərində mənə də yer ayırdığın üçün sənə təşəkkürümü bildirirəm..
HAPPY
Qadın.net həyatımda iz buraxdı. Əvvəl hər gün gəlirdim, vaxtımı burda məlumatlar oxumaqla, dostlarla danışmaqla gözəl keçirdirdim. Çox dostlar verdi mənə ,hal-hazırda danışdıqlarım var. Istənilən insan bu saytdan yaxşı mənada yararlana bilər. Çünki qadına lazım olan hər məlumat var. Amma düzünü desəm bir az marağım yox olub. Bəlkə də sayt dəyişildi ona görə, nik deyil adlar göründü, ya da xəbərim işıq üzü görmədi deyə bir az küsdüm ya da nə bilim. Təşəkkür edirəm saytın rəhbərinə, həyatımızda gözəl iz buraxdı…Bura sanki mənim xatirələrimin evidir. Ama mən buranı unutmadım və burdayam. Hamınızı çox istəyirəm..
Ravi...
Ilk bəyənmədiyim şeyləri yazım:
1. Saytın qırağında rus xəbərləri var, onları həç bəyənmirəm.
2. Xəbər göndərirəm günlərlə,aylarla qalır və o xəbər başqa saytda dərc olunur, sonra mənim xəbərim kopya sayılır…Yeni belə xəbərlərə kopya demələrini bəyənmirəm.
3. Xəbərlərə açıq-saçıq şəkillərin qoyulmasını
4. Foto-şəkillərin tez-tez dərc olunmasını.
5. Hədiyyələrin baha olması, söhbət otağının pullu olmasını.
6. Saytın aşağısında bölmələrin açıq olmasını bəyənmirəm.
Bəyəndiklərim:
1 . Xəbər dərcə qoyulanda mən girib baxıram nə vaxt dərc olunacaq, öz xəbərimi redaktə edə bilirəm.
2. Video qoya bilirik.Hələ ki, bəyəndiklərim bu qədər..Redaktorlardan razıyam, narazı olduğum redaktor yoxdur..Redaktorlardan ən yaxın olan Milana M(Xəyalə Murad) xanımdır..Kimdənsə şikayət etmişəm, yazmasam yaxşı olar və şikayət etmək istədiklərim də var…Saytda nələrin olması ilə bağlı beynimdə bir şey yoxdur.Əvvəl çox məmnun idim.İndi Saytdan az məmnunam…
creativka
Hamınızı salamlayıram! Bu saytda xeyli müddətdir ki varam. Bəyəndiyim çox şey var, bu sayt mənə çox şey öyrətdi, bilmirəm,bəlkə də deyəcəyim fikrim gülmeli çıxacaq-realda tanıdığım,"dost" dediklərimdənsə, bu saytda yeni dostlar qazandım, realda onlarla görüşdüm,əlaqə saxladım,indi də belədi..Bəyənmədiyim,həmişə demişəm və deyəcəm də, yox, söhbət otağı deyil,əvvəl psixoloqumuz Aytən xanım vardı,onu istəyirəm saytımıza qayıtsın..Keçək redaktorlara-hamısını çox istəyirəm,amma ən çox ünsiyyətdə olduğum Louis Vuitton-du,vəzifəsi böyüyüb,təbriklər:) Sonra da Xəyalə. Narazı olduğum biri yoxdu,çünki nə xəbərim olub dərc ediblər, Afət xanımı çoxdandır görmürəm,onun üçün çox darıxmışam. Şikayət etdiyim olmayıb,amma narazı qaldığım olub, onu da uşaqlığına bağışladım. Psixoloq səhifəmizin qayıtmasını istərdim, Femidanın da hüquqşünas bölməsində hüquq məsləhətçisi kimi yer almağını istərdim..Qadın.Net-dən çooooox razıyam,tanıdığım dostlarımdan da bir şikayətim yoxdu, ele bil seçmə insanları yığıb düzmüşəm :) Başınızı çox ağrıtdım,inşALLAH həmişə mehriban olun, can deyib can eşidin. Başda Selcan xanım olmaqla saytın bütün rəhbərliyinə dərin təşəkkürümü bildirirəm, Allah razı olsun, inşALLAH bundan da böyük nailiyyətlər əldə edək, yerimizdə heç vaxt saymayaq, həmişə irəli gedək. AMIN!!!
mira-amar
Mən 3 aydir ki Qadın.netdə qeydiyyatdan keçmişəm. Qısa vaxt ərzində çox şey öyrənmişəm burda. Hələ ki heç nədən şikayətim yoxdu, elə bir böyük neqativ halla qarşılaşmamışam. Burda müsabiqələrin tez-tez olmasını istəyirəm. Sonda isə Qadin.netdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm və işlərində uğurlar arzulayıram.
Dərya22
Ümumiyyətlə saytdan bir narazılığım yoxdur. Sadəcə bəzi xəbərlər var ki, onların saytda olmamağı daha yaxşı olardı. Çünki bura qadın saytıdır. Demək olar ki,burdakı istifadəçilərin əksəriyyəti evdar, evli və ana olan qadınlardır.Onlara uyğun xəbərlər olsa daha yaxşı olar. Redaktorlardan razıyam. Sayta yeni gələnədə hər biri mənə çox kömək olub .Çox sağolsunlar. Sadəcə tək narazılığım bəzi xəbərlərə yersiz yazılan şərhlərdir. Elə xəbər olur ki, ora şərh sayı 50-i keçmir. Çünki bu sağlamlıq, hər hansı bir şair haqqında məlumat və ya həyati bir yazı olub. Yəni belə xəbərlərə maraq artsa daha yaxşı olardı. Xəbərlərdə çat söhbəti aradan qaldırılsa elə bilirəm yaxşı olar. Amma ümümilikdə çox bəyənirəm. Çünki biz yaşda gənclər üçün burda elə yazılar olur ki, mən onlardan çox nümunə götürürəm. Buna görə sayta xəbər qoyan hər bir istifadəçiyə təşəkkür edirəm. Saytın yaradıcı heyətinə isə daha da bol uğurlar arzu edirəm. Xəbərdə mənə yer ayırdığına görə minnətdaram bacı.
Deniz84
Qadın.neti 3 aydır ki,tanıyıram. Səmimi deyə bilərəm ki, bu saytdan çox razıyam. Bu saytda etikadan kənar heç bir şey yoxdur. Əksinə tərbiyəvi,intellektual öyrədici saytdır. Bu saytdan həm evdar xanımlar, həm işgüzar xanımlar istifadə edə bilirlər. Redaktorlardan Milana xanım və Almaz xanımdan çox razıyam. Artıq 2 xəbərim çıxıb. Burda gözəl xanımlarla tanış olmuşam.Burda hamı bacardığı qədər bir birinə kömək edir, bilmədiklərini öyrədir. Buna görə saytın yaradıcılarına dərin təşəkkür edirəm. Ömrü uzun olsun. Və bu səviyyəsini həmişə qorusun.
Lalə-Hacət
Mümkün qədər reallıqla suallara cavab verməyə çalışaram...Bu saytı qohumum Dj Musi mənə tanıtdı. Gəlməyimə peşman deyiləm-yeni, maraqlı dünya görünüşü olan insanlarla tanış oldum,maraqlı məlumatlar əldə etmək imkanım oldu. Texniki cəhətdən istifadəsi maraqlandığım bir neçə başqa saytdan daha rahatdır. Bir cəhəti də olsaydı məncə daha rahat olardı-istifadəçidən sitat gətirəndə,sitat müəllifinin xəbəri olsun-bəzən sual veririk, amma cavabı ala bilmirik. Redaktorlar hamısı çox zəhmət çəkirlər-sağolsunlar! Heç birindən narazılığım olmayıb. Əvvəllər saytın qaydalarını yaxşı bilmədiyim üçün qayda pozuntularına yol vermişəm-haqlı olaraq cəzamı da almışam. Yaşadığım həyat tərzi ümümiyyətlə bütün dövrlərdə hər kəs tərəfindən qəbul olunmadığı üçün-real həyatda olduğu kimi-burda da bəzən anlaşılmamışam...Bu üzdən şikayət olunduğumu bilirəm, iki dəfə mən də şikayət etmişəm.Amma artıq hər şey geridədir, həyatda başımıza nə gəlirsə hamısının imtahan olduğuna inanıram (virtual da olsa!) və daim dərs çıxarmağa çalışıram...Ümumilikdə Qadın.netdən razıyam,xüsusilə bəyəndiyim-burda dini xəbərlərə də yer verilməsidir, buna müasir dünya insanının daha çox ehtiyacı var...Qadın.netə daha da faydalı olmaq arzu edirəm!
SeRRas
Ilk öncə, əziz madamımız, biləndə ki mən də bu xəbərdə iştirak edəcəm çox sevindim, sənin xəbərində yer almaq nə xoş mənə, təşəkkürlər. Qadın.neti, təsadüfən tapdım və qeydiyyatdan keçdim, 4 aydır ki, burdayam, buranın varlığından xəbərim olmayıb yoxsa çoxdan girərdim, xaricdə yaşadığım üçün çox darıxırdım, buranı biləndən elə bekar olan kimi qaçıram bura. Buradakı hər şeyi bəyənirəm, özümə yaxşı dostlar, mənə məsləhətlər verən yaşca özümdən böyük dəyərli insanlar tapmışam, xəbərləri ile faydalanıram. Tək istədiyim örnək xəbər yerləşdirməkdir ki inşALLAH yaxın gələcəkdə arzuma çataram. Hələ xəbərim olmadığı üçün redaktorlardan narazı deyiləm, inşALLAH da olmaram, ən çətin iş onlarındı, bizim üçün çalışırlar. Louis Vuitton-un sayta gəldiyim ilk gündən mənə çox köməkliyi dəyib, arzum elə ürəyi gözəl insanı reallıqda görməkdir, şikayətim isə bəzi cinsəlliklə bağlı olan xəbərləri görmək istəməzdim. Saytımızda dini xəbərlər var, amma istəyərdim günü gündən lap artsın ki biz də maariflənək.Ümumilikdə qadın.netdən çooooox razıyam ki burdayam. YAŞASIN QADIN.NET..
Yağmur damlası
Mən bu saytda 5 aydır qeydiyyatdan keçmişəm, amma elə bilirəm ki, 5 ildir bu saytdayam. Səhər uşaqları bağçaya qoyub gəlirəm evə, dərhal sayta gəlirəm, hər gün yeni xəbərləri ilə məni özünə artıq cəlb edib bu sayt. Mən saytda cəmi 3 redaktora müraciət etmişəm- Buket, Sevinc, Almaz. Hər dəfəsində də mənə ətraflı məlumat veriblər, bilmədiyim nə varsa öyrədiblər, sayələrində 10-dan artıq xəbər hazırlamışam. Saytın rəhbəri Ramil bəyə də təşəkkür edirəm, nə vaxt nə lazım olsa cavablandırır. Bir sözlə Allah hamısından razı olsun, mən razıyam. Bəyənmədiyim konkret nəsə yoxdur, amma 3 video xəbərim var, qısa film deyək ,onun xəbər halında dərc olmasını səbirsizliklə gözləyirəm,mənə deyiblər dərc olunacaq gözlə. Mən də çox xahiş edirəm gec olmasın, mən gözləyirəm. Indiyə qədər heç kimdən şikayətim olmayıb.
Bir də mənə bir şey qaranlıq qalır həmişə ki mənim şərhlərimi kim silir. Mən heç vaxt xoşlamadığım xəbərə belə "sağ ol" yazıb keçmirəm, bəzən heç nə yazmıram, əgər xəbəri xoşlamıramsa. Qaldı ki, heç vaxt etikadan kənar şərhlər yazmamışam, buna əminəm, yəni qanundan kənar hərəkət etmirəm amma şərhlərim silinir. Görəsən niyə? Kimdir müqəssir- mənəmmi şair Moşu demişkən. Sonda deyirəm ki,Qadın.net ömrün uzun olsun, daima sevimli saytımız olaraq qal, həmişə səndən ötrü darıxaq....
Nazli.A( Kerim ve Medinem)
Məni bu Qadın.netə gətirən anam oldu. Yəni anamın yoxluğundan 5 ay sonra istədim ki, anam haqqında video düzəldim. Onun sayəsində mahnılar və gözəl sözlər axtarırdım, yazdım, axtarışda Qadın.net gəldi-“Anamın Həsrəti” adlı yazı. Daxil oldum, Milana xanımın “Anamın həsrəti” adlı yazısı imiş. Oxudum və kövrəldim, şərh yazmadan çıxdım. Sonradan yenə oxumaq istədim ürəyimə yatdı yazı və bu səfər qeydiyyatdan keçməyimi istədilər yaxşı ki, istədilər. O gündən qeydiyyatdan keçdim. Avqustun 16-sı 2012-ci il tarixində. Bu az müddət ərzində özümə gözəl bacılar, dostlar tapmışam.Və bu çətin günümdə mənə Qadın.net dayağım oldu. Ürəyimi boşalda bildim. Ailəmə çevrildi, hər gün ziyarət edirəm. Gözəl reseptlər, maraqlı məlumatlar öyrənirəm. Sağlamlığa aid xəbərlər oxuyuram. Ən çox məni kövrəldən və cəlb edən anaya aid yazılardır. Səhər açılandan radioya qulaq asıram.Təşəkkürlər Dj Musiyə, Dj Zehraya, Dj Aykaya ,hərdən istədiyim müsiqini sifariş edib qulaq da asıram.Təşəkkürlər hər birinizə, yaxşı ki sizlər varsınız. Daima mehriban olaq. Azərbaycandan,Vətənimdən uzaqda olsam da sizlərin sayəsində özümü vətənimdə hiss edirəm. Qiyabi də olsa ölkələrə səyahət edirik. Nə bilim , bir sözlə hər şey var burda.Yaradıcı heyətə təşəkkürlər.Bu saytın əmələ gəlməsində hər bir kəsə təşəkkürlər.Var olun həmişə.Yaşasın Azərbaycan və Qadın.netlilər.
LEQENDA
Bu sayta 3 ay olar ki qoşulmuşam. Yeni sayılıram. Ancaq yeni olmağıma baxmayaraq hər şeyin gedişini izləyirəm. Çox bəyənirəm bu saytı .Mənim bu saytda xoşum gəlməyən şey-istifadəçilərin yerli-yersiz şərh yazmalarıdı.Elə gözəl mövzular qoyulur, ancaq istifadəçilər bir kəlmə maraqlıdır, çox sağ olun, twk, superrrr kimi qısa cavablar yazırlar. Burda fikir bildirmək lazımdı. Heç xoşuma gəlmir bu cür cavablar. Mənim bu saytdan heç bir şikayətim yoxdu. Burda əziyyət çəkən bütün insanlar bunu biz qadınlar üçün edir. Nəyə görə şikayət etməliyik ki? Ən əsası burda çoxlu dostlar qazanmışam. Bu saytda əməyi keçən bütün insanlara çox sağ olun deyirəm. Nə yaxşı ki Azərbaycanın belə gözəl saytı var. Bunu gözəl qoruyub saxlamaq biz qadınların öhdəsinə düşür. Bura artıq bir ailədir. Mən də ailənin bir üzvü. BIZ MEHRIBAN AILƏYIK, GƏLIN DOSTLAR DEYƏK GÜLƏK.