Qadin.NET / Azad söz( 2 -ci hissə)

Azad söz( 2 -ci hissə)

Əzizl Qadın.Netlilər! love  Xəbərimin ikinci hissəsində digər istifadəçilərin qadin.net saytı haqqında fikirlərini öyrənə biləcəksiniz. Xəbərdə iştirak edənlərin hər birinə təşəkürümü bildirirəm.  Səbirli olun, adları bu xəbərdə olmayan  istifadəçilər! Növbəti hissə də olacaq. Ümid edirəm, heç kim inciməyəcək. Xəbərlə bağlı ismarıcımı oxuyub  cavab yazmayanlar, yəni xəbərimdə iştirak etmək istəməyənlər da sağ olsun. Ayri-seçkilik etməyib hamıya (köhnə istifadəçilərə də)  göndərdim, bəziləri cavab yazdı, bəziləri yox. Necə deyərlər günah məndən getdi.  Saytda nisbətən təzə istifadəçilər də sağ olsun, həvəslə iştirak etdilər. smile  Xəbərdə  adı olan və olmayan  hər bir istifadəçinin maraqlı şərhini gözləyirəm. Unutmayın, sizin rəyləriniz  mənə və bir çoxlarına çox maraqlıdır.   smile 

 

Pərvanə (Sapfir)

Qadın.net -mənim sevimli saytım, hətta deyə bilərəm ki,  mənim ikinci evimdir.Bu saytda demək olar ki,  hər şeyi çox bəyənirəm. Sayt çox səliqəli,  rəngləri göz açandır. Saytın rəhbərlərinə söz ola bilməz -savadlı, mehriban insanlardır.Rəhbərlərin yanında işləyən redaktorlarımız da ayrı-ayrılıqda savadlı,mehriban və işlərini bilən xanımlardır. Düzü axır vaxtlar vaxt azlığından saytda az oluram,amma hər gün sayta baxmasam həmin gün elə bilirəm ki ,nəsə itirmişəm.Çox vaxtlar gecələr telefonla sayta daxil olub xəbərləri oxuyuram, ancaq şərh yazmıram.Çox istərdim saytımızın əvvəlki istifadəçiləri -Sama,Beray,Narmisha,Fatimə- mənim bacılarım geri qayıtsınlar, yenə əvvəlki kimi danışaq-deyək gülək, bir-birimizlə bildiklərimizi paylaşaq.Hə, bir də çox istərdim saytımızda MP3 yükləmələr olsun.Bunu Ramil bəy nəzərə alsa çox sevinərdim. Özüm mətbəxsevər olduğumdan saytda yayımlanan bütün reseptlər mənim üçün çox maraqlıdır. MaşAllah saytımızın bütün xanımları bacarıqlıdır.Amma deyesen aralarında tənbəl xanımlar da var. smile Hələki bu qədər.Sonda onu demək istəyirəm ki, mənim Sevimli saytım Qadın.net bir dənəsən bir dənə.

 

TuTu

Burda nəyi bəyənirsiz və bəyənmirsiz- Burda çox şeyi bəyənirəm, ən əsas istifadəçilər arasındakı səmimi ünsiyyəti və maraqlı öyrədici xəbərlərdə müzakirələri. Bəyənmədiyim səhifəmin  bəzən çox ləng işləməsidir. Redaktorların işlərindən razısınız? Redaktorlar demək olar ki saytı nizamlaya bilirlər. Redaktor Milana.M(Xeyale Murad) menim xəbərlərimi redaktə edib şərhlərindən də səmimi qıza oxşatmışam , onu çox istəyirəm. Heç bir redaktordan  narazılığım yoxdur amma 1dəfə Ramil bəydən incimişdim. İndiyənəcən heç kimdən şikayət etməmişəm, çünki  bu sayt hamı üçündür , sadəcə bəziləri özünü düzgün  aparmır , zamanla özü saytdan gedir. Saytımızda forumun olmasını çox istərdim ,axı biz xanımlar söhbət etməyi çox xoşlayırıq. Gözümə xoş görünən bütün reseptlər mənim diqqətimi çəkir və saytımızdan bir çox resept götürüb istifadə etmişəm,  razı da qalmışam. Burada tanımadığım tanışlarım var- real həyatda kimliyini dəqiq bilmirəm, amma söhbətlərimizdən gözəl ürəyə sahib olduqlarını  anlayıram və yaxşı ki varsız deyirəm. Madam bacım, xəbərində mənə də yer ayırdığın üçün çox sağ ol.

 

duygu

Qadın.Net ən sevimli saytımdır.Bura gəlməyəndə çox darıxıram. Artıq 2 ilə yaxındır saytın üzvüyəm.Qadın.Netin sayəsində bilmədiyim bir çox şeyləri öyrənmişəm.Saytımızı bəyənirəm.Redaktorların heç birindən narazı deyiləm. Xəbərlərimi vaxtında dərc edirlər. Nəzərə alaq ki onlar azdır,biz userlər isə çoxuq.  Saytımızda dini mövzuda ibrətamiz hekayələrin çox olmasını istərdim. İndiyədək heç kimdən şikayət etmək fikrinə düşməmişəm.  Sadəcə xəbərlərə yazılan tsk şərhlərini görmək istəmirəm.Saytımızda respublikada baş verən hadisələr,xəbərlər bölməsinin olmasını istərdim...Saytımızdan çox məmnunam.Saytımıza və saytımızın userlərinə uzun ömürlü olmağı arzu edirəm. Xəbərində mənə də yer verdiyin üçün sənə çox təşəkkür edirəm, canım lovable_madam.

 

Pervane

Salam.Mən Pərvanə 11 aydır ki Qadın.netdəyəm.Birinci dəfə yoldaşım məni burda qeydiyyatdan keçirdi  və o andan sonra mən günbəgün bura bağlandım. İndi yoldaşım buna görə çoox peşmandır. Deyir nə səhv iş gördüm- bizləri tamam yaddan çıxarmısan... Deməli, mən bura çooox bağlanmışam və burdakı hər kəsi də çooox istəyirəm.Burdan çox şey öyrənmişəm: təzə reseptlər,maraqlı məlumatlar,dini biliklər,evdarlıq xəbərləri ,bir sözlə bura mənim ENSİKLOPEDİYAMDIR...Burda bəyənmədiyim tək şey anonimlik hüququndan istifadə edib qonaq gələnlər idi. O, eynəkli-şlyapalı kişini görəndə çox qorxurdum. İstər-istəməz həyəcanlanırdım...Sağ olsun Ramil bəy- bunu soruşdum və o da ətraflı izah etdi. Daha ondan da qorxmuram. Burda hamını,hər şeyi bəyənirəm və çox sevirəm...Baxmayaraq ki xəbərlərim iki aylarla yoxlanma gözləyir,ancaq mən redaktorlarımızım hamısından- başda Louis Vuitton  olmaqla razıyam. Sağ olsun biş-düşlə məşğul olan bütün bacılarım Saytımızda yeməklərin online  dadına baxma bölməsi də olsaydı çox yaxşı olardı. smile Bir sözlə çox sağ olun,çox razıyam,xeyli məmnunam,qadın.netdən ayrılsam ÖLƏRƏM...

 

 N İ G A R (Niko_F)

Salam.Madam,görürəm saytımızda userlərlə bağlı silsilə xəbərlər hazırlanır.Bu da partlayış yaradan xəbər olacaq, əminəm! Çünki xəbərin adından da göründüyü kimi AZAD SÖZ deyiləcək burda. Mənim sayta gələn gündən razılıqlarım da var, narazılıqlarım da. Amma desəm ki,razılığım daha çoxdur,daha səmimi olaram.Təzə ailə qurmuşam.Allah hamıya qismət etsin gəlin olmağı.Düşünürdüm ki,daha sayta gəlməyəcəm,qayğılarım, həyat tərzim,hər şey dəyişəcək həyatımda, amma əksinə oldu, bu aralar saytı daha cox ziyarət etməyə başlamışam. Dostlarım artıb. Burda həyatımın ta dərinliklərinə qədər hopdurduğum Laləm var, onunla sanki əkiz bacılarıq,çox böyük xoşbəxtlikdir bu mənimçün-onun kimi birini tapmaq! Laləmin sayəsində burda tanıdığım bir neçə şəxs var ki,onlara sahibəm deyə hər gün şükür edirəm! Onlardan biri mənəvi atam hesab etdiyim Akif müəllim mənimçün o qədər böyük yaxşılıq edib ki,özünün belə xəbəri yoxdur. Mənimçün çox dəyərli insanlardı qazandıqlarım..Bundan başqa köhnə dostlarım da var ki,onlar mənimçün əvəzolunmazdılar.Mətbəx rubrikasına dah tez-tez müraciət edir,yeni reseptlər öyrənirəm.Həyat hekayələri daha çox dərc olunmağa başlayıb ki,mən onları oxuyub faydalanıram.Gülşən xanımın yazıları bir çoxları kimi məni də hər zaman özünə çəkir.Dünyaya təzəlikcə körpə gətirən Şəbnəm bacımızın dini mövzuları isə ən sevdiyim bölmədir saytda.Məni namaza qaytaran onun yazıları və mənimlə şəxsi söhbətlərindəki təbliğatları oldu.Çox yaza bilərdim,amma oxumağa həvəsiniz yetməz! Allah adını çədiklərimdən və çəkmədiklərimdən,hamınızdan razı olsun əzizlərim...Yaxşi ki,varsınız!!!

 

Selvi

22.12.2011-ci ildə mən Qadın.netdə qeydiyyatdan keçmişəm.Əvvəl burada çətinlik çəksəmdə, indi maşALLAH  hər şeyi bilirəm.Bu sayt mənə çox doğmadır.Qadın.netimi çox sevirəm,artıq 1 yaşlı Qadın.netliyəm. Bu sayt mənə çox şeyi öyrətdi,ən əsası yeni dostlar qazandırdı. Qadın.netin yaranması dövrümüz üçün əhəmiyyətlidir. Çünki ana dilimizdə xanımlarımıza aid olan informasiya məhsulları azlıq təşkil edir. Saymağa başlasaq ana dilimizdə qadın sektorunda 5-6 ədəd sayt vardır ki,bunların da içərisində bir qədər “gəzdikdən” sonra xanımların tapa biləcəyi bütün məlumatlar əks etdirilmir, ya da elə saytlar var ki, məlumatların bir qismi Azərbaycan,bir qismi rus dilindədir. Bu saytın görünüşü,səliqəsi mənim xoşuma gəlir.Hər dəfə Qadın.net yenilənəndə  isə lap ürəyim açılır.Bu saytda bəyənmədiyim-istifadəçilərin  pul toplamaq xatirinə mənasız şərhlər yazmalarıdır. Redaktorların işindən çox razıyam.Mənə qarşı hamısı çox qayğıkeş və mehribandırlar.Ceylan xanımın mehribanlığına,Louis Vuitton-un sevgisinə ,Milana.M (Xəyalə Murad)-in  istiliyinə ,canım Buketimin ürəyinə ,Afət xanımın xoş rəftarına,təzə redaktorumuz Almaz xanımın ürəkaçıqlığına, adminstratorumuz Ramil bəyin  mənim hər sualıma dolğun,ətraflı cavabına görə hamısına bir-bir təşəkkür edirəm.Heç bir redaktordan narazıçılığım şükür ki yoxdur.Adlarını sadaladığım bütün redaktorlardan çox razıyam. Mənim heç kimlə  burada konfliktim olmayıb, mehribançılığı sevən insanam. Çalışıram ətrafımda mehriban,sadə və səmimi insanlar olsun. Qadın.netimiz çox rəngarəngdir.Hər bir xanım burada ürəyi istədiyi resept və məlumatı ala bilər.Mən qeyri-adiliyin vurğunuyam, bu saytın da qeyri-adi olması məni özünə cəlb edib.Qeyri-adi reseptlər,bir sözlə hər bir xanım Qadın.netdən özünə görə hərtərəfli yararlana bilər. Qadın.netimizdə dini  mövzuda yeni bir rubrika açılmağını  istərdim.. Qadın.netdən çoxxx məmnunam. Burada "həkim məsləhətini" çox bəyənirəm. Dr.Natayla çox gözəl münasibətimiz var, sağ olsun həmişə məni dinləyib,lazımı məsləhətlərini verir. Başda Ceylan xanım olmaqla, saytda əməyi olan hər bir kəsə uğurlar diləyirəm!!! Hamınız mənim üçün dəyərlisiz...Təşəkkürlər sizə , lovable_madam , mənim də fikrimi öz xəbərinizdə yerləşdirdiniz,davamlı olsun.

 

LoVe SToRy

Bu saytdan çoox məmnunam.Mən bu saytı bir qrup yoldaşımın sayəsində öyrənmişəm -o vaxtdan daxil olmağa başladım. Qadın.netdən  çoox şey öyrənmişəm.İlk dəfə əlimə əsə-əsə mikser alıb keks bişirməyi bu sayıtın sayəsində öyrəndim .Çoxlu dostlar qazanmışam..Bura daxil olduqda sayt məni daha da cəlb edirdi.Yavaş-yavaş başladım xəbər göndərməyə. Sağ olsun redaktorlarımız- hər birini dərc ediblər. Bütün redaktorlardan razıyam.Bir ara xəbər göndərməkdə çətinlik çəkirdim ,sağ olsun Milana M. (Xəyalə Murad) -mənə çoox kömək oldu.Ona və digər redaktorlarımıza minnətdarlığımı bildirirəm..Saytda hər şey yaxşıdı, bircə qız niki ilə girib oğlan çıxanlardan başqa, 2 dəfə belə şey başıma gəlib. Çox pis olmuşdum , şükür ki onlar daha sayta daxil olmurlar..Sayta sevgim sonsuzdur. Allah hər birimizi daha da mehriban eləsin.  Aminnn

  

Ra Gunel Mi Le Yu

Mən Günel Əsgərova qadın.netdən çox şey öyrənmişəm-bura girəndən daha çox mətbəxə həvəsim artıb.  Maraqlı xəbərlər və çoxlu dostlarım var burda . Redaktorlara söz ola bilməz , çox şirindildirlər,  kobud deyillər,  hamısından razıyam Louis Vuitton, Ro-Xe-Sa, Buket, Milana.M (Xəyalə Murad), bunlar yadımda qalıb daha çox . Çox maraqlıdır  bura,  tortlara, şirin xəmir işlərinə marağım bura gələndən daha da  artıb .Saytın  yaradıcılarına  təşəkkürümü  bildirirəm .

 

Nely

Sosial şəbəkələrdən çox istifadə edən insanlardan deyiləm, onlardan ancaq uzaqda olan qohum tanışlarla əlaqəni itirməmək üçün istifadə edirdim. Amma Qadın.Net saytını tapandan sonra hər şey dəyişdi! Bu saytın gözəl, savadlı, ağıllı, mehriban insanlarını görəndən sonra qeydiyyatdan keçmək qərarına gəldim və peşman deyiləm. Bəzi mənasız xəbər (fotoqalereya xəbərləri) və şərhlərdən başqa hər bir şeyi bəyənirəm! Redaktorların işlərindən razı-narazı olduğumu deyə bilmərəm, çünki xəbərlərin sonunda redaktə edən redaktorun adı yazılmır. Amma hər birinə ayrı ayrılıqda hörmətim var! Şikayət etmək bir az xasiyyətimə uyğun hərəkət deyil,buna baxmayaraq yalan deməyəcəm, indiyə kimi bir istifadəçidən şikayət etmək istəmişəm, amma etməmişəm. Saytımız mənə o gədər maraqlı gəlir ki, axtardığım hər şeyi həmişə burda tapmışam deyə, yeni nə görmək istədiyim haqda fikirləşməmişəm.Mətbəxt fəaliyyətimə də Sada xanımın və Qadın.net saytının köməkliyi ilə başlamışam!  Bir sözlə saytımızı çox bəyənirəm,məmnunam! Qadın.Netimizə daim bizimlə olmağını arzu edirəm!!!

 

orucova gunay

Əminliklə deyə bilərəm ki , bu saytdan çooox razıyam.Eləcə də redaktorlardan- hamısı çooox mehriban və ədalətli insanlardır,heç bir redaktordan  şikayətim yoxdu, eləcə də istifadəçilərdən. Demək olar ki bütün reseptlər mənim üçün eynidir. Yəni təkcə onu deyə bilərəm ki, mənim üçün çooox maraqıdır  qadın.net. Məncə saytda istifadə edə biləcəyimiz ,hər mövzuda məlumat ala biləcəyimiz xəbərlər var,  burda daha əlavə rubrikalara ehtiyac yoxdur ,hər şey öz yerindədir. Bu qədər . Sizə də çoooox təşəkkürlər.

 

Aygun

Mən Qadın.net-dən , onun istifadəçilərindən və redaktorlarından çox razıyam.  Sentyabr ayından burdayam, amma bir dəfədə olsun burda hörmətsizlik görmədim. Heç kimdən  də narazı deyiləm. Qadın.net-ə gələndə  adamın lap könlü açılır , özümə burda çoxlu dostlar tapdım . Hər istədiyim və  axtardığım məlumatların  hamısını burda tapmışam, ümumiyyətlə çox, lap çooox razıyam Qadın.net-dən.

 

Ruhəngiz

Mən saytda olan bütün bölmələri bəyənirəm.Hər bir mövzu burada öz əksini tapmışdir.Bütün qadın.net heyətindən, o cümlədən baş redaktor, ekspert, redaktorlar və istifadəçilərin hamısından razıyam. İstifadəçilərdə  hərdən fikir ayrılığı olur,gərək bir-birimizin fikirlərinə hörmətlə yanaşaq, qəlb sındırmayaq. Ədəbi guşə bölməsində mənalı şeirlər, maraqlı hekayələr diqqətimi çəkir. Videolarım bölməsini də bəyənirəm. Məncə bu saytı bəyənməmək olmaz.Çünki burada yeni,faydalı mövzular olur,dost,həmsöhbət qazanırsan,nəyi isə öyrənirsən,məsləhət verirsən. Ümumilikdə,hamıdan və hər şeydən razıyam.Sonda bütün qadınlarımıza can sağlığı,qadın xoşbəxtliyi arzu edirəm.Çox sağ ol, canım bacım.

 

KMARO

Canım umumiyyətlə, qadın.netin bütün redaktorlarından razıyam. Hamısı mehriban, sadə, səmimi xanımlardır.Hamısı işlərini yaxşı bacarır..Sadəcə mənim urəyimə yaxın olan, nədənsə Buket xanım, sonra da Xəyalə xanımdır. Afət xanımdansa nədənsə bir az çəkinirəm,  ən çox qadın.netin mətbəx bölümünü sevirəm. Çünki çox dəqiqliklə,hər şeyi aydın şəkildə nümayiş etdirirlər,buna görə də Ceylan xanıma öz təşəkkürümü bildirirəm.Onun bu işdə çox əziyyəti olduğunu yaxşı bilirəm. Həyat tərzi bölməsində ədəbi guşəni bəynirəm, şair və şairələrimizin yazdığı  hekayələr çox maraqlıdır, sevə-sevə oxuyuram.Qadın.netdə,ümumiyyətlə bütün bölmələri çox sevirəm..Çünki qadın.netdən bilmədiklərimi öyrənirəm.Biri birindən maraqlı,rəngarəng mövzuları ilə bizləri sevindirir.Qadın.net həyatımın bir parçası olub,hər gün komputeri açanda ilk girdiyim sayt qadın.netdir! Nədənsə bir Gülşən_q  xanımla və İceberg-lə münasibətim olmadığına görə onları aqressiv və yetərincə səmimi saymıram. Inciməsinlər, sadəcə ürəyimə gələnləri dedim. Bəlkə də münasibətim olsa tamam fərqli düsünərdim. Ümumiyyətlə Ro-Xe-Sa, Louis Vuitton, Fatma xanımı da çox istəyirəm. Qadın.net mənə çox şeyi öyrətdi.Yemək bişirməyi,dəb tendensiyalarını, xarici dil biliyimi artırmağı, vətənpərvərliyi, rəsm çəkməyi...və ümumiyyətlə, mənə nə lazımdır bu saytda tapdım.Qadın.net mənim google səhifəmdir.

 

SARA91

Qızlarım yerində olan sizləri çox sevirəm və bəyənməmək hissi yoxdur məndə sizlərə qarşı. Sayt üçün heç nə  edə  bilmədiyim halda , sizləri bəyənməmək olarmı heç ? Hətta  kimlərin redaktor olduğunu da bilmirəm. QADIN. NET-lə özümü çox yaxşı hiss edirəm. Saytımızın hər zaman başqa saytlardan fərqli və öndə olmasını arzu edirəm.

 

GULER

Sayt superdir söz ola bilməz .Bəyəndiyim saytın dizaynı və  xəbərləri, bəyənmədiyim  isə saytda təzə pul vahididir. Redaktorların işindən, bəli,  razıyam. Narazı olduqlarım hələ ki yoxdur . Yox, şikayət etməmişəm,  yəqin ki bundan sonra da olmaz. Saytda təzə yeniliklər, ideyalar və maraqlı oyunların olmasını istərdim. Ümumilikdə  qadın.netdən təbii ki razıyam, çətinlik çəkdiyim resept  və bütün bölmələrde olan lazımlı xəbərlərdən məmnunam....

 

Endless Love-Gulare

Qadın.net mənə nələri öyrətdi? Ümumiyyətlə qadınları maarifləndirmək üçün hazırlanmış ən gözəl saytdır. Burada hər sahə üzrə məlumat almaq olur. Bunu bəyənirəm, bəyənmədiyim isə balansın 0.1, 0.2 şəklində artmasındadır. Yəni bildiyimiz rəqəmlər kimi 1, 2 və s.  kimi olsaydı daha yaxşı olardı. Saytda bəzi bəylərə  “gəlib məni narahat etmə” demişəm , yenə narahat ediblər , onları da qovublar. Biri də var hələ burda, o da mövzulara şərh yazıb qadınları öz məqsədinə cəlb etmək istəyir. Allah qorusun belələrindən. Redaktorların işlərindən razıyammı? Hamısından yox. Burda cəmi iki redaktordan razıyam. Biri mən bura gələndən hər cəhdlə əziyyətimi çəkən Buket, digəri isə Milana M(Xəyalə Murad)-dır. Qalan redaktorlar da mənim çox xəbərimi redaktə etsələr də, bəyənməmişəm bəzilərini, ya da dərc olunduqdan sonra yazımda səhvlər olduğunu görmüşəm, amma redaktorlar düzəltməyib bunu. Hərf səhvini nəzərdə tuturam. Ümumiyyətlə, redaktor seçimi bəzən düzgün edilmir burda. Bir redaktor var- hələ o hazır yazdığı xəbərdən nə qədər səhv çıxırdısa, yenidən redaktə edirdilər. Mən bura təzə gələndə bəzi qızlar mənə dedilər redaktor kimi yaxın adamlar seçilir- inanmadım, amma nəsə bəzi səbəblərə görə bu günlərdə buna daha çox inanıram. Yoxsa... Qadın.netin bir pis cəhəti var. Mobil telefonla çətin işləməsi və çox kontur aparmasıdır. Başqa saytların 3-4-nü açanda heç bu qədər kontur sərf etmirsən. Amma qadın.net həm telefonda gec açılır, həm də xərci çox olur. Əlavə olaraq bəzən komputerlə sayta daxil olanda yüklənmələr ,ya  da sayta girə bilməmək kimi hallar olur istifadəçi çoxluğuna görə. Məncə buna görə saytın virtual tutumunu çoxaltmaq lazımdır. Bütün bu cəhətlər müsbətə doğru dəyişsəydi daha yaxşı olardı. Ümumi götürdükdə razıyam qadın.netdən. Amma qeyd etdiyim kimi çatışmayan cəhətləri də var. Saytda nə yenilik olmasını istərdim- burda keçilən, fəal olan virtual dərslər üzrə söhbət bölməsi açılsın və orda bu dili bilən nəzarətçi olmaq şərti ilə hər gün bir mövzu qoyulsun və o dili öyrənənlər bunu müzakirə etsinlər. Ceylan xanıma demişdim bunu, söz verdi ki olacaq ,səbr elə. Amma az qalsın üstündən 5-6 ay keçməsinə baxmayaraq hələ də xəbər yoxdur.

 

8 dekabr 2012
GO BACK