Qadin.NET / Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)

Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)

Hörmətli istifadəçilərimiz və saytımızın daimi ziyarətçiləri!

Bildiyimiz kimi , saytımızda “Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi” 24 oktyabr 2011 – ci ildə

start götürmüşdür.

Layihənin məqsədini də yəqin ki,xatırlayırsınız. Saytda uzun müddət fəaliyyət göstərən istifadəçilərimiz,həm də bu fəaliyyətlərinin içərisində özlərini kəşf edəcəklər.

Fikrimcə,bu Qadin.Net saytının istifadəçilərinə təqdim etdiyi ən gözəl töhfələrdən biridir. 

Çünki,həyatdır,bəzən istəsən də belə,hər şey sənin planladığın şəkildə qurulmaya bilir.Bu baxımdan bir çox istifadəçilrəmiz var ki,müxtəlif səbəblərdən onların yaradıcılıq,bacarıq və qabiliyyətləri daxillərində qalıb,geniş kütləyə təqdim olunmayıb. 

Qadin.Net saytı belə bir şans yaradır ki,bu cür istifadəçilərimiz, virtual da olsa yaxından tanınsın,onların fərqli qabiliyyətlərinə,zəhmətlərinə birlikdə qiymət verilsin və bəyənilən,dəyərləndirilsin, bacarıqlı istifadəçilərimiz daha da populyar olsunlar.

Bu günə qədər  artıq 4 sayt istifadəçisinin elektron kitabı hazırlanaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur.

Onları görə bilmək üçün aşağıdakı linklərə keçid edin :

 Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi(1) 

 Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi(2) 

 Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi(3) 

 Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi(4) 


Qeyd: artıq elektron kitablarımızdan birini kitab fondlarından biri bizlərdən istəmişdir.


Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi(5)-nin beşinci iştirakçısı . Oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir”  deyən istifadəçimiz  Milana.M (XƏYALƏ MURAD) xanımdır.

Xəyalə xanım özü ürək  sözlərini kitabın ön sözündə  ifadə edib :

Əziz oxucular! Bu mənim ilk kitabımdır.  Yazmağa 2007-ci ildən başlamışam. Kitabda real həyatda müşahidə etdiyim talelərdən, gördüyüm  hadisələrdən bəhs etmişəm. İlk qələmə aldığım əsər “Görünməyən həqiqət” dedektiv povestidir. Bu əsər eyni zamanda dedektiv janrında yazdığım ilk əsərdir. Əsəri 2007-2010-cu illərdə yazmışam. Həmin illərdə eyni zamanda “Açılmayan düyünlər” , “Sevgi zərbəsi”, “Zamanın öz məlhəmi” əsərlərini yazdım. Ən son yazdığm isə “Xoşbəxtlik həsrəti” romanıdır. Bütün əsərlərimdə hadisələrin axarında sevgi macəraları ilə yanaşı, qətl hadisələrinə, uğursuz sevgi acılarına da yer ayırmışam. Sizə təqdim etdiyim bu kitaba bu əsərlərin hamsı daxildir. Kitabda tanış olacağınız bütün obrazlar (“Xoşbəxtlik həsrəti”ndəki Tərlandan başqa) real həyatda yaşayırlar, yəni xəyalımın məhsulu deyil. Obrazların adı şərti  olaraq dəyişdirilib. Buradakı hadisələr Azərbaycanın ucqar kənd və rayonlarında cərəyan edir. “Zamanın öz məlhəmi” povestində isə hadisələr Türkiyənin ücqar kəndlərindən birində baş verir.

Hər bir əsərin məzmunu və ümumilikdə aşıladığı fikirlərin cövhərində mənim könül çrpıntılarım, həyat-ölüm, sevgi-nifrət, insanlıq-rəzalət, xoşbəxtlik-bədbəxtlik haqqında düşüncələrim əks olunub. Hansılar ki, biz həmişə bu əksliklərin arasındayıq, onların mübarizəsində üstün çıxanın gətirdiyi, bəxş etdiyi həyatı yaşayırıq.

Bu sayta gəldiyim ilk andan yazılarımı Gülşən xanımla müzakirə etdim, fikir mübadiləsi apardıq, məsləhətlər aldım və onun məsləhəti ilə yazmaqda davam etdim, bu yazılarım ərsəyə gəldi. İndiyə kimi bu yazdıqlarımı ancaq ailəmizdə, qohumlarımızda oxuyurdularsa, artıq Qadın.net saytı öz səhifələrində paylaşıb, hissə-hissə dərc olunub. İndi isə onlar sayt layihəsinə əsasən vahid kitab halında sizlərə təqdim olunur. Bilirəm ki, mənim əsərlərimi sevərək izləyən yüzlərlə oxucum var. Bunu mənə gələn məktublar sübut edir. Oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir. Bu hədiyyə üçün Selcan (Ceylan Mumoğlu) xanıma öz dərin minnətdarlığımı bildirirəm. Əziz oxucular, ümid edirəm ki, əsərin əsas maziyyətlərini siz qiymətləndirəcəksiniz. Hər bir irad və təkliflərinizi ehtiramla qəbul edəcəyəm. Bu təklif və iradlar mənim gələcək yaradıcılıq yoluma işıq tutacaqdır.

Hörmətlə: Xəyalə Murad

Kitabın hazırlanma mərhələsi şəkilləri: 

 

Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)

 

Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)

 

Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)

 

Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)

Bax belə... 

Bu da beşinci iştirakçımız və onun elektron kitabı.Qeyd edim ki,bu sadəcə kitabın təqdimatı idi.Gələcək günlərdə kitabın özü də ixtiyarınıza veriləcək... 

Növbəti iştirakçımızı gözləyin... 

P.S. Fürsətdən istifadə edib Xəyalə xanımı həm də, ad günü münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq :)

26 noyabr 2012
GO BACK