Qadin.NET / Qadın.Net-lilərin ilk şərhləri (1-ci hissə)

Qadın.Net-lilərin ilk şərhləri (1-ci hissə)

 

Qadın.Net-lilərin ilk şərhləri (1-ci hissə)

 

Əziz Qadın.net-lilər.
Bildiyiniz kimi burda qeydiyyatda olanlar bir çox şərhlər yazirlar. Və hər şeyin olduğu kimi bu şerhlerində ilki var. İndi isə mən sizə ilk şərhləri təqdim edirəm.

Ramil bəy (ADMİNİSTRATOR) 

Selcan Xatun

Lale,

Dəyərli xanımlar!
Kiçik bir anlaşılmazlığı böyuk bir problemə çevirməyin nə anlamı var ? smile Lale xanım, Selcan xanım Qadın.Net - layihəsinin əvəzsiz simalarından biridir. Layihənin maraqlı, ekskluziv olması, daima gündəmdə qalacaq məlumatlarla yerləşdirilməsi və bu kimi çox nüanslar saymaq olar ki, bütün bunları Selcan Xanıma borcluyuq.
Təbii ki, Siz istifadəçilərin də hər birinizin ayrı-ayrılıqda böyük rolunuz var. Bu layihənin yaradılması da, bu günü də, gələcəyi də hamısı Sizlər üçündür... 
Lale xanım, Sizin adınızı xüsusilə qeyd edib nesə demirəm çünki, Selcan xanim layihənin redaktorudur və inanıram ki, o, hər bir istifadəçini ayrı- ayrılıqda ən azı saytdaki fəaliyyətinə görə fərqləndirə bilir.
Hər bir istifadəçinin də fikirləri bizim üçün çox dəyərlidir və hər kəsin də fikirlərinə dərin hormətlə yanaşırıq. smile
Xüsusilə səhifədə aktiv olan hər bir kəsə də ayrılıqda dərin təşəkkürlərimizi bildiririk...
Kiçik nüanslara görə kimsə kimsənin xətrinə dəyəsi fikirlər səsləndirməsin. Hər şeyi sakit halda danışaraq, müzakirə edərək həll edə bildiyimiz halda niyə bunu etməyək smile

(xəbər: Mayonezde bişmiş balıq və kartof (foto resept). tarix: 23.02.2010)

***


Ənvər bəy (ADMİNİSTRATOR)

 Bu gozel arashdirmalara gore teshekkurller!!!
(xəbər: "Uzunömürıülər muzeyi". tarix: 29.08.2010) 

***

Ceylan Mumoğlu (BAŞ REDAKTOR)
Salam.
Reseptlərimiz işinizə yaradığı üçün sevindik.
QUŞ YUVASI salatını sizin ücün araşdıraram və yaxın zamanda sayta yerləşdirərəm. smile
 (xəbər: "Svetofor" məzəsi tarix: 20.01.2010)
***
 

Buket (REDAKTOR) 
xəbərə görə tskr. mən ümumiyyətlə həftədə 1 dəfə saçıma yağ maskası edirəm. hələ ki, saçlarımdan şikayətim yoxdur winked
(xəbər: "Saclara qulluq". tarix: 01.10.2010)

***
Milana.M(REDAKTOR)
Salam Gülşən xanım! Mən ilk dəfədir ki, bu sayta gəlmişəm. oxudugum ilk məqalə sizinki oldu. Yeni il mənim uşaqlıqdan çox sevdiyim bayram olub. Ona görə ki, onun sehirli olduğuna butun qəlbimlə inanmışam. Böyüdükcə həyatımda çox şey dəyişib. Lakin hiss edirəm ki, hələ də o möcüzələrə inanıram. Oğlumun da bu bayrama qarşı fərqli yanaşdığını hiss edirəm. O ki qaldı "Yeni ilə yenilik getirmə"yə məncə aramızda elə insan olmaz ki, bu bayramda kiməsə yardım etməsin. Ən azından edib gizli saxlamaq daha yaxşıdı. Allahdan başqa buna şahidə gərək yoxdur. Hədiyyə almaqdan çox vermək daha gözəldir. İnsan öz özünün gözlərindəki işıltını görə bilməz. Amma kiməsə hədiyyə verəndə onun baxışları min hədiyyəyə dəyər. Sözlə izzah olunmaz dərəcədə....Yeni yazılarınızı oxumaq ümidi ilə növbəti ildə görüşərik. BAYRAMINIZ MÜBARƏK OLSUN ALLAH BƏNDƏLƏRİ!!!
(xəbər: "Yeni il-ə" yeni adət gətirəkmi? tarix: 30.12.2011)

Afət(REDAKTOR)
Məsləhətə görə sağ olun. Mənim kökəlməyə ehtiyacım yoxdur, amma bacıma bu məsləhətlər çox lazımdır.
(xəbər: "Kökəlmək üçün sınanmış vastələr". tarix: 01.04.2011)

***
Louis Vuitton (REDAKTOR)

  Vicdanlı olub,vicdanla yaşayanda insan mənən çox rahat olur.

 (xəbər: "Allaha bağlanmaq". tarix: 24.02.21012)

***
   ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ (REDAKTOR)
Çox xoşuma gəldi bu salat ,indi əsil vaxtidi. Həqiqətən də incə salatdı. Çox sagolun Selcan xanım,heç yorulmayasız
(xəbər: "İncəlik salatı". tarix:21.06.2011)
***
Fatma xanım (EKSPERT)
 
 
gözəldilər sənin zövqünə həsəd aparıram

 (xəbər: "PSD formatında zərif qadın paltarları". tarix: 23.05.2010)
***
GÜLŞƏN_Q (YAZAR) 
Boşanma ürəkağrıdan prosedura olsa da,bunu heç kimə arzulamasaq belə bəzən bu,ən yaxşı çıxış yoludu.Məsələn,hazırda Azərbaycan xanımlarının ərləri tərəfindən sözün əsl mənasında atilia Rusiya və d.xarici ölkələrə etməsi və illərlə onlardan səs-soraq çıxmaması-əsas problemlərimizdən biridir.Xanımlarımız da bu zaman ya çarəsiz qalıb gözləməli olur və ya uşaqlarını dolandırmaqçün başqa 'yola'düşürlər/bəziləri/Hər 2 halda xanımlarımız öz gəncliyini qurban verir.Bax,bu zaman məncə ən yaxşı çıxış yolu boşanmadı..günaha girməmək,yeni həyata başlamaqcün çıxış yolu.
(xəbər: "Boşanma"(davamı...) tarix: 01.07.2010)
***
Iceberg (YAZAR)
Təşəkkür edirəm.çalışacam yararlanım.çox gözəl düşünmüsüz
  (xəbər: "İngilis Dili Dərslər Başəadı-1 Dərs-Əlifba" tarix: 11.10.2010)
***
İlqar Kamil (YAZAR)
salamlar.
ilk növbədə mən sayt rəhbərliyinə tşk edirəm ki, mənim yazılarm üçün bu gözəl saytınızda yer ayırmısınız.oxuculara isə bunu deyərdim:
ümüd edirəm ki, öz yazılarımla sizin həyatınızda hansısa iz qoya biləcəyəm.

çünki, yazılar təkcə oxunmaq üçün deyil, həm də nəticə çıxarmaq üçündür.
(xəbər: Çünki aşiq deyilsən.tarix: 13.02.21011)
*** 
İlham (YAZAR)
Əziz həmvətənlər,illər keşdikçə bu ağrılar ürəyimizdə daha da dərinləşir.Qan yaddaşımızdır bu gün-20 Yanvar.Tariximizim, milli taleyimizin ən acı anlarından biri...Qismətimiz belə imiş.Biz ona dözə bildik.Sınmadıq.Qoy bir daha Tanrı bizi belə imtahanlara çəkməsin.
Uzaq Belarusiyadan bütün həmvətənlərimiz adından çatdırıram ki,ürəyimiz sizinlədir.Bütün Şəhidlərimizə Allah rəhmət eləsin .Yatdıqları torpaq nurla dolsun.Xalqımızın başı sağ olsun.Heç kəs unudulmayacaq.

Şəhidlər 
Dünən asta-asta dolandığınız
İzlər yad eyləyir sizi,Şəhidlər.
Yolunda can qoyub,qoruduğunuz
Düzlər yad eyləyir sizi,Şəhidlər. 


Kür axır sükutla,Araz da dolğun
Kəpəzin,Şahdağın çöhrəsi solğun
Xəzrisi kəsilib,dağğalar durğun.
Xəzər yad eyləyir sızı,Şəhidlər.

Sukuta qərq olub Oğuz,Lənkəran,
Qəbələ,Qarabağ,Tovuz,Naxçıvan,
Bakıdan Gəncəyə yol üstdə Aran.
Ellər yad eyləyir sizi,Şəhidlər...
(xəbər:  "20 Yanvar - Ümumxalq hüzn günü". tarix: 19.01.2011)
***
DJ_musi (MEDİA)
təşəkkürlər.əla mənim oğlum da elədir.nə qədər konfet versən yeyəcək.Allah bütün körpələri saxlasın.aminn
(xəbər: "Uşağınızın istədiyi olmadıqda çox hirslənirsə..."tarix: 27.06.2010)
***
DJ_elena(İSTİFADƏCİ) 
çox gözəldir.bütün subaylarımıza qismət olsun.amin
bütün subaylara qismət olsun. 
(xəbər: "Nişan üzükləri".tarix: 14.05.2012)
***
 DJ ๑۩۞۩๑ ALENAM (İSTİFADƏCİ)
Mən uşaq istəyirəm. Həkimə də gedəcəm. Insallah olacaq tezliklə. 
(xəbər: "Hamiləliyin planlaşdırılması".tarix: 05.03.2012)

Ümidvaram ki, bəyəndiniz.
Çox xahiş edirəm burda adı olmayanlar inciməsinlər çünki hələ ardı da var  request

12 noyabr 2012
GO BACK