Qadin.NET / Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Hər kəsin keçmişi, hər kəsin xatirələri var.Bu dəfə də bizə qadin.netli xanimlarımiz uşaqliq illərindən ən yadda qalan hadisələrini danişacaqlar.Buyurun xəbərin ardına.

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Dj Ayka. Uşaq vaxtı mən şıltaq və çılğın bir qız olmuşam. İndi də eləyəm elə. Valideynlərimin bir dənə ərköyin qızları olmuşam. Uşaqlıq illərimdən yadda qalan hadisələrim çoxdu. Mən böyük qız idim hələ də oğlanlarla oynayırdım. Uşaq ikən vaxtım küçədə uşaqlarla oynmaqla keçirdi. Anam eve çağırırdı gəl iş gör, mənsə evləri necə gəldi silirdim. Birini o yandan vururdum, birini bu yandan. Uşaqlıq illərimin ən yadda qalan hadisəsi məktəb vaxtı olub.Təxminən 12 yaşım var idi. Tənəffüs idi. İdman dərsimiz idi. Müəllim demişdi ki,gec gələnləri qoymayacam. Mən də gecikmişdim. Qaçaraq gəldim, koridorda oğlanla çarpşdım. Yıxıldım yerə, qaşım çapıldı smile
 Yadda qalan hadisələrimin biri budu.

BEST OF ALL...Deməli belə..... ikinci sinifdə oxuyurdum, bir gün həmişəki günlər kimi dərsə gedirdim.....qarşıdan  yaşlı bir nurani qoca gəlirdi əlində də hər rəngdə qızılgüldən bir dəstə. Bir əlində də gülkəsən qayçı vardı. Hiss olunurdu ki, güllər öz bağındandır. Qocanın əlində güləri görən kimi fikirləşdim ki, kaş bu gülləri mənə verərdi. Amma çox utancaq biri idim və adım kimi əmniəm ki, qocadan gülləri mən istəmədim....Nə isə... Kişi yaxınlaşıb gülləri mənə uzatdı və sakit - sakit gülümsədi. Heç bir söz demədən gülləri mənə uzatması çox qəribə idi. Sanki kimsə özəlliklə o gülləri mənə vermək üçün göndərmişdi o qocanı. Mən donub qalmışdım. Heç nə deyə bilmirdim...Axı qoca ürəyimi necə oxumuşdu? Məktəb yolunda o qədər uşaq ola - ola niyə gülləri məhz mənə verdi? Axı mən ona hec nə deməmişdim? Bu hadisə hələ də mənə qaranlıq qalıb. Bir də qocanın üzündə o qədər nur vardı ki, elə bil işıq saçırdı... İndi nə qədər çalışsam da onun simasını xatırlaya bilmirəm....Bəlkə bu möcüzə idi... smile 

Dj Alenam. Təxmini 6 yaşım olardı. Ağ, toppuş qız idim. Deyilənə görə çox gözəl və çox şirin idim balacalıqda. Həmişə qapımızın qabağında uşaqlarla oynayırdım. Bir gün Şəkiyə film çəkməyə gəlmişdilər. Rejissor məni qapının ağzında görüb xoşuna gəlmişəm. Atamgilin yanına gəlib deyib ki, bu qızı mən bir günlük filmə çəksəm olar?--Atam da deyib olar. Məni gəlib Karvansaraya apardılar. Əynimə oynayacağım rola məxsus paltarlar geyindirdilər, əlimə də bir kukla verdilər, otuzdurdular məni sementin üstündə. Arxaya çevrilib gördüm ki, qoca bir qarı oturub. Guya o da mənim nənəmdi, yun əyirirdi. Yanında da keçmişin sandığı var idi... İndi hamınız deyirsiniz ki, nə filmi idi o?... Eləmi?... "Leyli və Məcnun" operası idi. Mən Leylinin balacalığını canlandırırdım. Opera sona çatmamış mən kuklanı söküb-dağıtdım. Mən oğlan kimi idim o vaxtlar, ancaq maşınlarla oynayırdım və qadınlarla işim yox idi. Balacalıqda Karvansarayın müdiri və onun qardaşını çox istəyirdim həmişə məni aparıb dükana qucağımı konfetlə, şokoladla, kinderlə doldurardular. İndi çox utanıram, çünki müdir və onun qardaşı mənim həyat yoldaşımın qohumlarıdı hal-hazırda. Onların üzünə baxa bilmirəm. Amma uşaq olmuşam daaaa neynəməliyəm ki ? smile 

Nə isə opera sona çatdı, amma bizimkilərin yadına düşməyib ki, bir kaset də bunlar alıb yadigar saxlasınlar. Artıq böyüdüm çox axtardım o operanı, amma tapmadım. Bir gün nənəm  məni çağırdı ki, gəl sən çəkilən operanı tv-də yayımlayırlar. Getdim baxdım... Ay Allah, nə gözəl idim balacalıqda... Həmin gün mənim ən yadda qalan günüm olub. Ömrümün sonuna qədər də unutmaram. Kaset olsaydı əla olardı, gələcəkdə uşaqlarım mənimlə fəxr edərdilər hər halda. Balaca olasan belə məharətli olasan...
P.S. Sizdən xahiş edirəm əgər o opera nə vaxtsa qarşınıza çıxsa mənə yərini deyin, unutmayın: Şəkidə çəkilib, Karvansaray otelində. Adı "Leyli və Məcnun" operası idi. 

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

  Louis Vuitton. 8 yaşım vardı, mart ayının 7-si idi.  Anamla birgə rayon mərkəzində yerləşən univermağa getmişdik. O zamanlar ayda bir dəfə univermağa xarici mallar gəlirdi. Anam məndən böyük bacılarım üçün cehizlik seçirdi. Mən anamdan aralanıb vitrinlərin birinə yaxınlaşdım. Gözümə ilk dəyən muncuq çox xoşuma gəldi. Anamın yanına qaçıb, əlindən tutub onu vitrinə tərəf çəkdim: - Mama, bunu mənə alarsan? - deyə muncuğu göstərdim. Anam : - Yox, qızım, indi vaxtı deyil, daha vacib alınası şeylərim var - dedi. Mən küsgün halda anam alverini qurtaranacan vitrindəki muncuğa baxdım. Sonra birlikdə evə gəldik. Bir azdan atam işdən qayıtdı və otağa keçib əlindəki bükülünü stola qoydu : - Bu Sevincindi heç kim toxunmasın - dedi. Maraq məni bürüdü tez otağa keçib bükülünü açdım. Nə olsa yaxşıdı? Anamdan mənə almasını  xahiş etdiyim muncuq, yanında da ona uyğun sırğalar. Çaşqın baxışımla atama baxdım : - Ata, bunları niyə almısan? Atam : - Qızım, sabah 8 martdır. Sənə hədiyyə olsun deyə aldım. (Baxmayaraq ki, ailəmiz böyük idi, amma atam heç vaxt məni bayram və doğum günümdə hədiyyəsiz qoymazdı). Mən əlimdəki muncuğu anama göstərəndə anamın gözlərində həm sevinc, həm də peşmanlıq gördüm. Lakin o gündən etibarən daha mən ən çox atamı istəyirəm deyəndə incimədi, amma əvvəllər inciyərdi...

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Rozalina. Mənim 2-3 yaşım olardı, dayım qızı məndən balaca idi. 1 yaşı olardı. Bu da kərə yağını dəhşət yeyən idi. Yağa da "katu" deyirdi. Elə bəh-bəhlə yeyirdi ki , yağı smile Bir gün bu otaqda tək idi, çarpayısında oynayırdı özü üçün.
Getdim qəşəngcə yanına. Mən də elə bilirdim uşaq kremi yağdı. Əmziyi batırdım uşaq kreminə, qoydum bunun ağzına bir necə dəfə. Bu vaxt nənəm gəldi. Dedi ki, ay bala, neyniyirsən?- Dedim katu verirəm Fatmaya. Nənəm dəli oldu. Uşaqda əlbəttə  xəstəxanalıq oldu smile

Milana.M (XƏYALƏ MURAD).Uşaqlıq xatirələrim o qədərdir ki, hansı birindən başlayacağımı bilmirəm. Bir tək onu bilirəm ki, uşaqlıq illərinə geri qayıtmaq istəməyən tək insan mənəm. Hər zaman arzu edirdim ki, mənim itim ya pişiyim olsun. Anamın iti vardı-Pasan. Uşaqlığını onunla keçirmişdi. Onunla bağlı xatirələri çox olduğundan mən də heyvan sahibi olmaq itəyirdim. Lakin anam qəti etiraz edirdi. İt saxlamaq nədi, heç pişik belə olmazdı. Lakin bir gün işdən evə gələn anam çantasından kiçik hələ gözü yeni açılmağa başlayan pişik balsı gətirdi. Anam işdə olanda bu pişik balası necə olubsa anamın ayaqqabılarının içinə girib yatıb. Anam da evə hazırlaşanda pişiyi görüb. O qədər şirin və sevimli idi ki, o andan onu qucağına alıb gətirib evə. Bir sözlə düz 7 il onunla dostluq etdim. Hara getsəm mənimlə idi. Rayona belə gedəndə özümlə aparardım. Çox sevərdi bizi. Dərsdən gec gələndə təklikdən evi dağıdırdı. Elə ki, hamı divanda otururdu o da diqqəti özünə çəkmək üçün oyunlar düşnürdü. Hətta tv-də baxırdı. Çox sevirdi tv-ni. Bir gün kəndə qonaq getmişdi. Xalamqızı pişikləri heç sevmədiyindən mənim Markizimi mən evdə olmayanda qovmuşdu. 3 gün gecə gündüz onu axtardım. Tamamilə ümidimi itirdiyim bir gecə onu yenidən tapdım. Təssüf ki, sonra onu əbədi itirdim. Amma it arzum heç də ürəyimdə qalmadı. 19 yaşımda iş yerimin gözətçisinin iti vardı. Elə ki, marşrutdan düşürdüm, o boyda yolu qaça -qaça məni qarşılamağa gəlirdi. Bir sığalım bəs edirdi ki, iki ayağı üstə dayanırdı. Təsəvvür edirsiz o "Burbul" cinsindən idi. O adi halda yanımda dayananda belimdən idi. təsəvvür edin iki ayaq üstə dayananda nə qədər hündür olurdu. Bir də adəti vardı işdən evə gedəndə məni mütləq marşruta kimi ötürürdü. Nahar vaxtımı onunla oynamağa sərf edirdim. Adını "Rokki" qoymuşdum. Xatirələrimdə çox şey var, lakin sizlərlə sevimli dostlarımla bağlı olan xatirələri bölüşmək istədim. 

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Mehriban. Qayıdaq uşaqlıq illrinə mən uşaqlıqda ən çox oğlanlarla dostluq edirdim. Bir dəfə Novruz bayramı idi. O, vaxtlar hamı təzə paltar təzə ayaqqabı geyinirdi. Mən də geyinib təzə paltarımı həyətə düşdüm. 5 yaşım olardı. Hami sevinir, bayram əhval-ruhiyəsində idi. Kimi tonqal qalayır, kimi göyə şamal atırdı. Dəyəcəksiz şamal nədir?- Əskini yumurulayıb top şəkilində nöyütə bulayıb yandırıb göyə atırdılar. Bax onun birin atdılar gəldi düşdü mənim başıma. Yaxşi ki, anam yaxınımda idi. Tez özünü çatdırdı bir az saçım ütülmüş, paltarım yanmışdı. Hələ də yadımdan çıxmır o hadisə. Bir dəfə də qardaşımla qonşunun qazlarının balalarını suda üzəndə daşla vurub öldürmüşdük. Sonradan peşman oldum, onda yaşım az idi.

Dr Agayeva. Bu hadisə mənim  7-8 yaşım olanda, yəni düz 20 il bundan əvvəl olub ,ancaq bu günki kimi xatırlayıram...Həm təbəssümlə, həm utanaraq...Anam toyuq bişirmişdi. Mən yemək bişəndə qazandan toyuğun budunun birini yedim və nədənsə sümüyünü də aparıb gizlətdim. Anam yemək çəkəndə birdən budun bir olduğunu görüb elə söz gəlişi soruşdu ki, qızlar hansınız yemisiz...Bacılarım sakit şəkildə inkar etdilər, ancaq mən başladım "Allah haqqı mən yeməmişəm. Atamın canı mən yeməmişəm. Daha durmadan and içirəm.. smile .Əslində məndən heç bunun hesabın soruşan yoxdu da. Anam artıq başa düşübmüş mənim yediyimi.  Ancaq onu narahat edən mənim yalandan bu qədər and içməyim olub. Birdən anam mənə: -  "Ay qızım yemisən canın sag olsun. Heç olmasa sümüyünü itimizə atardın" - dedi. Mən şübhələri üstümdən atmaq üçün : - Hə, mama, atdım itə dedim. Halbu ki, itə atmamışdım, başqa yerə atmışdım. Birdən gülüşmə qopdu, çox pərt olmuşdum. O hadisədən sonra bu günümə kimi heç vaxt yalan danışmamışam. Elə bilmişəm ki, yalan danışsam kimsə məni o an pərt edəcək...

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Valida İsayeva. Ən 1 - ci hadisə o yadıma gəlir ki, təxmini 4-5 yaşım olardı. Velisopedimə minib tək şəhərin mərkəzinə kimi sürüb getmişdim. Qonşumuzun oglu məni tanıyıb gətirmişdi evə...İndi də məni görəndə deyir ki, bax səni görməsəydim, qaracılar səni oğurlayardi smile Mən çox dəcəl uşaq olmuşam. Anam üzünü kənara çevirən kimi boşqabımdakı ətləri ağzıma yox burnuma dürtmüşəm. Son nəfəsimdə anam xəbər tutub həkimə qaçırdı smile .Hə birdəki zibillikdən köhnə ampulaları tapıb sındırıb gözümə tökmüşdüm ki, görüm bu nədi?...Qışqırığıma nənənmgil çatıb yenə də təcili həkimə çatdırmışdılar məni smile Uşaqlıqdan indiyə kimi ən qorxduğum şey iynə və siçan olub. Bir dəfə hətta məhəllə həkiminin gəldiyini görüb qaçıb nənəmin təndirinin içində gizlənmişdim. Amma ordanda tapıb iynəni vurdular. Siçanla bağlı həyatımda yadımdan ömür boyu çıxmayacaq bir hadisə baş verib. Təxmini 13 yaşım olardı. Evimizi təmir edirdik. Evin üstünü söküb təzəsini vurdururduq, anam dedi ki, get nənəngildə yat. Səhər tezdən ustaların səsinə yata bilməyəcəksən. Mən isə razılaşmadım. Yerimdə yatdım. Səhər gün pəncərədən üzümə düşdüyündən üzümü çevirmək istədim, çevirləndə gördüm 2 mirvari kimi göz gözümün içinə baxıb parıldayır...Əvvəl mənə çatmadı kı bu nədi. Bir az sonra bunu siçan olduğunu başa düşüb elə bağırdım ki ustalar az qaldı evin başından yerə düşsünlər)) Sonra 2 ay yerimdə yata bilmədim. Amma onu da deyim ki siçanin çox gözəl gözləri var idi smile İndi bunu gülə-gülə danışıram, amma o vaxt yaman pis qorxmuşdum.

Qadin.Netlilərin uşaqliq xatirələri (3)

Gülşən29. Ooy mənim uşaqlıq illərim hadisələrlə dolu olub o qədərdi ki, hansını yazım heç bilmirəm. Amma çox yadımda qalan biri var. Hardasa 4-5 yaşım olardı. Kəndə qonaq getmişdik qohumgilə. Sən demə bunlarda da ayaqyolunun istifadə müddəti bitmək üzrə imiş elə qapını açıb içəri girdim taxta qırıldı, düz quyuya düşdüm. Quyuda ki, ağzına kimi dolu. Necə qışqırdımsa boğaza kimi batdım inanın. Bibilərim tez gəldi çıxardı indi onlar gülür mən ağlayıram. O vaxtı indiki kimi şampun iyli sabunlar yox idi ancaq paltar sabunu o qədər sürtmüşdülər ki, məni dərim soyulmuşdu. Amma iy çıxmırdi yenə bədənimdən smile .Ayıbda olsa yazdım ən yadda qalanı budu mənim uşaqlıq hadisələrimdən.

R.G.AL-SU. Əslində uşaqlığım adi kənd uşaqları kimi sadə illər olub. 10-15 nəvə babamın həyətinə yığışar deyər, gülər, atlanıb-düşərdik. İndi böyüyüb hərə bir yana o illərə heç nə çatmaz. Xatırladığım, daha doğrusu simamda iz qoyan bir hadisəni danışacam. Mən böçəklərdən dəhşət qorxan  uşaq idim. Bir gün ata nənəm, Allah ruhunu şad etsin, həyətdə oturub kartof soyurdu, mən də yanında oynayırdım 5-6 yaşım olardı. Birdən  böcək görüb qaçmaq üçün necə fırlandımsa nənəmin əlindəki bıçaq gözlə-qaş arasındakı dərimi dəlib keçdi və uzun bir iz buraxdı, mən də bilmədən ki yaralanmışam böcəyin qorxusundan başladım qaçmağa, yazıq nənəm də arxadan vahiməylə qaçır ki məni tutub qanı dayandırsın. Beləcə xeyli qaçdı.  Sonra rəhmətlik mənə çatdı, nəfəsi dayanmışdı. Bilmir ki mən böcəkdən qaçıram, nə ağrı hiss edirəm, nə də qan. O iz 11-ci sinfə qədər məndə qaldı.  İllər keçdikcə o iz də keçib getdi. Kim soruşardi fəxrlə deyərdim-nənəmdən nişanədi...Bəlkə sizlərə qəribə gələr-amma mən nənəmdən qalan o izlə çox sevinərdim... smile

Mukkuni. Mən birinci sinfə gedirdim. Biz evimizi təzə tikmişdik. Hələ bir otağı təmir olunmuşdu. Orda yeyirdik, yatırdıq.  Heç vaxt da gündüz dərs oxuya bilmirdim. Həmişə də elə getdi bu vərdişim. Anam bu vərdişimi tərgitmək üçün nələr etdi, amma olmadı. Bir gün yenə axşama kimi oynadım. Axşam olan kimi kitabı aldım əlimə ki, şer əzbərləyim. Anam məni cəzlandırdı, qoymadı əzbərləməyə. Dedi yat. Hamı yatdı mənim gözümə yuxu getmədi. Saat 1-də yerimdən durdum. Aylı gecə idi. Pəncərənin pərdəsini çəkdim və ay işığında başladım şerimi oxumağa. Anam ayılar həmin vaxt və görər ki, kimsə pəncərənin qabağında durub. Baxıb ki, mənəm dərs oxuyuram, yavaşcadan dedi işığı yandır. O gecə şerimi əzbərlədim və səhər 5 aldım. Daha ondan sonra anam heç vaxt mənə dərs oxu demədi. Ürəyim nə vaxt istəsəydi o vaxt oxuyurdum... 

Nərmin Nəbibəyli . 1-ci sinfi bitirməyə 1 ay qalmışdı . O vaxt anam da oxuduğum məktəbdə dərs deyirdi . Ona görə müəllimləri , zavuçları tanıyardım . Məndə o şöhrətpərəstlik uşaqlıqdan var imiş sən demə  smile . 1 gün zavuçun otağına girdim , ona maraqlı bir az da ədəbsiz lətifə danışdım ki , məndən xoşu gəlsin və mənə son zəngi çalmağa icazə versin . ( İndi hansı lətifəni danışdığımı deməyəcəm . Çünki , ondan sonra 2 gün  anam məni möhkəm cəzalandırmışdı ) Bütün məktəbdə populyar , şirin uşaq adını almışdım  wink . Axır ki , istəyimə nail oldum . Son zəngi mən çaldım . Düz 5-ci sinfə kimi hamı məni tanıyırdı , müəllimlər belə . İndi yadıma düşdükcə həm gülürəm , həm sevinirəm . 

MUSLİMANKADeyilənə görə mən körpə vaxtı çox ağlağan nadinc olmuşam. Sonra isə dəhşət dəcəl olmuşam. Yadımdadı mən həyətdəki uşaqlara qan uddururdum. Bizim dövrümüzdə müəllim-müəllim oynamaq mod idi, yığırdım uşaqları başıma müəllim olurdum. Bir çubuq da alırdım əlimə döyürdüm uşaqları. Ağlım kəsmirdi ki döymək olmaz. Maraqlısı da odur ki, uşaqlar qorxusundan heç nə  demirdi.
Həyətdə evcik-evcik oynayırdıq. Palçıqdan yemək bişirirdik. Məndə dedim: gəlin yarış edək görək kim daha çox yemək yeyəcək, o qədər palçıq  yemişdik nəfəs ala bilmirdik. Mənimlə bərabər 6 uşağı həkimə aparmışdılar. Həkim mənə maraqla sual verdi ki bu uşaqlara palçığı yedizdirən sənsən?...Məndə dedim-- həkim yoxeee özləri yedi, istəyirsiz  bir qab sizədə gətirim?!... smile
Artıq 9-da oxuyurdum həyətdə oğlanlarla qaçdı-tutdu oynayırdıq məndə qaça-qaça gəlib qarajın üstünə çıxmışdım, mənim arxamca da bir oglan gəldi, o da qarajın üstünə çıxmağa çalışırdı. Ayağımla ona necə təpik vurdumsa yazığın ağzı partladı. smile 




Və sonda mən--Mən uşaqliqda sakit amma inadçı uşaq olmuşam,hələ uşaqkən məni dediyimdən heç kim döndərə bilmirdə.Artıq 2 yaşımdan mama mənə paltar geyindirməkdə əziyyət çəkməyə başlayib smile çünki özümün xoşuma gəlməyən heç bir paltarı geyinmirmişəm.Mamam deyir kimsə mənə paltar alırmışsa mama geyindirib mənə baxırmış, mən də özümə güzgüdə baxıb deyərmişəm o paltarı geyinəcəm ya yox, əgər yox onda mama bilirmişki geyinməyəcəm onu heç vaxt.Geyindirsəydi də oturub ağlayırmışam,bax bele modabaz olmuşam mən hələ bır qarış olanda smile
Hardasa 3 yaşım olardı.Uşaqlıqdan da uzun saçlarım olub (elə indiki kimi))) mama həmişə saçlarımı 2 ədəd hörərdi, bir gün mamam xəstələnib 10 günə yaxın xəstəxanada yatdı. Bu müddət ərzində mən heç kimə saçlarıma əl vurub, daramağına icazə vermədim.Bibilərim daramq istəyən kimi qışqırıb qaçırdım və nəhayət atam cana gəldi artıq, özümdə artiq cinə oxşayırdım belə saçlarla lol .Atam məni aldadıb yanına çağırdı və qışqırda-qışqırda saçımın hörüyünün birini saç kəsən maşın ilə dibindən kəsdi, elə hazırlaşırdı ki, ikinciyə keçsin maşından məni tok keçirdi və durub qaça bildim, 2-3 gün belə saç ilə gəzmişdim sonra tutub o birini də kəsdi no amma ondan sonra atam mənim saçımı kəsməyə heç vaxt icazə vermədi.


28 iyul 2012
GO BACK