Qadin.NET / Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)

Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)

Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)

Hər bir insanın mənəvi rahatlığı üçün isti  münasibətlərə ehtiyacı vardır.O münasibətıər ki,bizlərin həyatını daha şən və maraqlı edir.

Qadin.Net saytı münasibətləri hər zaman isti tutmaq üçün əlindən gələni əsirgəmir və bunun üçün çalışır.

 

Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)

 

Saytımızın 3 illik fəaliyyəti dövründə istifadəçilərimizin ünvanımıza söylədikləri xoş və səmimi etiraflarını xatırlasaq,belə qənaətə gəlmək olar ki,bu məkanda

mənəvi rahatlıq tapmış insanlarımız çoxluq təşkil edir və bu bizləri hədsiz sevindirir.

2011 - ci il 30 iyun tarixində saytımızın istifadəçilərindən olan bir neçə xanım ilk görüş keçirdilər.

Görüş haqqında geniş məlumatı bu linkdən oxuya bilərsiniz:

İlk görüş

Bəs görək 2-ci görüş də baş tutacaqmı?

Bir müddət əvvəl imzamda qeyd etdiyim görüş təklifimlə əlaqədar e-mail ünvanıma və ismarıc qutuma bir neçə xanımdan cavab gəlib.Onlar görüşmək arzularını bildiriblər.

Görüş günü hələ təyin olunmayıb.Bu bir neçə səbəblə bağlıdır.Xanımlarımızın hər birinə görüş rahat keçsin deyə,onlara uyğun bir gün təyin olunmalı,hətta xaricdən Vətənə gələcək xanımlarımızın da görüşə qatılması düşünülməlidir.

Buna görə hər birinizdən rica olunur , bu xəbərin şərhlərində görüş günü ilə bağlı təklif və fikirlərinizi qeyd edəsiniz və ortaq bir qərara gələ bilək.

Qeyd: Sayt istifadəçiləri çoxaldığına görə görüş yalnız Bakıda deyil,istəyə görə hər kəsin yaşadığı şəhər və rayonlarda da keçirilə bilər.

 

Əziz xanımlar, görüş yeri və tarixi təyin edildi: Bakı şəhəri, 19 iyun, saat 18.00, Kukla Teatrının qarşısı. Hamınız dəvətlisiniz.

 

15 iyun 2012
GO BACK