Qadin.NET / Qadın.net xanımlarının Sevgi hekayəsi-3

Qadın.net xanımlarının Sevgi hekayəsi-3

 
 
Yeniləşən və inkişaf edən saytımıza yeni-yeni istifadəçilər gəlir. Düşündüm ki, onların da sevgi hekayəsini oxumaq mənim kimi sizlərə də maraqlı olar)) Buyurun oxuyun.
 
*Milana.M *
 
 Müəllimə işləyirdim. Bir bazar günü müdir zəng vurub işlədiyim idarəni başqasına icarəyə verdiyini dedi. Mən də yeni müdriyyətlə tanış olmaq üçün işə getməli oldum. Otağıma daxil olanda bir saqqallı uzun bir kişi qarşıma çıxdı. Düzünü desəm çox qorxdum. Əvvəlcə elə bildim ki,yeni müdirim odur. Amma iş yoldaşım dedi ki,o müdir müavinidir. Beləcə müdir müavininə "salam" dedim getdim. Sabahısı gün dərsim vardı.Gəldim işimə uşaqlara da yeni müdriyyətim olduğundan danışdım. Beləcə yeni müdirim də gəldi. Mən çəkinmədən tam səmimi ünsiyyət quran bir insan gördüm. Müdirləri adətən, çox ciddi,tələbkar,zarafat sevməyən biri kimi təsəvvür edirdim. Beləcə,müdir müavinindən daha çox uzaq gəzirdim nəyin ki, müdirdən. Bir sualım olanda da müdiri oturub gözləyirdim. Təxminən bir həftə sonra birinci gün idi.İşə gəldim.Kimsə yox idi. Məcbur qaldım və aşağıda qapı yanında əyləşib işçilərdən kimisə gözləməli oldum. Bu vaxt dərsim başlamalı, bir yandan da binada məndən başqa işçi yoxdur. Uşaqlara tapşırıq verib yenidən qapının ağzına qayıtdım. Bir də gördüm ki, qapı açıldı içəri hündür, yaraşıqlı bir oğlan girdi. İlk baxışdan vuruldum da demək olar. Donub qaldım üzünə baxa-baxa. Birdən o yaraşıqlı oğlan mənə:- "Salam Xəyalə müəllimə necəsiniz?" -dedi. Mən özümü itirdim bu cavan oğlanın kim olduğunu bilmirdim,amma o məni tanıyırdı. "Siz məni tanıyırsız?"-soruşdum. O da gülərək -: "Müdir müavini R.müəlliməm!”
Hal-hazırda  evliyik.  O da sonradan mənə etiraf etdi ki, ilk dəfə məni görəndən vurulubmuş. Mənim onunla ünsiyyət qurmamağımın səbəbini iş yoldaşlarımdan öyrənib. Bilib ki, onun varlığından qorxuram. O da üzünü təmizləyib, idman geyimindən çıxıb kostyum geyinib saçını düzəltdirib və qəsdən işə gec gəlib ki, onu qapıda mən qarşılamalı olum.İndi bir övladımız var....Allaha m in şükür xoşbəxtik.
 
*kristen *
 
 Sevdiyim insan var,amma hələki nə nişanlıyıq,nə də ki  ailəli.O,indi Almaniyada təhsil alır.Sevgimiz ilk dəfə bizim bağ evimizdə olarkən başlamışdı. Belə ki, axşam yeməyimizi yeyirdik,qurtarandan sonra nənəm dedi ki,gəlin şəkil çəkdirək və o, şəklimizi çəkdi.Sonra mən şəklə baxanda bəyənmədim.Dedim yenidən çək.O da dedi ki:” İstəsən səni tək çəkim.”Məndə razı oldum,çəkdi və bəyəndim.Sonra şəklimi çıxardıb 8 martda, həmin şəkli ramkada mənə hədiyyə etdi.
Yadıma düşmüşkən onu da deyim ki mən stulları həyətdən evə aparırdım.Birdən stul əlimdən yerə  düşdü. O da yavaşca :”Aliye bir şey olmadı?”-dedi .Məndə:” Ay, Elnur əlindən stul düşən adama nəsə ola bilər?”- dedim.
İlk vaxtlar ona  nifrət edirdim,amma sonralar bu böyük sevgiye çevrildi.Onu çox sevirəm. 

 
*(MikaMiluS) *
 
Mən rayonda böyümüşəm.Dayım oğlugil  Latviyanın Riqa şəhərində yaşayırdı.2 il idi ki,onu sevirdim,amma bunu özümdə qəbul etmirdim.Düzü ümidlərimin sınmasından qorxurdum.Fikirləşirdim ki, bəlkə o, bir daha gəlməyəcək,bəlkə həyatında başqası var?!
Qismətimin bu qədər uzaqda olacağına inanmırdım və bu vaxtlar ərzində o da məni sevirmiş.
Artıq sevdiyim insanla evliyik.2 il bir-birimizdən xəbərsiz bir-birimizi sevmişik.Bir-birimizi çox sevirik.Bir yerdə olduğumuz üçün çoox xoşbəxtik.
 
*gunel1986 *
 
Ailəliyəm.Böyük sevgimiz olub.Biz uzaq qohumuq,lakin bir-birimizi heç vaxt görməmişik.İlk dəfə o, məni bacısının toyunda görüb və sonra universitetə axramca gəlib-getdi.Mənə nə etdisə bilmirəm onu sevməyə başladım.6 ay nişanlı qaldıq və evləndik.İndi çox xoşbəxt bir ailəyik.
 
*Niko_F *
 
2001-ci ilin oktyabr-noyabr ayı olardı.Mən 8-ci o, isə 9-cu sinifdə oxuyurdu.Onu ilk gördüyüm yer müəllimlər otağının qarşısı idi.Mən onu hər tənəffüsə çıxanda görürdüm.Mənə "sevgi dolu baxışlarla" baxırdı.Sonra bir neçə sinif yoldaşından mənə xəbər göndərmişdi.Mən isə geri göndərmişdim.
Sonra belə 1 il keçdi.Bu 1 il müddətində onun mənə "şirin sataşmaları" məndə ona qarşı maraq oyatdı.
2002-ci ilin sentyabrın 12-si günü dərsdən çıxıb evə gəlidim.Yol yoldaşım yanımda olmadığından o, da bundan istifadə edib arxamca gəldi.Mən bu dəfə sərt danışdım.
"Niyə arxamca gəlirsən?"-deyib qışqırdım.
O isə:-"Çünki səni sevirəm!"-dedi.
O an özümü o qədər xoşbəxt hiss etdim ki..
2003-cü il martın 18-ində,yaş günümdə ona məktub yazıb hisslərimi etiraf etdim.Ona məktubumda hisslərinin qarşılıqsız olmadığını yazmışdım.
Mən məktəbi bitirən ili ailəmizdə anamla qardaşım bildi.Qardaşım bizi ayırdı.O yoxa çıxdı.Bir müddət ayrıldıq...
Ayrılıq məni üzürdü."Sənsiz 1 il" başlıqlı gündəlik tipli bir şey yazmağa başladım.
Nəhayət ki,qayıtdı.Keçən ilin aprel ayında mənim "hə"-mi aldılar.
2001-ci ildən artıq 2012-ci ildir o, həyatımdadır.10 ildir ki,onu tanıyıram.Bu il İnşallah Allahın köməyi ilə qovuşacağıq.
 
 
*A-N-a-r (Realist)*
 
 
 Bizim tanışlığımız təsadüfi bir şey olub. Yəni ki, heç təsəvvürümə belə gətirməzdim. Nişanlımın qohumları məni görüb bəyənib. Sonra ona deyib, göstəriblər. Mən isə ilk öncə onun şəklini görmüşəm. Onu gördüyüm andan məndə simpatiya yarandı. Nəhayət görüşdük, söhbət elədik. Hər ikimizin də fikri “hə” oldu. Allaha şükürlər olsun ki, saf, təmiz sevgiyə rast gəldim. Nişanlım çox dürüst, ağıllı oğlandır. Mənə də lazım olan bu idi. Düzülüb-qoşulma işlərin həmişə əleyhinə olmuşam. Ancaq yanıldım. Sevgini hər zaman birinci hesab etmişəm və nişanlımı da çoox sevirəm.
 
*ushu787 *
 
Evliyəm .Yoldaşımla Bakıda tələbəlik illərində tanış olmuşuq. Bizim videoaparat xarab olmuşdu, bacım bizə dedi ki,tələbə yoldaşımdan alıb bir günlüyə  alıb gətirərəm. Səhəri günü qapı döyüldü bacım tələbə yoldaşı ilə evə gəldi.Gördüm ki,bacım çox əsəbidi.Dedim ki:-”Nə  olub?”Dedi ki:“-Bir nəfər  kobud adam var çöldə gözləyir,videoaparatı oda istəyir,o da əsəbləşib ki, niyə mənə yox  başqasına verirsən və hirsindən həyat yoldaşım da qoşulub bacımgilə gəlib bizə ki, çöldə gözləyirəm 2-3 saat istifadə etsinlər aparatı geri versinlər.Həmin vaxtlar havalar çox soyuq idi,təxmini 30 dəqiqə yoldaşım çöldə qalandan sonra bacım dözmədi, tələbə yoldaşına dedi ki, get çöldəki dostunu çağır gəlsin,çay içsin sonra aparatı verərəm aparsın.Çöldəki (həyat yoldaşım) çox minnətdən sonra gəldi və elə ilk baxışdan bir-birimizə aşiq olduq.Aparatı da istəmədi, nəsə dedi elə dedi ki heç kim heç nə başa düşmədi ki,aparatı niyə istəmədi.Təkcə mən başa düşdüm))Evdə məndən böyük 2 bacım vardı deyə nişanlamadılar,sonra 1-ci bacım nişanlandı,sonra da mən. 4 ildən sonra toyumuz oldu.Çox xoşbəxtik,2 oğlumuz var .
 
*Sabina87 *
 
Mən evliyəm.Yoldaşımla xalam qızının köməyilə tanış olmuşam.4 ay tanışlığımız olub,sonra evlənmişik.Mən qoşulub qaçmışam.Anam evlənməyimizə razı deyildi.İndi 6 ildir evliyik.1oğlumuz var.Çoox xoşbəxtik.
 
 
*SAMISHKA *
 
Bizim sevgi ilk öncə virtual sevgi idi.Yəni,biz azəri saytlarının birində tanış olmuşduq.Artıq bir ay idi oranın userinə çevrilmişdim.Hər gün bir-birimizə ismarıc yazırdıq,ona dost kimi baxırdım.Amma,bir axşam yenə yazışarkən məni sevdiyini dedi.Çox həyəcanlanmışdım.Heç vaxt başıma belə şey  gəlməmişdi.Mənə əvvəl desəydilər internetdə tanış olub,münasibət quracam,heç vaxt inanmazdım.
O axşam ona, "yox" dedim,”mümkün deyil”-dedim.Çünki heç şəklini də görməmişdim.Bilmirdim necə insandı.6 ay məndən şəkil istədi.Göndərmədim.O,məni görmədən sevmişdi.Mən isə onu yalnız dost kimi çox istəyirdim.Amma,biraz vaxtdan sonra mən də ona qarşı nələrsə hiss eləyirdim və ona onu sevdiyimi dedim.Çox sevindi.
Ona qədər həyatımda heç kim olmamışdı.Heç vaxt bu barədə tələsməmişəm.Onun da həyatında məndən əvvəl sevdiyi olmayıb.
Mən Rusiyada yaşadığıma görə biz görüşə bilmirdik.Nəhayət,2010-cu ildə yayda görüşdük.Artıq 3 ildir ki,birlikdəyik və bir-birimizi çox sevirik.İndi əsgərlikdədir.İnşallah iyulda gələcək.Bir-birimiz üçün çox darıxırıq.Səbirsizliklə həmişəlik qovuşacağımız günü gözləyirik!
 
 
*lovable_madam*
 
Yoldaşım xalam oğludu .Onun işi ilə əlaqədar biz bir-birimizi evlənənə qədər cəmi 3-4 dəfə görmüşdük, yəni heç  yuxumuza da girməzdi ki nə vaxtsa ailə qura bilərik. Bu işin təşəbbüskarı ilk növbədə qaynanam (xalam),nənəm,başqa bir xalam,sonda anam olub.
İlk görüşümüz mən 3cü kursda oxuyarkən mənə mobil telefon almaqla başladı.Elə həvəslə gəlmişdi ki ilk görüşümüzə...
Özdə dediyim vaxtdan düz 1 saat qabaq gəlib məni gözləyirmiş...Beləcə,görüşmələrimiz başladı.Amma tez-tez olmadı.Ailə qurmaq məsələsində mən hələ də ərköyün və qərarsız idim.Nə qədər ona yox deyirdimsə o,bir o qədər mənə öz sevgisini sübut edirdi.Beləcə onu dərin sevgiylə sevməyə başladım.
2007-ci il dekabrın 29-unda ailə qurduq.Allah onu mənə çox görməsin.Sonumuzu əvvəlimizdən də xoşbəxt və xeyirli etsin.Amin.
 
*Sabrin*
 
Mənim sevgi hekayəm dostluq üzərində qurulub. Biz eyni universitetdə, eyni qrupda oxuyurduq. Qrupda 16 oğlan bir də mən idim. Oğlanlarla ünsiyyət qura bilmirdim. Sonra ilk ünsiyyət qurduğum elə indiki sevgilim oldu. Lap birinci fizika dərsində laboratoriya işlərini təhvil verərkən onunla sual-cavab edirdik. Yavaş-yavaş lap mehriban olduq. Münasibətimiz səmimi bir dostluğa çevrilmişdi.. Bir nəfər də qrup yoldaşım vardı. O da bizim dostumuz idi. Bizim üçümüzə universitetdə “Üç muşketyor” deyirdilər. Sonra hamı, başqa qrupun qızları, patokdakı qızlar hamısı məndən soruşurdu ki, sizin aranızda nə var? Məndə əsəbləşirdim. Onun özünə də deyirdim. Mənə deyirdi ki, sən fikir vermə. Nəhayət 3–cü kursun sonu gəldi. Evdən arada qrup yoldaşlarımın bəziləri ilə smsləşirdik. Buna da bir neçə dəfə yazdım. Sonra baxdım ki, mənə başqa mövzuda smslər yazır. Məndə ə Mənə yazdı ki, mən neçə vaxtdı sənə ürəyimi açmağa cəsarət etmirdim. Mən onunla dalaşdım. Hətta bütün ümidlərim ölmüşdü sanki. Fikirləşirdim ki, dünən inanıb, güvənərək dost dediyim insan bu gun mənimlə başqa cür danışır. 4–cü kursa başladıq. Gələndə uşaqların hamısına salam verdim. Amma onun yanından qəzəblə baxaraq keçdim. Bir müddət belə davam elədi. Sonra 3 – cü dostumuz məni dilə tutmağa başladı ki, onun fikri ciddidir, səni həqiqətən sevir. Mən yenədə razılaşmadım. Nəhayət özü danışmağa başladı. Çoooxxx dedi mən dedim yox ki, yox. Axırda necə oldusa məndə onu sevməyə başladım. Əvvəllər onu çox istəyirdim. Amma daha sevməyə başlamışdım. Ona bir şans verdim. Dedim mənə biraz vaxt ver. Çox sevindi. Nəhayət bir gün ona hə dedim. Necə sevinirdisə onu bir Allah bilir. Sevgimiz bu günə qədər davam edir. O, əsgər getdi. Bir il onu gözlədim. Nəhayət gəldi. İndi ikimizdə eyni şirkətdə işləyirik. Məni əvvəlcə xalası qızı, əmisi oğlunun yoldaşı, daha sonra qardaşı ilə tanış etdi. Sonra məni xalası qızı qonaq çağırdı. Orada anası və xalası ilə də tanış olduq. Bu yaxınlarda isə ən həyəcanlı an olaraq atamla atası və dayıları görüşdü. İnşallah yazda yəqinki “həri” olacaq. Onu sevdiyim üçün çox xoşbəxtəm. Bilirəm ki, o məni dünyalar qədər, dəlicəsinə sevir və mənə özü qədər inanır. Çox xoşbəxtəm. Hər şeydən çox razıyam. Allah bu xoşbəxtliyi mənə çox görməsin. Amin.İnşallah!
 
 
*Jealousy *
 
Yoldaşımla uzaq qohum olmuşuq.Amma üzünü bir dəfə də olsun görməmişdim.Elçi gələndə 16 yaşım vardı.Əvvəl etiraz etdim.Valideynlərim də yaşımın az olduğuna görə razılaşmadılar.Amma onlar gözlədilər və axırda valideynlərim də razı oldular.Oğlanı gördüm,bəyəndim.İndi xəşbəxtəm.
  
 *yusra*

 Bir gün qohumumuzla bizə yaraşıqlı  bir oğlan gəldi.İlk baxışdan demək olar ki mən ona vuruldum.Amma sonra heç kimə demədim.Bir muddət keçdikdən sonra həmin oğlan yenə dostu ilə bizə,qardaşımın yanına  gəldi.Sonradan məlum oldu ki bu yaraşıqlı oğlan bizə mənimüçün gəlirmiş..Ürəyini mənə açdı.Mən də birinci razılıq verməyib naz etdim.Sonradan razılaşdıq və nişanlandıq. 10ildir ki evliyik.3 oğlumuz var.Bir-birimizi çox sevirik və çoox xoşbəxtik.
 
 *Dr Girl *
 
Yoldaşımla uzaq qohum olmuşuq.Eyni universitetdə oxumuşuq,amma bir-birimizi nə görmüşük,nə də ki tanımışıq.Mən universiteti bitirəndə onu şəhərdən kəndə təyinatı ilə həkim kimi işləməyə göndərmişdilər.Orada hər ikimizin qohumları yaşayırdı.
Bacımla kəndə istirahətə gəlmişdik.Orada görüb məni və aşiq olub.Beləcə çox keçmədi ailə qurduq.Çoox xoşbəxtik.
 
 
 
Sonda isə bütün qadın.net  xanımlarına bir ömür boyu sürən xoşbəxtlik arzulayıram.
 
P.S. Burda adlarını görməyən xanımlar,narahat olmasınlar.Çünki xəbərdə iştirak edənlərin sayı çox olduğundan xəbərin 4cü hissəsi də olacaq.
14 iyun 2012
GO BACK