Qadin.NET / Nikinizin mənasını bilirsinizmi?

Nikinizin mənasını bilirsinizmi?

Nikinizin mənasını bilirsinizmi?

 

Adlarımızı bizə valideynlərimiz qoyurlar,təəssüf ki, biz bu adqoyma mərasiminə qarışa bilmirik,daha doğrusu qarışmaq gücündə olmuruq.
Ancaq ləqəblərimizi(nik) biz özümüz seçirik və bu ləqəblərlə internet məkana daxil oluruq.


Ləqəb(nik) nə deməkdir? Mahiyyətcə bu,bizim virtual obrazımızın əksidir,bizim virtual “Mən”imizdir,internet torunda diqqət cəlb etmə vasitəsidir.Adətən özünə başlanğıcda bir nik seçən insan bu nikdən ayrıla bilmir,hər yerdə bu niklə qeydiyyatdan keçir.

Ən çox yayılmış niklər adların özündən yaranan kiçiltmə-əzizləmə mənasını verən variantlar- Sanamka,Ayselka,Arzuş və s.Bu niklər ondan xəbər verir ki, bu insanlar özlərinə qarşı gözəl münasibətdədirlər,özlərini daha çox sevirlər.

Bir də var,insanın daxili aləmini əks etdirən sirli mənaları olan niklər:Bəlkə çoxlarımız hərdən başqa birisi olmağı düşünürük.Bunun üçün internet ən ideal vasitədir.Sadə bir misal,özünü uzun saçlı,sarışın bir xanım kimi qələmə verən nik sahibi əslində uzun saçlı gənc bir oğlan da ola bilər.Belə nik sahibləri nin seçdikləri niklər belə olur: Ledi-Boss,Kraliça,Dişi Aslan,BigBoss və s.

Bəzi niklər də var ki,sahibləri seçdikləri bu niklərlə uşaqcasına virtual aləmdə yaşamaq istəyirlər.Məsələn,Dovşancıq,Şokaladka,Marmeladka, Prenses və s.

Niklər də var ki, xoşa gəlmək və cəlb olunmaq üçündür.Məsələn,Seksi,Gözəl,Gigant və s.

Müxtəlif niklər haqqında çox yazmaq olar...


İndi isə SİZ, yazın görək nikinizin mənası nədir?

Qeyd: Xəbər 5 iyul 2010 -cu il tarixində efirə getmişdir.İstifadəçi sayının artması ilə əlaqədar mövzu yenidən gündəmə gətirilir. smile

30 oktyabr 2011
GO BACK