Dj Musi
Mən ailə qurmamışdan əvvəl qonşumuzdakı qız səbətlər düzəldirdi, mən də həvəsli idim, başlayırdım hazırlamağa.Lakin ailə qurandan sonra başladım yun saplarla toxumağa.Özümə, bacıma jiletlər, papaq toxudum. Uşaqlar olandan sonra isə başım onlara qarışdı, onlarla məşğul oldum.Amma şirniyyata və maraqlı, qeyri-adi yeməklərə həvəsliyəm hazırlayıram.
Deniz84
Ən böyük hobbim gözəllik sirlərinə yiyələnmək və tətbiq etməkdir.Yəni gözəl saç düzümləri yığmağı, makiyaj etməyi və başqalarını da bəzəməyi çox sevirəm.2-ci hobbim isə toxumaqdır.Cürbəcür şərflər, jaketlər, donlar toxumagı sevirəm.Yeni-yeni naxışlar öyrənməyi sevirəm.Hə, bir də balaca sarı balam dünyaya gəldi. Allaha çox şükür.Tanrım bütün qadınlara ana olmağı nəsib etsin. Amin!
Gülşən29
Mənim hobbim rəqs etməkdi. Rəqs etməyi çox sevirəm. Nə qədər əsəbi olsam da rəqs etdikcə başqa dünyaya düşürəm sanki. Digər bir hobbim bir az gülməli gələcək sizə ancaq rəngarəng salfetlər toplamaqdı.Təkrar olmayan, bəzəkli salfetləri çox sevirəm.
Almaz S.
Mənim hobbim mütaliə etməkdir. Kitab oxumağı hədsiz çox sevirəm. Çoxlu sayda kitab oxumuşam. Bir də çiçək becərirəm. Növbənöv çiçəklərim var.Hər çiçəyim gül açanda uşaq kimi sevinirəm. İndi isə yeni bir maraq dünyası kəşf etmişəm. Adı Qadın.Netdir.Deyərdim ki,hal-hazırda digər maraqlarımı də üstələyən ən sevimli məkanımdır.
Sonay Quluzade
Əvvəllər dünyam daha rəngarəng idi. Vaxtımı keçirəcək, həm də məhsuldar hesab etdiyim şeylərlə məşğul olmuşam. Musiqi təhsilim var, onunla məşğul olmuşam, əvvəl anam, sonra bacım filoloq olub deyə, mən bir filoloq qədər, hələ bəlkə də çoxlarından artıq bədii ədəbiyyat oxumuşam, xarici ədəbiyyatı lap çox sevmişəm. Qədimi kitablardan məsələlər, misallar həll etmişəm. İnteqralın, triqonometriyanın, tənliyin mənə verdiyi zövqü heç nəyə dəyişməzdim, nə geyim, nə mətbəx işlərinə. Amma bunlar hamısı keçmişə aiddir, hazırda hobbiyə vaxtım yox səviyyəsindədir. Günümün çoxu işdə, qalan hissəsi evdə qaçhaqaç, qovhaqovda keçir. İndi asudə vaxt məndə arzu olaraq qalır. Asudə vaxtım olarsa, həm də mən istədiyim qədər ərəb dili ilə (müasir ərəb dili ilə yox) məşğul olmağı düşünürəm. Allah qismət etsin. Bir də sonda qeyd edim ki, mən indiki birrəng dünyamdan daha çox razıyam.
Mənim hobbim Qadin.Net saytına xəbərlər yerləşdirməkdir.
R.G.AL-SU
Mənim maraq dairəm təbii ki, bir qadın kimi ailəmə xidmət etmək, maraqlı yemək və şirniyyatlar hazırlamaq, uşaqlarımın inkişafında əlimdən gələni etməkdir. Amma 2011-ci ilədək maraq dairəmdə kitablar oxumaq vardı, əlimə keçən qəzet və jurnalları təkrar-təkrar oxumaqdan zövq alırdım. Artıq 2 ildir maraq dairəmin mərkəzində Qadın.Net saytı durur. Bu sayt həyatımı dəyişdi, buradan öyrəndiklərim saymaqla bitməz.Bu sayta marağım artıqca, yeni bir ''mən'' kəşf etdim. Hansı ki, o ''yeni mən'' üçün yeni bir dünya açıldı, ömrümdə maraqlı səhifələr peyda oldu, beynimin küncündə yatan düşüncələrim, paslanmış fikirlərim açıldı. Ən böyük uğurum - mən özümü tanıdm. Bu maraq dairəmdən çox razıyam və bunu ərsəyə gətirənlərə sonsuz minnətdaram. ''Virtualdır'' deməyin, Qadın.Net əslində monitor arxasında yeni bir dünyadır. Bunu mənə öyrətdiklərindən əmin olaraq deyirəm.
Sada
Maraq dairəm genişdir və zaman -zaman dəyişə bilir.Ən çox tarixdə tanınmış şəxsiyyətlərin həyatlarını oxuyuram və yeni model ev texnikası çıxan kimi onunla maraqlanıram.Ətir kolleksiyam var, təzə kağız əskinazları yığmağı, şirniyyat bişirməyi xoşlayıram.Amma hobbim bir az fərqlidir.Mən həyat yoldaşımdan bu günə qədər aldığım bütün gül buketlərinin hərəsindən bir ədəd gül qurudub xatirə kimi saxlayıram.Hətta toyda mənə gətirdiyi buketi və onun mənə bağışladığı ilk buketin üstündəki təbriki də hal-hazırda saxlayıram.
SerraS
Bəlkə də maraq dairəm bəzilərinə çox qəribə gələcək, mən əsasən uşaqlıqdan corab kolleksiyası düzəltməyi sevirəm. Bundan əlavə, hər evdən çıxdıqda şəkil çəkdirməyi sevirəm.Həyatımın hər anından xatirə olsun istəyirəm.Uşaq vaxtı mənim şəkillərim az çəkilib deyə, indi hər saniyəmin əbədiləşməsin istəyirəm.Təbii ki,hər sanyə olmur.Ətir yığmağı sevirəm, eləcə də çox işlədirəm. Keçmişdən qalan hər cüzi şeyi yığıb saxlayıram.Bəzən evdə hirslənirlər ki, "At onu", amma ürəyim gəlmir. Eləcə də ən böyük maraq dairəm özümdən yaşca böyük insanlarla ünsiyyətdə olmaq, onlardan nə isə öyrənməkdir.Gəzməyi, çölə çıxmağı heç sevmirəm.Sevdiyimlə evdə olmağa üstünlük verirəm.Bir də nişan, toy konfetlərini çox sevirəm, gözümü açandan onlardan kolleksiya hazırlamışam.Xoşum gəlir, hələ də yığıram, yemirəm.
Hobbim yoxdur, sadəcə olaraq məşğuliyyətlərim var. Məşğuliyyətdən də ən çox məcburiyyətlərim var ki, hər səhər işə getməyim (səhərin yuxusundan şirin nə ola bilər? Qoysalar günortaya kimi yataram). İnternetdə vaxt keçirirəm, sevdiyim musiqiləri hər zaman dinləyirəm, vaxtım olanda dostlarımla vaxt keçirirəm ( bu da çox nadir hallarda baş verir ). Ən azından gündə bir dəfə marketə baş çəkirəm (Validə Sultanın sözündən çıxa bilmərəm, hər zaman anamın əmrlərini yerinə yetirməyə hazıram
Ardı var...
XƏBƏR LENTİ
Hadisə haqqında ŞOK İDDİA - FOTO
Seda Sayan ideal bədəni ilə diqqət çəkdi-FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Qrip sizi tapınca...
305 kq arıqladı və ...
Qar yağacaq
Qatıqlı buğda salatı (foto-resept)
Ən az 6 ay əmizdirərək diabetdən qorun
BÜRCLƏR bizə nə vəd edir? - 22 mart
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Azərbaycanda insanların ürək ağrısı
Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA
Uşaq geyimləri
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Gözdə itdirsəyi və çarələr
Üzr istəməyin asan yolu
Uşağını əmizdirən anaya pul veriləcək
Yumurtalıq xərçəngi
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu
Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Kıvanç 2 milyon dollar qazanacaq
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Şəkillər arasındakı fərqi tapın!
Gözəl divar şəkilləri
Təhlükəli kosmetik məhsullar
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
vDİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb
Təzə əncir şirniyyatı (foto-resept)
Kür çayında biogen maddələrin miqdarı normadan çoxdur
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Bakının bir ay bağlı qalacaq yolları
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Uşağa nece xeyr demək olar
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (3)
Məşhur tərzi: Celine Dion
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
Tanınmış müğənni bayram günü evləndi - FOTO
Alyaskada görünən nəhəng varlıq hər kəsi heyrətləndirdi -FOTO
Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO
Azərbaycanda ilin ilk üçəmi doğulub
"Qarabağ"ın qələbəsi
Yumurtanın ağı, yoxsa sarısı faydalıdır?
Bakıdakı küləyin maksimal sürəti açıqlanıb
Ukraynanın müvəqqəti prezidenti Krıma gedir
Öləndə molla istəməyən yazıçımız
Saçlara parlaqlıq verən maska
- ŞƏRHLƏR