ARiEL_ViViAN
Mənim çox sevdiyim iki hobbim var. Bunlardan biri internetdən dünyada olan maraqlı xəbərləri toplamaq, dahi şəxslərin söylədiyi dahi kəlamları, aforizimləri, mənalı sözləri özüm üçün bir dəftərə yazmaq, digəri isə şəkil çəkməkdir.
Milana.M (XƏYALƏ MURAD)
Hər insan mənəvi dünyasını sakitləşdirmək, daxili sükuta sahib olmaq üçün öz maraq dünyasını tapır. Kimisi hobbi olaraq marka yığır, kimisi gözəl sənət işləri yaradıb "Bu mənim hobbimdir" deyir. Mənim də hobbim var. Hələ uşaqlıqdan rəsm əsərlərinə marağım olub. İstər fotoaparatla çəkilmiş hər hansı bir gözəllik, istər kompüterin verdiyi imkan daxilində yaradılmış mənzərə, istərsə də rəssamın illərini və aylarını həsr etdiyi möhtəşəm rəsm əsərlərini yığmaq mənim hobbimdir. O gözəlliyə baxarkən rəssam olmadığıma heyfslənirəm. Lakin bir an sonra fikrimin əksini düşünürəm. Əgər rəssam olsaydım özümdən başqa hansısa rəssamın əl işini dəyərləndirə bilərdimmi?
Fatma xanım
Ən böyük hobbim müxtəlif telekanallarda yemək proqramını izləmək və o yeməkləri həvəslə bişirməkdir.
Demək olar ki, günün çox saatını yemək proqramlarına baxmaqla keçirirəm.
Lale...
Bir dəfə bir xəbər hazırlamışdım və adını "Fərqli etiraf" qoymuşdum. Kitab aşiqi olduğumu onu etiraf etmişdim, amma nədənsə adını dəyişib "Ən sevdiyim hobbi" etdilər. Lakin kitab oxumaq mənim hobbim deyil, gündəlik tələbatımdır... Hobbim isə ətir kolleksiyası, müxtəlif dövrlərə aid pul əskinasları toplamaq, eynək və şərf kolleksiyasıdir.
๑۩۞۩๑PRINCES๑۩۞۩๑
Əl işləri ilə məşğul olmağı çox sevirəm.Toxumaq, parçaların üstünə naxış vurmağa çox həvəsliyəm. Yeni reseptləri, ən çox da salat reseptlərini öyrənirəm. Mahnıya qulaq asmağı sevirəm, amma indi bunlara çox vaxt ayıra bilmirəm, indi ən böyük hobbim dərslərimdir.
Endless Love-Gulare
Mənim hobbilərim sonsuzdur. Belə deyim: mənə maraqlı gələn hər şeylə maraqlanıram. Bunlara nələr aiddir? Əsasən musiqi dinləmək, bu da xarici musiqilər olmalıdır, ingiliscə detektiv və ya qorxulu kitab oxumaq, moda ilə əlaqəli mövzulardan məlumat toplamaq, ən vacibi də ingiliscə qorxulu kinolara baxmaqdır. Bir də vaxtım olanda videolara baxaraq şəkil çəkməyi öyrənirəm. Qəlbim sözlə dolanda şer yazmaq da mənim bir hobbimdir. Hər gün etdiyim hobbi isə ingilis dilidir ki, bu dildə danışmaqdan yorulmuram. Bu işdən zövq alıram və məni yormur.
lovable_madam
Qadın.Net-i tapanacan hobbim bədii kitab oxumaq, boş vaxt tapan kimi yoldaşımla gəzintiyə çıxmaq, romantik kinolara baxmaq olub. İndi özümü daha çox burda rahat hiss etdiyimə görə kitab hobbimi unutmamaq şərtiylə Qadın.Net-ə hər gün gəlirəm. Qışda isə çox gəzintiyə çıxa bilmirik. Çox istərdim səyahət hobbimi də reallaşdıra bilim. Bu, mənim ən böyük arzularımdan biridir. Bilirəm, gün gələcək, bu da olacaq inşALLAH. Mənə çox xoş olan ən gözəl hobbim isə yeni-yeni şirniyyat və piroqlar bişirməkdir. Mətbəxdə yorulmuram desəm düz olar.
Hobbim o qədər də çox deyil, amma boş olanda rəsm çəkməyi çox sevirəm. Artıq portret də çəkə bildiyimə görə marağım lap artıb. İxtisasım üzrə işlərimi artırmaq başlıca hobbimdir.
XƏBƏR LENTİ
Bakıda yolların biri açılır, digəri isə bağlanır
Güclü külək Azərbaycanın bölgələrində bir sıra fəsadlar törədib
Yeni il şəkilləri
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Ən etibarsız parollar - SİYAHI
Azərbaycanlı hərbçilər Kəlbəcərdə
Böyük günahlar hansılardır?
Mənzildə olan sayğacların oxunması dayandırılır - RƏSMİ
Hamiləliyin ləğvinə icazə verildi
Sehrləyici qadınlıq
Türksayağı plov (foto resept)
Hərbi xidmətdə yenilik
MTRŞ telekanallarda mərc oyunlarını araşdıracaq
Demet Akalın İremle barışdı_FOTO
PSD formatında qadın köynəkləri
İtaliyada son durum: “Artıq ölüləri saya bilmirik”
Sezonun trend ayaqqabıları
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Bələdiyyələr: onlar kimə lazımdır?
74 yaşlı qadının əkiz uşaqları oldu, həyatının şokunu yaşadı -YENİLƏNDİ
Aforizmlər
Avtomobillər üçün uşaq oturacağının əhəmiyyəti
Yuxudan gümrah oyan - 7 məsləhət
Günün ulduz falı
Günün ulduz falı
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
İnternetə nəzarət güclənir
Adını çəkdilər deyə məhkəməyə verdi
Heç yerdə görmədiyiniz 10 meyvə
Sızanaqlı dəriyə səhv qulluq
Bir gecəyə yolu oğurladılar
Türkiyəli general: "Hərbi yol ən çox Ermənistana zərbə vuracaq"
Azərbaycan tarix muzeyi
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Gizli günah qorxusu
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
Mehriban Əliyeva: “Biz Şuşamızı qaytardıq”
Ramazan ayının ilk gününün duası
Qarpızlı dondurma
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
Swatch "ağıllı" saat buraxacaq
Sabahın HAVAsı
Cəbhədən xəbər: Rayonlarımız atəşə tutuldu
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Qar Azərbaycana qayıdır
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
TQDK abituriyentlərə müraciət etdi
Hicab geyimləri
Günün qoroskopu - 19.11.2013
Tarixdə minlərlə insanın ölümünə səbəb olan 3 virus
- ŞƏRHLƏR