Pervane Eliyeva
Yoldaşım öz qohumum olmağına baxmayaraq, mən onu heç görməmişdim. Onu ilk dəfə 1994-cü ildə görmüşəm. Qapımız döyüldü, yaxınlaşıb soruşanda atamı istədi. Atam tərəfdən qohumumuz idi. Həmin gündən bizə tez-tez gəlməyə başladı. Tez-tez zəng vururdu. Bir gün dərsdən çıxanda gördüm ki, universitetin qarşısına gəlib. Soruşanda "Burda nə gəzirsən?" Dedi: "Burdan keçirdim,, gəldim səni də aparım". Mən də razılaşdım, ancaq hiss etdim ki, mənə baxışları, münasibəti başqadır. Nə isə bir gün mənə zəng edib dedi: "Səni sevirəm, səninlə evlənmək istəyirəm, ömrümün axırına kimi səninlə yaşamaq istəyirəm. Sənə on gün vaxt verirəm. Mənə ya hə ya da yox cavabını de. Əgər yox desən, bir də məni görməyəcəksən".
Gəlib hər şeyi anama danışdım. Anam dedi: "Yyaxşı ailədirlər. Oğlan da yaxşı oğlandır, ancaq yenə özün qərar ver". Mənim də ondan xoşum gəlirdi, ancaq sevmək... Çox düşündüm. Həmin gün gəldi. İnanın ki, dediyi saatda da zəng vurdu. Dəstəyi qaldırıb dedim: "Səndən xoşum gəlir, ancaq sevmirəm". Dedi: "Mənə bu da bəsdir. Mən elə edəcəm ki, sən də məni mənim səni sevdiyim kimi sevəcəksən". Sonra elçilərini göndərdi. Bir ilin içində evləndik. İndi iki gül balamız var. Ən əsası odur ki, o elə elədi ki,mən onu ondan da çox sevdim, artıq on altı ildir ki, evliyik. Ailə qurduqdan bir müddət sonra yoldaşımın işində problemlər yaşanmağa başladı. Evimizi, maşınımızı, hər şeyimizi itirdik. Məcbur da olsa, qızıllarımı ona satdırıb dolanmışıq. Həmişə ona təsəlli verirdim ki, bu qızılları yenə də ala bilərik. Ona çox dəstək oldum, çünki mənim üçün ondan dəyərli heç nə yox idi. Şükür, indi hər şey yaxşıdır. Hər şeyimiz var. Ən əsası sevgimiz, möhkəm bağlarla bağlanmış ailəmiz var.Hər şeyə dözüb ailəmi qoruya bildiyim üçün özümlə fəxr edirəm. Məncə, əsl ailə pis gündə də, yaxşı gündə də bir yerdə olmalıdır.
Leqenda
Biz yoldaşımla qohumuq. Uşaqlığımız bir yerdə keçib. Hətta bir dəfə evçik-evçik oynayarkən o ata, mən isə ana olmuşam. İndi də deyib-gülürük. Onda nə biləydik ki, bu oyunumuz bir gün real olacaq. Yoldaşım məni 3 il qarşılıqsız sevib. Nəhayət, bir gün özündə cəsarət tapıb mənə öz hisslərini açdı. Ona düz 4 il cavab vermədim. Sonra ona bir şans verdim və biz bir-birimizi daha da yaxından tanıdıq. Elçilərini göndərdi.Mənə gözəl nişan gəldi. Üç gündən sonra atası gəlib dedi ki, gəlinimizi aparmaq istəyirəm. Mən şoka düşdüm, çünki, bu qədər tez olacagını düşünmürdüm.Mən bir müddət nişanlı qalmaq istəyirdim, ancaq görünür, yoldaşım yeddi il gözləmişdi, daha gözləmək istəmirdi.
Yanvarın 4-də nişanımız, 14-də isə toyumuz oldu. İndi iki oğlumuz var, çox xoşbəxtəm. Getdiyim ailədə hörmətim var. Cavan qızlarımıza, yeni ailə quranlara bir bacı kimi məsləhət edirəm ki, yoldaşınızı heç vaxt heç kimin yanında alçaltmayın. Hər anında onun yanında olun. Yoldaşınızdan səmimi təbəssümünüzü əsirgəməyin.
Gülşən 29
İşdən ayrılmışdım, iş axtarırdım, firmalara CV göndərirdim. Bir gün zəng gəldi ki, zəhmət olmasa, iş üçün yaxınlaşın. Mən də qaça-qaça getdim. Məni bir az gözlətdilər, mən də bərk hirslənmişdim. Axır ki, çağırdılar. Məni arıq, hündürboy bir oğlan qarşıladı. Bütün məlumatları topladıqdan sonra dedi: "Bizdə olan vakansiyaya uyğun deyilsiz" (katibəlik). Heç mən də bu vakansiyaya göndərməmişdim. Nə isə, mənim üçün yeni vakansiya açdılar. Daha dogrusu, o açdırıb ki, mən heç yerə getməyim. Orda işləməyə başladım. Bir il ərzində bir-birimizi tanıdıq, sevdik, evləndik. Hər şeyi bir birimizlə məsləhətləşib edirik, yəni bir-birimizin fikirlərinə hörmət edirik. Allah hər kəsə xoşbəxt ailə nəsib etsin. Amin.
Rühəngiz
Mənim canımdan da çox sevdiyim var idi, o da məni çox sevirdi. Onların bizə elçi gələcəkləri gün mənim atamla anam avtomobil qəzasına düşdülər. Dayım məni məcburən başqa birinə verdi. Onu sevmir, istəmirdim. Məcbur idim, başqa yolum yox idi .Artıq 17 ildir ki, evliyik. Yoldaşımı sevməsəm də ona hörmətim var. Bu qədər vaxt keçməyinə baxmayaraq, mən indi də bir yerə gedərkən ondan icazə alıram. İki övladımız var. Məncə, evliliyi sevgi ilə bərabər, qarşılıqlı hörmət və səmimiyyətlə qorumaq olar.
R.G.AL-SU
2007-ci ilin aprel ayında telefonuma zəng gəldi: "Salam, necəsiniz?" Adını soruşdum, deyəndə tez telefonu söndürdüm, çünki artıq neçə gün idi ki, bizim evdə onun bizə elçiliyi barədə söhbət gedirdi. Mən qəti razı deyildim, oxuyurdum, belə şeylərə vaxtım yox idi. O isə əl çəkmirdi. Bir gün telefonla zəng edib məndən uzaq durmağını xahiş etmək istədim. Telefonu açan kimi mənə: "Azərbaycana gəlirəm, danışarıq" deməsi elə bil məni sehirlədi. Dediyi kimi gəldi, onu tanıdım, sevdim. Sevginin nə olduğunu onunla bildim və evləndik. İki balamız var. Allahıma mənə bü cür ailə bəxş etdiyi üçün şükür edirəm. Xoşbəxtəmsə, bunda özümün də payım var. Yeni evlənənlərə demək istəyirəm ki, hörmət edin, hörmət görərsiniz, sevin, sevilərsiniz, çox eşidin, az danışın, ailədə hər sözü söz etməyin, yoldaşınızı sevirsinizsə, onu dünyaya gətirənləri unutmayın. Unutmayın ki,bu gün etdiyiniz hər bir hərəkət sabah qarşınıza çıxacaq.
Milana.M (Xəyalə Murad)
Biz artıq beş ildir ki,evliyik. Bir övladımız var. Tanışlığımız qeyri-adi olsa da biz bir yerdə işləmişik. Onunla ilk növbədə rəsmi münasibətdə dost olmuşuq. Lakin gözləmədiyim bir anda evlilik təklifi etməsi ilə münasibətlərimiz ciddiləşdi. Dostluq hislərimizin üzərinə bir də sevgi hissləri qarışdı. Qarşılıqlı hörmət, anlayış və əvəzedilməz dostluq davam edir. Allaha çox şükür. Ailə qurarkən insan gərək bir ömür yaşayacağı insanı yaxşı tanısın. Həm pis, həm də yaxşı gündə onun necə biri olduğuna dair fikir sahibi olsun. Hər kəsə xoşbəxtlik və həyatının yol yoldaşını tapmağı arzu edirəm.
Dəniz 84
Yoldaşım məni işdən çıxarkən təsadüfən görüb. Məndən xəbərsiz bir müddət məni izləyib. Bir gün mənə yaxınlaşdı və söhbət etməyə çalışdı. Mənsə sevgiyə heç inanmırdım, çünki ətrafımda sevib aldanan qızları çox görürdüm, oğlanların şirin dilinə aldanırdılar, sonra da çox əziyyət çəkirdilər. Ona görə sevgiyə inanmır, heç bir oğlana yaxına gəlməyə icazə vermirdim. Aldanmaqdan qorxurdum. Nə isə bir neçə gün gəldi, getdi. Onu da deyim ki, ilk dəfə görəndən ona qarşı nə isə hiss etməyə başlamışdim. Başqa oğlanlar kimi deyim ki, heç şirin dili də yox idi. Səmimiliyi, dürüstlüyü məni özünə çəkdi və onunla tanış oldum. Az müddətdə elçiləri gəldi, dörd ayın içində evləndik. İki övladımız var, üçüncü də inşallah sag-salamat dünyaya gələr. O məni, mən də onu əvvəlkindən də çox sevirik. Sevgimiz artıb ki, azalmayıb. Çünki bizim evdə səmimiyyət, qarşılıqlı hörmət var. Ən əsası bizdə bir-birimizə inam var. Qonşu bir gün 5 yaşlı oğlumdan soruşub: "Atan ananı döyür?" Uşaq da cavabında deyib: "Adam da sevdiyini döyər? Anam atamın sevgilisidir". Qonşum deyir, gülür. Yəni, bizim aramızda böyük sevgi var, bunu uşaqlar da anlayır. Onları da bu sevgi ilə böyüdürük.
Xəbərimdə iştirak etdikləri üçün qızlarımıza minnətdaram. Ümid edirəm ki, bununla nə demək istədiyimizi anlada bilmişik.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR