İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban bayramı ən qədim bayramlardan biri hesab olunur. Hətta qurban kəsmə mərasimləri İslamdan öncə də mövcud olmuşdur. Lakin bunu günahlardan təmizlənmək və ya qəzəblənmiş Allahın könlünü almaq üçün edirmişlər. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli.Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır.
Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurban bayramınız mübarək!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR