Bu dəfə Qadın.net saytının bir çox istifadəçi xanımlarına belə bir sualla müraciət etdim: Evliysəniz, həyat yoldaşınızla, nişanlıysanız nişanlınızla və ya sevgilinizlə harda və necə tanış olmusunuz? Bir ömür boyu sürəcək olan o sevgi hekayəsinin həm xoşbəxt, həm də həyəcanlı anlarını necə yaşamısınız?
Xanımlar sualımı cavablandırdılar və həmin cavabları sizlərə təqdim edirəm.
agubugu: Evliyəm. Həyat yoldaşım xalam oğludur.
vlada: Mən yoldaşımla 2009-cu ilin avqust ayında tanış olmuşuq. Mən bibimgildə qalırdım, o da Rusiyadan evlənmək üçün gəlmişdi.Əvvəlcə atası,anası məni görmüşdü,sonra səhəri günü oğlan məni görməyə gəldi. Məni görməyə gələndə hətta əlimdə döşəməsilən taxta ilə döşəməni silərkən görmüşdü və bəyənmişdi. Mən də bir az naz edəndən sonra nişanlandıq. 2010-cu ilin sentyabr ayının 17-də toyumuz oldu.
moocik : Mən həyat yoldaşımla məktəbdə tanış olmuşam.Belə ki, sinif yoldaşımdır.7-ci sinfə qədər yola getməsək də, sonradan bu, sevgiyə çevrildi və 7 il yarımdan sonra evliliyə imza atdıq. 2011-ci il aprel ayının 27-də toyumuz oldu. Çoox xoşbəxtəm...
gullar81 : Bibim oğlu ilə ailəliyəm.Evlilik isə onun istəyi ilə baş verib. Belə ki, əsgərlikdən yeni gəlmişdi, özü mənə təklif etdi. Həm onun valideynləri,həm də mənim valideynlərim bunu ikimizin öhdəsinə buraxdı. Düzünü desəm, mən qohum evliliyinin tərəfdarı deyiləm.Ona görə də yoldaşım məndən "hə" cavabını çox çətinliklə aldı. 7 il nişanlı qaldıqdan sonra 2004-cü ilin 15 oktyabr tarixində ailə qurduq. 2 övladımız var..
illona : Evliyəm.Avqust ayının 22-də 3 illiyimiz olacaq. 1 qızımız var.Ancaq biz tanışlıqla, yəni sırf sevgi ilə evlənməmişik.Valideynlərin vasitəsilə baş tutub, lakin indi bir-birimizi elə sevirik ki, sanki əvvəldən sevgili olmuşuq.Hərdən düşünürəm: yaxşı ki, valideynlərimin dediyi biri ilə evləndim.İndi isə çoox xoşbəxtəm.Həm sevirəm,həm sevilirəm...
orkide88 : Evliyəm.3 yaşında oğlumuz var. Həyat yoldaşımla ilk dəfə bir-birimizi bizim evdəki qonaqlıqda görmüşük. Sonra yenə də qonaqlıqlarda görüşsək də, onun mənə olan hisslərindən xəbərsizdim.Anası zəng edib məni bəyəndiklərini söylədilər.Görüşdük, xasiyyətimizin tutacağını görüb yavaş-yavaş evliliyə qərarımı verdim. Çox xoşbəxt ailəmiz var..
Fatma : Evliyəm.Həyat yoldaşım uzaq qohumumdu. Əvvəllər qohum kimi məktublaşırdıq, amma sonralar məktubun məzmunu yavaş-yavaş dəyişdi və bir-birimizə mənalı sözlər yazası olduq. Son məktubunda :"Gəlirəm,mənlə uzaqlara gedərsənmi?" yazmışdı.Mən də razı oldum.
gulusum : 4 aydı evliyəm. Həyat yoldaşım məni bacımın toyunda gördü və sevdi.Mən də 1 ildən sonra sevməyə başladım.Bizim sevgimiz belə başladı..
Ayanna : Evliyəm.Həyat yoldaşım universitetdə məndən 1 kurs yuxarı oxuyub.Yəni orda tanış olmuşuq.
azerikizi : Mən 11 il 3 aydır ki,evliyəm və bu evlilikdən 2 qız övladım var.Tanışlığımız isə belə olub: bizim və onların bir ortaq tanışları varmış.Bacısı məni görüb bəyənib. Bir gün dərsdən çıxanda yoldaşım gəldi və parkda tanış olduq (Təbii ki, artıq söz-söhbətdən xəbərdar idim və gələcəyini də demişdilər). Elə həmin gün də bir könüldən min könülə mənə vuruldu və 2-ci dəfə məni görmək üçün icazə istədi.Bir az naz elədim amma elə centlmeni mənim də qaçırmaq fikrim yox idi. Beləcə, 5 ayın içində həm tanışlıq, həm nişan, həm də toy oldu...11 il keçməsinə baxmayaraq, hər gün sevgimiz zəifləmək əvəzinə daha da alışır...
FADAK : Mən ailəliyəm.Yoldaşımla ilk dəfə öz evimizdə tanış olmuşam.Onu evləndirmək istəyiblər.Məndən qabaq bir neçəsini deyiblər,amma bəyənmiyib.Məni də görmək üçün bizə gəlməyib, anası anamı görmək üçün bizə gəlib. O da onu qonaq gətirmişdi. Uzaq qohumuq. 2-3ay sonra bacısına məni bəyəndiyini deyib.Ondan sonra ilk dəfə "Xətai" metrosunun qarşısında görüşüb, danışmışıq.
sebish : 7 aydı evliyəm. Evləndiyim şəxsi heç görməmişdim. Yanvar ayında bir neşə dəfə mənə baxmağa gəlmişdi,amma məni görməmişdi.Sonra ismarıc yolladı, ailəmə fikrinin ciddi olduğunu söylədi.Mən isə onu heç görməmişdim, ailəm məni vermək istəyirdi, lakin mən narazı idim. Sonra oğlanı gördüm, çox yaxşı oğlana oxşayırdı. İkimiz də qərara gəldik ki, Böhbət edək. Bir-birimizdən xoşumuz gəldi.Ailəmə də razı olduğumu dedim. Elçi gəldilər,ailəm verdi.Amma mən hələ sevmirdim,sonra üzük taxıld,ı amma yenə hörmət edirdim. Bir gün qərara gəldik ki, qaçaq və yanvarın 26-da qaçdıq. O gündən bəri çox xoşbəxtəm və bir-birimizi çox sevirik. Onun üçün canımdan da keçərəm, elə o da... İndi isə 24 həftəlik hamiləyəm və qızımız olacaq.
R.G : Evliyəm.Yoldaşım yaxın qohum olduğu üçün bir qonaqlıqda tanış olduq.Amma əvvəllər başqa ölkədə yaşadığı üçün yaxından söhbətimiz olmamışdı.Bir dəfə ailəvi Bakıya gəlmişdilər, bir qonaqlıq oldu, orda gördü və məni bəyəndi. Sonra da əl çəkmədi. Ondan qabaq 2-3 il olardı ki, onu görməmişdim.
Medicgirl : Adım Röyadır, 24 yaşım var və 9 aydır ki evliyəm. Həyat yoldaşımla uzaqdan qohumuq.Bizi bacısı tanış edib.Yəni məni evlərinə dəvət edib, qardaşı da ordaydı. Niyyətlərinin nə olduğunu bilmirdim. Sən demə, əvvəlcədən planlaşdırılmış bir qonaqlıq imiş..Belə bir şey olacağı heç mənim də ağlıma gəlməzdi. Sonra valideynlərlə söhbət olunub. Ailəsinin yaxşı biri olduğunu bilib veriblər. Amma mənim heç fikrimi soruşmadan. M ən razı deyildim. Heç deyildim. Amma neyləyə bilərəm, valideynlərim "hərini" verdikdən sonra? Bizim görüş belə oldu və 7 gün içində də toyumuz oldu...
Z_U_Z_U : Mən 2 ildir ki evliyəm.1 oğlum var. Həyat yoldaşımla uşaqlıqdan bir-birimizi tanıyırıq. ,O atamın dostunun oğludu, həm də biz göbəkkəsdi olmuşuq.Heç düşünməzdim ki, onunla ailə quraram. İllər sonra onu görənə qədər... Bir-birimizi dünyada ölçüsü və çəkisi olmayan müqəddəs sevgi ilə sevirik. Çox xoşbəxtəm onu tanımağıma,onunla ailə qurmağıma...
creativka : Nişanlıyam. Nişanlım qapıqonşumdur.Uşaqlıqdan bir yerdə böyümüşük. Öz istədiyimdi, heç kimin məcburiyyəti olmayıb. Ailəmiz də bir-biri ilə çox mehribandı. Qaynatamı, qaynanamı və eltimi çox istəyirəm, aramızda həqiqətən çox səmimi münasibət var. Nişanlım məndən bir yaş böyükdü və adımızın baş hərfi eynidir.
SENE_GORE : Mən nişanlımla çatda tanış olmuşam. 1 ay yazışmışıq. Əvvəl dost idik, sonra dost kimi də görüşdük. Lakin məni sevdiyini söylədi. Daha sonra nişanlandıq. Bir-birimizi çox sevirik.
aishvarya rai : İnşallah, sentyabr ayında nişanlanacam .Biz lap əvvəldən tanış idik. Bir-birimizi qohum evində yaxından görmüşdük. Sonra o, xalama deyib ki, məni sevir. Daha sonra mənə sms yazdı. Beləcə, artıq 1 il olar ki, danışırıq.
klub_nicka : Mən sevgilimlə öz həyətimizdə tanış olmuşam. Əvvəllər ondan zəhləm gedirdi. Amma necə oldusa, indi onu çox sevirəm.
sevgul : Biz hələ ki sevdiyim insanla sevgiliyik.Artıq 6 il olacaq. Məktəbdə oxuyan vaxt tanış olmuşuq. O, məndən bir sinif yuxarı oxuyurdu.Dərslərin birində siniflərimiz birləşmişdi. Elə oradaca ilk dəfə məni görüb bəyənmişdi. Sonra xəbər göndərdi. Əvvəl dost olduq, sonra bir-birimizi çox sevdiyimizi anladıq. Onu sevdiyimə görə çox xoşbəxtəm. İnşallah, tezliklə nişanlanıb,ailə qurarıq. Murad, Ləyaqət səni çooox sevir...
H.o.s.T-cu qiz : Nə evliyəm, nə nişanlı,amma sevgilim var. Əvvəl dost idik, amma indi bir-birimizi sevirik...
XƏBƏR LENTİ
Pis xatirələri yuxuda yaddaşınızdan silin
Qarışıq içlikli mantı (foto resept)
Ana müqəddəs varlıqdır
BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"
Qeyri-adi evlər
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Futbolçu canlı yayımda evlənmək təklif etdi
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Ziyafət geyimləri
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Ay bu yükün yiyəsi
Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı
Hind mətbəxindən bir nümunə (foto resept)
Sevgililər gününə nə hədiyyə etməli?
"WhatsApp"dan möhtəşəm yenilik
Afrikanın soyq ölkəsi. Kralın toyu - FOTOSESSİYA
Emin Ağalarov qarda çimdi – FOTO
Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə
İlan dərisindən bikini geyindi-FOTO
Just for girls
“YouTube”un bu yeniliyi ürəyinizcə olacaq
Bayram bazarlığını haradan etməli?-SİYAHI
Bu gün Bakıda yüksək temperaturla məktəbə gələn şagird olub?
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Gözə gözəl makiyajın 5 yolu
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Tərbiyədə səbrin rolu
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
İjevsk salatı
Gözəl dırnaqlar
Sabahın HAVAsı
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Buxar maskasının faydaları
Hikmət Hacıyevdən beynəlxalq ictimaiyyətə çağırış: “Fərqə baxın”
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
Neftçi" Avropa Liqasında!
Düşmən cəbhə xəttində atəşkəsi 23 dəfə pozdu
Günün ulduz falı
Prezidentdən nazirliklə bağlı fərman
Kəsmikli alma ( foto resept)
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
Lobyalı tort (foto resept)
2016-cı ildə hansı bürcü nə gözləyir?
Parlaq və ləkəsiz dəri üçün maska
Gözəl saç aksessuarları
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Məşhur modelyer Hadiseni tənqid etdi-FOTO
Ekspertdən Ermənistanla bağlı bədbin proqnoz
Kişi ətiri seçərkən nəyə diqqət etməli?
- ŞƏRHLƏR