Bu gün Qadin.Net saytının baş redaktoru, yazıçı Xəyalə Murad növbəti uğuru ilə qəlbimizi fərəhləndirdi. O "Женское Дерево ресурсности" adlı beynəlxalq ədəbiyyat müsabiqəsində III yer tutub. Bu xoş xəbəri eşidər-eşitməz Xəyalə Muradı sorğu-suala tutdum.
-Əvvəla səni ürəkdən təbrik edirəm!
-Təşəkkür edirəm, var ol!
-Qələbəyə inanırdın?
-İnam hər şeyin başlanğıcıdır, əlbəttə, inanırdım. Mənə görə beynəlxalq müsabiqədə III yer I yerə bərabərdir.
-Hər gün müxtəlif növ müsabiqələr elan edilir, necə oldu ki, məhz bu müsabiqədə iştirak etmək qərarına gəldin?
-Eyni anda bir neçə beynəlxalq müsabiqədə iştirak etdiyim üçün yeni elan edilən müsabiqələrdən xəbərim olur. “Женское Дерево” məni öz ideyası və adı ilə cəlb etdi.
-Müsabiqənin əhəmiyyəti nədədir?
-Qadın yazıçıları kəşf etmək, onların gözü ilə qadın qəlbinə nəzər salmaq, zərif varlığın sahib olduğu bütün gözəllikləri üzə çıxarmaq. İştirakçılar təqdim edilən 12 mövzudan bir və ya bir neçəsinə müraciət edə bilərdi. Mən də üç mövzu seçdim: “Sevgi-Güc və İnam”
-Hədiyyən nədən ibarət oldu?
-Hədiyyəm “Sertifikat” oldu. Düzdür standart hazırlanıb. Qalib adı qeyd edilməyib. Lakin I və II yerin sahiblərinə də bu cür verildiyindən məni qane etdi. Əlavə olaraq 5000 rubl. dəyərində mükafat aldım və hekayəm digər qaliblərin hekayələri ilə birlikdə kitab halında nəşr olunacaq.
-Bu müsabiqələr sənə nə qatır?
-Özümü beynəlxalq səviyyədə sınamaq, yeni mövzu axtarışı, bacarığımın həddini aşmaq, özümü və istedadımı müxtəlif yöndə kəşf etmək...
-Yaradıcılıq və ilk milli qadın portalının baş redaktoru olmaq bir-birinə mane olmur ki?
-Mən on yaşımdan yazıram. Bu ruhumun tələbidir. Gündəlik hava-su qəbulu qədər vacibdir. Redaktorluq isə işimdir. Həyatımda heç nəyi yarımçıq qoymağı sevmirəm. Tam məsuliyyətlə işimin öhdəsindən gəlməyə çalışıram və gəlirəm. Hədəfimin mənbəyi arzularımdır. Arzularımı hədəfə çevirməklə onları nəinki reallaşdırır, hətta gücümə-güc qatıram. Yanımda olan, mənə dəstək olan hər kəsə minnətdaram.
-Bildiyim qədəri ilə beynəlxalq müsabiqələrdə ilk qalibiyyətin deyil. Ümumiyyətlə, qalibiyyət duyğusu necə bir hissdir?
-Bəli, “LenFilm” kinostudiyasının elan etdiyi beynəlxalq ssenari müsabiqəsində düşünürəm ki, layiqli yer tutmuşam. Həmin ssenarini Dilogiya şəklində oxucularıma təqdim etməyi düşünürəm. 2017-ci ilin noyabr ayında İsveçdə keçirilən "VI Beynəlxalq Ədəbiyyat Festivalı”nın Finalisti oldum. Bir də indi Avrasiya materiki üzrə keçirilən “Beynəlxalq ədəbiyyat müsabiqəsinin III yerə çıxdım. Qalibiyyət özümə inamı artırır. Məğlubiyyət inkişaf əzmimi yüksəldir.
-Xəyalə Murad, sənə gələcək fəaliyyətində uğur arzulayıram!
-Təşəkkür edirəm!
Aysel İsgəndərova
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu
- ŞƏRHLƏR