Ellada Babayeva
Bizə bir az onu tanıt dedikdə ilk ağlıma o gəldi. İndiyənə kimi heç kimə onun haqda danışmamışam. Bir anam, bacılarım xaric. Bu gün ilk dəfə olaraq Qadın.Netə ondan danışacam. O, mənim sinif yoldaşımdır. Həm də ilk sevgim. Həyatda dəyər verdiyim insanlar mənim valdeyinlərim və bacılarımdır. Onlar mənim hər şeyimdir. Onlardan başqa dəyər verdiyim insanlar yoxdur.
İşlədiyim müəssisədə 5 qız dostum var. Hər gün bir yerdə oluruq. Hərəsinin bir xasyyəti var. Biri yaxşı yumor danışır, biri bəzən mən işdə olmayanda məni əvəz edir. Digəri arada bizə qonaqlıq verir, biri mənim problemlərimə qulaq asır. Hər biri öz özəlliyinə görə mənim üçün əzizdir. Bəzən digər müəllimlər də "bizim qrupa" qoşulmaq istəyir. Amma biz istəmirik. Biz bir birimizə yetirik. Komandanın baş kapitanı isə mənəm.
Həyatımda dəyər verdiyim, sevdiyim, hörmət etdiyim insanlar çoxdur. Anam, atam, həyat yoldaşım və.s. Amma mən bu gün sizlərə canım atam haqqında yazmaq istəyirəm. Mənim atam ilk baxışdan zəhimli görsənsə də, çox kövrək ürəyi var. Canım atam mükəmməl bir atadır. Ailəsinə qarşı qayğıkeş, mehriban, övladlarınını, nəvələrini sevən insandır. Biz balaca olanda bizimlə oynamağı, bizi gəzdirməyi sevirdi. Biz artıq böyümüşük, estafeti nəvələr alıb. İndi onlarla, yəni nəvələri ilə gəzir. Biz artıq böyüyüb boya –başa çatmışıq, ailə qurmuşuq. Artıq biz də ana-atayıq. Amma valideyinlərimizin gözündə hələ də balaca körpə uşaq kimiyik. Canım atam o qədər kövrək ürəyə sahibdir ki, hər dəfə telfonla danışanda, görüşəndə kövrəlir, gözləri dolur, qızarır. Canım atamın həmişə mənə ilk sözü "gözlərinə qurban olum balamın, necəsən?" deyir. "Gözlərinə qurban olum" sözü hər dəfə məni göylərə qaldırır, ürəyim sevincdən əsir. Canım atam haqqında çox sözlər cümlələr yaza bilərəm, ancaq yazmaqla bitməz. Çünki mənim atam bunlara layiq insandır. Mən atamı çox, lap çox, dünyalara sığmayan qədər məhəbbətlə sevirəm. O mənim ürəyimdir. Onsuz həyatımı təsəvvür edə bilmirəm. Sonra da onu deyim ki, əzizlərim, valideyinlərinizin, yaxınlarınızın qədrini vaxtında bilin, onlara dəyər verin, onları sevin, sevdirin.
Həyatımda dəyər verdiklərim çoxdur. Ən başlıcası ailəmdi, övladlarımdı, qardaş -bacılarımdı. Amma həyatımda bir insan da var, ən yaxın qonşum, özümə ən yaxın bildiyim bir xanım. Adı Bənövşədir. Çox gözəl insandı. Ona həyatımı belə gözüyumulu etibar edərəm. Onsuz bu həyatı təsəvvür edə bilmirəm, hər gün ondan xəbər tuturam, hətta yaxınlarım qısqanır ki, onu bizdən çox istəyirsən. Unudurlar ki, istəyi insan özü qazanır. Heyif ki, onun ürəyi xəstədir. Hər gün Allaha dua edirəm ki, Allah onu mənə çox görməsin, onun acısını mənə yaşatmasın.
Mənim həyatımda çox dəyərli insanlar var. Onlardan biri də mənim yaxın rəfiqəm Fidandır. Bacım qədər çox istəyirəm onu. Əslində tam əks insanlarıq, amma çox yaxınıq. Allah dostluğumuzu axıracan var etsin. Hər kəsə bizim kimi dostluq arzu edirəm.
Həyatımda dəyər verdiyim insanlar çoxdur. Ailəm ilk öndə, atam qardaş və bacılarım durur. Lakin uşaqlıqdan bu günkü günümə kimi dəyər verdiyim bir insan var, o da boyük qardaşımdır. Onun yeri mənim qəlbimdə tamam başqadır. Bilmirəm niyə görə o mənim üçün hər zaman yüksəkdə olub. Tərifləmək istəmirəm, amma onun etdiyi işlər, hərəkətlər, danışığı, məsləhəti, dinləmə qabiliyyəti özünəməxsusdur. Uşaq vaxtıdan bütün qohum-əqraba qardaşımın yaşca balaca olmasına baxmayaraq onun hormətini saxlayıblar, indiyə kimi də davam edir. Allah bütün qardaşları qorusun.
Tanıtmaq istədiyim şəxs Aynurdur. Aynur mənim canımdan da çox istədiyim rəfiqəmdir. Onunla məktəbdə tanış olmuşam. Onun mənim həyatımda rolu çox böyükdür. Belə ki, mən bütün sirrlərimi onunla bölüşürəm, bütün dərdlərimi onunla paylaşıram. O da sirrlərini və problemlərini mənə deyir. Biz çox yaxın dostlarıq. Onsuz bir günüm olmasın, o getsə, mən bitərəm. Mən onu çox istəyirəm, bəlkə də, canımdan çox. Dostlarımın çox olmasına baxmayaraq məhz onu seçdim, çünki həqiqətən onu çox istəyirəm. O mənim üçün birdənədir. Biz bütün günümüzü birlikdə keçirdirik, məktəbə bir gedib, bir gəlirik. Hətta dərsdən sonra da bir neçə saat dərdləşirik.
Həmişəki kimi gözəl dəyərli xəbərinə dəvət etdiyin üçün çox sağol canım. Hər kəsin həyatında olduğu kimi mənim də həyatımda dəyər verdiyim insanlar var. O insanlar mənim pis günümdə, yaxşı ğünümdə yanımda olan insanlardır. O insanlar valideynlərim, ailəm, yoldaşım, birdə iki gül balamdır. Mən həyatımı, nəfəsimi belə onlarsız təsəvvür edə bilmirəm. İllər boyu çəkdiyim əziyyətin bəhrəsini bu gün görürəmsə, bu göydə Allahın, yerdə yoldaşımın sayəsindədir. Əgər bu gün narahatamsa, xəstəyəmsə, ağlıyıramsa, yanımda hər zaman bir insanı görürəm. O mənim artıq 20 illik həyat yoldaşım, iki gül balamın atasıdır. Onu həyatımdan da artıq sevirəm, ona böyük dəyər verirəm. Rəbbim onu mənə çox görməsin.
Sizə özünüzü, yəni insanı tanıtmaq istərdim, amma Quranın diliylə. Bacardığım qədər qısa və aydın olacaq şəkildə. Allahın izniylə...
1. İnsan, əşrəf-i məxluqdur, yəni yaradılmışların sultanıdır və məhz xoşbəxt olmaq üçün yaradılmışdır. Hardan bilirik? Təbii ki, Qurandan. (Casiyə 13/ Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi.)
Səcdə 9 - a görə bütün yaradılmışlar insanın əmrinə verilmişsə və Allah, Öz Ruhundan sadəcə insana üfürmüşsə - deməli 1-ci bənd doğrudur.
2. İnsan qul olmaq üçün yaradılmışdır - Zəriyyat 56. Buna əməl etmədiyi üçün insan xoşbəxt ola bilmir. Xoşbəxt olmaq üçün insan özünü \"instruksiyası üzrə\" istifadə etməlidir.
3. İnsan 3 vücuddan ibarətdir: ruh (Səcdə 9,); fiziki bədən (Hicr 26); nəfsdən (Şəms 7)
Əhzab 72 - dəki əmanət, Allahın bizə üfürdüyü Ruhdur. Əmanətdirsə, geri qaytarılmalıdır.
Rad 21 - də Allahu Təala: \"Və onlar Allahın, Allaha çatdırılmasını əmr etdiyi şeyi Ona (Allaha) çatdırarlar.\" buyurur. Demək ki, Allaha çatdırmamız lazım olan bir şey var: Allahın Allaha çatdırılmasını əmr etdiyi şey. Allahu Təala ruhumuzu Allaha ölmədən əvvəl çatdırmamızı əmr edir. Bunun üçünsə sadəcə qəlbi bir diləyə ehtiyac var, gerisi Rabbimiz edəcək:
Şura 13/ Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə seçər və Ona tərəf yönələn kəsi Özünə ulaşdırar (çatdırar.)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Bakı üçün yeni nüvə təhlükəsi
Dahilərin müdrik sözləri
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Qadın barğamını kəsib boynundan asdı
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
Andersenin ilk nağılı tapılıb
Millət vəkillərimiz Berlində etiraz etdilər
Saç tökülməsinin qarşısını alan nar maskası
Hicablı gəlinlər üçün baş örtükləri
Hər kəsin rahibə bildiyi şəxs əslində....
Çay nədir, say nədir...
İlk yardım
Katarakta xəstəliyi
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Qəhvəni sevmək üçün 5 səbəb
Bağça körpəyə nə verir?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
"Adamtanıyan" silahlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Toy və ziyafət üçün saç düzümləri
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Eyni yaşda olan məşhurlar
Jennifer Lopezin illərə görə dəyişən tərzi
Nostalji gəlin paltarı modelləri
Dişləri necə fırçalamaq lazımdır?
İşləyən analar üçün məsləhətlər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Qara Qısa Saç modelləri 2014-2015
10 yaş cavan göstərən maska
Böyük Britaniyada müsəlman məktəbi bağlandı
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Leranın əl işləri
Osmanlı imperiyasının qəribə adətləri
Azərbaycan dili - III dərs
Son dəbə uyğun gəlin buketləri
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Dişləri ağardan sadə və effektli ÜSUL
Mikrobların düşməni
ABŞ-ı qorxudan Rusiya həmləsi
Mədə kiçiltmə əməliyyatı
Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın!
İlham Əliyev "Çay evi"ndə
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
- ŞƏRHLƏR