Mələk
Düşünsək bu həyatda hər kəsi xoşbəxt edəcək bir səbəb vardır. Xəbərin adını "Xoşbəxtəm çünki" gördüyüm ilk andan çox düşündüm, düzü mən niyə xoşbəxtəm axı, mən xoşbəxtəmmi? Bəli, mənim də xoşbəxt olmaq üçün səbəblərim var, əslində hər birimiz üçün xoşbəxt olacağımız o qədər səbəblər var ki. Xoşbəxtəm, çünki çox sevdiyim və məni sevən bir ailəm var. Xoşbəxtəm, çünki Rəbbimizin yaratdığı gözəllikləri görə biləcək gözlərim var, sevdiklərimin səsini, gözəl nəğmələri, ən gözəl səsi "Azan səsini" eşidə bilirəm, danışa bilmək üçün səsim, yeriyə bilən ayaqlarım, hal hazırda bunları yaza bilməyim üçün əllərim var. Əlhəmdülillah. Amma bunlardan daha da gözəl bir səbəbim var, xoşbəxt olmağım üçün Rəbbimiz! Xoşbəxtəm, çünki mənə bunları qismət edən bənzəri olmayan gözəl Allahım var. Xoşbəxtəm, çünki müsəlmanam! Hər birimizin xoşbəxt olmağı üçün bu ən gözəl səbəb deyilmi? Bəzi zamanlar olur ki, düşünürük, dərdimizi böluşə biləcəyimiz kimsə yoxdur, kimsə bizi anlamır, tək olduğumuzu düşünürük, ancaq əsla elə deyil. Çünki her an səsimizi eşidən, hər an bizi görən, biz deye bilməsək belə qəlbimizdəkiləri bilən, bizi bizdən yaxşı taniyan, bizim xeyrimizi bizdən çox istəyən, sonsuz rəhmətiylə bizə rehm eden, ən böyük günahlarımızı belə tək bir tövbəmizlə bağışlayan, hər bir nöqsan və eyibdən pak olan, mehriban (nə qədər tərif etsək belə az olar) Mərhəmətlilərin ən Mərhəmətlisi olan Allahımız var. Xoşbəxtəm, çünki hər namazda Tək olan Rəbbimin görüşünə gedə bilirəm, gecə, gündüz, hər bir an dua edə bilirəm, qəlbimdəkiləri Allahıma deyə bilirəm. Kədərli olduğumuz zamanlarda belə xoşbəxtik əslində, çünki hər an, hər yerdə, hər aldığımız nəfəsdə bizi tək qoymayan Allahımız var. Şükranlillah! Bu ən böyük və ən gözəl səbəb deyilmi, xoşbəxtəm deyə bilməyimiz üçün?
Və sonda dünyadakı hər bir insana həm bu dünyada, həm də axirətdə xoşbəxt olmağı arzulayiram, Allahımız heç bir gözəl hissdən məhrum etməsin bizləri. Amin İnşaAllah! Asi bacim sənə də Allahın ən xoşbəxt bəndələrindən və tez bir zamanda dünyanın ən xoşbəxt Analarından olmağı arzu edirəm!
A.N.A
Xoşbəxtəm, çünki bu anı duya, görə və təhlil edə bilirəm. Allah biz insanları təkmil, mükəmməl formada yaradıb. Məncə şüurlu insana bu bəs edər ki, o yetərincə, xoşbəxt varlıq olduğunu dərk etsin. "Xoşbəxtlik" mücərrəd bir məfhum olsa da insanı müsbət auraya, işıqlı gələcəyə vadar edən duyğudur. Niyə də xoşbəxt olmayım? Ailəmin, bacı, qardaşlarımın ətrafında, xüsusi nəvazişlə böyümüşəm. Zəngin olmamışıq, bunun müqabilində, qəlbimiz zəngin olub. Məktəbi uğurla bitirib, ali təhsilə yiyələnmişəm. Sevdiyim insan ilə ailə qurub, gözəl bir qız övladı ilə mükafatlanmışam. Xoşbəxtəm, çünki, Allahımı tanıyır və hər addımı da Onu xatırlayıram. Hər kəs xoşbəxtliyinin dəyərini bilsin, inşaAllah..
Gülbəniz
Xoşbəxəm, çünki Allahım məni insan olaraq yaradıb və həyatda məni heç bir şeydən məhrum etməyib. Xoşbəxtəm, çünki həyatımda valideynlərim var. Xoşbəxtəm, çünki həyatımda məni sevən yoldaşım və 3 gül balam var. Xoşbəxtəm, çünki sirrimi bölə biləcəyim bacılarım, qardaşım var. Xoşbəxtəm, çünki bu həyatda varam, yaşayıram və saydıqlarımın heç biri olmasa belə yene də xoşbəxt olaram, çünki mənim böyük Allahım var, hər bir günümüzə çox şükür.
Pembe dünyam
Hər kəsin bir xoşbəxtliyi var. Hamının xoşbəxtliyi əslində öz əlindədir. İnsanın çoxlu səbəbləri var xoşbəxt olmaq üçün. Gəlin şükür edək ki, xoşbəxtliyimiz öz əlimizdədir, gəlin şükür edək ki, sığınmağa evimiz, ailəmiz var. Gəlin şükür edək ki, Allah heç vaxt bizi tək qoymur, gəlin, şükür edəki ki, bu gözəlliklərə sahibiq. Mən xoşbəxtəm, çünki ailəm yanımdadır, mən xoşbəxtəm, çünki savadım, biliyim az da olsa var. Mən xoşbəxtəm, çünki məni sevən bir sevgilim var. Mən xoşbəxtəm, çünki dostlarım var. Mən xoşbəxtəm, çünki qadın.net kimi bir ailəm var. Bəli, bu 3 ay müddətində sizlərdən çox məlumat əldə etdim. Mən xoşbəxtəm, çünki bu gün də oyandım! "Fərqli sanılan xoşbəxtliklər bir gün bizə əslində çox yad olduğunu göstərər".
Forever Alone
Xoşbəxtəm, çünki sevdiklərim yanımdadır. Varlığım kimlərəsə xoşdursa, xoşbəxtəm!
Lalicka
Mən xoşbəxtəm, çünki məni sevən bir ailəm, məni sevən dostlarım var. Mən xoşbəxtəm, çünki Allahımın mənə verdiyi ömrü calışıram ki, düzgün yaşayım. Mən xoşbəxtəm, çünki sevdiyim insan tərəfindən sevilirəm. Mən xoşbəxtəm, çünki ən əsası mən Allahımı sevirəm. Rəbbimə şükürlər olsun ki, həyatımda hər şey yolundadır. Xoşbəxt olmaq üçün məncə çox şey lazım deyil, əgər sevib sevilirəmsə, elə bu ən gözəl xoşbəxtçilikdir.
Щ…Щ„Ш§Щѓ
Xoşbəxtəm, çünki Allahı tanıyıram, şükürlər olsun bildiyim və bacardığım qədər halalı haramdan ayırmağa çalışıram. Xoşbəxtəm, çünki sağlığım yerindədir. Xoşbəxtəm çünki, ailəm, sevdiklərim ətrafımda, yanımdadır. Xoşbəxtəm, çünki həyatda arzularımın demək olar ki, hər birinə nail olmuşam, əlbəttə, yerinə yetməyən arzularım da var, amma onlar üçün zaman keçdikdən sonra yerinə yetmədiyinə görə şükür edirəm. Xoşbəxtəm, çünki sizlərlə bir aradayam.
Sevinc
Xoşbəxtliyi dadmağın tək yolu onu paylaşmaqdır! Mən xoşbəxtəm ki, Uca Rəbbim mənə can sağlığı, gözəl sağlam övladlar, gözəl ailə bəxş edib. Xoşbəxtəm ki, onları sevən qəlbim var. Xoşbəxtəm ki, atam-anam, əzizlərim var. Belə gözəl varlıqlara görə niyə xoşbəxt omayım ki? Həyat gözəldir, yaşayınca, sevib-sevilincə xoşbəxt olmaq mümkündür. Umidvaram ki, xoşbəxtlik haqqında az da olsa, fikirlərimi çatdıra bildim.
Asi
Xoşbəxtlik. Nədir xoşbəxtlik? Çətindirmi, xoşbəxt olmaq? Hər hansı bir sıxıntını, səhhətinizi səbəb gətirərək xoşbəxt deyiləm deməyə haqqıız varmı? Allah Təala bizə can verib, həyat verib, yaşamaq şansı verib, bütün bunları görməməzlikdən gəlməyə haqqıız varmı? Belə etsək, naşükürlük etmiş olmuruqmu?
Xoşbəxt olmaq bizim öz əliizdədir. Bizə düşən bunu görməkdir. Bizlərin xoşbəxt olmağı üçün müxtəlif səbəblər var. Amma bəzən bu səbəblərdən birini, yaxud bir neçəsini həyat bizdən uzaqlaşdırır. Allah Təala belə doğru bilir. Biz o gedənin ardınca nə qədər çox baxsaq yanımızda olan və bizim sevincimizə xoşbəxtliyimizə səbəb olan digər səbəbləri görə bilmərik. Və ozümüzü, ətrafımızdakıları üzümüş olarıq.
Özümüzü xoşbəxt hiss etəyimiz üçün ən xırda səbəb Allah Təalanın bizə verdiyi candır, nəfəsdir, bədəndir. Ətrafımızda olan hər şeyi görə bilirik, sərbəst nəfəs ala bilirk. Bu xoşbəxtlik deyil, bəs nədir? Qurban olduğum yaşamaq şansı verib bizə. Bizi seçib. Sahib olduğumuz bədəni, canı bizə əmanət edib. Bizə düşən sadəcə hər anımıza şükür etməkdir.
Sağlamlıq xoşbəxt olmaq səbəblərindən biridir. Səhhətimizdə problemlərin yaranması bizi xoşbəxtlikdən uzaqlaşdırmamalıdır? Mən əslində xoşbəxt deyiləm, düşünməliyikmi? Əlbəttə yox! Dərdi də, dərmanı da, xəstəliyi də verən Allahdır. Unutmamalıyıq ki, betərin betəri var. Bundan da betəri ola bilərdi.
Hər an Allaha sığınsaq, əsil xoşbəxtliyi tapmış olarıq. Cünki ozümüzü xoşbəxt hiss etməyimiz çətin deyil. Bir anlıq ətrafımıza baxsaq, xoşbəxt olmağımız üçün nə qədər çox səbəblər var. Özümüzü xoşbəxt hiss etməyimiz üçün digər ən sadə, ən yaxın səbəb qəlbimizdə olan Allah sevgisidir. Onun hər an bizimlə olmasıdır. Dualarımızdır.
Bu xəbəri hazırlayan zaman "Mən xoşbəxt deyiləm”, deyənlərlə çox qarşılaşdım. Sualım sizlərədir. Hələ də belə düşünürsünüz? Heç bir səbəbin olmadığını düşünürsünüz?
Çox başınızı ağrıtmayım, nöqtələri doldurum. "Xoşbəxtəm çünki..."
Xoşbəxtəm çünki Allahımı sevirəm. Məni heç zaman tək qoymur, daim səsimi eşidir.
Xoşbəxtəm, çünki gözəl ailəm var.
Xoşbəxtəm, çünki dəliliyimə və məndən heç zaman ayrılmayacağına söz verən şıltaqlığıma baxmayaraq sevənlərim yetəri qədərdir.
Xoşbəxtəm, çünki bu günə qədər düşmən qazanmamışam. Hər kəsi olduğu kimi qəbul edirəm.
Xoşbəxtəm, çünki ətrafımda sevdiklərim və məni sevənlər çoxdur.
Xoşbəxtəm, çünki ağladığımda gözümüm yaşını silən sevənlərim var.
Xoşbəxtəm, çünki sevincimdə də, kədərimdə də yanımda olacaq sevənlərim var.
Xoşbəxtəm, çünki gözəl dostlar qazanışam həm virtual, həm də realda.
Bəzən deyirlər ki, qadın üçün ən böyük xoşbəxtlik ana olamqdır. Hələ ki, mənə qismət olmayıb, bilmirəm olacaqmı.
Yaşadığım bütün xoşagəlməzliklərə baxmayaraq mən çox xoşbəxtəm. Şükür sənə Allahım.
Xoşbəx həyatın düsturu:
Allahı sevmək.
Sahib olduqlarına şükür etmək.
Buyurduqlarına əməl etmək.
Haramı halaldan ayırmaq.
Yalnışı doğrudan ayırmaq.
Onunla danişa bilmək.
Onu dinləyə bilmək.
Peyğəmbəri sevmək.
Əhli-beyti sevmək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aspirin xərçəngə qarşı vasitədir.
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Günün qoroskopu: gün uğursuz alına bilər
Bakının bu hissəsində 2 gün işıq olmayacaq
Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı - RƏSMİ
Kişilərin qaçdığı 5 qadın tipi
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Görünməz olmağı bacaran heyvanlar
Hərbiçi qız modelliyə başladı,məşhur oldu-FOTO
2100-cü ildə Çin əhalisi azalacaq
Nazirlikdən Qarabağda ədliyyə işlərinin təşkili ilə bağlı VACİB AÇIQLAMA
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Dünyanın dağılma tarixi haqda daha bir nəzəriyyə
Ən yeni saç trendi: hörüklü gül
Boyun düzləşməsi əlaməti
Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı
Varlanmaq üçün iki şey lazımdır
Neftin qiyməti qalxıb
Göz altı kölgələr
Günün ulduz falı
Sami Yusufdan Şuşanın işğaldan azad edilməsi ilə bağlı təbrik - FOTO
Şahzadə Harri soyadından imtina etdi
Ölkədə yeni iş yerləri yaradılacaq
İdman ayaqqabıları
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Qovunlu dondurma (foto-resept)
Sabahın HAVAsı
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Hava haqqında - 23.09.2013
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Azərbaycana yeni qədim əlyazma gətirildi
Günün ulduz falı
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Facebook-da təhlükə
Meyvə-tərəvəzlər və insan orqanları
Qeyri-adi makiyajlar
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
"Qızıl top"un sahibi bəlli oldu
Emindən əkizlərinə təbrik - FOTO
Pomidorlu-pendirli toplar (foto-resept)
Bulvar uzana-uzana gedir
Həftənin ilk iş gününə olan hava proqnozu
Abituriyentlərin nəzərinə!
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Azərbaycan Böyük Britaniyaya nota verdi
Kivi maskası ilə gözəlləşin
Qışda böyrəkləri necə qorumalı?
Dəniz Səki 22 kq arıqladı-FOTO
Kəsmikli piroq (foto-resept)
- ŞƏRHLƏR