Qadin.NET / QALİB SEÇİLDİ - "Şah əsərim"

QALİB SEÇİLDİ - "Şah əsərim"

QALİB SEÇİLDİ  - "Şah əsərim"

Əziz Qadin.Net-lilər! Uzun zaman fasiləsindən sonra yenidən sizin üçün bir araya toplanırıq. Məqsədimiz geridə buraxacağımız ilin son günlərində üzünüzdə təbəssüm, qəlblərinizdə sevinc yaratmaqdır.  Bunu necə etmək fikrindəyik? Əlbəttə ki, sizin üçün də maraqlı olsun deyə ənənəvi müsabiqələrimizlə. Bugündən etibarən yenə də hər ay mütəmadi olaraq fərqli müsabiqələrimiz olacaq. 

Beləliklə, başladıq!  yahoo
Hər bir xanım üçün öz mətbəxinin xüsusi, fərqli yeri vardır. Burada əzizlərimiz üçün bir-birindən ləziz təamlar hazırlayır, yeməklər bişiririk. Zəngin milli mətbəximizlə yanaşı bəzən yeniliklər edərək dünya mətbəxindən da fərqli dadları doğmalarımız üçün "günlük menyu"muza daxil edirik. Lakin etiraf edək ki, hər nə qədər çoxlu sayda fərqli təamlar hazırlasaq da, hər birimizin "Şah əsəri" sayılan və dadanlar tərəfindən hər zaman bəyənilən xüsusi yeməklərimiz vardır. Bəzən "Şah əsərlər" sırasında duru və yeməklər, müxtəlif şirniyyatlarla yanaşı, hətta bir çoxları üçün sıradan sayılacaq adi salatlar belə olur. Yeməklərin təqdimatı isə xususi ilə ayrı bir mövzudur.
Bütün bunları yazmaqda məqsədimiz odur ki, əgər sizin də "Şah əsər"inizi fərqli formada təqdim etmək bacarığınız varsa, o zaman bu müsabiqə tam sizə görədir smile Şərtlər olduqca sadədir: istədiyiniz sulu, quru yeməyi, şirniyyatı və hətta salatı belə hazırlayıb təqdim edə bilərsiniz. Əlbəttə, qalib olmaq istəyiniz çox böyükdürsə masa üzərində olacaq təqdimatınızı tam fərqli etməlisiniz. 
Şərtlər:
1. Müsabiqədə istənilən Qadin.Net saytının və Facebook səhifənin üzvü iştirak edə bilər. Saytda qeydiyyatınız yoxdursa idarəçilər bu mövzuda sizə köməklik edə bilərlər.
2. Müsabiqəyə göndərilən təqdimatlar öz orjinallığı ilə seçilməlidir. Başqa saytlardan, hətta Qadin.Net saytının məlumat bazasında olan hazır mətbəx reseptlərinin rəsimlərini olduğu kimi götürüb göndərmək qəti qadağandır! 
3. Hər bir təqdimatın minimum 5 rəsmi olmalıdır. Vacib olan 2 rəsm:
3.1. Hazırlanan yeməyin reseptinə daxil olan məhsulların yemək hazırlanmamışdan əvvəlki rəsmi (ərzaqlar)
3.2. Yeməyin masa üzərindəki təqdimatı. (hazırlandıqdan sonrakı son foto)
3.3. Qeyd edilən iki rəsmi olmayan təqdimatlar müsabiqəyə buraxılmayacaq! Hazırlanma prosesi fotolarla uyğunluq təşkil etməlidir.
4. İstəyinizdən asılı olaraq müsabiqəyə video resept də göndərə bilərsiniz. Son təqdimat zamanı dəqiq və diqqətli çəkiliş etməyiniz tələb olunur.
5. Müsabiqə sonuna kimi kimliyinizin gizli qalması şərtdir! Kimliyinizi aşkara çıxaracaq hər hansı məqam ortaya çıxarsa iştirakçı olaraq müsabiqədən kənarlaşdırılacaqsınız! 
6. Hazırlanan təqdimatları [email protected]  elektron poçt ünvanına göndərməyiniz tələb olunur. 
7. Müsabiqə üçün son müraciət  25.12.2017 - 23:59:59 tarixinədəkdir! 
8. Qaliblər səsvermə yolu ilə, saytda istifadəçilərin köməyi ilə seçiləcəkdir. Səsvermə və hesablanma qaydaları səsvermə günü elan ediləcəkdir.
9. Müsabiqədə iştirak üçün müraciət etmiş hər bir şəxs bütün qaydaları qəbul etdiyini təsdiqləmiş olur.
10. Xüsusi məqamlarda qərar vermə hüququnu müsabiqə təşkilatçıları özlərində saxlayırlar.
Qaliblərə mükafatlar:
1-ci yer - Mikser, çaydan, ütü + Seçəcəyiniz film seansı üçün 2 bilet (Bakı şəhəri)
2-ci yer - Toster, blender, tibbi tanometr 
3-cü yer -Mətbəx tərəzisi, fen
Bütün qaliblərə Baş redaktor Xəyalə Muradın işıq üzü görmüş son kitabı əlavə olaraq sizin üçün imzalanmış şəkildə hədiyyə olunacaq.
Nümunə üçün saytın mətbəx bölməsindəki mövcud reseptlərə baxa bilərsiniz. Həmçinin hər hansı sullarınız olarsa [email protected] ünvanı ilə əlaqə saxlamağınız xahiş olunur.
Bütün iştirakçılara uğurlar!
SƏSVERMƏ

1. Səsvermə 26.12.2017-ci il saat 17:30-dan başlanır və 28.12.2017-ci il saat 17:30-da başa çatır! 

2. Səsvermə zamanı 26.12.2017-ci il tarixindən sonra qeydiyyatdan keçmiş şəxslərin səsləri etibarsızdır!

3. Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!

4. SƏSVERMƏ SƏRBƏSTDİR, heç bir əlavə şərt yoxdur! (Bu da sizə bayram hədiyyəmiz :) )

QALİB SEÇİLDİ  - "Şah əsərim"   QALİB SEÇİLDİ  - "Şah əsərim"
QALİB SEÇİLDİ  - "Şah əsərim"   QALİB SEÇİLDİ  - "Şah əsərim"
QALİB SEÇİLDİ  - "Şah əsərim"   QALİB SEÇİLDİ  - "Şah əsərim"
QALİB SEÇİLDİ  - "Şah əsərim"   QALİB SEÇİLDİ  - "Şah əsərim"
QALİB SEÇİLDİ  - "Şah əsərim"   QALİB SEÇİLDİ  - "Şah əsərim"
QALİB SEÇİLDİ  - "Şah əsərim"   QALİB SEÇİLDİ  - "Şah əsərim"
QALİB SEÇİLDİ  - "Şah əsərim"
28.12.2017 - Müsabiqənin nəticələri 

1-ci yer - 13 nömrəli iştirakçı (137 səs) - Gülşən Həsənova

2-ci yer - 9 nömrəli iştirakçı (59 səs) - Ayşən Qasımova

3-cü yer - 3 nömrəli iştirakçı (36 səs) - Samirə Qasımova

Müsabiqənin qaliblərindən xahiş olunur, mükafatları almaq üçün 28.12.2017-ci il tarixindən [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlasınılar.

Qalibləri təbrik edir, növbəti müsabiqələrdə onlara uğurlar arzulayırıq!

Növbəti müsabiqələrdə görüşənədək...

 
25 noyabr 2017
GO BACK