Qadin.NET / Zərif düşüncə! - Qalib SEÇİLDİ!

Zərif düşüncə! - Qalib SEÇİLDİ!

Zərif düşüncə! - Qalib SEÇİLDİ!
5-ci müsabiqə!smile
 
"Zərif düşüncə" müsabiqəsi istifadəçilərimizin əl və zehni qabiliyyətlərinin, istedadlarının üzə çıxmasında mühüm rol oynayacaq. Bu müsabiqədə güclü fantaziyası ilə, təkrarı olmayan, orijinal məzmunda Qadin.Net adını ən yaxşı təqdim edəcək istifadəçi Qalib seçiləcəkdir. Keçirilən müsabiqələr içərisində artıq ikinci dəfədirki, təşkilati dəstəkçi "Oriflame" şirkəti qalibə hazırladığı hədiyyə qutusunu təqdim edir. Bu dəstəyi üçün "Oriflame" şirkətinin əməkdaşı  Nərmin xanıma dərin təşəkkürlərimizi bildiririk.

 

"Zərif düşüncə" müsabiqəsinin ŞƏRTLƏRİ:

1. Müsabiqəyə yalnız rəsimlər qəbul edilir.

2. Müsabiqəyə başqa saytda dərc olunmuş ideya əsasında hazırlanmış rəsimlər qəbul edilmir.

3. Hazır işlərin dəyişdirilərək təqdim edilməsi halları - qəbul edilmir.

4. Rəsimlərin keyfiyyətli və dolğun olmasına xüsusi diqqət yetirilməlidir.

5. Müsabiqə 2 mərhələdə aparılır. Rəsimlərin qəbulu və səsvermə.

6. Adminstrasiya istənilən rəsimləri müsabiqəyə qəbul etməkdə və ya kənarlaşdırmaqda sərbəstdir.

7. Rəsimlərin müəlliflərinin kimliyi müsabiqə sonuna qədər gizli qalmalıdır. Əks halda müəllif müsabiqədən kənarlaşdırılır!

8. Müsabiqədə bütün qeydiyyatlı istifadəçilər iştirak edə bilərlər!

9. Müsabiqədə iştirak edən hər bir istifadəçinin hesabına əlavə olaraq 200 bonus xalı yazılır.

10. Səsvermənin müddəti, qaydaları və eləcədə bu mövzuya aid digər məlumatlar, iştirakçıların elektron ərizələrinin qəbulu bitdikdən sonra qeyd ediləcək.

MÜSABİQƏ qaliblərinə mükafat:

İlk üç yerin sahibi:

 1-ci yer:  2000 bonus xal, 20000 manat "virtual pul" + Oriflame hədiyyə qutusu

 2-ci yer:  1000 bonus xal, 10000 manat "virtual pul"

3-cü yer: 300 bonus xal, 3000 manat "virtual pul" 

 

İştirak üçün hazırlanmış fotoları [email protected] elektron poçt ünvanına göndərin! 

Son qəbul günü: 10.02.2011 - 23:59:59

İştirak edəcək hər bir kəsə uğurlar fellow

 

P.S. - Müsabiqənin hələ də nədən ibarət olduğunu anlamaqda çətinlik çəkən istifadəçilər üçün: lori dildə deyilsə, bu müsabiqənin əsas məqsədi qadin.net adını, yazsını ən yaxşı formada təqdim edəcək istifadəçini müəyyən etməkdir. Bu yazı kibrit çöpləri vasitəsi ilə yazıla bilər, şirniyyat, fərqli qəlyanaltıların köməkliyi ilə hazırlana vəya üzərində qeyd oluna bilər və ya sadəcə olaraq fotoşopun köməkliyi ilə qeyri adi bacarığınızı nümayiş etdirib hər kəsi heyran qoya bilərsiniz winked  Bir sözlə ağlınıza gələn ən qeyri-adi versiyanı reallaşdırmağa tələsin wink

 

10.02.2011 - 00:50 ~ Redaksiyaya göndərilmiş rəsimlər səsvermə üçün ixtiyarınıza verildi!

İlk dəfə olaraq səsvermə fərqli formada keçiriləcəkdir. Səsvermədə tam sərbəstsiniz. Bəyəndiyiniz rəsmə istədiyiniz qədər səs verə bilərsiniz. Yalnız, əsas qayda olaraq kimliklər gizli saxlanılır!

Səsvermənin son günü: 14.02.2011 - 23:59:59


DİQQƏT!!! - 13.02.2011 - 03:15 - Səsvermə zamanı qeyde alınan 321 səsdən əksəriyyətinin (197 səs) saxta yollarla qeydə alındığı üçün səsvermə nəticələri sıfırlandı. Yenidən səs verə bilərsiniz!

 

 



















15.02.2011 - 00:25 - Səsvermənin yekunları araşdırıldı və aşağı hissədə nəticələr sizlərə təqdim edilir.

Müxtəlif yollarla, istənilən formada satxakarlıqla səslərin verilməsi qeydə alınsa da sonda qalib gələn istifadəçi 10 nömrəli şəklin müəllifi "fafa" adlı istifadəçi oldu. Eyni zamanda səsvermənin bitməsinə 6 saat qalmış, yeni istifadəçilərin qeydiyyatı dayandırıldı, şübhəli ip ünvanlar vastəsi ilə qeyde alınan 37 istifadəçi hesabı ləğv edildi. Ümumilikdə qalib istifadəçi qeydə alınmiş 167 ümumi səsdən 24.5%-ni toplamaqla birinci oldu. Sizlərə təqdim olunan nəticələr - 23:59-da qeydə alınıb!

 

Zərif düşüncə! - Qalib SEÇİLDİ!

 

 

3-cü yer - 14 səs sayı ilə 14-cü şəkil (Tormento)

2-ci yer - 40 səs sayı ilə 7-ci şəkil (Aygun)

1-ci yer - 41 səs sayı ilə 10-cu şəkil (fafa)

"399;n yax351;305; salat" müsabiq601;si! - Qalib SEÇ304;LD304;!

Administrasiya adından qalib, Fərqanə xanımı təbrik edir, bu cür fərqli, zövqlü və ən əsası zərif düçüncəli olmasından dolayı ona dərin minnətdarlığımızı bildiririk.


Təşkilati dəstək:

P.S. - hədiyyəni əldə etmək üçün administrasiya ilə əlaqə saxlayın...
2 fevral 2011
GO BACK