Qadin.NET / Yeni müsabiqələrin keçirilmə qaydaları

Yeni müsabiqələrin keçirilmə qaydaları

Hörmətli istifadəçilər!

Nəhayət ki, uzun fasilədən sonra sizlərin çoxsaylı xahişlərini nəzərə alaraq  davamlı olaraq fasiləsiz müsabiqələrin keçirilməsinə qərar verdik.

Bundan sonra müsabiqələr, yeni formatda yeni qaydalar ilə keçiriləcək. Hər bir müsabiqə ümumilikdə 4 həftədən ibarət olacaq. İlk üç həftənin qalibləri sonda sonuncu, final həftəsində qalib adını qazanmaq üçün mübarizə aparacaqlar. Bu da həmçinin o deməkdir ki, əvvəlki müsabiqələrdən fərqli olaraq yeni formatlı müsabiqələrin hər birində  9 fərqli şəxs hədiyyə qazanmış olacaq. İlk üç həftənin hər birində 1-ci, 2-ci, 3-cü yerləri tutmuş iştirakçılar mükafatlandırılır. Final, 4-cü həftədə isə ilk üç həftənin qaliblərinin mübarizəsində yalnız qalib olmuş şəxs mükafatlandırılır.

Hər bir müsabiqənin müddəti 28 gün (4 həftə)  olmaqla, yaxın bir il ərzində təkrarlanmaması şərti ilə ay ərzində bir dəfə keçirilir.
Müsabiqə 4 həftə davam edir.

Ümumi mövzuya uyğun olaraq hər həftənin qalibini müəyyən etmək üçün həftəlik mövzu təyin edilir.  Həftəlik müsabiqənin mövzusu yalnız həftəlik müsabiqənin keçiriləcəyi həftədə elan edilir. Mövzuya uyğun tapşırıqlar yerinə yetirildikdən sonra, qiymətləndirilməsi üçün səsvermə keçirilir.

Həftənin qalibi Finala - Final həftəsinə vəsiqə qazanmış olur.  Yəni, ilk 3 həftənin qalibi, son, 4-cü həftədə qalib adını əldə etmək üçün mübarizə aparır.

İstənilən həftələrin birində 1-ci, 2-ci və ya 3-cü yeri tutmuş iştirakçıların qarşıdan gələn növbəti həftədə, həftələrdə iştirakı qadağandır!

Müsabiqələrə istənilən qeydiyyatlı istifadəçilər qoşula bilərlər.

Qaliblər səsvermə vasitəsi ilə müəyyən edilir. Hər bir müsabiqənin, müsabiqə həftəsinin özünəməxsus qalibi müəyyənləşdirmə qaydaları ola bilər.

Qarşıda sizləri böyük müsabiqələr gözləyir...

4 iyul 2013
GO BACK