“Balaca sənətkar” müsabiqəsi
Uşaqlar, həyatın çiçəkləridir! Uşaqlar bizim hər şeyimizdir!
Hər bir valideyinin foto albomunda mütləq öz uşaqlarının nəinki bayramlarda, eləcə də müxtəlif şəraitlərdə xatirəyə çevrilmiş bir sıra fotoları vardır. “Balaca sənətkar” müsabiqəsi də, məhz şirin-şəkər balalarımızın belə anidən çəkilmiş maraqlı rəsimləri üçün təşkil olunur.
Əziz istifadəçilərimiz, hörmətli valideynlər, uşağınızın ən orjinal, maraqlı, gülməli və ən sevimli fotosunu müsabiqəyə göndərə bilərsiniz.
Müsabiqənin adından göründüyü kimi, gözəl balaların hər hansı sənət və ya peşə ilə bağlı rəsimləri nümayiş etdiriləcək. Məsələn, rəsm çəkərkən, hər hansı musiqi alətində ifa edərkən və ya fərqli cihazlar, məişət əşyaları ilə oynayarkən yaxud da istənilən bir işlə, "yaradıcılıqla" məşğul olarkən anidən çəkilmiş maraqlı kadrlar.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə göndəriləcək hər bir foto keyfiyyətli olmalıdır!
2. Müsabiqəyə qatılan fotoların kollaj edilməsi, Photoshop proqramında bəzədilməsi qadağandır!
3. Müsabiqəyə yalnız şərtlərə uyğun, şəxsi fotolar qəbul edilir. Özgəyə məxsus rəsmlər iştirak üçün müsabiqəyə buraxılmır.
4. Müsabiqəyə qatılan iştirakçılar, rəsmləri 18.04.2012-ci il, 01:00-a kimi [email protected] mail ünvanına göndərməlidirlər.
5. Səsvermə 18.04.2012-ci il saat 03:00-dan başlanır və 19.04.2012-ci il saat 03:00-da başa çatır!
6. Səsvermədə şərh sayı minimum 30 olan istifadəçilərin səsləri keçərli sayılır.
7. Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!
Qaliblərə mükafatlar:
1-ci yer - "Baby Club" uşaq inkişaf mərkəzində 1 aylıq pulsuz tədris kuponu
2-ci yer - "Baby Club" uşaq inkişaf mərkəzində 1 aylıq, 50% endirimli tədris kuponu
3-cü yer - "Baby Club" uşaq inkişaf mərkəzində 1 aylıq, 30% endirimli tədris kuponu
Müsabiqənin sponsoru:
Müsabiqənin sponsoru "Baby Club" uşaq inkişaf mərkəzidir.
Öz sahəsində yeganə olan "BABY CLUB" uşaq mərkəzi çalışan valideynlərə öz xidmətlərini təklif edir. Bu, sizin uşaqlarınıza şən və yararlı gün keçirmək qayğısını azaldacaq.
"BABY CLUB" uşaq mərkəzi uşaqların müxtəlif sahələrdə inkişafına imkan yaradan ümumtəhsil proqramı təklif edir!
Ana dili, Bədii ədəbiyyat, Rus dili, İngilis dili, metodika sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, nitqin inkişafı, ətraf aləmlə tanışlıq, islam əxlaqı, rəsm-aplekasiya, gil işləri, fiziki mədəniyyət, gimnastika və s.
Tədris və ev tapşırıqlarının hər fənn üzrə yerinə yetirilməsi ixtisaslaşdırılmış müəllimlər tərəfindən və həmyaşıdlarının dostluq şəraitində həyata keçiriləcəkdir.
"BABY CLUB" uşaq mərkəzi yüksək təcrübəli müəllim və məşqçilər vasitəsiylə intellektual, yaradıcılıq və idman sahəsində inkişafa yardımçı olacaq!
Bizim məqsədimiz sizin etibarınızı doğrultmaqdır!
Əlavə məlumat üçün: +99412 480 33 25 ~ +99450 284 02 25
Məlumat səhifəsi: "Baby Club" uşaq inkişaf mərkəzi
* * *
Səsvermə 18.04.2012-ci il saat 03:00-dan başlanır və 19.04.2012-ci il saat 03:00-da başa çatır!
Səsvermədə şərh sayı minimum 30 olan istifadəçilərin səsləri keçərli sayılır.
Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!
* * * * *
Səsvermə sona çatdı! Müsabiqənin nəticələri:
1-ci yer: 26 keçərli səs sayı ilə 1 saylı rəsmin müəllifi - R.G.AL-SU
2-ci yer: 14 keçərli səs sayı ilə 19 saylı rəsmin müəllifi - Revane
3-cü yer: 13 keçərli səs sayı ilə 4 saylı rəsmin müəllifi - emilya86
Ümumilikdə bütün istifadəçilərin nəticələri: 1 - 31 səs: 26 keçərli 5 keçərsiz 2 - 1 səs: 1 keçərli 3 - 5 səs: 4 keçərli 1 keçərsiz 4 - 15 səs: 13 keçərli 2 keçərsiz 5 - 2 səs: 1 keçərli 1 keçərsiz 6 - 2 səs: 2 keçərli 7 - 8 səs: 5 keçərli 3 keçərsiz 8 - 2 səs: 2 keçərli 9 - 1 səs: 1 keçərli 10 - 3 səs: 1 keçərli 2 keçərsiz 11 - 5 səs: 5 keçərli - iştirakçı özü özünə səs verdiyi üçün nəticələr etibarsızdır! 12 - 7 səs: 5 keçərli 2 keçərsiz 13 - 2 səs: 2 keçərli 14 - 1 səs: 1 keçərli 15 - 3 səs: 3 keçərli 16 - 4 səs: 1 keçərli 3 keçərsiz 17 - 3 səs: 2 keçərli 1 keçərsiz 18 - 2 səs: 1 keçərli 1 keçərsiz 19 - 17 səs: 14 keçərli 3 keçərsiz 20 - 8 səs: 5 keçərli 3 keçərsiz 21 - 2 səs: 2 keçərli 22 - 4 səs: 3 keçərli 1 keçərsiz 23 - 12 səs: 8 keçərli 4 keçərsiz 24 - 3 səs: 1 keçərli 2 keçərsiz 25 - 12 səs: 10 keçərli 2 keçərsiz 26 - 12 səs: 5 keçərli 7 keçərsiz Hər üç qalibimizi ürəkdən təbrik edirik! Həmçinin dəyərli vaxtlarını ayırıb, müsabiqədə iştirak etmiş bütün iştirakçilara dərin təşəkkürlərimizi bildirik! Eyni zamanda müsabiqənin sponsoru "Baby Club" uşaq inkişaf mərkəzinə , başda Nazim Məsimov olmaqla, bütün kollektivə dərin minnətdarlığımızı bildiririk! P.S. - Qalibər hədiyyə kuponlarını əldə etmək üçün, 22.04.2012-ci il tarixinədək redaksiya ilə əlaqə saxlaya bilərlər: [email protected]
XƏBƏR LENTİ
Aclıq hissini öldürməklə arıqlamağın yolları
Evdə"şirin" epilyasiya
Ərzaq məhsullarının qiymətləri ucuzlaşıb
Pul sizin üçün nədir?
İrem Derici 40 kq arıqlayıb-FOTO
Yaşıl çay qocalıqda iş qabiliyyətini saxlamağa kömək edir
Türkiyədə çevriliş CƏHDİ: Azərbaycandakı banka 3,6 mlrd.-lıq zərbə
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir
Solğun dərilər üçün maska
İranla sərhədimiz tam açılır
Məşhur müğənni pulsuzluqdan gileyləndi
Hindistanın 70 illik müstəqilliyi münasibətilə Bakıda möhtəşəm Bollivud gecəsi keçiriləcək - FOTO
Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?
Günün ulduz falı
Megan qısa geyimi ilə diqqət çəkdi-FOTO
"İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib"
Onlar bizi belə aldadırlar
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Günün ulduz falı
Yeni ildə nə geyinəcəksiniz?
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
İlham Əliyev fəxri adlar verdi
Unudulmaz tərz sahibi: Farah Fawcett
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Sulu qar, qar yağacaq - Sabahın HAVAsı
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
10 sentlik sikkə 1,32 milyon dollara satıldı
Mövqelərimiz atəşə tutulub
Bu il məhsuldarlıq aşağı ola bilər
Duyğusal yemə ilə necə başa çıxmalı?
İŞİD Bağdada girdi: 1000 ölü
İslanmış mobil telefonu xilas etməyin yolları
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
Trampın malikanəsi satılır - FOTO
Günün ulduz falı
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Bu günün hava proqnozu
Çimərlikdəkiləri heyran qoydular
Yağan aramsız yağışlar daşqınlara səbəb olub
Sürətli oxu - 7
Dünyaca məşhur şou bağlandı-SƏBƏB
Baxılması lazım olan 15 portret fotosu
Yerkökünün faydaları
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Cehiz alış-verişi
İquain almanlara meydan oxudu
Alexa Chungın dəbli donları
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
- ŞƏRHLƏR