"Bakı 2015 Avropa Oyunları" 2015-ci ilin iyununda həyata keçiriləcək olan tədbir Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır.
BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.
Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.
Olympic Village (Atletlər Kəndi) Bakının Nizami rayonunda yerləşir. Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.
Yeni inşa edilən ən böyük məkanlardan biri heç şübhəsiz Bakı Olimpiya Stadionudur.
Keçiriləcək yarışların bir qismini məhz həmin məkandan 68.000-dən çox insanın canlı izləmə imkanı olacaqdır.
Ümumilikdə isə milyonlarla insanın bütün yarışları televiziya vasitəsi ilə canlı izləyəcəyi şübhəsizdir.
* * * * *
Azərbaycanın ilk milli qadın portalı – Qadin.Net layihəsi sizlərə "Bakı 2015 Avropa Oyunları" çərçivəsində baş tutacaq bütün yarışları öz evinizdə əyləşərək yeni 32 düymlü PHILIPS LED televizorunda izləmə imkanı yaradır!
Bəli, doğru oxudunuz. Keçiriləcək bu müsabiqəmizin qalibinə 32 düymlü PHILIPS LED televizoru hədiyyə olunacaq!
Müsabiqənin şərtləri isə olduqca sadədir.
Bildiyiniz kimi Qadin.Net layihəsi informasiya texnologiyaları sektorunda nadir layihələrdəndir ki, yayımlanmış bütün məqalələr(xəbərlər) ilk olaraq məhz www.qadin.net saytında efirə gedir və yayımlanmış xəbərlərin 98% hissəsi məhz saytın istifadəçiləri tərəfindən göndərilir. Göndərilmiş xəbərlər Redaksiya heyəti tərəfindən yoxlanaraq təsdiqləndikdən sonra saytda yayımlanır. 2009-cu ildən bu günədək qeyd edilən formada yayımlanmış xəbərlərin sayı 46000-dən çoxdur.
Beləliklə, müsabiqədə iştirak etmək, qalib olmaq üçün sadəcə xəbər göndərməyiniz tələb olunur.
Göndərdiyiniz xəbərlər redaksiya heyəti tərəfindən yoxlanış və təsdiqdən sonra saytda yayımlanacaqdır.
07.05.2015 – 07.06.2015 tarixləri müddətində ən çox xəbəri saytda yayımlanmış yalnız bir istifadəçi müsabiqənin qalibi elan olunacaqdır!
2-ci, 3-cü yerlərin sahiblərini də unutmadıq!
2-ci yerin sahibi LG markalı DVD Player, 3-cü yerin sahibi isə PHILIPS markalı fen qazanmış olacaq.
Qaliblər 09.06.2015 tarixində nəticələr hesablandıqdan sonra növbəti gün təqdim ediləcəkdir.
* * * * *
Xəbərlərin hazırlanma qaydası, saytda yayımı ilə bağlı bütün suallarınızla Redaksiya üzvlərinə - Redaktorlar və Baş Redaktora müraciət edə bilərsiniz.
Kiçik məsləhət...
Xəbər hazırlamaq üçün ən sadə seçim isə heç şübhəsiz tərcümə işləridir. Belə ki, siz Redaktorlara müraciət edərək xəbər hazırlamaq istədiyinizi qeyd edirsiniz. Onlar sizə ingillis, türk və rus dillərindən tərcümə edəcəyiniz xəbərin mətnini təqdim edirlər. Tərcümə edilmiş mətn, məqalə isə artıq hazır xəbər olduğu üçün saytda daha tez yayımlanır və sizin hesabınızda yayımlanmış xəbərlərin sayı artmış olur.
Gecikməyin! Bu andan etibarən xəbərlərinizi göndərə bilərsiniz.
Yorulmayasınız...
* QEYD - Şəkillərdən ibarət olan xəbərlərin hesablanması 1/10 nisbətindədir. Yəni, əgər siz yalnız şəkillərdən ibarət olan xəbərlər hazırlayırsınızsa, son nəticələr hesablandığı zaman 10 belə xəbəriniz 1 xəbər kimi hesablanacaq!
Tərcümə sistemlərinin, proqramların köməkliyi ilə hazırlanmış xəbərlər düzgün ifadə, səlis məna kəsb etmədiyi halda redaksiya tərəfindən qəbul edilmir!
09.06.2015 - Müsabiqənin nəticələri
1-ci yer - Xanim_Xatun (Xanim_Xatun) ( 60 xəbər )
2-ci yer - Iceberg (Iceberg) ( 52 xəbər )
3-cü yer - Azadə Həbibzadə (virtual dərslər) ( 50 xəbər )
Qeyd edildiyi kimi ilk yerin sahibi yeni LED televizor, ikinci yerin sahibi dvd player, üçüncü yerin sahibi ise fen qazanmış oldu.
Müsabiqənin qaliblərindən xahiş olunur, mükafatları almaq üçün 12.06.2015-ci il tarixinədək [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlasınılar.
Qalibləri təbrik edir, növbəti müsabiqələrdə onlara uğurlar arzulayırıq!
Növbəti müsabiqələrdə görüşənədək...
XƏBƏR LENTİ
Ən yaxşı 5 meyvə maskası
Yeni il üçün 5 hədiyyə bağlama üsulu - VİDEO
Ermənilər atəşkəsi pozmaqda davam edir
Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
Tuba hər kəsi təəccübləndirdi
Bu smartfon bir ayda 1 milyon ədəd satıldı
Cəbhədə şiddətli atışma
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Qiyməli kartof dolması (foto-resept)
Bu günün hava proqnozu
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Bu gün Fikrət Əmirovun doğum günüdür
Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
Yuxu haqqında bunları bilsək
Nadir Qafarzadə: "Hüseyn ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub?"
Şəkərli diabet
Kartof şirniyyatı (foto resept)
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
Sadə şirni (foto resept)
Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
Nazir müəllim ixtisarından danışdı
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Ulduzlar mərasimə qara geyindilər - FOTO
İş yerindən arayış lazım olmayacaq
Nurgül Yeşilçay yeni şəkillərini paylaşdı
Rosalianın sevimli kostyumları
Albalı tortu(foto resept)
Müəllimlərin maaşları artırıldı - Bu gündən...
İnsan dərisinə yapışdırılan displey icad olundu
Qarın əritmənin sirləri
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Burak Özçivit Aleks De Souzanı filmə çəkir
QALİB SEÇİLDİ - "Şah əsərim"
Toxunma uşaq ayaqqabıları
Soyuq müharibə anonsu
2012-nin stil ikonları
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Caponata (foto resept)
Ermənilər çaylarımızı yenə bulandırır
PSJ Fransa yığmasının ulduzunu aldı
Google-da işə katerlə gedirlər
Avropalı bayrama nə qədər xərcləyir?
Tətilə çıxmağın faydaları
Çipsi: biz onu niyə sevirik?
Uşaqlar modelyer olarsa...
"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Naxçıvandadır
Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
Bu vitamin və minerallar sizi xəstələndirə bilər!
- ŞƏRHLƏR