Qadin.NET / "Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...

"Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...

 

"Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...

 

“Vanuatu adasının sakinləri” 14 fərqli insanın pul və sağ qalmaq uğrunda apardığı mübarizədən bəhs edən macəra romanıdır. Amma məsələ göründüyü qədər sadə deyil. Hava limanına gələnə qədər qəhrəmanlarımız elə zənn edirdilər ki, 3 həftəlik istirahətə yollanıb qumlu sahildə günəşlənəcəklər. Bu onların qurduğu plan idi. Əsl planı isə həyat qurur...

Bunun ölüm-dirim mübarizəsi olduğunu öyrənəndə geri qayıtmaq üçün hələ vaxt var idi. Amma heç biri geri dönmək qərarını vermədi. Kimisi pula ehtiyacı olduğuna görə, kimisi rəqabətə görə, kimisi də əyləncə üçün adaya getməyə qərar verdi. Ada onların sonunu gətirdi. Çünki tamah və acgözlük insanoğlunu qarşısına çıxan hər şeyi yıxmağa, düzəldilməsi qeyri-mümkün olan səhvlər etməyə sövq edir. 

 

"Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...

 

Başda hər şey yaxşı idi, o vaxta qədər ki, ölənlərin də pulunun aralarında bölünəcəyini öyrəndilər... Artıq özlərini idarə edə bilmirdilər, ağılla qərar vemək iqtidarında deyildilər.  Hər dəfə birinin dirisi, yaxud ölüsü adanı tərk etdikdə, hərislikləri daha da artır, artıq qruplaşmalara, hücumlara gətirib çıxarırdı. Hamı bir-birindən şübhəli, xoflu idi. Tərslikdən günlər də keçmək bilmirdi. Sanki Vanuatuda 3 həftəlik deyil, 3 illik qalmalı idilər. 

 

"Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...

 

İştirakçıların arasında həkim, alim, evdar qadın, psixoloq, qumarbaz – bir sözlə hər kəs var. Hamını müşahidə edən psixoloq görür ki, hərənin bir problemi var. Sevgidə Adel sindromu var, amma özünün xəbəri yoxdur. Nazik nimfomanyakdır, Rəşid isə ludomaniyadan əziyyət çəkir. Əslində Vanuatunun dünyamızdan heç bir fərqi yoxdur. Biz də ölüm-dirim savaşında deyilikmi? Məqsədlərimizə çatmaq üçün qarşımıza çıxan hər şeyi kül etməyə hazır deyilikmi? Hamımız nəyinsə əsiriyik. Kimi pulun, kimi qorxularının, kimi də arzularının...

Qəhrəmanların hamısı artıq ilk gündən qazandıqları pulla nə edəcəyinin xəyalını qurur. Sabaha sağ çıxmağımızın zəmanəti yoxkən, onlar ölüm savaşından sonranın havasında yaşayırlar. Bu ümiddir, bəlkə də ağılsızlıq.

 

"Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...



 

Qəhrəmanların bəzilərində, nə qədər çalışsam da, müsbət keyfiyyət tapa bilmədim. Sanki həyatdakı missiyaları pislik etmək, insanları incitməkdir. Amma özlərinin də etirafından görünür ki, bu cür xarakterə sahib olmaları onların günahı deyil. Aldığı travmalar, ətrafdan gördüyü laqeydlik, özgüvənin itirilməsi onlarda intiqam hissi yaradır. Və bu cür insanlar başqalarına əzab verməkdən zövq alır, özlərini üstün hesab edirlər. 

 

"Vanuatu adasının sakinləri"dünyanın modeli kimi...



 

Adada hər kəs əsl kimliyini ortaya qoyur. İlk günlər hamı bərabərlikdən dəm vursa da, getdikcə düşmənə çevrilir, bir-birini öldürməkdən çəkinmirlər. 

Roman insanların əsl məqsədlərini, iç üzünü açır, “insanın ən böyük düşməni elə özüdür” fikrini təsdiqləyir, pul gözlərimizi kor edəndə başımıza nələr gələ biləcəyini bizə göstərir. Macəra romanı olaraq, oxucunu həyəcanda saxlayır, görəsən kim kimin axırına çıxacaq deyərkən, kitabı bitirdiyini görürsən.

Adanın 15-ci sakini olsaydım nə edərdim? 14 sakinin “macəraları”nı gördükdən sonra, məncə, ən ağıllı cavab hava limanında təklifdən vaz keçmək olardı.

Humay HÜSEYNLİ

30 aprel 2019
GO BACK