Xəyalə Murad "Adsız"
Bu il yazıçının Məndə olan hər üç əsərini oxumağı planlaşdırmışdım. Plan üzrə gedərək əsərləri yazılma ardıcıllığıyla oxudum. Bir növ onun yaradıcılığının təkamül prosesini görmək istəyirdim...
Əvvəlki iki kitabı oxuduqdan sonra gənc yazıçını ruhdan salmamaq üçün, "inanıram daha yaxşıların yazacaqsınız" demişdim, amma düzü inanmırdım. Yalan danışmırdım sadəcə inanmırdım. İnanmırdım ona görə ki, oxuduqlarım əsas verirdi, yalan danışmanışam ona görə ki, kimisə ruhdan sala bilmərəm. Sözlərin enerjisi var.
17 dekabrda "Bookzone"da Səbuhi Şahmursoyla müzakirəmizdə də bildirmişdim ki, yazıçının tələskənliyi çətin imkan verər ki, o ciddi əsər yaratsın. İndi fikirləşirəm gərək bu sözümü deməmək üçün 2 gün də səbr edəydim. "Adsız" janr, mövzu, üslub baxımından digər iki kitabdan tamamilə fərqlənir. Çox ciddi və tutumlu sənət əsəridir deyə bilərəm. Cavid Qədir demiş " "Adsız" Xəyalə Muradın yaradıcılığına ad verəcək gücdədir". Əsər haqda heç bir fikir yazmaq istəmirəm, hər kəsin oxumağında fayda var deyə düşünürəm.Tələsmədən, ilk gün 30 səhifə, digər gün isə bütün kitabı çay içə-içə, öyrənə-öyrənə, zövq ala-ala oxuyub başa çatdırdım.Yazıçının özüylə olan müzakirələrimizin birində bildirmişdi ki, simaları təsvir edə bilmir, lakin bu əsərdə simaları çox gözəl təsvir edib. Xəyalə Murad, deməyin ki, bacarmırsınız, əslində bacarırsınız. Və əminliklə deyə bilərəm ki, Sizdə araşdırma janrı çox gözəl alınır. "Ustad" dərgisindəki "Şeksprin böyük yalanı" məqaləsi də bunu deməyə əsas verir. Bu cür araşdırma aparmaqla rahatlıqla elmi əsər də yaza bilərsiniz.Mənə verilən avtoqrafda "Adsıza" ad verməyimi bildirmisiniz, amma deyim ki, "Adsız"a ad verməyə gərək yoxdu o elə adsız da gözəldi. Bir dəfə Orxan İsmayılın "Adsız"ına ad vermişəm bəsimdi. Dədə Qorqud zad dey
iləm ki. Çox sevinirəm ki, milli ədəbiyyatımızda, gənc yazıçılarımızın əsərlərində informasiya dolu, öyrədici yaradıcılıq nümunələri var.
Uğur olsun!
19 dekabr 2017-ci il