Qadin.NET / Sevinc Elsevər "Donu qırmızı"

Sevinc Elsevər "Donu qırmızı"

Sevinc Elsevər "Donu qırmızı"

Sevinc Elsevər "Donu qırmızı"

Bir dəfə evdə hər kəs oturub, Nuran (bacının qızı) qayıdıb deyəsən ki, "filan müəllim çox pulxordu". Biz də xeyli gülmüşdük ki, bəs "pulxor" yox, "pulgir".

Sevinc Elsevərin "Donu qırmızı" romanın oxuyan zaman, "pullaşıb", "davaxor" ifadələrin görəndə uşaqdan üzr istəməyim gəldi. Və fikirləşirəm ki, Nuran tezliklə bu romanı oxuyanda işlətdiyi ifadələri görüb sevinəcək. Hətta maddi sübut kimi gətirib Mənə göstərəcəyinə də inanıram. Yəqin bu da uşaqların dilidi...

Sevinc Elsevər "Donu qırmızı"

Uşaq ədəbiyyatı seriyasından olan bu roman 31 yarımbaşlıqdan ibarətdir. Baxmayın 13 yaşdan yuxarı uşaqlar üçündü. Biz böyüklərin də oxumasında fayda var. Oxuyaraq bütün hadisələrə bir uşaq gözü ilə baxacaq və 90-cı illərin itmiş uşaqlıq illərinə yenidən qayıdacaqsınız.

Roman barədə çox şey yazmaq fikrim yoxdu, istəyim odur ki, hamı həm özü oxusun, həm də uşaqlarına oxutdursun. Sadəcə yazıçıya bircə sözüm var: xahiş edirəm mənfi qız obrazlarınıza "İlahə" adın verməyəsiniz.

 

15 yanvar 2018
GO BACK