Qadin.NET / Qabriel Qarsia Markes “Küskün gözəlçələrimi xatırlayarkən”

Qabriel Qarsia Markes “Küskün gözəlçələrimi xatırlayarkən”

Qabriel Qarsia Markes “Küskün gözəlçələrimi xatırlayarkən”

Qabriel Qarsia Markes “Küskün gözəlçələrimi xatırlayarkən”

Qabriel Qarsia Markes iyirmi il sükutunun səsini dinlədikdən sonra “Küskün gözəlçələrini xatırladı”… Markes “Küskün gözəlçələrimi xatırlayarkən” romanını 77 yaşında yazıb. Nə bilmək olar bəlkə elə küskün gözəlçələri xatırlayan Markes özü idi?  Məncə əsərdə yazıçı öz yaşantılarını, yaşlılığını və etiraflarını edir. Ancaq Mersedes xanımın qorxusundan özünü on üç yaş qocaldır. Yazıçının son romanı olan bu əsər bir insanın mənəvi və fiziki yaşı arasındakı dərin təzadları əks etdirir. Səhifəsi elə də çox olmayan bu romanda insan həyatının bütün səhifələri oxuculara məharətlə əyan edilir.

Qabriel Qarsia Markes “Küskün gözəlçələrimi xatırlayarkən”

İnsanın doxsan yaşında olsa belə yenə də sevə biləcəyi anlaşılan bir tərzdə təsvri edilir. İnsan vücudunun yaşlandıqca bir çox qüvvəsini itirməsi bir gerçəkdir, lakin nə qədər ki, varıq ürək bizimlədir, ürək sevəcəkdir. Doxsan yaşı tamam olan gün özünə hədiyyə etmək istəyən bu qocaya həyat həm ironiyalı bir oyun oynadı, həm də böyük məhəbbətdən bəxtiyarlıq içində can verməyi hədiyyə etdi. Romanın işıq üzü görməsi biabırçılıqla nəticələnir. Romanın rəsmi təqdimatından əvvəl qanunsuz nüsxələri işıq üzü görür. Və bütün əsərlərində “oyunbazlıq” edən Markes bu dəfə də piratlarla gözəl oyun oynuyaraq romanın qəhrəmanı üzərində bir neçə dəyişiklik edir.  Əsəri mütləq oxuyun və sevməyin həyatımız boyu edə biləcəyimiz ən gözəl şey olduğuna bir daha şahid olun.

 

 

 

İlahə ELDARQIZI

15 noyabr 2017
GO BACK