Qadin.NET / “Kitabsevərlər” qrupu “Şəhrizad”

“Kitabsevərlər” qrupu “Şəhrizad”

“Kitabsevərlər” qrupu  “Şəhrizad”

 

“Kitabsevərlər” qrupu

Dünya Ədəbiyyatından Seçmə Hekayələr silsiləsindən "Şərq ədəbiyyatı"


“Şəhrizad”

 

Nağıl dünyasının tanrısı hesab edilən Şərq məmləkətilə tanışlığımız bu dəfə nağıllarla deyil, biri-birindən maraqlı və ibrətamiz hekayələrlə oldu.

Düzdü yenə “Şəhrizad”ı dinlədik, amma bu dəfə min bir gecələrin Şəhrizadını deyil, görkəmli Misir yazıçısı Nəcib Məhfuzun “Şəhrizadı”nı.

 

“Yalan Ölkəsi”

Əsərlərində yaratdığı obrazların yazıçının məhz özü olduğunu daim vurğulayan İsrailli yazıçı Edqar Keret “Yalan ölkəsi” hekayəsində bu sözünün üstündə necə lazımsa durubdu. Gəlin etiraf edək, hamımızın yalanı Robbi kimi bir gün ayağımıza dirənib və bundan sonra da yalanlarımızla qarşılaşmağımız labüddü…

“Kitabsevərlər” qrupu  “Şəhrizad”

“Şəhrizad”

Nobel mükafatı alan yeganə ərəb yazıçısı Nəcib Məhfuzun “Şəhizad” hekayəsində

Şəhrizadın başına gələnləri Şəhrizad danışarkən bir anlıq düşünürsən ki, “Şəhrizadın günahı nə idi? O harda səhvə yol vermişdi? Niyə bütün bədbəxtliklər onun başına gəldi?” Hekayənin sonunda belə bir fikir var: “Nə olursa olsun, insanlara güvənin”. Razılaşmaq olarmı bu fikirlə? Bəlkə elə Şəhrizad inandığı üçün bütün bədbəxtlikləri beləcə yaşadı?

Hər halda oxuyun özünüz qərar verin, amma mən özüm də deyərdim ki, bəli nə olur olsun, insanlara güvənmək lazımdı, şübhələrlə ömür keçməz, keçsə də o ömür olmaz!

 

“Şərbət”

Həmişə elmi dəyərləndirmə tərəfdarı olan Yusif Əş-Şəruni öz hekayələrində cahiliyyətlə mübarizə aparır və onu dünyaya tanıdan hekayələrdən biri də məhz elə bu mövzudakı “Şərbət” hekayəsidi.

 

“Şərbət” hekayəsindəki Şərbətin aqibəti günü bu gün də Misir qızlarının çoxunun yaşantısıdı. Təəssüf...

 

“Qız”

Pakistan Əsilli İngilis dilli yazıçı Hənif Qureyşinin “Qız” hekayəsini o qədər də bəyənməsəm maraqlı fikir diqqətimi çəkdi: “Aşiq olmaq asandır, özünü bu duyğu selinə buraxmaq bəs edir. Ancaq başqa birini özününküləşdirmək və eşqi qorumaq heç də asan deyil, çox çətindi.”

 

“Yayda ovlanan göyərçinlər”

Şərkavinin qələmə aldığı bu hekayə çox güman real hadisədir. “Yayda ovlanan göyərçinlər” hekayəsi yenə də, yenə də onu bizlərə çatdırır, nə qədər bir olunarsa o qədər məğlubedilmləz olar ölkə də, dostluqlar da, doğmalıq da...

 

“Sirk”

Ən çox xoşuma gələn və mənim üçün birinci pillədə dayanan hekayə isə, üç dəfə nobel mükafatı laueratı olan yapon yazıçısı Yukio Mişimanın “Sirk” hekayəsi oldu. Hekayəsnin sonunda belə bir dilaloq var:

“ - Çox alçaq adamsan! Belə möhtəşəm bir işi görürsən, amma qarşılığında pul alaraq işini ucuzlaşdırırsan.”

 

“Heykəl”

Pakistanlı Qulam Abbasın qələminin bəhrəsi olan “Heykəl” hekayəsi kitabın ən pozitiv hekaəyisidi, sonda məni ürəkdən güldürdü. Qadın qısqanclığı.

 

“Qarlı bir gecənin hekayəsi”

Qarlı bir gecənin hekayəsində bacının inamı, qardaşın qəribəliyi, gəlinin ağıllı cavabı maraqlıydı.

 

“Buludlar” hekayəsi saflıq simvolu oldu mənim üçün.

 

“Bir ailə yeməyi” və “Basıt” hekayələrində mənə qaranlıq məqamlar qaldı, müzakirəyə ehtiyacım var.

Ümumilikdə götürəndə kitabda maraqlı, ibrətamiz hekayələr üstünlük təşkil edirdi və əksəriyyətinin də mövzusu və tərcüməsi yaxşı idi. Mən ilk üçlüyümü sizlərlə bölüşmək istəyirəm.

1). Sirk

2). Yalan ölkəsi

3). Maskalar

Elə hekayələr də var idi ki, mən onların ümumiyyətlə kitaba salınmasının tərəfdarı olmazdım.

 

P.S. “Yalan ölkəsi” hekayəsini isə bəndəniz tərcümə etmişəm.

16 noyabr 2017
GO BACK